MİDƏ
MİDHƏTSƏRA
OBASTAN VİKİ
Midhət Abasov
Midhət Teymur oğlu Abbasov — texnika elmləri doktoru (1962), neftçi, alim, professor, AMEA-nın həqiqi üzvü (1980), REA-nın müxbir üzvü (1984), Yer haqqında elmlər şöbəsinin akademik-katibi (1976–1990), SSRİ Ali Sovetində deputat, AMEA-nın vitse prezidenti (1990–1997), Azərbaycan Respublikası Prezident Şurasının üzvü (1991), AAzərbaycan Respublikasının dövlət katibi (1991–1992), AMEA Dərin Neft-Qaz Yataqları İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) direktoru (1971–2003), Azərbaycanın əməkdar elm xadimi (1990). == Həyatı == Midhət Abbasov 31 iyul 1926-cı ildə Bakıda anadan olub. 1949-cu ildə "Neft-mədən işi" ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) neft-mədən fakültəsini bitirib. M. T. Abbasov əmək fəaliyyətinə 1949-cu ildə "Azneft" birliyində başlamışdır. "Azneft" İB-nin "Molotovneft" trestində işlədiyi müddətdə AzSİ-nun aspiranturasına daxil olub. == Elmi fəaliyyəti == 1951-ci ildən Azərbaycan EA-da işləyir. Əvvəlcə neft və qaz yataqlarının kəşfiyyatı sahəsində, 1960-cı ildən isə neft və qaz yataqları problemləri elmi tədqiqat institutunda laboratoriya müdiri, elmi işlər üzrə direktor müavini, 1971-ci ildən isə direktor olmuşdur. 1951–1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft ekspedisiyasında işləyərək, kiçik elmi işçidən elmi işlər üzrə müdir müavini vəzifəsinə qədər yüksəlib. 1953-cü ildə "Qarışıq rejim şəraitlərində neft yataqlarının işlənilmə sistemlərinin layihələndirilməsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Neft ekspedisiyasının ləğvi ilə əlaqədar olaraq, 1958-ci ildə o, AzETNÇİ-nun yeraltı hidrodinamika laboratoriyasının müdiri vəzifəsinə keçirilmişdir.
Midhət Ağamirov
Midhət Ağamirov (15 may 1920, Şuşa) —Tanınmış filosof, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi və əməkdar elm xadimi. Azərbaycan SSR EA müxbir üzvü. Marksist-leninçi fəlsəfi fikir tarixinin tədqiqi, təbliği və tədrisinin görkəmli nümayəndəsi. == Həyatı == Midhət Mir Musa oğlu Ağamirov 15 may 1920-ci ildə Şuşada ziyalı ailəsində dünyaya göz açmışdır. Orta təhsilini başa vurduqdan sonra, 1940-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. Midhət Ağamirov öz dövrünə görə elmin bir çox sahələrində məşhur olan Mir Möhsün Nəvvabın oğul nəvəsidir. Midhət Ağamirov 15 yanvar 1939-cu ildən 12 oktyabr 1940-cı ilə kimi “Gənc işçi” qəzetində çalışmış, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi aparatında əməkdaçlıq etmiş, “Gənc bolşevik” jurnalında məsul katib kimi fəaliyyət göstərmiş, “Pionerskaya pravda” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olmuşdur. 1 sentyabr 1940-cı ildən 1 iyul 1941-ci ilə kimi Vladimir İliç Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tələbəsi olmuşdur. 8 oktyabr 1941-ci ildən 15 iyul 1942-ci ilə kimi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin nəzdindəki Partiya Tarixi İnstitutunda-Sov.İKP MK yanında Marksizm-leninizm İnstitutunun Azərbaycan filialında elmi işçi vəzifəzində çalışmılşdır. 16 iyul 1942-ci ildən 28 iyul 1957-ci ilə kimi həmin İnstitutda böyük elmi işçi vəzifəsində fəaliyyət göstərmişdir.
