mız-mız
miqdar
OBASTAN VİKİ
Efir (mifologiya)
Efir (yun. Αἰθήρ ) qədim yunan mifologiyasında tanrıların yerləşdiyi yer, havanın ən yuxarı, sadə, təmiz və şəffaf təbəqəsinin tanrı kimi şəxsləşdirilmiş adı. İlk tanrılardan biri. Titanomaxiya poemasına görə Efir Geya-Yerin, Uran-Göyün, Pont-Dənizin, Tartar-Sonsuzluğun, Okeanın atasıdır.
Eol (mifologiya)
Eol — Qədim yunan mifologiyasına görə külək tanrısı.
Epiqonlar (mifologiya)
Epiqonlar (q.yun. ἐπίγονοι, hərfi tərcüməsi — "nəsil davamçıları") qədim yunan mifologiyasında — Fivaya qarşı məşhur yürüşdə iştirak edən qəhrəmanların oğulları. Onlar atalarının uğursuz yürüşündən on il sonra yeni müharibəyə başlamışlar. Epiqonlar bunlar idilər: Amfiarayın oğlu Alkmeon, Adrastın oğlu Egialey, Tideyin oğlu Diomed, Parfenopeyanın oğlu Promax, Kapaneyin oğlu Sfenel, Polinikin oğlu Fersandr və Mekisteyin oğlu Evrial. Delfa orakulunun göstərişi ilə əsas komandanlıq Alkmeona verilir. O, arqoslulardan ibarət böyük bir qoşunla şəhərə yaxınlaşır. Fivalılara Eteoklun oğlu Laodamant rəhbərlik edirdi. O döyüşdə öləndən sonra (epiqonlardan bu döyüşdə Egialey ölür) fivalılar şəhərlərinə geri çəkilirlər. Amma sonra öncəgör Tiresinin məsləhəti ilə Fivanı tərk edirlər və arqosluların yanına sülh təklifi ilə çapar yollayırlar. Fivalıların şəhərdən qaçdıqlarından xəbər tutan arqoslular şəhəri ələ keçirib dağıdırlar.
Erida (mifologiya)
Erida (yun. Ἔρις mübahisə, mübarizə) yunan mifologiyasında mübahisə ilahəsi, ilk kosmoqonik güvvə: gecə ilahəsi Niksin qızı, Xaosun qız nəvəsi, bəzən Aresin bacısı kimi təqdim olunur. Aclıqın, döyüşün, qətlin, mübahisənin, haqsızlığın və əməyin anası. Hesioda görə iki cür: biri araqarışdıran, müharibələr törədən, digəri isə insanlarda əmək rəqabəti yaradan Erida mövcuddur. O, döyüşçüləri coşdurur və ehtiraslaşdırı. == Troya müharibəsi səbəbkarı == Fetida ilə Peleyin Pelionda möhtəşəm toy mərasimi keçirilir. Tanrılar olimpdən enərək toya təşrif buyuraraq çoxlu hədiyələr gətirirlər. Muzaların gözəl nəğmələri və Apollonun kifar çalması məclisi daha da canlandırmışdır. Toya dəvətli olmayan yeganə ilahə Erida idi. Bunun qisasını almaq üçün Erida məclisdə şənlənənlərin arasına "gözəllər gözəlinə" yazılmış bir alma atmış olması, onu əldə etmək üçün Hera, Afina (mifologiya) və Afrodita arsında qızğın mübahisəyə səbəb olur.
