MİFOLOGİYA

сущ. мифология:
1. совокупность, собрание мифов. Yunan mifologiyası греческая мифология
2. наука, изучающая мифы
MİFİK
MİFOLOJİ
OBASTAN VİKİ
666 (mifologiya)
Vəhşi heyvanın rəqəmi, həmçinin heyvan rəqəmi, iblis rəqəmi və ya vəhşi heyvana məxsus say (q.yun. Ἀριθμὸς τοῦ θηρίου, Arithmós toû thēríou) — Vəhy Kitabının 13-cü fəsli, 18-ci ayəsində Vəhşi heyvan əlaqələndirilən rəqəm. Əhdi-cədidin əksər əlyazmalarında və Bibliyanın tərcümələrində vəhşi heyvanın rəqəmi altı yüz altmış altı və ya "χξϛ" (yunan rəqəmlərində "χ" 600, "ξ" 60 və "ϛ" 6-nı təmsil edir) təşkil edir. Vəhy Kitabının qorunub saxlanmış ən qədim əlyazması olan 115-ci papirus, eləcə də "Codex Ephraemi Rescriptus" kimi digər qədim mənbələrdə vəhşi heyvanın rəqəmi "χιϛ" və ya "χιϲ", yəni ərəb rəqəmləri ilə 616 (χιϛ) kimi verilmişdir. Yunanca mətnin "Novum Testamentum Graece" kimi tənqidi nəşrləri variant kimi "χιϛ"ni qeyd edir. == İnterpretasiya == Korneli Tasitin qeydləri və sonrakı dövrün xristian ənənəsinə görə, Neron 64-cü ildə şəhərin bir hissəsini məhv edən və Roma əhalisini iqtisadi cəhətdən çökdürən Böyük Roma yanğınına görə xristianları günahlandırmışdır. Entoni A. Barrett yazmışdır ki ki, "böyük arxeoloji səylər son vaxtlar yanğın üçün yeni dəlillər ortaya çıxarıb, lakin onu kimin başlatdığını göstərə bilmir". Tasitin "Annallar"ında qeyd edilmişdir: Tasitin bu qeydləri Neronun Böyük Roma yanğınına görə xristianları günahlandırmasını təsdiqləyən yeganə müstəqil dəlildir və ümumiyyətlə həqiqəti əks etdirdiyinə inanılır. Tasitin müasiri olmuş Svetoni müəllifi olduğu Neronun bioqrafiyasının XVI fəslində yazmışdır ki, "yeni və şeytani xurafata inananların sinfi olan xristianlara cəza verilmişdir". Buna baxmayaraq, o, cəzanın səbəbini göstərməmişdir.
Adrasteya (mifologiya)
Adrasteya (q.yun. Ἀδράστεια, «qabağıalınmaz») — qədim yunan mifologiyasında qisas ilahəsi. Nemesid ilə eyniləşdirilir. Həmçinin, Zevsi yetişdirən nimfanın adıdır. Kirrakda (Fokida) Adrasteyanın heykəli vardı.
Afina (mifologiya)
Afina (yun. Ἀθηνᾶ), Afina Pallada (yun. Παλλὰς Ἀθηνᾶ) - qədim yunan mifologiyasında hərb və zəfər ilahəsi, eləcə də müdriklik, bilik, incəsənət və sənətkarlıq ilahəsi idi. Afina şəhərinin himayədarı hesab edilirdi. Atributları bayquş (Minerva), dəbilqə, nizə və ilan idi. == Yunanıstanın Paytaxtı == Yunanıstanın paytaxtı Afina yunan ilahələrindən biri olan Afinanın şərəfinə adlandırılmışdır. Əfsanəyə görə, bu şəhərə dəniz ilahı Poseydon da öz adını vermək istəyirdi. Belə olduqda ilahların hakimliyi ilə yarış təşkil olundu. Afina və Poseydon şəhərə sahiblik etmək üçün öz qüdrətlərini göstərməli idilər. Əvvəlcə Poseydon gəldi və akropola – şəhərin ən yüksək yerinə öz üç dişli nizəsini sancdı.
