Milçək özü bir şey deyil, ancaq könül bulandırır.

It’s a fly in the ointment. / A bug in the butter. / It’s a blot on the landscape. / One drop of poison inflects the whole tun of wine. / Cf. A worthless word may make a bad impress on. / A fly in the ointment. Не велика муха, да от неё мутит брюхо. / Ложка дёгтю в бочке мёду. / Муха в бальзаме. (Незначительная, но неприятная мелочь портит всё хорошее настроение, впечатление, дело и т.п.)
milçək qovmaq
milçək şirniyə yığılan kimi
OBASTAN VİKİ
Milçək
Milçək (bürc)
Özü
Oçakov (ukr. Очаків, rus. Очаков) və ya Özü (osman. اوزی Özî/Özü, krımtat. Özü) — Ukraynanın cənubundakı Nikolayev vilayətində kiçik bir şəhər. Şəhərin adı Dnepr çayının şərəfinə qoyulub. Şəhərin əsası 1492-ci ildə Krım tatarları tərəfindən qoyulub. Özü də Ağkərman şəhərinə uyğun gələn Qarakərman adlanırdı. 1493-cü ildə rus kazakları tərəfindən işğal olunan Ozü 1502-ci ildə Osmanlılar tərəfindən geri alındı. Strateji əhəmiyyətinə görə, Ozü uzun müddət Polşa-Litva Birliyi, Zaporojya Schi və Osmanlı İmperiyası arasında onu əldə etmək və ya saxlamaq üçün rəqabətin keçirildiyi bir yer olmuşdur.
Könül
Könül — Qadın adı və təxəllüs. Bu adı olan tanınmış şəxslər Könül Xasıyeva — azərbaycanlı muğam ifaçısı Könül Kərimova — Azərbaycan müğənnisi. Könül Abdulrəhimova — Azərbaycan alimi. Könül Hüseynova — Rejissor. Könül Hüseynova — Azərbaycan pianoçu, pedaqoq və bəstəkarı Könül Mehrəliyeva — azərbaycanlı müğənni, aktrisa. Könül Bünyadzadə — şərqşünas alim, fəlsəfə elmləri doktoru (2007). Könül Arifqızı — Ssenari müəllifi. Aparıcı Könül Talıbova — Könül Yazar — Könül Əliyeva — Könül Babayeva — Könül Bunyatova — Könül Ömərova — Bu təxəllüsü olan tanınmış şəxslər Ülviyyə Könül — Klipmeyker. Rejissor. Ssenari müəllifi.
Milçək (bürc)
Milçək (lat. Musca) — göyün cənub yarımkürəsində bürc.
Könül Bünyadzadə
Bünyadzadə Könül Yusif qızı (2 noyabr 1974, Zod, Vardenis rayonu) — şərqşünas alim, fəlsəfə elmləri doktoru (2007), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2017). == Həyatı == Könül Bünyadzadə 2 noyabr 1974-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndində anadan olub. Orta təhsilini 1981–1991-ci illərdə Daşkəsən rayonu A. S. Puşkin adına 2 saylı məktəbdə alıb. 1992-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb mütərcimliyi bölməsinə qəbul olunub və 1997-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Elə həmin il Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda böyük laborant vəzifəsinə işə götürülüb, eyni zamanda həmin institutun dissertantı təsdiq edilib. == Elmi fəaliyyəti == 2002-ci ildə "Sərrac Tusinin "əl-Lümə" əsərində sufi-fəlsəfi məsələlər" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi, 2007-ci ildə isə "Şərq və Qərb fəlsəfə tarixində irrasional idrak (orta əsrlər)" adlı doktorluq dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsi almışdır. 2014-cü ildə Parisdə UNESCO xətti ilə dərc edilən "Le Dictionnaire Universel des Femmes Créatrices" — "Yaradıcı qadınlar ensiklopediyası"nda haqqında məlumat verilmişdir. 2015-ci ildə isə Türkiyədə nəşr olunan 7 cildlik "Tanzimatdan Günümüze Türk Düşünürleri" adlı ontologiyada həyat və yaradıcılığı haqqında geniş yazı çap olunmuşdur. Türkiyə, Fransa, Belçika, İtaliya, İndoneziya, Cənubi Koreya, Malayziya, Əlcəzair, Çin və s. ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda həm məruzəçi, həm də moderator kimi Azərbaycanı təmsil etmişdir.