Erinilər (mifologiya)
Erinilər (yun. Ἐρīνύς cəmdə:Ἐρινύες) yunan mifologiyasında Uranın qanından törənmiş aramsız araqızışdıran, qisas, intiqam ilahələri, Roma mifologiyasında Furilər Alekto (yun. Ἀληκτώ "aramsız, amansız, mərhəmətsiz") yunan mifologiyasında araqarışdıran ilahə, Niks və Erebin üç qızından biri (nigahsız gecədən doğulmuş), digər bir mənbədə Uranın qanından törənmiş. Vergiliyə o, tez-tez Heranın əhatəsində olur. Megera (yun. Μέγαιρα "qısqanc, nifrət") yunan mifologiyasında erinilərin ən böyüyü Niks və Erebin üç qızından biri (Niks və Tartardan doğulmuş), digər bir mənbədə Uranın qanından törənmiş. Dəhşətli ilan saçlı qadın cinsində təsvir edilir. Tisifona (yun. Τισιφόνη "intiqam" və ya "qisas") yunan mifologiyasında o it başlı yarasa kimi təsvir edilir. Vergiliyə görə o Aidin dəmir qülləsində oturur.
Fauna (mifologiya)
Fauna — Qədim Roma mifologiyasında heyvandarlıq ilahəsi.
Flora (mifologiya)
Flora (lat. Flora, flos – çiçək) — Qədim Roma mifologiyasında çiçək, gənclik və bahar ilahəsi. Floranın şərəfinə floraliyalar adlanan bayramlar keçirilirdi. Floranın əlində çiçək tutmuş gənc qız şəklində obrazına təsviri sənətdə çox müraciət edilmişdir.(Tisian, Pussen, Rembrandt və b.) Floranın ən qədim rəsmlərinə Pompey şəhərinin freskalarında rastlanır.
Fobos (mifologiya)
Fobos: Antiq Yunanca Φόβος, "qorxu" mənasına gəlir. Qorxunun və qorxma duyğusunun Tanrısıdır. Müharibə tanrısı Aresin ve Afroditanın oğludur ve 12 Olimpiyalıdan biri deyil. İlahə Enyoya ve qardaşı Deymosa qarşı Ares ilə birlikdə mübarizə aparması ilə tanınır.. Roma mifologiyasındakı qarşılığı Timordur.
Fortuna (mifologiya)
Fortuna — Roma mifologiyasında bəxt tanrısı. Çox zaman rəsmlərdə gözübağlı və ayaqları altında təkər təsvir olunur.
Geras (mifologiya)
Geras (yun. Γῆρας, Gēras) yunan mifologiyasına görə qocalıq tanrısıdır. Niktanın öz-özünə doğulan uşaqlarından biridir. Vaza rəsmlərində yaşlı, halsız adam kimi Herakl ilə birgə təsvir olunur. Gənclik tanrıçası Hebenin ziddi olaraq görünür.
Hiperion (mifologiya)
Hyperion (yun. Ὑπερίων, ὑπέρ hiper "yuxarı" və ἰών ion "gedən") – yunan mifologiyasında Uran və Geyanın oğlu, işıq tanrısı, 12 əsas titandan biri, Teyanın əri, günəş tanrısı Heliosun, ay ilahəsi Selenanın və dan şəfəqi Eosun atası. == Mənbə == Karl Kerényi: Die Mythologie der Griechen. Die Götter- und Menschheitsgeschichten. dtv, ISBN 3-423-30030-2 Michael Köhlmeier: Klassische Sagen des Altertums. ORF, 1995, Edition Radio Literatur Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.
