MİL₁

is. [ ər. ]
1. Bəzi alətlərdə, mexanizmlərdə, maşınlarda ox, qol; ümumiyyətlə, müxtəlif işlərdə istifadə edilən nazik metal çubuq. Çarx mili. Dəyirman mili.
– Hesabdar çotka dənələrini tərpətdi, dənələr millərdə fırlanaraq şıq-şıq şıqqıldadı. S.Rəhimov.

// Saat və s. mexanizmlərdə əqrəb.
Mina darıxdığından saatın milləri heç irəli getməyirdi. İ.Musayev.

2. Corab və s. toxumaq üçün ucu küt, uzun iynə.
Səkinə … milləri götürüb corab toxumaqla məşğul oldu. M.İbrahimov.

3. Parçada zolaq, zol, xətt.
4. Evlərin üstündə qurulan taxtapuşların ən yuxarısında başdan-başa qoyulan uzun ağac, tir. Damın mili.
5. Əldə oynadılan bir ucu nazik, o biri ucu yoğun idman aləti.
[Bir ayrısı:] Paltarlarımızı tamam çıxardıb, sonra on-on beş girvənkə gələn milləri atıb-tutar, oynadardıq. Çəmənzəminli.

6. Gözə sürmə çəkmək üçün sümükdən və s.-dən nazik alət; milçə.
Yar məni dindirir şirin dil ilə; Gözə sürmə çəkir gümüş mil ilə. Aşıq Qərib”.

◊ Mil qalmaq (durmaq, dayanmaq) – düz durub əmr gözləmək.
Mil qalxmaq – dik qalxmaq, dik durmaq.

Синонимы

  • MİL iynə
  • MİL əqrəb
  • MİL düz
  • MİL ölçü

Омонимы

  • MİL MİL I is. [ ər. ] İynə. Qayda budur: mil salınar əyri baxan gözlərə (S.Vurğun). MİL II is. [ ər. ] Xətlər, cizgilər

Этимология

  • MİL 1. Qədim zamanlarda, eləcə də orta əsrlərdə böyük imperiyanın uzun müddət vahid dövlət kimi mövcudluğunu qoruyub saxlaya bilməsi üçün ordunu ərazisini
MİL₂
MİL-MİL

Значение слова в других словарях