mikrohissəciklər
mikroiqlimşünas
OBASTAN VİKİ
Mikroiqlim
Mikroiqlim (yun. μικρός (mikros) + κλίμα (klimatos)) — bir və ya bir neçə kilometrlik kiçik sahələrdə meşə, çollük, bataqlıq, sahil, su hövzəsi faktorları təsir edən və küləkdən qorunan yerlərdə iqlimin xüsusiyyətləri. Mikroiqlimi öyrənməklə kənd təsərrüfatında işləri qurmaq və istirahər yerlərini düzgün seçmək olur ( sanatoriya, istirahət evləri). == Həmçinin bax == Makroiqlim İqlim İqlim anomaliyası İqlim qurşağı == Mənbə == Словарь иностранных слов, Государственное издательство иностранных и национальных словарей, Москва, 1955. 853 с. СанПиН 2.2.4.1294–03, Гигиенические требования к аэроионному составу воздуха производственных и общественных помещений.
Mikroiqlimşünaslıq
== Mikroiqlim == İqlimşünaslıq təkcə böyük ərazilərin iqlim şəraitini öyrənib onları təsvir etmir. Relyef formasından, səmtdən, torpaq şəraitindən, torpaq səthinin vəziyyətindən, bitki örtüyünün xarakterindən asılı olaraq səth örtüyünün müxtəlif hissələrində, həmin yerin ümumi iqlim xüsusiyyətlərindən fərqlənən xüsusi iqlim şəraiti yarana bilər. Belə şəraitlər bir qayda olaraq kiçik sahələrdə yaranır və müəyyən yerlərə uyğun olur, ona görə də onlar yalnız yerli xarakter daşıyırlar. Səth örtüyünün ayrı-ayrı hissələrində yerli təbii müxtəlifliklərin təsiri altında yaranan iqlimə mikroiqlim deyilir.Mikroiqlim xüsusilə yerüstü təbəqədə daha kəskin nəzərə çarpır. == Mikroiqlimşünaslıq == Torpaq, bitki, relyef və s. yerli şəraitin müxtəlifliyindən asılı olan, havanın aşağı təbəqəsinin iqlim şəraitini öyrənən iqlimşünaslığın sahəsinə mikroiqlimşünaslıq deyilir.Təcrübi işlərə xidmət etmək prosesində iqlimşünaslıqda bir sıra sahələr ayrılmışdır ki, onlar sonralar müstəqil inkişafa çatmışdır. Məsələn: beləliklə aqroiqlimşünaslıq, meşə iqlimşünaslığı, tibbi iqlimşünaslıq, nəqliyyat iqlimşünaslığı və s. meydana gəlmişdir.

Digər lüğətlərdə

вва́ривать идентифици́рование мензу́рочный мягкоте́лый настуди́ться очерня́ться разма́зистый быт Красная го́рка лише́нец осле́пнувший баланда alcayde eminent lamellibranchiate Liberia mediatory outthrow patrico атавизм заматерелый излечить коммерция сверхпроводящий субтитр