Kek (mifologiya)
Kek (mifologiya)— Kek qədim Misir kosmoqoniyasında Hermopolis Oqdoadında ilkin qaranlıq anlayışının ilahiləşdirilməsidir. Oqdoad dörd cüt tanrıdan, qadın həmkarları ilə qoşalaşmış dörd kişi tanrıdan ibarət idi. Kekin qadın həmkarı Kauket idi. Kek və Kauket də bəzi aspektlərdə gecə və gündüzü təmsil edir və müvafiq olaraq "işıq qaldıran" və "gecə qaldıran" adlanır. Ad "qaranlıq" kkw sözü ilə əlaqəli heyət liqaturasında (N2) göy üçün heroqlifin variantı ilə kk və ya kkwy kimi yazılır. == Tarixi == Ən qədim təsvirlərdə Kekuiyə ilanın, Kekuitə isə ya qurbağanın, ya da pişiyin başı verilir. Bir səhnədə onlar Ka və Kate ilə eyniləşdirilir; bu səhnədə Ka-Kekuinin üstü böcəklə örtülmüş qurbağa başı, Kate-Kekuit isə disklə örtülmüş ilan başı var. Yunan-Roma dövründə Kekin kişi forması qurbağa başlı kişi, qadın forması isə ilan başlı qadın kimi təsvir edilmişdir, Oqdoaddakı bütün dörd dualistik anlayış kimi. == Populyar mədəniyyətdə == 2016-cı il ABŞ prezident seçkiləri ilə əlaqədar olaraq, 4chan kimi onlayn mesaj lövhələri ilə əlaqəli insanlar Keck və qurbağa obrazı Pepe arasında oxşarlıqları qeyd etdilər. Bu, "kek" termininin tez-tez Pepe şəkilləri ilə birləşdirilən "lol" İnternet jarqonunun məşhur əvəzi kimi tez-tez istifadəsi ilə birlikdə qədim tanrıya marağın yenidən artmasına səbəb oldu.
Kerber (mifologiya)
Kerber, Serber' (yun. Κέρβερος) — yunan mifologiyasında Tifon və Exidna (yaxud Tartar və Geya) tərəfindən törənmiş, Aidin axirət dünyasının girəcəyinin gözətçisi, dirilərin içəri girməsini, ölülərin isə geriyə həyata qayıtmasını əngəlləyən mifik üçbaşlı, ilan quyruqlu köpək. Digər mənbələrdə 50 və 100, bəzi incəsənət əsərlərində 2 başlı köpək kimi təsvir olunur. Persefona onu qardaş kimi qəbul etmişdir. Herakl Hermes və Afinanın köməyi ilə ona qalib gəlmişdir. Kerber gün işığından qusub, öyüdüyü üçün ondan gizlənərmiş. Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən zəhərli akonit otu göyərmişdir. Bu hadisə Akoni şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır.
Keren (mifologiya)
Keren (yun. Χάρων) — yunan mifologiyasında ölülərin ruhlarını canlılar dünyasından ölülər dünyasına aparan Aidin qayıqçısı.
Keyxosrov (Mifologiya)
Keyxosrov (avest. Kavi Husravah, pəhl. Kay Husraw, fars. كی خسرو‎ — Kavi Xaosrova, Kavi Xosrav, Kay Xusroy) — Firdovsinin Şahnamə əsərinin qəhrəmanlarından biri, Siyavuşun oğlu. Keyxosrov — qədim İran padşahlarından Keylər sülaləsinin üçüncü hökmdarıdır. Firdovsinin "Şahnamə"sinə görə, Keyxosrov Siyavuşun oğlu və Keykavusun nəvəsi olmuşdur; Siyavuş öz ögey anasının ona atdığı böhtan nəticəsində atası Keykavusdan acıq edib, Turana qaçmış, Turan padşahı Əfrasiyabın qızı Firəngizlə evlənmişdir. Orada da yenə böhtana düşüb, Əfrasiyab tərəfindən öldürülmüşdür. Sonralar Firəngiz Səyavuşdan Keyxosrovu doğanda Əfrasiyab uşağı öldürmək istəmiş, lakin, onu qaçırıb, dağda çobanlar arasında böyütmüşlər. İranlılar Turana gələrək, Keyxosrovu tapmış və onu aparıb babası Keykavusa çatdırmışlar. Keykavus atəşpərəstlərə məxsus bir təntənə ilə Keyxosrovu öz yerinə taxta çıxararaq, şah etmişdir.
Koy (mifologiya)
Koy, Key, Keos (yun. Κοῖος) yunan mifologiyasında titan Uran və Geyanın oğlu, bacısı titan ilahə Febanın əri, Leto və Asteriyanın atası. Titanomaxiyadan sonra Zevs tərəfindən Tartara göndərilmişdir. Kos adasının ən qədim sakini. == İstinadlar == == Mənbə == Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.
