MİLÇƏK

is. Bəzi yoluxucu xəstəlik mikroblarını yayan qoşaqanadlı həşərat, çibin.
Milçək bir şey deyil, könül bulandırır. (Məsəl).
Dedi divanə: – Ey şəhi-məğrur; Mənə milçəklər eyləyir azar. S.Ə.Şirvani.

◊ Milçək vızıltısı qədər – qətiyyən, əsla təsiri olmayan söz, səs və s. haqqında.
Nəzarətçinin bağırtısı milçək vızıltısı qədər də təsir eləmirdi. M.Hüseyn.

Milçək qovmaq (tutmaq) – avaralanmaq, heç bir işlə məşğul olmamaq, boş-bekar dayanmaq.
Milçək kimi vızıldamaq – ara vermədən, eyni sözü dönədönə təkrarlamaq. Akif əsəbi halda gəzinir.
Süleyman onun dalına düşüb milçək kimi qulağının dibində vızıldayır. M.İbrahimov.

Milçək uçsa eşidilər – tam sakit, xamuş, səssiz yer haqqında.
Kimsə dinmir, milçək uçsa eşidərsən otaqda; Qonurgözlü bir uşaq da oturmuş bir bucaqda. S.Rüstəm.

Синонимы

  • MİLÇƏK MİLÇƏK [Qarı:] Elə qızdır ki, üzünə milçək qonsa ayağının yeri qalar (M.S.Ordubadi); ÇİBİN Bu sözlərin bir çibin vızıltısı qədər Ağamütsələ təsiri olm

