1. Qədim zamanlarda, eləcə də orta əsrlərdə böyük imperiyanın uzun müddət vahid dövlət kimi mövcudluğunu qoruyub saxlaya bilməsi üçün ordunu ərazisinin istənilən nöqtəsinə tez bir zamanda göndərə bilməsi vacib idi. Əks halda ucqar bir əyalətin hakimi asanlıqla mərkəzin nəzarətindən çıxar və beləliklə, imperiya dağıla bilərdi.
Qədim imperiyaların ən uğurlusu Roma imperiyası idi. O, Aralıq dənizinin ətrafında yerləşdiyindən bütün bölgələri dənizin bu başından o başına asanlıqla üzüb keçə bilən gəmilər vasitəsilə bir-birinə bağlı idi. Quru yolu ilə hərəkəti isə əla yollar şəbəkəsi olduqca asanlaşdırırdı.
Bu yollar sanki hər yerə çatan hörümçək qolları kimi Romadan imperiyanın ən uzaq guşələrinə qədər uzanırdı. “Bütün yollar Romaya aparır” kəlamı da məhz buradan qaynaqlanır.
Sərhədləri qoruyan və üsyanları yatıran legionlar bu yollarla irəliləyirdi. Burada legioner dəstəsinin atdığı min addımla ölçülən məsafə böyük rol oynayırdı. Latın dilində min addım “milia passum” kimi səslənir. Tədricən bu söz birləşməsi bir sözə qədər qısalaraq mil oldu. Müasir mil Roma milindən bir balaca uzundur və təxminən 1050 addım, yaxud 1760 yarddan ibarətdir.
Milin uzadılmasının səbəbi isə onu ingilislərin keçmiş ölçü vahidi olan 8 farlonqla eyni ölçüyə gətirmək məqsədi daşıyırdı. (Ayzek Azimov. Sözlərin tarixi)
2. İngilis sözüdür, bir dəniz mili 1852,2 metrə bərabərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)