Mifologiya
Mifologiya və ya Əsatir— dünya haqqında ibtidai icma cəmiyyəti insanına məxsus fantastik təsəvvür və mifləri öyrənən elm. İbtidai icma dövründə insanın özünə yaxın və doğma olan icma-tayfa münasibətlərini onu əhatə edən bütün əşya və hadisələr haqqında idi. Torpaq, səma, bitki və heyvanlar aləmi universal tayfa icması şəklində təsəvvür olunur və bu icmada bütün əşyalar təkcə canlılar kimi yox, həm də şüurlu və mütləq bir biri ilə qohum olan məxluqlar kimi anlaşılırdı. Bu təsəvvürlər mifologiyada ümumiləşirdi. Buna görə də Allah-sənətkar, allah-maldar, allah-döyüşçü, allah-əkinçi və s. mifoloji obrazlar yaranırdı. Mifologiyanın ilkin formaları fetişizm, totemizm, inkişafının daha yüksək pilləsi isə animizm idi. Yunan dilində mythos, almanlarda mythe, ingilislərdə myth, fransızlarda mythe, ruslarda və azərbaycanlılarda mif şəklində işlənən sözün hərfi mənası rəvayət, əhvalat deməkdir. Mif termini beynəlxalq aləmdə əsasən iki anlamda işlənir: birinci, mif - sözlərlə yaranan təsviri mətndir, təhkiyə hadisəsidir (sintaqmatik aspektdir); ikinci, mif - düşüncə hadisəsidir (mənaların paradiqmasıdır), dünya haqqında təsəvvürlər sistemi - gerçəkliyi dolayı şəkildə əks etdirən dünya modeli, onun ayrı-ayrı elementləri və vahidləridir. Birinci halda mif sintaqmatik, ikincidə isə paradiqmatik planda anlaşılır.
Kratos (mifologiya)
Kratos və ya Kratus (yun. Κράτος — "güc" və ya "hakimiyyət") — Qədim yunan mifologiyasında güc və hakimiyyət tanrısı, titan tanrı. O, Pallantın və ilahə Stiksin oğlu, Biya (qüvvət), Zel (qısqanc), Nikanın (zəfər) qardaşıdır. Kratos ilk dəfə qardaş və bacıları ilə birlikdə Hesiodun "Teoqoniya" poemasında görülmüşdür. Hesioda görə Kratos və onun qardaş və bacıları Zevs ilə bir yerdə yaşayırdılar. Bunun səbəbi onların anaları Stiksin Zevsdən hakimiyyətində vəzifə istəyən ilk şəxs olması idi. Kratos və bacısı Biya ən çox Esxilin "Zəncirlənmiş Prometey" faciəsinin açılış səhnəsindəki rollarına görə tanınırlar. Onlar burada Zevsin qulluqçusu olurlar və titan Prometeyi səhnəyə gətirirlər. Kratos dəmirçilik və vulkanlar tanrısı Hefesti Prometeyi alovu oğurladığına görə cəza olaraq qayaya zəncirləməyə vadar edir. Kratos vəhşi, əzazil və zülmkar olaraq xarakterizə edilir.
Kratus (mifologiya)
Kratos və ya Kratus (yun. Κράτος — "güc" və ya "hakimiyyət") — Qədim yunan mifologiyasında güc və hakimiyyət tanrısı, titan tanrı. O, Pallantın və ilahə Stiksin oğlu, Biya (qüvvət), Zel (qısqanc), Nikanın (zəfər) qardaşıdır. Kratos ilk dəfə qardaş və bacıları ilə birlikdə Hesiodun "Teoqoniya" poemasında görülmüşdür. Hesioda görə Kratos və onun qardaş və bacıları Zevs ilə bir yerdə yaşayırdılar. Bunun səbəbi onların anaları Stiksin Zevsdən hakimiyyətində vəzifə istəyən ilk şəxs olması idi. Kratos və bacısı Biya ən çox Esxilin "Zəncirlənmiş Prometey" faciəsinin açılış səhnəsindəki rollarına görə tanınırlar. Onlar burada Zevsin qulluqçusu olurlar və titan Prometeyi səhnəyə gətirirlər. Kratos dəmirçilik və vulkanlar tanrısı Hefesti Prometeyi alovu oğurladığına görə cəza olaraq qayaya zəncirləməyə vadar edir. Kratos vəhşi, əzazil və zülmkar olaraq xarakterizə edilir.