Könül Kərimova
Könül Kərimova (15 sentyabr 1968, Ağcabədi) — Azərbaycan müğənnisi, bəstəkar, Azərbaycanın əməkdar artisti (2018). == Həyatı == K. Kərimova 1968-ci ildə Ağcabədidə anadan olmuşdur. 1983-cü ildə Bakı şəhər 8 №-li Musiqi təmayüllü gimnaziyaya daxil olmuşdur. Elə həmin ildə "Gənc istedadları axtarırıq" adlı müsabiqədə Bakı şəhəri üzrə birinci yerə layiq görülmüşdür. Bu səbəbdən də 1984-cü ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən Bül-Bül adına orta-ixtisas musiqi məktəbinə dəvət almışdır. Bu illər ərzində o, Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" uşaq xorunun solisti olmuşdur. 1986-cı ildə Azərbaycan Dövlət Musiqi Akademiyasına daxil olmuşdur. Akademiyada təhsil aldığı müddətdə Baba Salahov adına "Araz" xalq çalğı ansamblı ilə əməkdaşlıq etmişdir. Hazırda Azərbaycan Dövlət Muğam Teatrının və Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin solistidir. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Könül Nurullayeva
Könül Oruc qızı Nurullayeva (1 dekabr 1985, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI və Vİİ çağırış deputatı, Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi (2009-2016), 2018-ci ildə İHİF-nin nəzdində əsası qoyulmuş "İdmanda Gender Bərabərliyi" Komitəsinin üzvü, İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Vankuver 2010 və Soçi Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri, "Bakı 2020" Təşkilat Komitəsinin icraçı direktoru, "Bakı 2017" İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin katibi, Dünya Alpaqut Federasiyasının birinci vitse-prezidenti, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupun rəhbəri, COP29 Təkilat Komitəsinin üzvü. == Həyatı == Könül Nurullayeva 1985-ci il dekabrın 1-də Bakı şəhərində anadan olub. 1992–2000-ci illərdə N.Tusi adına orta məktəbdə təhsil alıb. 2000–2003-cü illərdə 6 saylı orta məktəbi bitirdikdən sonra 2003–2008-ci illərdə Azərbaycan Dillər Universiteti Avropaşünaslıq və Beynəlxalq Əlaqələr bölməsində təhsilini davam etdirib. 2008–2010-cu illərdə Azərbaycan Dillər Universitetində Avropaşünaslıq və Beynəlxalq Əlaqələr üzrə magistr pilləsinə yiyələnib. 2015-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində olan AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunda dissertantdır. 2019-cu ilin sentyabrından isə İsveçrə Biznes Universitetində MBA proqramı üzrə təhsil alır. == Siyasi-ictimai fəaliyyəti == === Milli Məclis === Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı seçkilərində Könül Nurullayeva bitərəf namizəd olaraq Bakı şəhəri 24 saylı Nizami rayonu birinci seçki dairəsindən deputat seçilib. Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini, Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupunun isə rəhbəridir. Könül Nurullayeva 2020-ci ilin aprel ayından etibarən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvüdür.
Könül Nəhmətova
Könül Nəhmətova (tam adı: Könül Aydın qızı Nəhmətova; d. 9 yanvar 1975, Ağcabədi) — filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun şöbə müdiri,Kurikulum jurnalının məsul katibi. == Həyatı və təhsili == Orta təhsilini Ağcabədi şəhər 11 saylı orta məktəbdə almışdır. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1998-2005-ci illərdə AMEA N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. "Azərbaycanda təzkirəçilik ənənəsi və Məhəmmədəli Tərbiyətin "Danişməndani-Azərbaycan" əsəri" mövzusunda müdafiə etmiş(10 yanvar 2001-ci il) və filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. 2010-2011-ci illərdə APU-nun Yenidənhazırlanma və İxtisasdəyişmə fakültəsini bitirərək Azərbaycan dili və Ədəbiyyat müəllimliyi ixtisasına yiyələnib. AMEA N.Gəncəvi adına Ədəbiyyat Muzeyinin doktoranturasında təhsilini davam etdirir . == Elmi və pedaqoji fəaliyyəti == 1999-2015-ci illərdə AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi işçi kimi çalışıb. Sonra AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunun Fars əlyazmaları şöbəsinin böyük elmi işçisi olmuşdur.2004-2010-cu illərdə Qərb Universitetində jurnalistika fakültəsində,2010-2013-cü illərdə Sabunçu rayon 67 nömrəli orta məktəbdə Azərbaycan dili müəllimi işləmişdir.2015-ci ildə «Azərbaycan müəllimi» qəzetində müxbir kimi fəaliyyət göstərmişdir.