Alekto (mifologiya)
Alekto — (q.yun. Ἀληκτώ q.yun. Ἀληκτώ Ἀληκτώ də Ἀλληκτώ — bağışlamaz, amansız, barışmaz, və heç vaxt istirahət etməyən) Yunan mifologiyasında intiqam ilahəsi, Ereblə Nyuktanın üç qızından biridir (Furi ya Erini) (və ya "nigahsız gecənin qızı") və Uranın axtalanmasından fışqıran qan damlalarından dünyaya gəlib . Meger və Tisifon bacılarıdır . Onu Virgildəki Gera da çağırır . == Müasir mədəniyyətə təsiri == 1901-ci ildə kəşf edilən Saturn peykindəki Dion krateri asteroid Alecto (465) Alektonun şərəfinə adlandırılıb. Harry Potter haqqındakı film və kitablar seriyasının qadın personajlarından biri Alekto adını daşıyır..
Altındağ (mifologiya)
Altındağ — türk, altay və monqol mifologiyalarında müqəddəs dağ. "Qızıl dağ" mənasını verir. Müxtəlif türk dillərində Altantav, Altantağ, Altuntah, Altantak və Altaytav olaraq da deyilər. Monqol Altanavla və ya Altanula olaraq bilinir. Bozdağ (Boztav, Pustak, Pustag) və Tazdağ (Tastav, Taztağ, Dazdağ) sözləri yenə bu dağı xarakterizə etmək üçün və ya eyni mənalı olaraq istifadə edilər. == Xüsusiyyətləri == Altay dağlarının simvolləşmiş formasıdır. Səmada tapılar. Türk yurdunun və dövlətinin genişliyini nəzər alıcılığını təmsil edir. Burada doqquz Tanrı yaşayır. Zirvesinde isə Altan Xan vardır.
Amur (mifologiya)
Amur — Qədim Roma mifologiyasında məhəbbət tanrısı. == İstinadlar == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Andromeda (mifologiya)
Andromeda (qədim yun. Andromede) — qədim yunan mifologiyasında Efiopiya padşahı Kefeyin qızı olmuşdur. Əhalinin tələbi ilə atası onu dəniz əjdahasına qurban vermiş, igid Persey Andromedanı azad edərək onunla evlənmişdi. Andromeda surəti incəsənətdə (Rubensin "Persey və Andromeda" tablosu və s.) öz əksini tapmışdır. == İstinadlar == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Apollon (mifologiya)
Apollon (yun. Ἀπόλλων; lat. Apollo mənası işıq; şüa) yunan mifologiyasında ikinci nəsil tanrısı, Zevsin və Letonun oğlu, Artemidanın əkiz tayı — qardaşı. 12 Olimp tanrısından biridir. İşıq, kəhanət, şeir və musiqi tanrısı, oxçuların hamisidir. O həm də həkimliyin tanrısıdır. Həkimliyi insanlara o öyrətmişdir. Yoluxucu xəstəlikləri o göndərir və o sağaldır. Simvolları dəfnə, yay, lira, delfin və qarğadır. Apollon biseksualdır.
Araxna (mifologiya)
Araxna (yun. Αράχνη - hörümçək deməkdir) - yunan mifologiyasında boyaqçı Lidiya şəhərindən olan İdmonun qızı, sənətkarı toxucu. Rəvayətə görə Afinadan toxuma və tikmə öyrənmiş Araxna özünü öyərək bunun heç də belə olmadığını söyləyir və ilahə Afinanı yarışa çağırır. İlahə Afina ona bu ağılsız hərəkətdən çəkinməyi təklif edir. lakin Araxna inadından dönmür. Yarış baş tutur: Afina tikməsində Poseydon üzərindəki qələbəsini, Araxna isə tikməsində Zevsin əməllərinə aid bir səhnəni həkk etdirir. Afina Araxnanın işini qiymətləndirsə də tikmədə təsvir olunmuş səhnənin tanrılara qarşı hörmətsizlik kimi qiymətləndirərək, fıstıq çubuğu ilə onun təpəsinə vurur. Bədbəxt Araxna bu alçatmağa dözməyərək özünü asır. Afina onu ilgəkdən azad edərək deyir: - Yaşa, amma sən ömürüboyu asılaraq toxuyacaqsan, və bu cəzanı bütün nəslin çəkəcək. Afina sehirli ot şirəsini Araxnaya sürtür, dərhal onun bədəni büzülərək hörümçəyə çevrilmiş olur.
