MİKAYIL

Əsli "Mikael"dir. Qədim y. Allahı Yaxveyə bərabər olan, Tanrıya müqabil olan. Dini rəvayətə görə, dörd mələkdən biri canlıların ruzisini təmin edən mələyin adıdır.
MİKAİL
MİKNƏT
OBASTAN VİKİ
Mikayıl
Mikayıl — kişi adı. Mikayıl Abdullayev — Azərbaycanlı boyakar, qrafik və teatr rəssamı Mikayıl Cəfərov — Mikayıl Nərimanoğlu — Mikayıl Orucov — Mikayıl Xıdırzadə — Azərbaycanın riyaziyyatçı alimi.
Elnur Mikayıl
Katolikos Mikayıl
Katolikos Mikayıl — Albaniyanın XXI katolikosu. Katolikos I Simeonu əvəz etmişdi. == Katolikosluğu == Şəkidə bir kilsədə keşiş idi. Moisey Kalankatlının çatdırdığı məlumata əsasən 711-ci ildə imperator Bardanes Filippikos tərəfindən Şahzadə Qaqikə verilən xaç hissəciyi daha sonra ona verilmişdi. Makenos monastırının keşişi Solomonu dəvət edib, baba-nənələri bir olan qohumları ilə evlənən Albaniya əyanlarını lənətləmişdi. Bunlarla birlikdə qohumları ilə evlənməyə icazə verən gürcü katolikosu Talila da lənətlənmişdi.
Mikayıl (arxangel)
Mikayıl — iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Bibliyada Mikayıl şeytan ilə vuruşan göy ordusunun başçısı kimi təmsil edilir. Xristianlıqda o, arxmələklərdən biri olan buludlarda rəhmətə getmiş Məryəmi də aparır. Quranda Mikayıl həmçinin Cəbrayıl ilə bərabər qeyd edilir. İslama görə Allahın dörd böyük mələyi var: Cəbrayıl, Mikayıl, Əzrayıl, İsrafil. Mikayıl insanların haqq yoldan azdıqlarından məyuslandığı üçün həmişə qəmli görünür. Dini kitablarda o ucaboy, boz əbalı mələk kimi təsvir olunur. Mikayıl Allahın verdiyi ruziləri insanlara paylayır. == Etimologiyası == Mikail adı İbranicə “Micha’el və ya Mikha’el; Yunanca Mikhail, latınca Michael; Ərəbcə isə Mikayıl şəkildə keçir və Tanrıya kim bənzər mənasına gəlir. == Yəhudilikdə == Yəhudilikdə ən üstün mələk olaraq bilinir.
Mikayıl (mələk)
Mikayıl — iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Bibliyada Mikayıl şeytan ilə vuruşan göy ordusunun başçısı kimi təmsil edilir. Xristianlıqda o, arxmələklərdən biri olan buludlarda rəhmətə getmiş Məryəmi də aparır. Quranda Mikayıl həmçinin Cəbrayıl ilə bərabər qeyd edilir. İslama görə Allahın dörd böyük mələyi var: Cəbrayıl, Mikayıl, Əzrayıl, İsrafil. Mikayıl insanların haqq yoldan azdıqlarından məyuslandığı üçün həmişə qəmli görünür. Dini kitablarda o ucaboy, boz əbalı mələk kimi təsvir olunur. Mikayıl Allahın verdiyi ruziləri insanlara paylayır. == Etimologiyası == Mikail adı İbranicə “Micha’el və ya Mikha’el; Yunanca Mikhail, latınca Michael; Ərəbcə isə Mikayıl şəkildə keçir və Tanrıya kim bənzər mənasına gəlir. == Yəhudilikdə == Yəhudilikdə ən üstün mələk olaraq bilinir.
Mikayıl Abbasov
Abbasov Mikayıl Hümmət oğlu — Azərbaycan Respublikasının Əməkdar Mühəndisi (2008), Texnika elmləri namizədi (2000), Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin texniki direktoru. == Həyatı == Abbasov Mikayıl Hümmət oğlu 1970-ci ilin iyunun 13-də Ermənistan SSR-in Krasnoselo rayonunun Cil kəndində anadan olub. 1987-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakültəsinin “Sənaye elektronikası” ixtisasına qəbul olub. 1993-cü ildə Azərbaycan Texniki Universitetinin “Avtomatika və hesablama texnikası” fakültəsinin “Sənaye elektronikası” ixtisasını fərqlənmə diplomu ilə bitirib. Fakültə elmi şuranın qərarı ilə həmin kafedrada tədqiqatçı-mühəndis kimi işə başlamışdır. 1994-cü ilin mart ayından Teleradio İB-də “Peyk rabitəsi” sexində böyük el.mexanik vəzifəsində işə başlamışdır. 1995-ci ildən “Peyk rabitəsi” sexinin rəisi vəzifəsində calışıb. 1998-ci ildən Peyk və radioteleviziya yayımı müəssisəsinin Baş mühəndisi vəzifəsində calışıb. 1999-ci ildən Texniki şöbənin rəisi vəzifəsində calışıb. 2004-cü ilin may ayının 3-dən Teleradio İB-in Baş mühəndisi vəzifəsinə təyin olunmuş və hal-hazırda bu vəzifədə çalışır.
Mikayıl Abdullayev
Mikayıl Hüseyn oğlu Abdullayev (19 dekabr 1921, Bakı – 21 avqust 2002, Bakı) — Azərbaycan boyakarı, qrafik və teatr rəssamı, professor, SSRİ xalq rəssamı (1963), Azərbaycan SSR xalq rəssamı (1960), SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1958), Azərbaycan SSR Ali Sovetinin V–IX çağırış deputatı. == Həyatı == Mikayıl Abdullayev 19 dekabr 1921-ci ildə Bakıda ziyalı ailəsində doğulmuşdur. 1939-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, 1949-cu ildə Surikov adına Moskva Dövlət Rəssamlıq məktəbini bitirmiş, S.Gerasimovun emalatxanasında rəssamlıq sənətinin incəliklərini öyrənmişdir. Əsərləri dünyanın bir sıra muzeylərində saxlanılır. Onun Dehlidə, Londonda, Monrealda, Moskvada və dünyanın bir sıra başqa şəhərlərində fərdi sərgiləri keçirilmişdir. Bir neçə dəfə Azərbaycan SSR Ali Sovetinin (1–120019-cu çağırış) deputatı seçilmişdir. Lenin ordeni və "Oktyabr inqilabı" ordeni ilə təltif edilmişdir. 2002-ci il avqustun 21-də 80 yaşında vəfat etmişdir. == Rəssamlıq fəaliyyəti == İstedadlı rəssam yaradıcılığı üçün daxili həyəcan, obrazların psixologiyasının poetik təsvir xarakterikdir. Onun əsərləri koloritin zənginliyi ilə cəlbedicidir.