Этимология

  • MİLÇƏK Mil sözü ilə bağlıdır, sancma əlamətinə görə belə adlanıb. Mil-sə-k kimi olub (“mili olan” deməkdir)
MİLÇƏ
MİLÇƏKQAPAN
OBASTAN VİKİ
Milçək (bürc)
Milçək (lat. Musca) — göyün cənub yarımkürəsində bürc.
Milçək (film, 2006)
== Məzmun == Filmdə hadisələr əsasən dəmiryol vağzalında baş verir. Baş obraz olan Kərimin (Elməddin Cəfərov) ən böyük məqsədi — atası kimi — milçək öldürməkdir. Və bu işinə görə özünü əsl qəhrəman hesab edir. Qısası, fılmdə əsas məna odur ki, boş işlə məşğul olanlar özlərini, əslində, ciddi, həyati məsələlərlə ilgili hesab edirlər. == Film haqqında == Filmdə 24 aktyor iştirak etmişdir. Filmdə kompüter qrafikasından istifadə edilmişdir. Filmin başlanğıc mahnısı filmin məzmununa uyğun gəlmir. Mahnıda qatar barədə oxuyurlar, lakin filmdə qatardan söz belə düşmür. == Səhv == Film genişekranlıdır. Lakin Kərim xəyala dalanda qəflətən ekran adi formatlı olur.
Leş milçəkləri
Leş milçəkləri lat. Calliphoridae-Yaşıl və göy tona malik olan metalaçalan parlaq rəngdədirlər. == Quruluşu == Yaşıl və göy tona malik olan metalaçalan parlaq rəngdədirlər. Bığcıqları uzundur və lələkşəkillidir. Sürfələri heyvan cəmdəklərində, ət tullantılarında, nəcisdə və s. inkişaf edir. Az bir qisim növləri məməlilərdə, bəziləri də həşərat və başqa onurğasız heyvanlarda parazitlik edir. Leş milçəklərinin insanların yaşadığı yerlərlə əlaqəli olan və epidemioloji əhəmiyyəti olan növləri də vardır. Bu milçəklər xəstəlik törədən mikrobları və parazir qurdların yumurtalarını yaymaqda mühüm rol oynayır. Calliphora və Lucilia cinslərinin bəzi növləri isə heyvanların açıq yaralarına yumurtalarını qoymaqla heyvandarlığa böyük zərər verirlər.
Milçəklər
Milçəklər (fra. : Les Mouches) Jan-Pol Sartrın 1943-cü ildə hazırlanmış pyesidir. Bu , əvvəllər yunan dramaturqları Sofokl , Esxil və Evripid tərəfindən istifadə edilən Elektra mifinin uyğunlaşdırılmasıdır. Tamaşa Orestin və onun bacısı Elektranın Arqos kralı ataları Aqamemnonun intiqamını almaq axtarışında olan anası Klytemnestra və onu taxtdan salan və öldürən əri Eqistusu öldürərək hekayəsindən bəhs edir. Sartr tamaşaya ekzistensialist mövzunu daxil edir, Elektra və Oresti Arqosun tanrıları və özünü rədd edən dini ayinlərin mərkəzi olan Zevs və onun Furiləri ilə döyüşə girir. Bu, öz insanlığından daim utanc içində yaşayan Zevsin ibadətçiləri üçün qorxu və muxtariyyətin olmaması ilə nəticələnir .
Milçəklər kralı (roman)
Milçəklər tanrısı və ya bəzən Milçəklər kralı — Nobel mükafatını qazanmış ingilis yazıçı və şair Vilyam Qoldinq tərəfindən 1954-cü ildə yazılan alleqorik roman. == Haqqında == Kitabda baş verən hadisələr İkinci Dünya müharibəsindən sonra uydurulan nüvə müharibəsi illərində baş verir. Vilyam Qoldinq bu kitabı İkinci Dünya müharibəsindən sonra gördüyü vəhşiliklərdən sonra insan təbiətinin içindəki pisliyi və vəhşiliyi əks etdirmək üçün yazmışdır. == Mövzu == Kimsəsiz adaya düşən 4 uşaqdan ibarət qrup həyatda qalmaq üçün birləşirlər. Öz aralarında iş bölgüsü aparırlar. Bu zaman qrupa adanın başqa hissələrinə düşən uşaqlar qoşulunca bir idarəetməyə ehtiyac duyurlar. Aralarında baş verən mübahisənin həllini bir lider seçməkdə görürlər. Axırda Ralf lider seçilir. "Donuzcuq" ləqəbli uşaq tapdığı balıqqulağı ilə diqqəti üzərinə çəkir, amma balıqqulağı liderin əlinə keçdikdən sonra ona yönələn diqqət dağılır. Daha sonra katolik məktəbin uşaqlarından ibarət qrupda bu qrupa qoşulur və liderlik problemi böyüyür.
Milçəklər tanrısı (film, 1963)
Milçəklər tanrısı (ing. Lord Of The Flies) — nobel mükafatçısı Uilyam Qoldinqin eyni adlı romanının motivləri əsasında çəkilmiş ingilis məcara-dram filmi. == Mövzu == Okean üzərindəykən təyyarələri qəzaya uğrayan otuza qədər inglis uşaq yaxınlıqdakı kimsəsiz tropikal adaya çıxırlar. Qəzadan heç bir yetişkin sağ qurtura bilmir. Yetişkinlərin, dolayısıyla da təzyiqin və qaydaların olmadığı bir yerdə gözəl təbiət uşaqların çox xoşuna gəlir. Hər şeyi özləriə görə nizamlayıb oyunla qurub ovlanırlar. Ancaq zaman keçdikcə yaranan rəqabət, qorxu və inamsızlıqla uşaqlar bir növ demokratik quruluşdan qəbilə quruluşuna keçirlər. Bu da onların get-gedə vəhşiləşərək qorxunc bir kimliyə bürünmələrinə səbəb olur. Qaçınılmaz olaraq qütbləşmə başlayır. Bir qrup uşaq mədəni yaşayışın tərəfdarı olan Ralfin liderliyini qəbul edərkən digər bir qrup da daha fərqli xarakteri olan, şiddətə meyilli Cekin arasınca gedir.