Könül Xasıyeva
Konül Xasıyeva (17 mart 1968, Şəki) — Azərbaycanın muğam ifaçısı, müğənni, Azərbaycanın Xalq Artisti == Həyatı == Könül Xasıyeva 1968-ci il mart ayının 17-də Şəki şəhərində anadan olmuşdur. Könül Xasıyeva 1975-ci ildə 1-ci sinfinə qədəm qoyur. 1981-ci ildə Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin sərəncamı ilə təşkil olunmuş "Gənclərin ümumrespublika baxış" müsabiqəsinin qalibi olmuşdur. 1981–1986-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində xalq artisti Şövkət Ələkbərovanın tələbəsi olub. 1986–1991-ci illərdə təhsil alıb-məzun olduğu Azərbaycan Dövlət Konservatoriyasında (indiki Musiqi Akademiyası) xalq artisti Arif Babayevin tələbəsi olmuşdur. Könül Xasıyeva 7 may 2012-ci il tarixində Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. == Karyerası == Səhnəyə 1981-ci ildə Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin sərəncamı ilə təşkil olunmuş "Gənclərin ümumrespublika baxış" müsabiqəsində çıxmış və həmin müsabiqənin qalibi olmuşdur. Azərbaycanın bütün şəhər və rayonlarında, eləcə də Türkiyə, Almaniya, Fransa, İsveçrə, İtaliya, İran, Rusiya və s. kimi ölkələrin şəhərlərində iştirak edib. Dövlət tədbirlərində, ictimai tədbirlərdə, cəbhə və döyüş bölgələrində böyük konsert çıxışları olub.
Könül Yazar
Könül Yazar (türk. Gönül Yazar; 12 avqust 1936, İzmir) — Türkiyə kino aktrisası və musiqiçi.
Könül Əliyeva
Könül Əliyeva (Könül Cəfərova; 5 fevral 1986, Füzuli rayonu) — teatrşünas, Teatr Xadimləri İttifaqının üzvü == Yaradıcılığı == Könül Əliyeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sənətşünaslıq" fakültəsində "Teatrşünaslıq" ixtisası üzrə bakalvar (2003-2007) və magistr (2007-2009) pilləsində təhsil alıb. 2006-cı ildən YUĞ Dövlət Teatrının Mətbuat katibi vəzifəsində çalışır. 2010-cu ildən bu günə qədər AMEA Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsində kiçik elmi işçisi vəzifəsində çalışır. Universitetdə təhsil aldığı zamandan etibarən mütamadi olaraq müxtəlif mətbu orqanlarında ("Qobustan", "Tənqid.net", "Musiqi dünyası", "Mədəni həyat" jurnalları, "Xəzri" (rus dilində), "Mədəniyyət", "Kino+", "Kaspi" qəzetləri və s.) məqalə və resenziyalarla çıxış edir. 2005-ci il 14-21 dekabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə layihəsi olan "Boş məkanın dolğunluğu" teatr festivalında gənc ekspert kimi iştirak etmiş, tamaşaların müzakirəsi zamanı sərt və tənqidi yanaşma tərzinə görə, fəxri diplomla təltif olunmuşdur. 2007-ci ilin mart ayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə layihəsi olan "Yeni Teatr" Gənc rejissorların Respublika festivalında ekspert qrupunun üzvü olmuş, fəal iştirakına görə fəxri diplomla təltif edilmişdir. 2009-cu ildə Teatr Xadimləri İttifaqının üzvlüyünə qəbul edilib. Həmçinin Alternativ Teatr Araşdırmaları Mərkəzinin üzvüdür. 2012-ci ildən Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin katibidir. 2-8 oktyabr 2014-cü ildə Tbilisi Beynəlxalq Teatr Festivalında (Tbilisi, Gürcüstan), 19-26 noyabr 2015-ci il tarixlərində Gənclərin II Beynəlxalq Teatr Forumunda (Minsk, Belarus Respublikası) teatrşünas kimi çıxış etmişdir.