Mikayıl Allahverdiyev
Mikayıl İbrahim oğlu Allahverdiyev — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini və Dövlət Plan Komitəsinin sədri (1964–1971). == Həyatı == Mikayıl Allahverdiyev 1908-ci ildə anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutu bitirmişdir. O, 1926-cı ildən fəhlə fakültəsinin tələbəsi, Xalq Ədliyyə Komissarlığının təşkilat idarəsində katib olmuşdur.Mikayıl Allahverdiyev 1933–1941-ci illərdə bir sıra neft sənayesi müəssisələrində, eləcə də respublika Dövlət Plan Komitəsində şöbəsi rəisi işləmişdir. 1941–1945-ci illərdə Sovet Ordusunda xidmət etmiş, Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibədən sonra, 1946-cı ildən Azərbaycan boru-prokat zavodu direktorunun müavini müavini olmuş, 1947–1951-ci illərdə Dövlət Plan Komitəsində şöbə rəisi və sədr müavini vəzifələrində çalışmışdır.1952–1958-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim və dekan işləyən Mikayıl Allahverdiyev 1958-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsində idarə rəisi, komitə sədrinin müavini olmuşdur. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri təyin edilmişdir.Mikayıl Allahverdiyev 1966-cı ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş və Azərbaycan SSR Ali Sovetinə (7-ci çağırış) deputat seçilmişdir. Ona "Azərbaycan SSR əməkdar iqtisadçısı" fəxri adı verilmişdir.
Mikayıl Azaflı
Aşıq Mikayıl Azaflı (azərb. Mikayıl Cabbar oğlu Zeynalov‎; 21 mart 1924, Traubenfeld – 12 oktyabr 1990, Tovuz rayonu) — Aşıq, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1986). == Həyatı == Mikayıl Azaflı 1924-cü ildə Tovuz rayonunun Azaflı kəndində anadan olub, burada yazıb-yaradıb, burada dünyasını dəyişib və doğma kəndində dəfn edilib.Mikayıl Azaflı böyük coşqunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad aşıq idi. Erkən yaşlarında «Coşğun» təxəllüsü ilə şeirlər yazan aşıq-şair az sonra öz doğma kəndinin adını təxəllüs götürüb. Professor Məhərrəm Qasımlının haqlı olaraq göstərdiyi kimi, Azaflı aşıq poeziyasının bütün şəkillərində əsl sənət nümunələri yaradan, klassik aşıq ənənələrini layiqincə davam etdirən sənətkarlardandır. Onun yaratdığı «Azaflı dübeyti», «Azaflı gözəlləməsi», «Azaflı sənəti», «Azaflı dünyası», «Azaflı gəraylısı», «Azaflı himni», «Mikayılı», «Azaflı dağları», «Azaflı bəhri», «Məzahiri», «Azaflı müxəmməsi», «Şah sarayı» kimi saz havaları dillər əzbəri olmuşdur.Azaflının Ümumittifaq Musiqi Cəmiyyətinin Rəyasət Heyətinə üzv seçilməsi təsadüfi deyildi. Bu, Azaflı Mikayılın musiqi istedadına qiymət və ehtiram idi. Aşığın arxivində Cəmiyyətin sədrinin birinci müavini V.M.Sameylenkonun 12 noyabr 1987-ci il tarixli rəsmi məktubu var. Azaflı Cəmiyyətin birinci Plenumunda iştirak etmək üçün Moskvaya dəvət olunurdu. Azaflı Moskvaya dəfələrlə dəvət olunmuşdu və ilk dəfə Moskvada 1954-cü ildə festivalda iştirak edib, medallarla təltif olunub.
Mikayıl Bağırov
Bağırov Mikayıl Kazım oğlu (1934, Naxçıvan şəhəri) — texnika elmləri doktoru. == Həyatı == Bağırov Mikayıl Kazım oğlu 1934-cü ildə Azərbaycanın Naxçıvan MR Şərur rayonu Daşarx kəndində anadan olmuşdur. 1956-cı ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirdikdən sonra, 1960-cı ilə qədər "Qaradağneft" NQÇİ-də operatordan sahə rəisinə qədər müxtəlif vəzifələrdə işləmişdir. 1960-cı ildən AzETNÇi-nun "Neft hasilatı texnologiyası" laboratoriyasında mühəndis, 1966-1975-ci illərdə isə bu laboratoriyanın elmi işçisi, rəhbəri olmuşdur. 1963-1966-cı illərdə bu institutun aspirantı olub. 1966-cı ildə "Layların hidravlik parçalanması məslələrinin (ünsürlərinin) tədqiqi" mövzusunda namizdəlik dissertasiyası müdafiə etmişdir. 1971-1975-ci və 1982-1985-ci illərdə Əlcəzair şəhəri Neft və kimya institutunda pedaqoq işləmiş və eyni zamanda öz elmi fəaliyyətini davam etdirmişdir. 1975-1992-ci illərdə "Neft quyularının hasilatının intensivləşdirilməsi", "Quyuların əsaslı və cari təmiri" laboratoriyalarının rəhbəri olmuşdur. 1992-2002-ci illərdə Azneftqaz Detli-də direktor vəzifəsində işləmişdir. 1998-ci ildə "Neft-qaz hasilatını intensivləşdirilməsi üsullarının səmərəliliyinin artırılması" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Mikayıl Cabbarov
Mikayıl Cabbarov (19 sentyabr 1976, Bakı) — Azərbaycan Respublikasının İqtisadiyyat naziri (2019), Azərbaycan Respublikasının Vergilər naziri (2017–2019), 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri, Azərbaycan Respublikasının təhsil naziri (2013–2017), Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi (2009–2013), Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini (2004–2009), Azərbaycan Badminton Federasiyasının prezidenti (2015–2021), Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti (2017–2021), Azərbaycan Güləş Federasiyasının prezidenti (2021). == Həyatı == Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakıda anadan olub. === Təhsili === 1992–1997-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1997–1998-ci illərdə ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb.2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb. 1999–2002-ci illər – özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib. 1999-cu ildən ABŞ-nin Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvüdür. 2002–2003-cü illər – İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri vəzifəsində çalışıb. 2003–2004-cü illər – Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb. 2004-cü il, 20 fevral – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilmişdir.