Milçəklər tanrısı (film, 1990)
Milçəklər tanrısı — 1990-cı il məhsulu olan amerikan drama gərilim filmi. Film Uilyam Qoldinqin 1954-cü ildə yazdığı eyniadlı roman əsasında çəkilmişdir. == Məzmun == Evə dönən 24 amerikan hərbi məktəb tələbəsini daşıyan təyyarə Sakit okeandakı uzaq, kimsəsiz orman adasının yanına düşür. Həyatda qalan tək yetişkin təyyarə pilotu kapitan Bensondur. O da çox ciddi şəkildə yaralanır və çılğına dönür. Həyatda qalanların hamısı adaya gəlir. Gecə boyunca ən müstəqil tələbə olan Simon bir çay tapır və digər uşaqlara xəbər verir. Hamısı ordan su içir və daha sonra adanı kəşf etməyə başlayırlar. Bu arada "Donuzcuq" (Piqqi) ləqəbəli kök bir tələbə (hekayə boyunca əsl adı açıqlanmır) və eynəkli başqa tələbə balıq qulağı tapır və onu qruplaşmış kursantlara aparırlar. Nüfuzlu tələbə və böyük uşaqlardan biri Kadet Koronel Ralf çətin vəziyyətdən çıxmaq üçün uşaqları bir yerə toplayır.
Milçəklər tanrısı (roman)
Milçəklər tanrısı və ya bəzən Milçəklər kralı — Nobel mükafatını qazanmış ingilis yazıçı və şair Vilyam Qoldinq tərəfindən 1954-cü ildə yazılan alleqorik roman. == Haqqında == Kitabda baş verən hadisələr İkinci Dünya müharibəsindən sonra uydurulan nüvə müharibəsi illərində baş verir. Vilyam Qoldinq bu kitabı İkinci Dünya müharibəsindən sonra gördüyü vəhşiliklərdən sonra insan təbiətinin içindəki pisliyi və vəhşiliyi əks etdirmək üçün yazmışdır. == Mövzu == Kimsəsiz adaya düşən 4 uşaqdan ibarət qrup həyatda qalmaq üçün birləşirlər. Öz aralarında iş bölgüsü aparırlar. Bu zaman qrupa adanın başqa hissələrinə düşən uşaqlar qoşulunca bir idarəetməyə ehtiyac duyurlar. Aralarında baş verən mübahisənin həllini bir lider seçməkdə görürlər. Axırda Ralf lider seçilir. "Donuzcuq" ləqəbli uşaq tapdığı balıqqulağı ilə diqqəti üzərinə çəkir, amma balıqqulağı liderin əlinə keçdikdən sonra ona yönələn diqqət dağılır. Daha sonra katolik məktəbin uşaqlarından ibarət qrupda bu qrupa qoşulur və liderlik problemi böyüyür.
Milçəkqapan
Milçəkqapan — Droseraceae (həşəratyeyən bitkilər) ailəsindən Dionaea muscipula növüdür. Milçəkqapanın vətəni Şimali Karolina və Cənubi Karolina dır. Milçəkqapan bitkisi çevikliyi və manevr qabiliyyəti yuxarı olan milçək və böcəkləri tuta bilən möcüzəvi bir sistemə sahibdir. Əzələsi olmadığı halda göz qırpma qədər çox qısa bir müddətdə, saniyənin onda birində yarpaqlarını bağlayaraq milçəyi həbs edən bu bitkilərin cəldliyi tədqiqatçıların nəzərini cəlb etmişdi. Bu cəldliyin yarpağın həndəsəsi ilə əlaqəli olduğu və yay hərəkətinə bənzər bir təsirin nəticəsində meydana gəldiyi axır vaxtlarda irəli sürülmüşdür. Bitki hərəkətləri ümumiyyətlə yavaşdır və bir çox hərəkət bitkinin daxili sisteminin suyu hüceyrələr arasında yavaş-yavaş paylaması ilə meydana gəlməkdədir. Milçəkqapanın hərəkəti isə bu cür bir hərəkətin təqribən 10 qatı sürətinə malikdir. Tədqiqatçılar bu sürətli hərəkəti təqib edə bilmək üçün bitkinin yarpaqları üzərinə işıqlı referans nöqtələri yerləşdirdilər və sürətli video kameralar ilə hərəkəti yazdılar. Bundan başqa yarpaqlardakı uzanmanı dəqiq ölçə bilmək üçün mikroskopdan istifadə etdilər. Video görüntülərin tədqiq edilməsindən yarpaqların əyriliyinin, qapanma əsnasında, xarici bükülmədən qəflətən daxili bükülməyə çevrildiyini fərq etdilər.
Milçəkqapankimilər
Milçəkqapanlar (lat. Muscicapidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Milçəkqapanlar
Milçəkqapanlar (lat. Muscicapidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Milçəkqıran
Milçəkqıran göbələyi (Amanita muscaria) — Gəlin göbələyi olaraq da bilinən, Amanitaceae familiyasından zəhərli və halusinogen bir göbələk növüdür. Tərkibinə İbotenik turşu, müsimol kimi zəhərli birləşmələr daxildir və Pantherina sindromu zəhərlənməsinə gətirib çıxarır. Zəhəri səbəbindən Yaratdığı dəlilik böhranları 4–6 saat davam edır. Bu ondan təsirlənənlərdə; ruh halının dəyişməsi (kefli və ya narahat vəziyyət), səbəbsiz gülmə, xəyal görmə, danışma çətinliyi, əzələ spazmları, görmə və eşitmə pozulması, yorğunluq kimi əlamətlər görünür. Ondan zəhərlənmələrə ölüm hadisəsi nadirdir, xüsusilə kiçik uşaqlarda təhlükəli ola bilər. Parlaq qırmızı və narıncı rənglərdə olur. Digər amanita növləri kimi ağ rəngli, yumurta şəklində bir kapsuladan çıxır, ümumiyyətlə üzərindəki zarın qalıqlarından yaranan ağ nöqtələr daşıyır. Avropada milçəkqıran göbələyinin şans gətirdiyinə inanılar. Orta əsrlərdə üzərinə qoyulan ağcaqanadları iflic boğduğu üçün bu göbələyin suyu ağcaqanaddan qorunmaq üçün istifadə edilmişdir. Etimoloji baxımdan araşdırıldığı zaman Yunancada amanitai "detalsız göbələk", musc isə ağcaqanad mənasını verir.