Ülviyyə Könül
Ülviyyə Könül (28 sentyabr 1972, Bakı) — klipmeyker, rejissor, ssenari müəllifi. Əməkdar incəsənət xadimi. "Mədəniyyət" telekanalın direktoru. Kərimova Ülviyyə Oqtay qızı 28 sentyabr 1972-ci ildə Bakıda anadan olub. 1989-cu ildə 1 nömrəli Dəmiryol orta məktəbini bitirib. 1991–1995-ci illərdə Bakı Dövlət Universitetinin psixologiya fakültəsində təhsil alıb. 1992–1996-cı illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, daha sonra rejissor kimi fəaliyyət göstərib, musiqili kliplər, sosial və digər reklam çarxlarını, 1996-cı ildə isə yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsəri əsasında eyniadlı televiziya filmini çəkib. 2000-ci ildə "Dəşti" klipinə görə "Humay" mükafatına layiq görülüb. 2004-cü ildə Afinada keçirilən olimpiya oyunları çərçivəsində "Azərbaycan günü" üçün Azərbaycan haqqında tanıtım çarxını hazırlayıb. 2004-cü ildə Bədii gimnastika üzrə Dünya Kubokunun açılış və bağlanış mərasimlərinin, 2005-ci ildə Bədii gimnastika üzrə Dünya Çempionatının açılış və bağlanış mərasimlərinin, həmin il Heydər Əliyev Fondunun təşəbbüsü ilə Parisdə UNESCO qərargahında təşkil edilmiş tanınmış akademik, alim Yusif Məmmədəliyevin 100 illik yubileyinə həsr edilmiş təntənəli konsertin və digər layihələrin rejissoru olub.
Könül Ələkbərov
Könül Hüseynova
Könül Qabil qızı Hüseynova (8 yanvar 1981, Bakı) — Azərbaycan pianoçusu, pedaqoqu və bəstəkarı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının professoru; Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru. == Təhsili == 1998-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini fərqlənmə attestatı ilə bitirib. Təhsildəki uğurlarına görə Bülbül adına məktəbin "Fəxri fərmanı" ilə təltif olunub. 1998-ci ildə Bakı Musiqi Akademiyasının fortepiano şöbəsinə daxil olaraq professor Yuri Sabayevin sinfində təhsil alıb. 2002-ci ildə həmin təhsil müəssisəsinin bakalavr, 2004-cü ildə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib. Təhsil illərində Niyazi adına təqaüdə layiq görülüb. 2004-cü ildə daxil olduğu Bakı Musiqi Akademiyasının əyani aspiranturasında bütün minimumları əla qiymətlərlə tamamlayaraq vaxtından əvvəl dissertasiya işini müdafiəyə təqdim etmiş, 2008-ci ilin may ayında "Azərbaycan musiqi mədəniyyətinin inkişafında Fərhad Bədəlbəyli yaradıcılığının yeri və rolu" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2008-ci ildə BMA-nın assistent stajorluq pilləsini də fərqlənmə ilə bitirmişdir. == Pedaqoji fəaliyyəti == 2004-cü ildən Bakı Musiqi Akademiyasının "Konsertmeyster ustalığı" kafedrasında müəllim, 2008-ci ildə baş müəllim, 2010-cu ildən dosent, 2021-ci ildən isə professor vəzifəsində çalışır. 2010-cu ildən həmçinin 1 saylı "İxtisas fortepiano" kafedrasında da fəaliyyət göstərir.