Asar (mifologiya)
Asar (bolqarca: Acu, boşnakca: Æsiri, rusca: Асы, azərbaycanca: Asar) — türk, monqol və Tibet mifologiyalarında Tanrıların vətəni. Azar olaraq da deyilir. Tanrıların yaşadığı göy üzü deməkdir. Eyni söz ilah anlamına da gəlir. Azəri adının buradan törədiyini irəli sürən şəxslər də vardır. Tibet və monqol mətnlərində də yer alan, hətta Skandinaviya mifologiyasında belə bənzər sözlə “Aesir” formasında Tanrılar topluluğunu ifadə edən ortaq ünsürdür. Asarı sözü də tibetcədə səmavi Tanrıları ifadə etməkdə istifadə eidlir. Monqolcada asar çadır deməkdir. Türklərdə göyün böyük çadır olaraq qəbul edilməsi fikrinin bir başqa örnəyidir. Çoxtanrılı dinlərin demək olar ki, hamısında Tanrılar topluluğunun insanlardan uzaq bir yerdə (çox zaman göylərdəki dağda) yaşadığı inancı geniş yayılmışdır.
Asena (mifologiya)
Asena və ya Aşina – türk mifologiyasında önəmli rol oynayan əfsanəvi dişi qurdun dünyaya gətirdiyi on qız uşağından biri.Bəzi yerlərdə Asenanın dişi qurdun adı olduğu düşünülməkdədir. Ziya Göyalp 1922-ci ildə Diyarbəkirdə nəşr edilmiş Kiçik Məcmua jurnalında yayımlanan "Türk dövlətinin təkamülü" adlı məqaləsində "bu da çinlilərə görə (Asena=Qurd) mənasındadır" deməkdədir. Göytürk xaqanlığının qədim hökmdarlarının mənsub olduğu Aşina, Zena, Asen və ya Şunnu adı verilən sülalə əfsanəyə görə bu dişi qurddan törəmişdir. Əsli Açina kəlməsindən gəlməkdədir. == Əfsanənin tapıntılara görə ən qədim forması == Antik Çin qaynaqlarında Tüküe xalqının törəyişini anladan Asena əfsanəsinin fərqli formalarına rast gəlinilir. Tapılan ən qədim forması belədir: Bununla yanaşı, əfsanənin başqa formaları vardır. Daha qədim zamanlardan qalan, sonradan genişləndirilmiş, daha əhatəli ya da daha qəsa olan formaları da vardır.
Asteriya (mifologiya)
Asteriya (yun. Ἀστερία – ulduzlu) yunan mifologiyasında titan ulduz ilahəsi, titan Koy və Febanın qızı, Persin arvadı və Heketanın anası. Bir dəfə tanrı Zevs Asteriyaya vurularaq onun könlünü qartal cildində almağa calışmışdır, canını qurtarmaq üçün Asteriya cəld bildirçin cildinə girərək özünü dənizə atır. Onun adına Asteriya (sonralar şəhər Delos adlandırılmışdır) şəhəri adlandırılmışdır. Higinə görə guya ondan imtina etdiyi üçün Zevs onu bildirçinə çevirərək dənizə atmışdır. Nəticədə bildirçin adası – Ortigiya meydana gəlmişdir. Digər bir rəvazətə görə Zevs ona yiyələnmiş və Asteriya ondan Heketanı dönyaya gətirmiş, sonra Zevs onu Persə ərə vermişdir. Bir rəvayətdə isə onun Poseydon tərəfindən təqib edildiyi göstərilir. Başqa bir rəvazətə görə Asteriyanı göydən düşmüş bir ulduza bənzədirlər. == İstinadlar == == Mənbə == Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1 Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5 Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8 Paul Mazon, introduction à la Théogonie d’Hésiode, Les Belles Lettres, coll.
Astrey (mifologiya)
Astrey (yun. Ἀστραῖος; lat. Astraeus) yunan mifologiyasında bir personaj, Hesiod "Teoqoniyasına" və Psevdo-Apollodora görə ikinci nəsil titan, Krios və Evribiyanın oğlu. Higin onu Geya və Tartarın oğlu – nəhəng hesab edir. Titan ilahə Eosun əri, dörd külək tanrısının: Evr (cənub-şərq küləyi), Zefir (qərb küləyi), Not (cənub küləyi), Boreyin (şimal küləyi) atası. == İstinadlar == == Mənbə == Hans von Geisau: Astraios. In: Pauly-Wissowa#Der Kleine Pauly (KlP)|Der Kleine Pauly. Lexikon der Antike in fünf Bänden. Band 1, München 1964, Sp. 660.