Milçəköldürən
1827-ci ildə Osmanlıların Əlcəzairdəki valisi Hüseyn Dey ödənilməmiş borcla bağlı fransız səfiri ilə apardığı qızğın mübahisə zamanı milçəköldürənlə həmsöhbətinin sifətinə bərk zərbə vurmuşdu. Bu təhqiramiz davranışı bəhanə kimi istifadə edən Fransa hökuməti isə 3 il sonra Əlcəzairə qoşun çıxartmış və 1830-cu ildən başlayaraq, Əlcəzairi öz müstəmləkəsinə çevirmişdi.
Nəm milçəkləri
Nəm milçəkləri (lat. Ceratopogonidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. Hazırda 4000 növü məlumdur. Onlardan Xəzər dənizində isə Culicoides cinsinə aid növlər qeydə alınmışdır. Süfələr şirin sularda və nəm torpaqda yaşayırlar. Nəm milçəkləri Antarktidadan başqa bütün qitələrdə yayılmışdır. Bütün ikiqanadlı həşəratlar kimi nəm milçəklərində inkişafı 4 mərhələdən ibarətdir: yumurta, sürfə, pup, yetkin fərd. Bu zaman yetkin fərdən başqa bütün mərhələlərdə yaşayış ya su hövzələrində, ya da ki, yarı su-torpaq mühitində davam edir. Nəm milçəklərinin saprofaq, yaxud yırtıcı olan sürfələri su və ya torpaqda yaşayan orqanizmlər, yaxud onların qalıqları ilə qidalanır. Yetkin fərdlərin qidalanması müxtəlifdir.
Qlossina milçəkləri
İkiqanadlılar dəstəsinin Glossinidae fəsiləsinə daxil olan növlər insane və heyvanların qanı ilə qidalanır. Onların əksəriyyəti insanlar və heyvanlarda tripanosomoz xəstəliyinin keçiricisidir. Sese milçəkləri Afrikada, əsasən Saxara səhrasının cənubunda yayılmışdır. Bitki örtüyü ilə əlaqədar olaraq ekoloji qruplar əmələ gətirir. I qrupa Glossina palpalis, Glossina tachinoides və s. aid olub, Qərbi və Mərkəzi Afrikanın meşə zolağında və göllərin sahilində bitən bitkilər arasında yayılmışdır. əsasən, sürünənlərin və insanın qanı ilə qidalanırlar. Bu qrupdan Glossina palpalis antilopdan insana yuxu xəstəliyinin törədicisi tripanosomları keçirir. II qrupa, Glossina pallidipes və s. aid olub, Şərqi və Mərkəzi Afrikanın Savanna meşələrində yayılaraq, ev və vəhşi heyvanların qanı ilə qidalanır.
Vızıldayan milçəklər
Vızıldayanlar (lat. Bombyliidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. == Ümumi xüsusiyyətləri == Bədənlərinin uzunluğu 0,8-dan 30 mm-dək olur. 5000-dən çox növü məlumdur. Əsasən quru tropik və subtropik zonalarda geniş yayılmışdır. Qazıntı zamanı tapılmış qalıqlara əsasən onların Yura dövrünün ortalarından mövcudluğu məlumdur. == Biologiyası == Yetkin fərd bitki nektarı ilə qidalanır. Sürfələri çəyirtkələrdə, kəpənəklərdə, arılarda parazitlik edir və hörümçəklərin yumurta baramalarının yırtıcısı hesab olunur. == Sinonimləri == Phthiriidae Usiidae Becker, 1913 Systropodidae == Təsnifatı == Müasir təsnifata görə vızıldayanlar fəsiləsinə aid 15 yarımfəsilə (Yeates, 1994), 240-a yaxın cins və təqribən 5000 vızıldayan milçək növü aiddir.
Əqrəbşəkilli milçəklər
Əqrəbşəkilli milçəklər (lat. Mecoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. == Ümumi məlumat == Bu dəstənin nümayəndələrinin səciyyəvi xüsusiyyəti-zirvəsində kiçik gəmirici ağız aparatı olan aşağıya doğru xortum şəklində uzanmış baş kapsuludur. Yaşlı fərdlər kiçik (3–4 mm) və orta ölçülü (15–20 mm) olur. İki cüt qısa və ya tam reduksiya olunmuş, yaxud tor damarlı iri qanadları olur. Bığcıqları nazik, uzun və çoxbuğumludur. Gözləri iri, mürəkkəb və fasetlidir. Ayaqları nazik və dartılmışdır. Pəncələri 5 buğumludur. Qarıncığı uzun və ensizdir.

Значение слова в других словарях

батиа́льный лежебо́кство обогрева́ться партиза́н подши́вочный уку́пориваться эпи́чность вспу́гивание заарендова́ть игроте́хник наи́гранность растопля́ть стереотипи́роваться часту́шка министр commonable ferberite humpty precipitate prick out radio net seventieth Sulaiman Range заучиваться обличать