Leto (mifologiya)
Leto (yun. Λητώ miken yazılarında ra-to) — yunan mifologiyasında titan ilahə, Koy və Febanın qızı, Zevsin Heranın qorxusundan atmış olduğu sevgilisi (arvadı), ekizlərin Apollon və Artemidanın anası. Rəvayətə görə Zevs bildirçin cildinə girərək Letonun könlünü alaraq ona yiyələnir. Zevsdən hamilə qalan və Heranın qəzəbinə gəlmiş və onun tərəfindən göndərilmiş Pifon əjdahanın təqibinə düçar olmuş Leto doğmağa yer tapa bilmir. Leto sığınacaq tapa bilməyərək bütün Ellada elini dolaşdıqdan sonra nəhayət otsuz ələfsiz səhralıq olan üzən Delos (Ortigiya) adasına gəlib çıxır. Delosun onu qəbul etməsi üçün, söz verir ki, doğulacaq uşaq adanı məşhurlaşdıracaqdır. Təkcə doğuş ilahəsi Eylifeyaya möhtac olan Leto doqquz gün sancılardan əziyyət çəkir. Hera doğuş ilahəsini qızılı buludlara qərq edir ki, Eylifeya heç nə duymasın. Xoşbəxtlikdən becit ayaqlı İrida doğuş ilahəsini adaya yetişdirir və Apollon doğulmuş olur. Digər bir rəvayətdə guya ilk doğulmuş Artemida dərhal anasına Apollonu doğmaqda kömək edir.
Makemake (mifologiya)
Makemake — rapanuilərin mifologiyasında yaradıcı tanrı. == Haqqında == == Həmçinin bax == Makemake (cırtdan planet) Pasxa adası Rapanuilər Moai == Xarici keçidlər == Robert D. Craig (2004). "Handbook of Polynesian Mythology". ABC-CLIO: 63. ISBN 978-1-57607-894-5. Blue, Jennifer (July 14, 2008). "Dwarf Planet 136472 2005 FY9 Named Makemake". Retrieved 2016-08-14. Mike Brown (2008). "Mike Brown's Planets: What's in a name?
Mars (mifologiya)
Mars — Qədim Roma mifologiyasında fəlakət tanrısı. Mars həm də əfsanəyə görə qədim yunan tanrılarından biri olub. Həmin tanrının adı çəkilən yerdə həmişə fəlakət üz verirmiş. Bundan qəzəblənən digər tanrılar onu Yerdən qovublar. Mars tanrısı isə dünyadan çıxıb gedib. Sonralar elə Mars planetinin də həmin tanrı olduğu güman edilir. Və həmin hadisədən sonra bu planetin qırmızı rəngə boyandığı güman edilir. O vaxtdan bəri bu planetə qırmızı planet, yəni hirsli planet adı verilmişdir. Mart ayının adı bu tanrının şərəfinə adlandırılmışdır.
Maxaon (mifologiya)
Maxaon (yun. Μαχάων) — qədim yunan mifologiyasında məşhur təbib, təbabət tanrısı Asklepin və Epionun oğlu, Apollonun nəvəsi. Dövrünün cərrahı, Yelenanın nişanlısı. O, qardaşı Podaliriylə birlikdə, 30 gəmi ilə Troya uğrunda döyüşə qatılmış, həm döyüşçü, həm də təbib kimi böyük şücaətlər göstərmişdir. Sağlamlıq ilahəsi Higeyanın qardaşı. Aleksanora, Sfira və Polemokratın atası. Karl Linney onun şərəfinə yelkənlilər ailəsindən olan kəpənəyə onun adını - Papilio machaon, 1758 - vermişdir.