Mikayıl Cəbrayılov
Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu (27 aprel 1952, Oxud, Nuxa rayonu – 15 dekabr 1990, Mikayıllı (Xocalı)) — milis baş leytenantı, Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ münaqişəsi iştirakçısı. == Həyatı == Mikayıl Cəbrayılov 27 aprel 1950-ci ildə Şəki rayonunun Oxud kəndində, ikinci dünya müharibəsində əfsanəvi partizan olan Fransa milli qəhrəmanı Əhmədiyyə Cəbrayılovun ("Armed Mişel") ailəsində doğulmuşdur. Orta təhsilini doğulduğu kənddə almağa başlayır. O, səkkizinci sinfə qədər doğulduğu kənddə oxumuş, sonra isə təhsilini Şəki şəhər 5 saylı fəhlə gənclər məktəbində davam etdirmişdir. 1971-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilir. Daha sonra Milis məktəbinə daxil olur, 1978-ci ildə bu məktəbi bitirir, leytenant rütbəsi alır və sahə müvəkkili təyin edilir. == Döyüşlərdə iştirakı == 1990-cı ildə Mikayıl Cəbrayılov tabeliyində 4 milis işçisi Eyvaz,Nazim,Azər və Arzu Əliyevlə birlikdə Qarabağa ezam olunur. Onlar Cəmilli kəndini düşməndən müdafiə etməli idilər. Bir müddət sonra o Kosalara, əhali üçün ayrılmış taxılı gətirməyə gedir. Cəmilli-Kosalar arasındakı yolda erməni döyüşçülər onları pusquya salır və onların olduğu maşını atəşə tuturlar.
Mikayıl Cəfərov
Mikayıl Cəfərov - Azərbaycan Respublikası Nazirlər Kabineti nəqliyyat və rabitə şöbəsinin müdiri. == Həyatı == Mikayıl Cəfərov 1959-cu ildə Naxçıvan MR-in İliç rayonunun Aralıq kəndində anadan olmuşdur. 2000-ci ildə Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, İqtisadiyyat və Hüquq İnstitutunu hüquqşünas ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1976-cı ildə Naxçıvan MR İliç rayon Kənd təsərrüfatı texnika birliyində fəhlə kimi başlamışdır. 1978-1980-ci illərdə ordu sıralarında xidmət etmişdir. 1981-1983-cü illərdə Bakı Baş Tikinti İdarəsinin Hündürbinatikinti trestinin 5 №-li tikinti idarəsində ikinci, dördüncü dərəcəli bənna işləmiş, 1983-1984-cü illərdə Azərbaycan Dəmir Yolunun 404 №-li ixtisaslaşdırılmış tikinti-quraşdırma qatarında ikinci dərəcəli avtoçilingər, dördüncü dərəcəli bənna, 1984-1986-cı illərdə 376 №-li tikinti-quraşdırma qatarında dördüncü, beşinci dərəcəli avtoçilingər olmuşdur. 1986-1990-cı illərdə Azərbaycan Dəmir Yolunun Yol tikinti trestinin mərkəzləşdirilmiş avtobazasında avtoçilingər, növbətçi mexanik, böyük dispetçer, şöbə rəisi, 1990-1995-ci illərdə Azərbaycan Dəmir Yolunun Yol tikinti trestinin 376 №-li tikinti-quraşdırma qatarında sahə mexaniki, baş mexanik vəzifələrində işləmişdir. 1995-1996-cı illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Xocahəsən gömrük postunda inspektor, 1996-cı ildə Binə gömrükxanasında yük şöbəsinin rəisi, 1996-1999-cu illərdə Binə Gömrük İdarəsinin rəis müavini vəzifələrində çalışmışdır. 1999-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin (2003-cü ilin sentyabrından Aparatının) nəqliyyat və rabitə şöbəsinin müdiridir.
Mikayıl Gözəlov
Mikayıl Gözəlov (5 aprel 1948, Mərzili, Ağdam rayonu – 11 dekabr 1991, Şuşa) — Şuşa Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1991). == Həyatı == Mikayıl Gözəlov 5 aprel 1948-ci ildə Ağdam rayonunun Mərzili kəndində doğulmuşdur. Mərzili kəndində 7 illik orta məktəbi bitirdikdən sonra Novruzlu kəndində orta təhsilini başa vurmuşdur (1964). Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirmişdir (1969). Təyinatla Şuşa şəhərinə göndərilmişdir. 92 saylı tikinti idarəsində tikinti ustası, iş icraçısı, baş iş icraçısı və s. vəzifələrdə çalışmışdır. Həmin idarənin rəisi olmuşdur (1976). Şuşada, Xocalıda, Ağdamda, Laçında, Qubadlıda, Kəlbəcərdə, DQMVdə və Azərbaycanın digər bölgələrində onlarla tikinti obyektlərinin icraçı mühəndisi, rəisi kimi fəaləiyyət göstərmişdir. Xankəndi şəhərində yerləşən 9 saylı DQMV tikinti trestinin rəis müavini vəzifəsinə təyin olunmuşdur (1989).
Mikayıl Hüseynov
Mikayıl Ələsgər oğlu Useynov (6 (19) aprel 1905, Bakı – 7 oktyabr 1992, Bakı) — Azərbaycan sovet memarı və memarlıq tarixçisi, professor (1939), SSRİ Memarlıq Akademiyasının həqiqi üzvü (1950–1956; müxbir üzv 1941), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), SSRİ xalq memarı (1970), Sosialist Əməyi Qəhrəmanı (1985), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), SSRİ dövlət mükafatı laureatı (1941), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967), memarlıq doktoru (1950), Böyük Britaniya və İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri üzvü (1985), SSRİ Ali Sovetinin IV və V çağırış deputatı (1954–1962), Azərbaycan SSR Ali Sovetinin deputatı (3-cü çağırış — 1951–1954, 6-cı və 11-ci çağırışlar — 1963–1990). == Həyatı == Mikayıl Useynov 19 aprel 1905-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir. 1922–1929-cu illərdə M. Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutunda mühəndis-inşaat fakültəsinin mühəndis-memar ixtisası üzrə təhsil almışdır.1930–1959-cu illərdə memar, sonradan isə "Azərdövlətmemarlayihə"də (indiki "Azərdövlətlayihə" DBLİ) 1-ci memarlıq emalatxanasının rəhbəri olmuş, 1960–1990 illərdə məsləhətçi (konsultant) işləmişdir. 1947–1992-ci illərdə Azərbaycan Memarlar İttifaqının sədri olmuşdur. 1945-ci ildə Azərbaycan SSR EA-nın fizika — texniki elmlər və neft bölməsi üzrə həqiqi üzvü (akademik) oldu. İlk memarlıq və nəzəri əsərlərini 1946-cı ilədək Sadıq Dadaşovla birgə yaratmışdır. 1948–1988-ci illərdə Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutunun direktoru işləyib. 1982 ildə Bakı şəhərinin fəxri vətəndaşı seçilmişdir.1992-ci ildə Beynəlxalq Memarlıq Akademiyasının Moskva şöbəsinə fəxri üzv seçilmişdir. Eyni ildə M. Useynovun təşəbbüsü ilə Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyası yaradıldı və ilk prezidenti Mikayıl Ələsgər oğlu Useynov oldu. M. Useynov 7 oktyabr 1992-ci ildə Bakıda vəfat etmiş, I Fəxri Xiyabanda dəfn edilmişdir == Yaradıcılığı == Az vaxtda onun layihələri əsasında Bakı, Gəncə, Naxçıvan, Şəki, eləcə də Düşənbə, Moskva və s.