Atlama (mifologiya)
Atlama — Mifoloji bir termin olaraq fövqəladə səfər deməkdir. Ümumi olaraq sıçrayaraq bir maneəni aşma, ayaqların yerdən kəsilməsiylə birlikdə başqa bir yerə olma deməkdir. Lakin xüsusilə Türk nağıllarında və mifologiyasında iştirak edən söylencelerde başqa aləmlərə keçmək, ölçü dəyişdirmək mənasında istifadə edilər. Yeraltına atlama yolu ilə gedilər. Atlamada bu dünya ilə digər dünya arasındakı sərhədlər ortadan qalxar. Atlama üç yolla həyata keçirilir. Quş və ya başqa bir heyvan cildinə girərək. Bu şəkildə bir çox mənfi xarici faktorun varlığı zərər verə bilməz. İnsanların və ya kötücül varlıqların diqqətini çəkmədən sürətli bir şəkildə o biri aləmə gedilər. Fövqəladə bir heyvana minib səfər edərək.
Atlant (mifologiya)
Atlant ya Atlas (yun. Άτλας) qədim yunan mifologiyasında titan tanrı İapetin oğlu, Prometey, Epimetey və Menetiyın qardaşı. Titanomaxiya zamanı qardaşı Menetiy kimi rəqib tərəfdə iştirak etdiyi üçün Zevs tərəfindən əbədi olaraq kürəklərində yeri və göyü saxlamağa məhkum olunmuşdur. Onun yeddi gözəl qızı – Pleyadlar atalarının çəkmiş olduğu zülümə dözməyərək ulduzlara çevrilmişlər.
Avart (mifologiya)
Avart (q.yun. ᾌβαρτος, Ábartos) — qədim yunan mifologiyasında personaj. Avart sonrakı dövrlərə aid ənənəyə görə, Attikanın sonuncu çarı olan əfsanəvi Kodrun nəslindən idi. Onu Kodrun nəslindən olan Deoit və Perikl ilə birlikdə fokeyalılar göndərmişdir, çünki ioniyalılar Fokeya şəhərini yalnız Kodrun nəslinin nümayəndələrinin idarə etdiyi halda öz ittifaqlarına qəbul etmək niyyətində idilər. Bu mifik versiya İoniyanın qərbi Anadolunun məskunlaşmasında Afinanın dominant rolu vurğulamaq üçün nəzərdə tutulmuşdu.
Avrora (mifologiya)
Avrora (lat. Aurora) — Roma mifologiyasına görə dan şəfəqi ilahəsi. Yunan mifologiyasında Avrora Eos adlanır. Qütb parıltıları öz elmi adını məhz ilahə Avroranın adından götürmüşdür. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Barak (mifologiya)
Bellona (mifologiya)
Bellona – Qədim Roma mifologiyasına görə müharibə və yeraltı dünya ilahəsi. Bellona sözünün mənası (bellum və ya duellum) müharibə deməkdir. Digər əfsanəyə görə Marsın anasıdır. Şəkillərdə uzun ətəkli donda, bir əlində qılınc, digər əlində məşəl təsəvvür olunur. E.ə. 458-ci ildə Romada Bellonanın şərəfinə məbəd inşa edilmişdir. Çox zaman Bellona Yunan mifologiyasındakı Enio ilahəsi ilə eyniləşdirilir. == Xarici keçidlər == Tanrılar Arxivləşdirilib 2014-03-28 at the Wayback Machine(Rus dilində) == Həmçinin bax == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mifologiya
Mifologiya — dünya haqqında ibtidai icma cəmiyyəti insanına məxsus fantastik təsəvvür və mifləri öyrənən elm. İbtidai icma dövründə insanın özünə yaxın və doğma olan icma-tayfa münasibətlərini onu əhatə edən bütün əşya və hadisələr haqqında idi. Torpaq, səma, bitki və heyvanlar aləmi universal tayfa icması şəklində təsəvvür olunur və bu icmada bütün əşyalar təkcə canlılar kimi yox, həm də şüurlu və mütləq bir biri ilə qohum olan məxluqlar kimi anlaşılırdı. Bu təsəvvürlər mifologiyada ümumiləşirdi. Buna görə də Allah-sənətkar, allah-maldar, allah-döyüşçü, allah-əkinçi və s. mifoloji obrazlar yaranırdı. Mifologiyanın ilkin formaları fetişizm, totemizm, inkişafının