MİDİYALI

сущ. ист. мидияви (къадим Мидиядин эгьли тир кас).
MİDBƏR
MİF
OBASTAN VİKİ
Midiyalılar
Midiyalılar, madalılar, və ya medlər — e.ə. IX–VII əsr aşur mənbələrinə görə İran yaylasının Xəzər dənizindən cənubda – təqribən, indiki Zəncan–Həmədan, Qəzvin–Tehran zonasında, həmçinin şərqə və cənub-şərqə doğru uzanan rayonlarda məskunlaşmış xalq. Midiyalıların ölkəsi İranın şimal-qərbində, indiki Azərbaycan, Kürdistan və Kermanşahin bir hissəsində yerləşirdi.Midiyalılar haqqında ilk məlumat e.ə 9 əsrin 30-cu illərinə aiddir. Müxtəlif dövr mənbələrində onlar amadai, madai, matai (aşur), maday (qədim yəhudi), maktape ( yeni elam) mada (qədim fars) medoi (qədim yunan medoi; müqaysə et. Kipr mənbələrindəki "madoi"la) medi (latın), mark (qədimi erməni) adları ilə məlumdurlar. Bu adların hamısı nəticə etibarilə Midiyanın etnonimi "mada"dan yaranmışdır. Etimoligiyası dəqiqləşdirilməsə də yəqin ki, mütəxəssislərin hesab etdiyi kimi həmin ad İran mənşəlidir. Midiya tayfaları İran yaylasına e.ə.2- ci minilliyin sonu-1-ci minilliyin əvvəllərindən gec olmayaraq köçüb gəlmişlər. Herodomun (e.ə 5 əsr) mə1lumatına görə Midiyalılar altı tayfadan (buslar, paretakenlər, struxatlar, arizantlar, budilər və maqlar) ibarət idilər. Ehtimal ki, Midiya tayfaları daha çox olub.

Digər lüğətlərdə

за́ячий золотошве́йня коса́рь неслы́ханно проду́шинка суво́ровец высчи́тывание зимо́вщица неслы́шимо обнища́ние по-госпо́дски agateware back-scratch drop wrist embroglio friskiness fully-trained hammered helicoidal Lallans Napoleonist turfy недёшево покатость семикратный