Mikayıl Mikayıllı
Mikayıl Miğfər oğlu Mikayıllı (24 sentyabr 1993; Qəbələ rayonu, Azərbaycan — 30 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mikayıl Mikayıllı 1993-cü il sentyabrın 24-də Qəbələ rayonunun Mıxlıqovaq kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Mikayıl Mikayıllı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Mikayıl Mikayıllı sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mikayıl Mikayıllı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mikayıl Mikayıllı ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mikayıl Mikayıllı ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan prezidenti İlham Əliyevin adından Azərbaycan Respublikasının Müdafiə nazirinin əmri ilə 24.12.2020-ci il tarixində "Şücaətə görə" medalı ilə təltif edilmişdir.
Mikayıl Mikayılov
Mikayıl Mikayılov (aktyor) — azərbaycanlı aktyor. Mikayıl Mikayılov (rejissor) — azərbaycanlı kinorejissor.
Mikayıl Mikayılzadə
Mikayıl Vidadi oğlu Mikayılzadə (4 yanvar 1992; Beyləqan rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mikayıl Mikayılzadə 1992-ci il yanvarın 4-də Beyləqan rayonunun Şərq qəsəbəsində anadan olub. Ailəli idi. Bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının kiçik çavuşu olan Mikayıl Mikayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mikayıl Mikayılzadə noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mikayıl Mikayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mikayıl Mikayılzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mikayıl Mirzə
Mikayıl Mirzə (tam adı: Mikayıl Şahvələd oğlu Mirzəyev; 1 yanvar 1947, Ağsu – 3 iyun 2006 — Azərbaycan aktyoru, ssenari müəllifi, qiraətçi, Azərbaycan Respublikasının xalq artisti (1991). == Həyatı == Mikayıl Şahvələd oğlu Mirzəyev 1947-ci il yanvarın 1-də Şamaxının (indiki Ağsu rayonunun) ərazisində yerləşən Talış kəndində anadan olub. 1969-cu ildə ADİİ-nin (indiki ADMİU) Dram və kino aktyorluğu fakültəsini bitirib. Mirzəyev SSRİ Xalq artisti, professor Mehdi Məmmədovun kursunda dərs alıb. == Fəaliyyəti == === Teatr fəaliyyəti === Mikayıl Mirzə institutu bitirdikdən sonra bir müddət Tədris Teatrında işləyib. 1976-cı ildən isə 2000-ci ilə qədər fasilələrlə Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Mikayıl Mirzə teatrda Qoca (L. Frank, "Yad adam"), Eyvaz, Muratov (İ. Əfəndiyev "Tənha iydə ağacı", "Qəribə oğlan"), Kürd Musa, Fərhad ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Muratov, Eyvaz ("Qəribə oğlan" və "Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), İxtiyar (H. Cavid "İblis"), Aslan ("Kəndçi qızı", Mirzə İbrahimov), Zahid ("Fəryad", Bəxtiyar Vahabzadə), Elxan ("Od gəlini" Cəfər Cabbarlı), Cinli Mustafa ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), İxtiyar ("İblis", Hüseyn Cavid), Mirzə Ələkbər Sabir, Tərs Tahir (Anar "Sizi deyib gəlmişəm", "Adamın adamı"), Zahid, Şair (B. Vahabzadə "Fərhad", "Yollara iz düşür"), Bəxtiyar (A. Şaiq "Fitnə") rollarını ifa edib. === Siyasi fəaliyyəti === Mikayıl Mirzə Azərbaycanın ictimai-siyasi həyatında da fəal rol oynayıb.1990- cı illərdə Meydan Hərəkatında Mikayıl Mirzənin xüsusi rolu olub. O, 80 -ci illərdən başlayaraq Sovet quruluşuna qarşı mübarizə aparanlardan olub. Bu mübarizə poeziya salonlarında, poeziya gecələrində aparılıb.
Mikayıl Mirzəyev
Mikayıl Mirzə (tam adı: Mikayıl Şahvələd oğlu Mirzəyev; 1 yanvar 1947, Ağsu – 3 iyun 2006 — Azərbaycan aktyoru, ssenari müəllifi, qiraətçi, Azərbaycan Respublikasının xalq artisti (1991). == Həyatı == Mikayıl Şahvələd oğlu Mirzəyev 1947-ci il yanvarın 1-də Şamaxının (indiki Ağsu rayonunun) ərazisində yerləşən Talış kəndində anadan olub. 1969-cu ildə ADİİ-nin (indiki ADMİU) Dram və kino aktyorluğu fakültəsini bitirib. Mirzəyev SSRİ Xalq artisti, professor Mehdi Məmmədovun kursunda dərs alıb. == Fəaliyyəti == === Teatr fəaliyyəti === Mikayıl Mirzə institutu bitirdikdən sonra bir müddət Tədris Teatrında işləyib. 1976-cı ildən isə 2000-ci ilə qədər fasilələrlə Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Mikayıl Mirzə teatrda Qoca (L. Frank, "Yad adam"), Eyvaz, Muratov (İ. Əfəndiyev "Tənha iydə ağacı", "Qəribə oğlan"), Kürd Musa, Fərhad ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Muratov, Eyvaz ("Qəribə oğlan" və "Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), İxtiyar (H. Cavid "İblis"), Aslan ("Kəndçi qızı", Mirzə İbrahimov), Zahid ("Fəryad", Bəxtiyar Vahabzadə), Elxan ("Od gəlini" Cəfər Cabbarlı), Cinli Mustafa ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), İxtiyar ("İblis", Hüseyn Cavid), Mirzə Ələkbər Sabir, Tərs Tahir (Anar "Sizi deyib gəlmişəm", "Adamın adamı"), Zahid, Şair (B. Vahabzadə "Fərhad", "Yollara iz düşür"), Bəxtiyar (A. Şaiq "Fitnə") rollarını ifa edib. === Siyasi fəaliyyəti === Mikayıl Mirzə Azərbaycanın ictimai-siyasi həyatında da fəal rol oynayıb.1990- cı illərdə Meydan Hərəkatında Mikayıl Mirzənin xüsusi rolu olub. O, 80 -ci illərdən başlayaraq Sovet quruluşuna qarşı mübarizə aparanlardan olub. Bu mübarizə poeziya salonlarında, poeziya gecələrində aparılıb.