daha yüksək pilləsi isə animizm idi. Yunan dilində mythos, almanlarda mythe, ingilislərdə myth, fransızlarda mythe, ruslarda və azərbaycanlılarda mif şəklində işlənən sözün hərfi mənası rəvayət, əhvalat deməkdir. Mif termini beynəlxalq aləmdə əsasən iki anlamda işlənir: birinci, mif - sözlərlə yaranan təsviri mətndir, təhkiyə hadisəsidir (sintaqmatik aspektdir); ikinci, mif - düşüncə hadisəsidir (mənaların paradiqmasıdır), dünya haqqında təsəvvürlər sistemi - gerçəkliyi dolayı şəkildə əks etdirən dünya modeli, onun ayrı-ayrı elementləri və vahidləridir. Birinci halda mif sintaqmatik, ikincidə isə paradiqmatik planda anlaşılır.
Biya (mifologiya)
Kratos (yun. Βία — "qüvvət, zor" ) — yunan mifologiyasında qüvvət, zor ilahəsi titan tanrı Pallantın və ilahə Stiksin qızı, Kratos(güc), Zel (qısqanc), Nikanın (zəfər) bacısı, Psevdo-Apollodora görə Titanomaxiya zamanı Zevsin müttəfiqi. Esxilin "Zəncirlənmiş Prometey" faciəsində Zevsin qulluqçusu. Əfsanələrin birində Prometeyi Hefestin rəhbərliyi altında zəncirləyən personaj.
Bizant (mifologiya)
Bizant — yunan mifologiyasında Bizans şəhərinin banisi və tanrısı. Poseydon ilə Keroessanın oğlu. Apollon və Poseydon şəhərin möhkəmləndirilməsində Bizanta yardım göstərmişlər. Bizant Frakiya çarı Hemosun Bizansa hücumunun qarşısını almış və düşməni Frakiyanın uzaq rayonlarınadək qovmuşdur. Bizant şəhərdə olmadığı zaman skif hökmdarı Odris Bizansa basqın etmişdir. Bizantın arvadı Fidaleya və digər qadınlar şəhəri mühasirəyə alan skiflərin düşərgələrinə zəhərli ilanlar ataraq şəhəri xilas etmişlər. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, IV cild. Bakı,2013, səh.183.
Deymos (mifologiya)
Deimos (q.yun. Δεῖμος q.yun. Δεῖμος Δεῖμος, "qarışıqlıq, dəhşət") — qədim yunan mifologiyasında Ares və Afroditanın övladlarından biri, dəhşətin təcəssümü. Döyüşlərdə o, qardaşı Fobos, mübahisə ilahəsi Eris və tanrıça Enio Ares-i müşayiət edir . Antimaxın poemasında Deymos Aresin atının adıdır . Aristofanın "Dünya" komediyasının qəhrəmanı 1877-ci ildə Marsın peyklərini kəşf edən Asaf Hall onları Deymos və Fobos adlandırmışdır.
Diana (mifologiya)
Diana — Qədim Roma mifologiyasında Ay ilahəsi. Roma mifologiyasında Diana (lat. "Səma" və ya "ilahi") vəhşi heyvanlar və meşə ilə bağlı ov, ay və doğum ilahəsi idi. Onun heyvanlarla danışmaq və onlara nəzarət etmək gücü var idi. Baxmayaraq ki, Diana İtaliyada müstəqil mənşəyə malik idi, o, Yunan ilahəsi Artemisə bərabər tutulurdu. Qədim Roma dinində Dianaya sitayiş edilirdi. Ov ilahəsi kimi, Diana çox zaman qısa tunik və ov çəkmələri geyinirdi. == Həmçinin bax == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Diona (mifologiya)
Diona (yun. Διώνη; Miken sivilizasiyasına görə: di-u-ja, Diviya) — Qədim yunan mifologiyasında personaj, xüsusiyyətləri qeyri-müəyyən olan ilahə, orfizmə görə titan Uran və Geyanın qızı. Hesiod öz "Teoqoniya"sının girişində onun adını çəkmiş, amma titanidaların siyahısında onu qeyd etməmişdir. Homerin İliadasında Diona Zevsin sevgilisi və Afroditanın anası kimi təsvir edilmişdir. Fərziyyələrə görə o, yunan tanrılarına qədərki dövrə aid Yer ilahəsidir. Miken panteonunda Zevsin arvadı kimi qeyd olunur. Dodonada Dionanın Zevsin arvadı kimi kultu mövcud olmuşdur.
