Midhət Quliyev
Midhət Quliyev (1921, Şuşa rayonu – 1970, Bakı) — 9 may faşizm üzərində qələbə qazanılmasında böyük rolu olan azərbaycanlı, Şuşanın tanınmış həkimlərindən biri.
Midhət Quliyev Qarabağda, Şuşada məşhur olan Quliyevlər nəslindəndir. Bu soyun ulu babası Nəsib ağadır. Nəsib Şuşa şəhərində anadan olub, XVIII əsrin II yarısında, XIX əsrin əvvəllərində yaşamışdır.
Nəsib ağa Sultanağa xanım ilə ailə qurmuş, onların Bayramqulu, Lətif adlı oğlanları dünyaya gəlmişdir.
Bayramqulu Nəsib oğlu 1799-cu ildə Şuşa şəhərində doğulmuş, ilk təhsilini məhəllə mollaxanasında almışdır. Məşədi Bayramqulu papaqçılıqla məşğul olmuşdu. Məşədi Bayramqulunun törəmələri Quliyev soyadını daşıyırdılar.
Məşədi Bayramqulu Zeynəb xanımla ailə qurmuş, onların Əhməd, Mahmud, Bədəl, Cabbar, Muxtar, Əli, Salman adlı oğlanları, Xanım adlı qızları dünyaya gəlmişdir. Məşədi Bayramqulunun üçüncü oğlu Bədəl 1845-ci ildə Şuşa şəhərində anadan olmuş, təhsilini məhəllə mollaxanasında almış, papaqçılıqla məşğul olmuşdu.