Mikayıl Mustafayev
Mikayıl Mustafayev — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mikayıl Murtuzəli oğlu Mustafayev 3 oktyabr 1974-cü ildə Ermənistan Respublikasının Amasiya rayonunun (Ağbaba mahalı) Düzkənd kəndində anadan olub. 1981-ci ildə həmin kəndə orta məktəbə gedib. 1988-ci ildə erməni millətçilərinin azərbaycan ailələrini Erməistandan çıxartması ilə əlaqədar didərgin düşərək ailələri ilə birlikdə Daşkəsən rayonunun Bayan kəndində məskunlaşmışdır. 1991-ci ildə Bayan kəndində orta məktəbi bitirmişdir. 1992-ci ildə hərbi xidmətə çağrılmışdır. Vətən üğrunda gedən doyüşlərdə iştirak etmişdir. 28 fevral 1993-cü il tarixdə Ağdərə rayonu ərazisində gedən (Canyataq-Gülyataq) döyüşlərdə şəhid olmuşdur.Daşkəsən şəhərində şəhidlər xiyabanında dəfn olunmuşdur. Bitirdiyi Bayan kənd orta məktəbinə onun adı verilmişdir.
Mikayıl Müşfiq
Mikayıl Müşfiq (tam adı: Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 5 iyun 1908, Bakı – 6 yanvar 1938, Bakı) — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), "Azərnəşr"in keçmiş redaktoru. Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biridir. Sevgi və gözəlliyi tərifləyən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilirdi. Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnmişdir. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == === Erkən illəri === Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Mirzə Əbdülqadir İsmayılzadə (Vüsaqi) dövrünün tanınmış ziyalılarından idi. O, müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olmuş, şeirlər yazmışdır.
Mikayıl Müşviq
Mikayıl Müşfiq (tam adı: Mikayıl Əbdülqadir oğlu İsmayılzadə; 5 iyun 1908, Bakı – 6 yanvar 1938, Bakı) — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934), "Azərnəşr"in keçmiş redaktoru. Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən biridir. Sevgi və gözəlliyi tərifləyən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilirdi. Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnmişdir. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == === Erkən illəri === Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Mirzə Əbdülqadir İsmayılzadə (Vüsaqi) dövrünün tanınmış ziyalılarından idi. O, müəllimlik fəaliyyəti ilə yanaşı, yaradıcılıqla məşğul olmuş, şeirlər yazmışdır.
Mikayıl Məmmədzadə
Mikayıl İlqar oğlu Məmmədzadə (10 oktyabr 1994; Sumqayıt şəhəri, Azərbaycan — 28 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mikayıl Məmmədzadə 1994-cü il oktyabrın 10-da Sumqayıt şəhərində anadan olub. 2001—2009-cu illərdə C.Səfərov adına 10 saylı tam orta məktəbdə, 2009—2012-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2012—2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. == Hərbi xidməti == Mikayıl Məmmədzadə 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində xidmət edib. 2018-ci ildən xidmətini “baş leytenant” hərbi rütbəsi altında davam etdirirdi. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Mikayıl Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Mikayıl Məmmədzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı, Kəlbəcər rayonu ərazisində Camışdağ - Qaragöl istiqamətində şəhid olub. Nəşi uzun müddət götürülə bilməyib.
Mikayıl Nərimanoğlu
Quliyev Mikayıl Nəriman oğlu (9 mart 1965, Zəngilan) — əməkdar jurnalist. == Həyatı == 1965-ci ildə Zəngilan rayonunda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. "Azərbaycan gəncləri", "Bakı", "Sovet kəndi", "Zavod həyatı", "7 gün" "İki sahil", "Sərhəd", "Aydınlıq", "Qarabağ", "Olimpiya dünyası", "525-ci qəzet", "Səs", "Yeni Azərbaycan", "Azərbaycan", "Respublika", "Xalq qəzeti", və digər mətbuat orqanlarında, lent.az, publika.az, 1news.az, sportnews.az saytlarında və UEFAdirect, "Neft və Qaz" jurnallarında müxtəlif səpkili yazıları dərc olunub. 1988-ci ildən mətbuatda çalışır. İlk öncə "Zavod həyatı" qəzetində, 1991-ci ildən 2005-ci ilə qədər isə bu qəzetin bazasında təsis olunan "İki sahil" qəzetində müxbir və şöbə müdiri vəzifələrində işləyib. 2005-ci ildə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi və eyni zamanda 2006-cı ildə AFFA-nın təsis etdiyi "Futbol dünyası" qəzetinin baş redaktoru vəzifəsində işləyib. "Azərbaycan Respublikasında 2005–2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq onun rəhbərliyi altında AFFA-nın rəsmi saytı (www.affa.az) saytı 3 dildə (Azərbaycan, ingilis və rus dillərində) operativ fəaliyyət göstərir. Azərbaycanın idman həyatında ilk dəfə olaraq idman video portalı (www.affavideo.az) və internet TV (www.affatv.az) yaradılıb. Azərbaycan futbolunun 100 illik tarixinin foto və video materiallarını araşdıraraq ictimaiyyətə çatdırılmasında müstəsna xidməti olub.
Akademik Mikayıl Hüseynov mükafatı
Akademik Mikayıl Hüseynov mükafatı — Azərbaycan Memarlar İttifaqının ali mükafatı.