Meliyalar (mifologiya)
Meliyalar (q.yun. Μελίαι q.yun. Μελίαι Μελίαι və ya Μελιάδες, "kül") — qədim yunan mifologiyasında, ən qədim və yeganə ölüm külü nimfaları . Uranın qanından Gaia tərəfindən əmələ gəlmişdir. Onları Zevsin çörəkçisi hesab edirdilər. Onların son varisi Talos idi. Melialar vakhan qruplarından biridir . Nimfalardan bir neçəsi Meliya adını daşıyırdı: Foroneya və Egialeyanın İnahdan olan anası Amik və Miqdonun Poseydondan olan İsmeniya və Tenerin anası, başqa cür deyilsə Apollondan olan Keos.
Merkuri (mifologiya)
Merkuri — Roma mifologiyasında elçi və ticarət ilə gəlirin, oğru və fırıldaqçıların tanrısıdır. Yunan mifologiyasındakı Hermes ilə eyniləşdirilir.
Dəniz (Türk mifologiyası)
Türk və altay mifologiyasında iştirak edən əfsanəvi dənizlər belədir. Ağ dəniz Göy dəniz Od dəniz == Ağ dəniz == Ağ dəniz, türk, anadolu və altay mifologiyasında sonsuz okeandır. Müxtəlif türk dillərində Akdeniz, Aqtengiz, Ağdingiz, Ağtines olaraq da deyilir. Surtengis və ya Suratines sözləri də istifadə edilər. Dünyanın sonunda iştirak edər. Dünyanın sonunda iştirak edən və ya əhatə edən digər dəniz isə Göy dənizdir. Ağ Dənizin və Göy dənizin də kənarında Od dəniz (atəş dənizi) vardır. Ağ dəniz və Göy dəniz məntiqinə uyğun olaraq, göydə Altınqazıxın (Dəmirqazıxn) ətrafında dönən Ağboz At və Göyboz At vardır, yenə eyni məntiqlə Çingiz Xan ölməmişdən əvvəl ölkəni oğulları arasında Ağ Orda və Göy Orda olaraq ikiyə bölmüşdür. == Göy dəniz == Göy dəniz, türk və altay mifologiyasında dünyanın sonunda olan okeandır. Köktengiz və ya Gökdeniz olaraq da deyilər.
Etrusk mifologiyası
Etrusk mifologiyası Etrusk əfsanəsinə görə, əvvəllər köçəri yaşamla keçinən etrusklar bir gecə ulduzdan qopan işığın yerə düşdüyünü görürlər. Zərbə ilə yerə dəyən işıq parçalanıb kiçik gümüş güzgülərə çevrilir. Etrusklar həmin yeri qazırlar, oradan uşaq görkəmində, lakin saçı ağarmış möcüzəli bir adam çıxır. Taq (Taqes)adlanan və gələcəkdən xəbər verən bu müdrik etrusklaraçox şey öyrədir.İtalyada ilk sikkələrin basılması da əvəzolunmaz görücü Taqın məsləhəti ilə gerçəkləşir. Taq çıxan yerdə etrusklar Tarkvini adlı şəhəri salınır.Dini və siyasi mərkəzə çevrilən bu şəhər Roma yaranandan sonra ona tabe olur. Tarixdən bəllidir ki, dəmir çağının başlandığı dövrdə bir çox xalqlarda mifik qəhrəmanlar sırasından peyğəmbər obrazı yaratma meyli artmışdı. Bu çağda etrusk kahinləri də Taq adlı birindən tanrı elçisi kimi danışırlırdı. == Tanrılar == Etrusk dünya görüşündə dini baxışlar ilə sosial qurumların arasında bir uyğunluq vardı. Toplumun müstəqil qəbul edə bilən səlahiyyətli vahid hökmdarı olmadığı kimi, etrusk panteonları sistemində də baş tanrı Tin yalnız böyük tanrılar şurasına başçılıq edir, vacib məsələlərin həllini tapmaqda yardımcı olurdu. Tinin mahiyəti romalıların Yupier tanrısında təcəssüm edirdi.