Alp (Türk mifologiyası)
Alp - türk və altay əfsanələrində və nağıllarında ümumi olaraq cəngavər mənasını verən söz. Alıp və ya Alpagut (Alpavut) da deyilir. == Məna == Döyüşçü, igid adam, cəsur, cəsarətli, qorxmaz mənalarını saxlayar. Orduya lazım olduğunda qatılan yarı milisləri də ifadə edər. Xaqanın yanında olduqları yerə görə fərqli adlarla xatırlanarlar. Dağların çox yüksək yamaçlarıdan yetişən bir bitkiyə "Alp ulduzu" adı verilməsi təsadüf olmayıb, bu adın ucalıq ehtiva edən möhtərəmliyi ilə əlaqəlidir. Alplar, xaqanın yanında olduqları yerə görə fərqli adlarla xatırlanarlar. Coro (Sağ yanında olan) Yoro (Sol yanında olan)Bundan başqa; Alpəren, döyüşçü dərviş deməkdir. Tanrının əmrinə uyaraq onun uğrunda döyüşər. Döyüşlərdə dəqiqliklə uyğun gəldikləri insani qaydaları vardır.
At (Türk mifologiyası)
At; türk, monqol və altay xalq mədəniyyətində, xalq inancında və mifologiyalarında müqəddəs heyvandır. Yunt (Yont, Yond) və ya Yabu (Yabı, Yabak, Yafak) ya da Yılkı (Yılxı, Cılkı) olaraq deyildiyi Türk dilləri də vardır. Monqollar Adu (Aduğ, Adagu) və ya Mor (Morın) deyərlər. Dırnaqlı, dörd ayaqlı, məməli yük heyvanıdır. == Türk mədəniyyətində at == Türklərdə çox böyük əhəmiyyəti vardır. Sahiblərilə birlikdə silkələnib daz (keçəl) bir ata çevrilən atlar vardır. Beləcə bir anda gücləri artır. Danışa bilən, uca bilən atlar vardır nağıllarda. Koroğlunun Qıratı vardır və sudan çıxıb gəlmişdir. Qırx gün günəş görməyən bir ahırda islah edilmişdir.
Aya (Türk mifologiyası)
Aya - türk və altay mifologiyasında yaxşı ruh. Ayalar formasında çoxluq olaraq istifadə edilir. Xeyirxah ruhların və mələklərin ümumi adıdır. Əksəriyyətlə səmada yaşayarlar. 17 fərqli yaxşı ruh kateqoriyasının hamısını izah edər. Əleyhdarı Aza 'dir. Yer üzündəki bütün yaradıcılığın, bərəkətin, sevginin qaynağıdırlar. Ayaçı (Ayatçı) təbiri yaradıcı insanlar üçün istifadə edilir. Ayığı şəklində də ifadə edilir. Bu təbir Yakut mifologiyasında Abası'nın əleyhdarı olaraq iştirak edər.