Azər Mikayılov
Azər Əmrah oğlu Mikayılov (1 avqust 1980, Kəlbəcər rayonu – 12 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Azər Mikayılov 1980-ci il avqustun 1-də Kəlbəcər rayonunun Quzeyçirkin kəndində anadan olub. == Hərbi xidməti == Azər Mikayılov 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub. Azərbaycan Ordusunun mayoru Azər Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azər Mikayılov oktyabrın 12-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Mikayılov "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Mikayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Mikayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ağa Mikayıl hamamı
Ağa Mikayıl hamamı — İçərişəhərdə yerləşən və XVIII əsrə aid olan tarix-memarlıq abidəsi. Hamam Şamaxı sakini Hacı Ağa Mikayıl tərəfindən İçərişəhərin cənub-qərb tərəfində, əsas küçələrdən biri olan Kiçik Qala küçəsində tikilmişdir. Hamamın yerləşdiyi ərazi xalq arasında indi də Hamamçılar məhəlləsi adlanır. Yarımyeraltı tipə malik hamamlardan fərqli olaraq tamamilə yerüstü tikili xüsusiyyəti daşıyan Ağa Mikayıl hamamı daxildən soyunma və yuyunma zalları, həmçinin kiçik hücrə yerlərinə divarlar yox, sütunlar vasitəsilə bölünmüşdür. == Tarixi == Hamam XVIII əsrdə Şamaxı sakini Hacı Ağa Mikayıl tərəfindən İçərişəhərin cənub-qərb tərəfində, əsas küçələrdən biri olan Kiçik Qala küçəsində tikilmişdir. Hamamın yerləşdiyi ərazi xalq arasında indi də Hamamçılar məhəlləsi adlanır. Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettası əsasında 1956-cı ildə çəkilmiş eyniadlı filmin bəzi hamam səhnələri bu hamamda çəkilmişdir (eyni zamanda çəkilişlər Gəncədəki Çökək hamamda aparılmışdır). Buna görə də, xalq arasında hamam həm də, filmin əsas qəhrəmanının adı ilə "Məşədi İbad hamamı" kimi də tanınır.2011-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Bakı şəhərinin tarixi mərkəzinin ətraflı və əsaslı bərpa planı"na əsasən hamam azərbaycanlı və xarici mütəxəssislərin iştirakı ilə brpa işləri aparılmışdır. == Memarlıq xüsusiyyətləri == Yarımyeraltı tipə malik hamamlardan fərqli olaraq tamamilə yerüstü tikili xüsusiyyəti daşıyan Ağa Mikayıl hamamı daxildən soyunma və yuyunma zalları, həmçinin kiçik hücrə yerlərinə divarlar yox, sütunlar vasitəsiylə bölünmüşdür. Daxili həcmin bu cür təşkil edilməsi sayəsində, yarımyeraltı hamamlara məxsus yaxşı ifadə olunmuş xaçvari plan, dəqiq göstərilmiş kvadratla əvəz edilmişdir.Belə planın əsas xüsusiyyəti odur ki, böyük ərazinin kiçik hissələrə bölünməsi, onların dam örtüyünün də asan inşasına imkan yaradır.
Ağababa Mikayılov
Ağababa Cəbrayıl oğlu Mikayılov (25 aprel 1918, Salyan – 5 aprel 1992, Bakı) — Naxçıvan Ali Məhkəməsinin sədr müavini (1950–1951), Azərbaycan SSR Ali Məhkəməsinin hakimi (1952–1980). == Həyatı == Ağababa Mikayılov 25 aprel 1918-ci ildə Səlyan rayonunun Xolqarabucaq kəndində anadan olmuşdur. Böyük Vətən Müharibəsinə yollanmamışdan öncə, məktəbdə müəllim və direktor müavini vəzifələrində çalışmış. 1942-1945-ci il tarixlərində Böyük Vətən Müharibəsinin fəal iştirakçılarından olaraq, Berlinə ilk girən döyüşçülərdən olub. Müharibə zamanı kapitan rütbəsi ilə batalyon komandiri vəzifəsinədək yüksəlmişdir. Çexiya, Macarıstan, Sloveniyanın azad olmasında böyük sücaətlər göstərmişdir. Buna görə də üç dəfə "Qırmızı Ulduz" ordeni, 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni və bir çox medallarla təltif edilmişdir. Müharibə dövrü bitəndən sonra Kirov adına Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsinə daxil olmuş və həmin universiteti 1950-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. Ağababa Mikayılov 1950 – 1951 – ci illərdə ASSR Ədliyyə Nazirliyində Baş revizor vəzifəsində çalışmış, 1951-1952-ci illərdə isə Naxçıvan Ali Məhkəməsinin Sədr müavini vəzifəsində çalışmışdır. A.Mikayılov 1952 – ci ildən etibarən Azərbaycan SSR Ali Məhkəməsinin hakimi seçilmişdir və 1952-ci ildən 1980-ci ilədək fasiləsiz olaraq 28 il Azərbaycan SSR Ali Məhkəməsinin hakimi vəzifəsində işləmiş.
Aşıq Ağalar Mikayılov
Aşıq Ağalar Mikayılov (24 may 1913, Kürdəmir, Göyçay qəzası – 1988, Bakı) — Azərbaycan aşığı. == Həyatı == Ağalar Bilal oğlu Mikayılov 1913-cü il may ayının 24-də Şamaxı qəzasının Qəşəd kəndində anadan olmuşdur. A. Mikayılov İkinci Vətən müharibəsində könüllü olaraq ordu sıralarına qoşulmuş, müharibədən ikinci dərəcəli əlil kimi qayıtmışdır. Müharibədə iştirakına görə "İgidliyə görə" medalı ilə təltif edilmişdir.Aşıq Ağalar ilk sənət dərsini atası Aşıq Mirzə Bilaldan almışdır. O, 25 ilə yaxın aşıq sənəti ilə məşğul olmuşdur. Aşıq Ağalar təkcə ifaçı aşıq deyildir. Hələ gənc yaşlarından klassik şair və aşıqlarımızın yaradıcılıq təsirilə şeirlər yazmağa başlayan bu istedadlı aşıq, üç yüzdən artıq qoşma, gözəlləmə və iki dastanın müəllifi olmuşdur. O, "Canan və Hicran", "Sofi və Gülşən", "Bağı və Qəmər", "Qatillər" adlı dastanların müəllifidir. Aşıq Ağaların bir neçə dəyərli və oxunaqlı qəzəlləri də vardır. Onun şeirləri "Aşıqlar", "Xalqın səsi", "Aşığın sözü" kitablarında işıq üzü görmüşdür.1956-cı ildə Azərbaycan hökuməti tərəfindən Aşıq Ağalara "Azərbaycanın el aşığı" fəxri adı verilmişdir.