Fars mifologiyası
Fars mifologiyası və ya İran mifologiyası — qədim Böyük İranda yayılmış mifologiya. İran mifologiyasının formalaşmasının ilkin mərhələsi Hind-İran icması dövrünə aiddir. Mifologiyanın əsas mətni şair Firdovsinin X–XI əsrlərin əvvəllərində yazdığı "Şahnamə"dir. Firdovsinin əsəri təkcə "Avesta"dan deyil, həm də "Bundahişn" və "Denkard" kimi sonrakı dövrlərə aid mətnlərdən də zərdüştiliyin hekayələri və personajlarına istinad edir. Hər halda, İran mifologiyasının bərpası üçün istifadə edilən əsas mənbə "Avesta"dır. İran mifologiyası Hindistanın veda mifologiyasına yaxındır. Ortaq Hind-Avropa əsasına qayıdır. İran mifologiyasının qədim təbəqəsinin bir çox adları veda ilahilərinin adları arasında ümumi köklərə malikdir. Məsələn, sonradan Cəmşid olmuş Yima əslində veda tanrısı Yamadır. Cəmşid hekayəsi Qədim İran mifologiyasının ən dolğun əfsanələrindən biridir.
German-Skandinav mifologiyası
German-skandinav mifologiyası (Qədim german mifologiyası, Skandinav mifologiyası) — qədim german tayfalarından olan anqlların, saksonların, normanların, danların və digərlərinin e.ə. V əsrdən başlayaraq xristianlığı qəbul etdikləri dövrə kimi formalaşdırdıqları mifologiya. Bu mifologiyanın əsas mənbəyi əslən islandiyalı nasir Snorri Sturlusona məxsus olan "Böyük Edda" və "Edda" adlı bədii və mənsur əsərlərindəki mətnlərdən qaynaqlanır. Danimarkalı salnaməçi Sakson Qrammatikin yazdığı "Danimarkalıların əməlləri" adlı əsərində də bir sıra müxtəlif mifoloji süjetlər öz əksini tapmışdır. Bu sahəyə dair qiymətli məlumatlara məşhur Roma tarixçisi Tasitin qədim german əsatirləri əsasında yazdığı "Germaniya" əsərində də rast gəlinir. == Dünyanın yaranması == Dünya yaranmamışdan əvvəl o, Ginnunqaqap adlı dərin və qara uçurumdan ibarət idi. Bu uçurumun bir tərəfində Niflheym adlı buz səltənəti (qadın başlanğıcı hesab edilir), digər tərəfində isə Muspellheym adlı od səltənəti vardı (kişi başlanğıcı hesab edilir). Niflheym səltənətində Hvergelmir adlı bulaq vardı və bu bulaqdan 12 ədəd güclü su axını (Elivaqar) öz mənbəyini götürərdi. Uçurumun hər iki tərəfi birləşərək ən əvvəl dünyada ilk canlı sayılan İmiri və sonradan Audumla adlı bir düyəni əmələ gətirir. İmirin tərindən bir cüt canlı, kişi və qadın yaranır.
Hind mifologiyası
Hind mifologiyası ― Sanskrit ədəbiyyatında mövcud olan hinduizmlə əlaqəli povestlər toplusu. Nepal və Hindistan mədəniyyətinin bir alt təbəqəsi kimi qəbul edilən hind mifologiyası vahid bir quruluşdan fərqli olaraq fərqli ənənələri, sinifləri, fəlsəfələri və coğrafiyaları olan insanların bir araya gətirdiyi hekayələri təmsil edir. Müqəddəs kitablar olan Vedalar ilə qidalanır.
