Miftahəddin Ağmolla
Miftahəddin Ağmolla (başq. Аҡмулла, qaz. Ақмолла, tatar. Акмулла; 14 (26) dekabr 1831, Tuksanbayevo[d], Orenburq quberniyası[d] – 8 (20) oktyabr 1895, Sırostan[d], Orenburq quberniyası[d]) — başqırd şairi, maarifçi.
Miftahəddin Ağmolla 26 dekabr 1831-ci ildə tarixində Rusiya imperiyasının Tuksanbayevo kəndində (indiki Başqırdıstanda) anadan olmuşdur. O, mədrəsə təhsili almış, müəllimlik etmişdir. Ağmolla "Türki" dilində yazmışdır. Onun qazax dilində də şeirləri var. Ağmolla şeirlərində zəhmətkeşlərin arzu və istəklərinin, ədalət və humanizm ideyalarını tərənnüm etmiş, xalqı maarifə çağırmış, bay və mollaları satira atəşinə tutmuşdur. O, kəskin sosial-tənqidi şeirlərinə görə təqib olunmuş, dörd il Troitsk həbsxanasında saxlanılmışdır.