Aşıq Mikayıl Azaflı
Aşıq Mikayıl Azaflı (azərb. Mikayıl Cabbar oğlu Zeynalov‎; 21 mart 1924, Traubenfeld – 12 oktyabr 1990, Tovuz rayonu) — Aşıq, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1986). == Həyatı == Mikayıl Azaflı 1924-cü ildə Tovuz rayonunun Azaflı kəndində anadan olub, burada yazıb-yaradıb, burada dünyasını dəyişib və doğma kəndində dəfn edilib.Mikayıl Azaflı böyük coşqunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad aşıq idi. Erkən yaşlarında «Coşğun» təxəllüsü ilə şeirlər yazan aşıq-şair az sonra öz doğma kəndinin adını təxəllüs götürüb. Professor Məhərrəm Qasımlının haqlı olaraq göstərdiyi kimi, Azaflı aşıq poeziyasının bütün şəkillərində əsl sənət nümunələri yaradan, klassik aşıq ənənələrini layiqincə davam etdirən sənətkarlardandır. Onun yaratdığı «Azaflı dübeyti», «Azaflı gözəlləməsi», «Azaflı sənəti», «Azaflı dünyası», «Azaflı gəraylısı», «Azaflı himni», «Mikayılı», «Azaflı dağları», «Azaflı bəhri», «Məzahiri», «Azaflı müxəmməsi», «Şah sarayı» kimi saz havaları dillər əzbəri olmuşdur.Azaflının Ümumittifaq Musiqi Cəmiyyətinin Rəyasət Heyətinə üzv seçilməsi təsadüfi deyildi. Bu, Azaflı Mikayılın musiqi istedadına qiymət və ehtiram idi. Aşığın arxivində Cəmiyyətin sədrinin birinci müavini V.M.Sameylenkonun 12 noyabr 1987-ci il tarixli rəsmi məktubu var. Azaflı Cəmiyyətin birinci Plenumunda iştirak etmək üçün Moskvaya dəvət olunurdu. Azaflı Moskvaya dəfələrlə dəvət olunmuşdu və ilk dəfə Moskvada 1954-cü ildə festivalda iştirak edib, medallarla təltif olunub.
Babaş Əfəndi Mikayılzadə
Babaş Əfəndi Mikayılzadə — 1862-1957-ci illərdə Azərbaycanda yaşamış, ömrünü İslam dininin təbliği ilə yanaşı, bolşevik və daşnaklara qarşı mübarizəyə həsr etmiş ictimai və din xadimi, "Məsail" imzası ilə şeirlər yazmış şair. == Həyatı == Babaş Əfəndi Mikayılzadə 1862-ci ildə Şamaxı qəzasının Bico kəndində, çoxəsrlik ziyalılıq ocağı olan "Mollalar" nəslində Hacı Molla Bağının ailəsində dünyaya göz açmışdır. ==== Təhsili ==== Uşaq yaşlarından ətrafı çox "dərin" və zəkalı insanlarla zəngin olan Babaş müdərris qohumlarının əhatəsində formalaşmış və zəmanəsinin tanınmış elm adamlarından sayılan dayısı Hacı Əbdülhəmid Əfəndidən əsaslı biliklər almışdı. Gənc yaşlarından zəka və əqli ilə seçilən Babaş Əbdülhəmid Əfəndinin ona olan marağını artırmış, dayısı ona həm də ərəb və fars dillərini mükəmməl öyrətmişdir. Sonra dayısı onu Şamaxıya gətirmiş, onun təhsilini Şirvan Qazisi, İlahiyyat Doktoru Hacı Məcid Əfəndiyə tapşırmışdır. Babaşın yaddaş və idrakına heyran qalan Hacı Məcid Əfəndi ona xüsusi maraq və diqqət yetirmiş, onu daim nəzarətdə saxlamışdır. Şamaxıda ali-ruhani təhsilini başa vuran Babaş, "Hafizi-Quran" kimi buranı xüsusi diplomla bitirmişdir. Şamaxının nüfuzlu din xadimləri onu burada saxlamağa cəhd etsələr də, Babaş Əfəndi doğma kəndi Bicoya qayıdaraq ata-baba ocağının ziyalılıq ənənəsini davam etdirmiş, yaxın qohumlarının, eləcə də kəndin digər yeniyetmələrinin təhsili ilə məşğul olmuşdur. Bu dövrdə Babaş Mikayılzadə həm də ədəbi yaradıcılığa vaxt ayıraraq dini və klassik mövzuda əsərlər yazmış, sevdiyi şairlərdən tərcümələr etmişdir. ==== Bicodan Şamaxıya ==== 1907-ci ildə fəaliyyətinin ən qızğın çağında Şirvan Qazisi Hacı Məcid Əfəndi onu Şamaxıya dəvət edir.
Cəbrayıl Mikayılov
Cəbrayıl Valeh oğlu Mikayılov (22 sentyabr 2000, Siyəzən rayonu – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cəbrayıl Mikayılov 22 sentyabr 2000-ci ildə Siyəzən rayonunda anadan olub. Subay idi. Atası Valeh Mikayılovdur. 189 nömrəli tam orta məktəbdə oxumuşdur. Məktəb zamanı onun əm yaxın dostları Fərid Kaşıyev, Üzeyir Mehdizadə ve Elçin Rəhimov idi. == Hərbi xidməti == Cəbrayıl Mikayılov 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Cəbrayıl Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Cəbrayıl 9 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Eldar Mikayılzadə
Eldar Hidayət oğlu Mikayılzadə (18 yanvar 1956, Əmircan) — azərbaycanlı xalçaçı-rəssam; Azərbaycanın xalq rəssamı (2018), SSRİ Rəssamlar İttifaqının (1986), Rusiya Rəssamlar İttifaqının (2004) və UNESCO yanında Rəssamlar Birliyinin üzvü; Azərbaycan manatının ilk eskizlərinin müəllifi. == Həyatı və fəaliyyəti == Eldar Mikayılzadə 1956-cı ildə Bakının Əmircan kəndində anadan olmuşdur. 1971-1975-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin Rəngkarlıq fakültəsini əla qiymətlərlə bitirdikdən sonra, 1978-1983-cü illərdə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dekorativ Tətbiqi Sənət fakültəsini Xalçaçılıq ixtisası üzrə bitirmişdir. Təhsilini o vaxtkı Leninqrad Rəssamlıq Akademiyasında davam etdirmişdir. 1977-ci ildə yaratdığı ilk sənət əsərini doğma kəndinə həsr etmiş və ehtiram, məhəbbət əlaməti olaraq onu "Yeni Xilə" adlandırmışdır. 1984-cü ildən xalçaçı-rəssam kimi peşəkar fəaliyyətə başlamışdır. Əvvəlcə Azərbaycan Elmlər Akademiyasında xalçaçılıq şöbəsində işləyir, daha sonra isə "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyində baş rəssam kimi çalışır. Əmək fəaliyyətini həmin birlikdə baş direktorun müavini, baş direktor vəzifələrinin icraçısı olaraq davam etdirir. Sonralar özünün "Xalı" şirkətini yaradır. Hazırda Dövlət Rəssamlıq Akademiyasında baş müəllim vəzifəsində çalışır, 1993-cü ildən Qafqaz Müsəlmanları İdarəsinin Mədəniyyət işləri üzrə sədr müavinidir.