Bir milyon kiçik şey (teleserial, 2018)
Bir milyon kiçik şey (ing. A Million Little Things) - Amerikan Dram televiziya seriyası ansamblı, premyerası 2018-ci ilin payızında ABC telekanalında baş tutub. 26 oktyabr 2018-ci il tarixində premyerası edilmiş ilk mövsümü 17 epizoda qədər uzamağı bacardı. == Sujet xətti == Səkkiz yaxın dostdan biri gözlənilmədən intihar etdikdən sonra, geri qalan yeddi dost bir şey dəyişdirmək və nəhayət gerçəyi yaşamağa başlamaq lazım olduğunu başa düşürlər. == Rollarda == Devid Cuntoli — Eddi Savil, musiqi müəllimi, əri Ketrin və sevgilisi Delaylidir Ron Livinqston — Con Dikson, gözlənilmədən intihar edən uğurlu biznesmendir Romani Malko — Rum Hovard, ssenarist, Recinin əri Ellison Miller — Meggi Blum, psixoloq, Gerinin sevgilisi Kristina Mozes Recina Hovard — aşpaz, Roma həyat yoldaşı Kristina Oçoa — Eşli Morales, Conun assistenti Qreys Pak — Katerina, hüquqşünas, Eddinin həyat yoldaşı Ceyms Rodeyi — Geri Mendez, Eddinin dostu, Megginin oğlu Stefani Şostak — Delayla Dixon, John dul və mistress Eddie Tristan Bayon — Eddi və Katerinanın oğlu Teo Seyvil Lizzi Qrin — Sofiya Dikson, Con və Delaylanın 16 yaşlı qızı.
Daşnaksütyun partiyasının edəcəyi bir şey yoxdur
Daşnaksütyun partiyasının edəcəyi bir şey yoxdur (erm. Դաշնակցությունը անելիք չունի այլևս) — Ermənistan Demokratik Respublikasının ilk baş naziri olmuş Hovannes Kaçaznuninin 1923-cü ildə Buxarestdə, "Daşnaksütyun" partiyasının baş qurultayında SSRİ və Avropa nümayədəliyinin qarşısında, Paris Konfransına təqdim etdiyi 128 səhifəlik, partiyanın keçmişi ilə kəskin hesablaşma və özünütənqid səciyyəsi daşıyan hesabatdır. == Hovanes Kacaznuni == Hovannes Kaçaznuni 1867-ci ildə Gürcüstana aid Axalsıxs bölgəsində dünyaya gəlib. İlk təhsilini doğulduğu şəhərdə, orta təhsilini Tiflisdə başa vurduqdan sonra,1887-ci ildə Sankt-Peterburqdakı Memarlıq İnstitutuna daxil olaraq, 1893-cü ildə birinciliklə bitirdi. Təhsilini başa vurduqdan sonra, 1893-1895 və 1899-1906-cı illərdə Bakıda, 1895-1897-ci illər arasında Batumi və 1897-1899-cu illərdə Tiflisdə memar işləyib. 1899-1906 illəri arasında Bakıda memar olaraq çalışaraq xəstəxanalar və çoxmərtəbəli binalar dizayn etdi,ən diqqətəlayiq işi 1911-ci ildə tamamlanan Müqəddəs Faddey və Varfolomey kilsəsi oldu. 1906-cı ildən sonra həyatını siyasi və ictimai fəaliyyətə həsr etdi. Bir müddət Bakıda da işləyən Kaçaznuni daşnaklarla da Bakıda tanış olub. 1917-ci ildə Erməni Milli Şurasına üzv qəbul edilib, 1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasında dövlət xeyriyyəsi naziri kimi çalışıb. Elə həmin il yaradılan Ermənistan Respublikasının baş naziri olan Daşnaksütyun Partiyasının lideri kimi də şöhrət qazanıb.
Toni Şey
Toni Şey (ing. Tony Hsieh; d. 12 dekabr 1973) — Amerikalı milyarder. "Zappos" korporasiyasının banisi. Toni Şey banisi olduğu "Zappos" korporasiyasını 1,2 milyard dollara "Amazon.com"a satmışdır. Toni Şey hazırda ABŞ-nin Las-Veqas şəhərindəki "Airstream Village" treylerlər parkında "Llamapolis" adlı avtokaravanda yaşayır. O, 2014-cü ildə Nyu-Yorkdakı elitar çoxmərtəbəli yaşayış kompleksinin 23-cü mərtəbəsindəki lüks mənzilini tərk etmiş və həmin vaxtdan bəri treylerdə yaşamağa başlamışdır. Milyarder 2013-cü ildə buraxılmış treyleri cəmisi 48 min dollara alıb. Toni Şey treylerində "Marli" adlı alpakası ilə birlikdə yaşayır. Treylerdə iki televizor, internet də var.