Hindistan mifologiyası
Hind mifologiyası ― Sanskrit ədəbiyyatında mövcud olan hinduizmlə əlaqəli povestlər toplusu. Nepal və Hindistan mədəniyyətinin bir alt təbəqəsi kimi qəbul edilən hind mifologiyası vahid bir quruluşdan fərqli olaraq fərqli ənənələri, sinifləri, fəlsəfələri və coğrafiyaları olan insanların bir araya gətirdiyi hekayələri təmsil edir. Müqəddəs kitablar olan Vedalar ilə qidalanır.
Ka (Misir mifologiyası)
Ka — Qədim Misir mifologiyasına görə insanın həyat qüvvəsi.
Koreya mifologiyası
Koreya mifologiyası (kor: 한국 신화) dedikdə Koreya mifləri nəzərdə tutulur. Şimal-şərqi Asiya mifləri ilə oxşar cəhətləri çoxdur. Xüsusilə Sibir də daxil olmaqla Mancuriyadakı şamanizm, yəni muizm (Koreya şamanizmi) ənənələrinin olduğu ərazilərlə oxşar mifoloji struktura malikdir. Sonrakı Koreya miflərlərində daosizm və buddizmin təsiri ilə muizm-buddizm-daosizmin bir-biri ilə vəhdəti mövcuddur. Cənubi Koreya miflərini əsasən yaradılış əfsanələri və muizm əfsanələri olaraq bölürlər. Koreyanın yaradılış mifi Danqun əfsanəsi, Üç Koreya Krallığının kralı Dongmyeonqun ölkənin əsasını qoyması nağılı, mənşə mif və turp (巫) mif bölünür, Koreya, qurucu mif Tangün mif və Üç Krallığı dövrün bir Acala ölkələr povest və Biryu Onjo Mifologiya kimi bir mifik xarakter qəhrəman mif, cheonson bukbanggye və tinged bakhyeokgeose alyoung mifologiya, seoktalhae, Gim Al-ji çox mif kimi nambanggye belə iki növ bölünür. Qurulan miflərdən fərqli olaraq Mu mifi şamanlar arasında təhvil verilmiş və ümumiyyətlə folklor və buddizm elementləri ilə qarışdırılmışdır. Qurucu miflə müqayisədə, fövqəltəbii varlıq passiv rol oynamır, aktiv rol oynayır və yalnız qəhrəmanlıq mifləri deyil, müxtəlif mifik motivlər də yayılıb. == Ədəbi miflər == Dangun mifi, Koreya Xalqının Üç Krallığa çatdırılan mifoloji irsi arasında təmsil olunan bir ədəbiyyat mifidir . Koreyalıların mifləri etnik miqrasiya dövründən sonra meydana gəlmiş kimi görünür və göy və yer haqqında miflər azdır, milli miflər və qurucu miflər çoxdur.
Ktulhu mifologiyası
Ktulxu mifologiyası, Amerikalı dəhşət ədəbiyyatı yazıçısı Hovard Filips Lavkraft tərəfindən yaradılan uydurma kainat və bu kainatdakı bütün hekayələrini əhatə edən mətnlərin hamısına verilən adlardır. Adın əsası isə 1928-ci ildə ‘Weird Tales’ jurnalında nəşr edilən ‘Ktulhunun çağırışı’ əsərindən götürülmüşdür. (əsər Lavkraft tərəfindən yazılıb) Ktulxu mifalogiyasına aid tanrılar : Azatot (ing. Azathoth) - ən güclü ruh olaraq digər Tanrıları idarə edir. Yoq-Sotot (ing. Yog-Sothoth) - digər dünyaları, dövrləri bir-biri ilə əlaqələndirən Tanrı. Ktulxu (ing. Cthulhu) - Qədim Tanrıların qardaşı. Xastur (ing. Hastur) - Kainatdan kənarda yaşayan və adətən tufan kimi gələn Tanrı.

Digər lüğətlərdə