Elgün Mikayıllı
Elgün Aqil oğlu Mikayıllı (13 may 2001, Xıl, Masallı rayonu – 14 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgün Mikayıllı 2001-ci il mayın 13-də Masallı rayonunun Xıl kəndində anadan olub. 2007-2018-ci illərdə Ə. Bəylərbəyov adına Xıl kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elgün Mikayıllı 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Elgün Mikayıllı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elgün Mikayıllı oktyabrın 14-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Mikayıllı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elgün Mikayıllı ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Elvin Mikayılov
Elvin Mikayılov (tam adı: Elvin Nizami oğlu Mikayılov; 1 avqust 1986; Göyçay, Azərbaycan — 26 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvin Mikayılov 1986-cı il avqustun 1-də Göyçay rayonunun Alpout kəndində anadan olub. Evli idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elvin Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elvin Mikayılov oktyabrın 26-da Madagizin azad edilməsi zamanı şəhid olub. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Mikayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Kərbəlayi Vəli Mikayılov
Kərbəlayi Vəli Əyyub oğlu Mikayılov — "Hökumət" mətbəəsinin rəhbəri, Müsavat Partiyasının ilk üzvlərindən biri. == Haqqında == 1877-ci ildə Bakıda doğulub. Müsavat Partiyasının ilk üzvlərindən biri olmuşdur. Zaqafqaziya Seyminin və Azərbaycan Milli Şurasının üzvü, Hökumət mətbəəsinin müdiri (1918–1920) olmuşdur. Sovet hakimiyyəti zamanı Bakıda 42-ci məktəbdə müəllim, Maarif Komissarlığının nəşriyyat şöbəsində ticarət agenti işləyib. Gizli Müsavat təşkilatıyla əlaqəsinə görə 1923-cü ildə həbs edilib, 25 aprel 1924-cü ildə 3 illiyə Yaroslavla sürgün edilib. 1928-ci ildə yenidən tutulub və buraxılıb. Güney Azərbaycana mühacirət edib və müharibə zamanı sovet qoşunları buraya girərəkən kommunistlər onu Zəncanda öldürüblər. == Əsərləri == Hacı Zeynalabdin Marağayinin "İbrahim bəyin səyahətnaməsi" ni ilk dəfə Kərbəlayi Vəli Mikayılovun tərcüməsində 1911-ci ildə nəşr olunmuşdur.
Kərrar Mikayılov
Kərrar Qədir oğlu Mikayılov (1910, Ağdam, Şuşa qəzası – 8 mart 1980, Ağdam) — maarif xadimi, müəllim. == Həyatı == Kərrar Mikayılov 1910-cü ildə Şuşa qəzasının Muradbəyli (indiki Ağdam rayonunun Muradbəyli kəndi) kəndində anadan olmuşdur. Ağdamda orta məktəbi bitirdikdən sonra (1928) Quzanlı kəndində ibtidai məktəbdə müəllim, Ağcabədi və Ağdam məktəblərində müəllim, məktəb direktoru (1930-37), müəllim kadrları hazırlayan texnikumda müəllim, direktor (1937-1939), Ağdam Pedaqoji Texnikumunda müəllim (1939-56), Ağdam 1 nömrəli orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi (1956-1971), Göytəpə kənd orta məktəbində müəllim (1971-1980) vəzifələrində işləmişdir. 52 ildən çox pedaqoji fəaliyyət göstərmişdir. Kərrar Mikayılov Lenin və Oktyabr İnqilabı ordenləri ilə təltif olunmuşdur. O, dəfələrlə Ağdam şəhər Sovetinə deputat, Azərbaycan və SSRİ müəllimlər qurultaylarının nümayəndəsi seçilmişdir. Kərrar Mikayılov 8 mart 1980 ildə Ağdamda vəfat etmişdir. biologiya elmləri doktoru, professor Tofiq Mikayılov, coğrafiya elmləri doktoru, professor Nadir Mikayılov Kərrar Mikayılovun oğlanlarıdırlar. == Mənbə == Orxan Məmmədov (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri.
Mikayıl (Səlcuq bəyin oğlu)
Mikayıl yaxud Mikayıl ibn Səlcuq — Səlcuq bəyin ən böyük oğlu. Çağrı bəy və Böyük Səlcuq imperiyasının ilk sultanı Toğrulun atasıdır. Atasının sağlığında, bir qala mühasirəsi zamanı öldürüldü.
Mikayıl Abdullayev (1972)
== Məzmun == Film görkəmli Azərbaycan rəssamı, SSRİ Xalq rəssamı, Azərbaycan Dövlət Mükafatı laureatı, professor, Azərbaycan təsviri sənətinin inkişafında mühüm rol oynamış Mikayıl Abdullayevin həyat və yaradıcılığına həsr edilmişdir. Kinolentdə istedadlı sənətkarın əsasən üç silsilə işləri — Azərbaycan haqqında, İtaliya və ən böyük Hindistan seriyasından olan əsərləri göstərilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cəmil Fərəcov Ssenari müəllifi: Mailə Muradxanlı (Mailə Muradxanova kimi) Operator: Fəraməz Məmmədov Bəstəkar: Xəyyam Mirzəzadə Səs operatoru: Akif Nuriyev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Mikayıl Abdullayev (film, 1972)
== Məzmun == Film görkəmli Azərbaycan rəssamı, SSRİ Xalq rəssamı, Azərbaycan Dövlət Mükafatı laureatı, professor, Azərbaycan təsviri sənətinin inkişafında mühüm rol oynamış Mikayıl Abdullayevin həyat və yaradıcılığına həsr edilmişdir. Kinolentdə istedadlı sənətkarın əsasən üç silsilə işləri — Azərbaycan haqqında, İtaliya və ən böyük Hindistan seriyasından olan əsərləri göstərilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cəmil Fərəcov Ssenari müəllifi: Mailə Muradxanlı (Mailə Muradxanova kimi) Operator: Fəraməz Məmmədov Bəstəkar: Xəyyam Mirzəzadə Səs operatoru: Akif Nuriyev == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.

Digər lüğətlərdə

активи́роваться геморро́й запря́чься креме́нь лактобаци́ллы мельк отутю́жить перепра́шиваться предвари́лка рассла́ивать действи́тельно ля́сканье прока́лывать вереница корабль лойва chasm dead-hearted foreshadow inclusion opioid slipping standing by toorie батожок