Midhət Quliyev
Midhət Quliyev (1921, Şuşa rayonu – 1970, Bakı) — 9 may faşizm üzərində qələbə qazanılmasında böyük rolu olan azərbaycanlı, Şuşanın tanınmış həkimlərindən biri. == Erkən həyatı == Midhət Quliyev Qarabağda, Şuşada məşhur olan Quliyevlər nəslindəndir. Bu soyun ulu babası Nəsib ağadır. Nəsib Şuşa şəhərində anadan olub, XVIII əsrin II yarısında, XIX əsrin əvvəllərində yaşamışdır. Nəsib ağa Sultanağa xanım ilə ailə qurmuş, onların Bayramqulu, Lətif adlı oğlanları dünyaya gəlmişdir. Bayramqulu Nəsib oğlu 1799-cu ildə Şuşa şəhərində doğulmuş, ilk təhsilini məhəllə mollaxanasında almışdır. Məşədi Bayramqulu papaqçılıqla məşğul olmuşdu. Məşədi Bayramqulunun törəmələri Quliyev soyadını daşıyırdılar.Məşədi Bayramqulu Zeynəb xanımla ailə qurmuş, onların Əhməd, Mahmud, Bədəl, Cabbar, Muxtar, Əli, Salman adlı oğlanları, Xanım adlı qızları dünyaya gəlmişdir. Məşədi Bayramqulunun üçüncü oğlu Bədəl 1845-ci ildə Şuşa şəhərində anadan olmuş, təhsilini məhəllə mollaxanasında almış, papaqçılıqla məşğul olmuşdu. Hacı Bədəlin Əsəd, Teymur, Adil, Yusif, Murtuza adlı oğlanları var idi.
Midhət Əhmədov
Midhət Əhmədov — Azərbaycan bəstəkarı, pedaqoq. == Həyatı == 1914-cü ildə Bakıda neftçi - mühəndis ailəsində dünyaya gələn M.Əhmədov orta məktəbi bitirdikdən sonra işçi fakültəyə, - kontrabas sinfinə daxil olur. O illər Azərbaycanda milli musiqiçi kadrların yetişdirilməsi məsələsi aktual idi və elə bu məqsədlə 1934-cü ildə M.Əhmədov Leninqrada (Sankt-Peterburq) ezam olunur. Leninqrad konservatoriyasının professorları K.Kuşnaryov və M.O.Şteynberqin sinfində bəstəkarlıq sənətinin sirlərini mənimsəyir (həmçinin D.Şestakoviçin dərslərində də könüllü iştirak edən). İkinci Dünya müharibəsi M. Əhmədovu təhsilini yarımçıq qoyub Bakıya dönməyə məcbur etdi. Bakı Konservatoriyasında təhsilini davam etdirməklə yanaşı (B.İ.Zeydmanın sinfində) o, ictimai fəaliyyətə də başlayır. Azərbaycan Konsert Birliyində, Respublika Uşaqların Bədii Tərbiyəsi Evində M.Əhmədov genişmiqyaslı işlər aparır. Bir çox dövlət mükafatı qazanıb. Bunların sırasında 1978-ci ildə layiq görüldüyü Azərbaycan SSR Əməkdar Müəllimi fəxri adı var.
Əhməd Midhət
Əhməd Midhət (türk. Ahmet Mithat Efendi; 1844[…], Konstantinopol – 1912[…], Konstantinopol) — Osmanlı yazıçısı, jurnalisti və nəşriyyatçısı. Tənzimat dövrünün yazıçılarındandır. O, türk ədəbiyyatının əsl mənada ilk məşhur müəllifidir. 1870-ci ildə Devir (Çağ) adlı bir qəzet çıxartdı, lakin ilk sayında qapadıldı. Az müddət sonra Bədr adı ilə buraxıldı. 1878-ci ildə nəşrə başlayan və nəşr ömrünü 1921-ci ilə qədər davam etdirən “Tercüman-ı Hakikat” qəzeti Osmanlı mətbuatı tarixinin ən uzunömürlü və təsirli nəşrlərindən biri olmuşdur. Onun məzarı Fateh məscidində, II Mehmed türbəsinin də yerləşdiyi ayrıca hissədədir. Türkiyə Milli Təhsil Nazirliyinin 100 böyük türk ədəbiyyatçısı siyahısındadır. Əhməd Midhət bir sıra tarixi və məişət romanlarının, hekayə və oçerklərin müəllifidir.
водоотли́вный затю́кать кварте́тный ко́фта лине́йный непритяза́тельно отстуча́ть подси́нька пури́стский ублажа́ться уса́живать балка́рец взла́мывать вы́прясть офтальмоско́п точи́ло шля́почка busman field bean gronte lipo- pig-bin uneasily тунговый умопомрачительный