Aynu mifologiyası
Aynu mifologiyası – aynuların mifoloji təsəvvürlərinin toplusudur. Aynuların mifoloji təsəvvürlərinin və mifoloji folklorunun xarakteri və inkişaf səviyyəsi dağınıq məskunlaşma xüsusiyyəti, təsərrüfat növü (yığımcılıq, balıqçılıq, ovçuluq) kimi amillərlə müəyyənləşdirilir. Bu cür yaşam təbii mühitdə və insan populyasiyasında (demoqrafik partlayışa inkişafın qarşısını almaq) balansı saxlamaq üçün zəruri idi. Aynuların mifologiyası Şimal-Qərb Asiya xalqlarının, xüsusi ilə də yapon mifologiyası ilə təmas edərək inkişaf etmiş, lakin bununla birgə sonuncudan mühüm fərqlilikləri qorumağı bacarmışdır. Aynuların mifologiyasının araşdırılması mənbəsi qismində miflərin şifahi olaraq nəsildən-nəsilə ötürlməsinin 19-cü əsrin sonları – 20-ci əsrin əvvələri avropalı missionerlərin qələmə aldığı və müasir yapon tarixçilərinin araşdırdığı sənədlər çıxış edir. Aynu mifləri ilə bağlı elmi tənqidi nəşrlər mövcud deyil. Aynu mifologiyası animistik təsəvvürlərlə doludur – ona əsasən, insan, heyvan, balıq, quş kimi, bitkilər və hətta dünyada olan hər bir əşya və hadisələr də ruha malikdir. Hər şeyin ruha malik olması aynuların dini və mifoloji təsəvvürlərinin politeistik olmasında əks olunur. Aynuların mifoloji toplusunda kosmoloji, kosmoqonik, toponimik, totemistik miflər və bəd ruhlar (şeytanlar) çoxluq təşkil edir. == Aynu ilahlarının ierarxiyası == Aynu miflərində ilahlar “örtən kimsə (nəsə)” anlamını verən “kamuy” (aynu カムイ, yap.
Aza (Türk mifologiyası)
Aza – türk, altay, yakut, çuvaş və monqol mifologiyasında pis ruh. Asa şəklində də deyilər. Moğollar Ada deyərlər. Azalar formasında çoxluq olaraq istifadə edilir. == Xüsusiyyətləri == Yeraltındakı qaranlıqda öz evlərində yaşayırlar. Ümumi olaraq kötücül ruhların və pis varlıqların hamısına verilən bir addır. Oyrotlarda 13 fərqli kötücül ruh kateqoriyasının hamısını izah edər. Əleyhdarı Aya'dır. Bəzi qaynaqlarda üç növü sayılır. Azabuk: pis ruhlar.
Azərbaycan mifologiyası
Azərbaycan mifologiyası (az.-əbcəd آذربایجان میفولوژیسی‎) — azərbaycanlıların mifoloji düşüncələr sistemi, türk xalqlarının mifologiyasının tərkib hissəsi. == Tarixi == === Formalaşması və xarakteristikası === XIII əsr monqol işğalı və ondan sonrakı dövrlərdə Elxanilərin həm İran Azərbaycanı, həm müasir Azərbaycanın üzərində hakimiyyət qurması burada yayılmış şamançılıq adətlərinin güclənməsinə gətirib çıxarmışdır. Şamanizm adətləri İslamın təsiri ilə dəyişikliklərə məruz qalmış, zərərsiz və vacib olmayan yerlərdə özünü qorumuşdur. Qədim adət-ənənə qaydaları Azərbaycan mədəni sahəsində uşaq folklor və oyunlarında, geniş xalq təbəqələrinin mərasim və inanclarında yaşamağa davam etmişdir. Məsələn, azərbaycanlıların cümə axşamı ölülərin ruhuna hörmətən yediyi aşın qədim şamanizm qalıntısı olduğuna şübhə yoxdur. == Mifoloji dünya təsəvvürü == === Tanrılar === Azərbaycanlılarda tanrını göylə düşünmə təmayülü var. Tanrıya şükür edilərkən Günəşə dönər və ya şükür edilən nemət Günəşə çevrilərdi. Günəşdə ilahi bir hikmət olduğu qəbul edilərdi. Ənənəvi türk xalq inanclarında Tanrının göylə əlaqələndirilməsi İran Azərbaycan türkləri arasında "göydəki Tanrıya and olsun", "göy haqqı", "ay haqqı" kimi deyimlərdə yaşadılır. "Göy haqqı" xüsusilə göyün müqəddəsliyinə işarə edir.

Digər lüğətlərdə

аммофо́с лобко́вый отле́пливаться смакова́ться теоре́тик Ба́тькович ма́т-перема́т особь отчеренкова́ть оформля́ться постри́чься пригоди́ться синга́лец смотре́ться хлясь Вехра ейный eggspoon machine reproducer rickets specialism uncome-at-able сообразовать стереотипировать