Özündə şey
Özündə şey (alm. Ding an sich‎; ing. thing-in-itself) — hissiyyatla qəbul edilən hadisələrdən fərqli olan, qavrayışımızdan asılı olmayan obyektləri ifadə edən fəlsəfi termin. Qədim dövrlərdən filosoflar, xüsusilə Platon tərəfindən noumen adlandırılan başa düşülən hadisələr fərqləndirilmişdir. Ətraf aləmin hadisələrinin qavranılması ilə bu hadisələrin mahiyyəti arasındakı əlaqə məsələsinin kəskinləşməsi klassik fəlsəfə dövründə (18-19-cu əsrlərin sonlarında) alman filosofu İmmanuel Kant tərəfindən inkişaf etdirilmişdi.
Şey (fəlsəfə)
Şey — maddi aləmin nisbi müstəqil mövcudluğa malik hissəsi. Bir Şey o biri Şeydən özünün keyfiyyət müəyyənliyi ilə fərqlənir. Şeylərin öz aralarındakı eyniyyət və fərq problemi, həmçinin Şeylərin obyekt və predimetdən fərqli problemi mühüm qnoseoloji və xüsusi-elmi problemdir.
Şey Boddinqton
Milçək (film, 2006)
Filmdə hadisələr əsasən dəmiryol vağzalında baş verir. Baş obraz olan Kərimin (Elməddin Cəfərov) ən böyük məqsədi — atası kimi — milçək öldürməkdir. Və bu işinə görə özünü əsl qəhrəman hesab edir. Qısası, fılmdə əsas məna odur ki, boş işlə məşğul olanlar özlərini, əslində, ciddi, həyati məsələlərlə ilgili hesab edirlər. Filmdə 24 aktyor iştirak etmişdir. Filmdə kompüter qrafikasından istifadə edilmişdir. Filmin başlanğıc mahnısı filmin məzmununa uyğun gəlmir. Mahnıda qatar barədə oxuyurlar, lakin filmdə qatardan söz belə düşmür. Film genişekranlıdır. Lakin Kərim xəyala dalanda qəflətən ekran adi formatlı olur.
Milçək (film, 2012)
Milçək (tel. ఈగ, Rom: Eega; tam. நான் ஈ, Rom: Naan Ee) — Rejissor Racamaulinin eyni vaxtda iki versiyada — Teluqu və Tamil dillərində çəkdiyi və 6 iyul 2012-ci ildə nümayiş etdirilmiş Hindistan elmi fantastika filmidir. Filmdə baş rolları Nani, Samanta Rut Prabhu və Sudip ifa etmişdirlər. Filmin süjet xətti sevdiyi qızı mühafizə etmək və onu öldürən qatillərindən qisasını almaq üçün milçək kimi yenidən doğulan gəncin həyat hekayəsindən bəhs edir. Film kassada 1 milyard rupidən çox gəlir əldə etmişdir ki, bu da filmin istehsal xərclərindən təxminən beş dəfə çox olmuşdur. Film Hindistan Milli Film Mükafatları və Filmfare Awards Southda daxil olmaqla bir sıra milli kino mükafatlarına layiq görülmüşdür. Bu film Kann və Şanxay kino festivalları da daxil olmaqla bir neçə kino festivalının proqramına daxil edilmişdir. Film Rusiyada Hindistan TV (rus. Индия ТВ) kanalında nümayiş etdirilməsi üçün Red Media şirkətinin sifarişi ilə rus dilinə dublyaj edilmişdir.
Özü düşən ağlamaz
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Bir
Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir. == Riyaziyyatda == Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var: İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar. Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar. İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar. Vahid tək ədəd hesab edilir. 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir. == İnam və etiqadlarda == Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur.
Hər şey hər yerdə və bir anda
Hər şey hər yerdə və bir anda (ing. Everything Everywhere All at Once) — ABŞ istehsalı müstəqil film.