MİMİKA
MİN-MİN
OBASTAN VİKİ
Min
Min (rəqəm) — Min (bir min), say sistemində saylardan biridir. Doqquz yuz doxsan doqquzdan sonra, min birdən əvvəl gəlir. Ən kiçik dördrəqəmli ədəddir. Min (mifologiya) — Qədim Misir mifologiyasına görə məhsuldarlıq allahı. Minkənd – Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd.
Min (allah)
Min - Qədim Misir mifologiyasına görə məhsuldarlıq allahı.
Min (dəqiqləşdirmə)

Min (mifologiya)
Min - Qədim Misir mifologiyasına görə məhsuldarlıq allahı.
Min (rəqəm)
Min (bir min) — say sistemində saylardan biri. Doqquz yuz doxsan doqquzdan sonra, min birdən əvvəl gəlir. Ən kiçik dördrəqəmli ədəddir. == Riyaziyyatda == === Əsas hesablamalarda. === Mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 5, 8, 10, 20, 25, 40, 50, 100, 125, 200, 250, 500 və 1000 ədədlərinə qalıqsız bölünür. === Say sistemində === == Elmdə == == Dində == == İnam və etiqadlarda == === Qurani-Kərim === Biz Nuhu öz tayfasına (peyğəmbər) göndərdik. Nuh onların arasında min ildən əlli əskik (doqquz yüz əlli il) qaldı. Onlar zülm edərkən tufan onları yaxaladı. Sən onları (yəhudiləri) bütün insanlardan, hətta müşriklərdən də daha artıq yaşamağa həris görərsən.
Min (tanrı)
Min - Qədim Misir mifologiyasına görə məhsuldarlıq allahı.
Min Si
Min Si (çin. 奚梦瑶; 8 mart 1989, Şanxay) – Çin modeli. 2009-cu ildə qatıldığı bir televiziya müsabiqəsindən sonra peşəkar model karyerası başlamışdır. 2011-ci ildə Givenchy Yüksək Yaz Şousunda debüt edərək beynəlxalq model kimi fəaliyyət göstərməyə başlamışdır. 2011-ci ildə Givenchy brendinin bir kolleksiyası üçün modellik etmiş, brendin payız/qış reklam kampaniyasının siması olmuşdur. Si 2013-cü ildə Victoria's Secret Dəb Şousunda modellik etmişdir. == Karyerası == 2008-ci ildə Si Dragon Television kanalında yayımlanan "Get! Şərq mələkləri" müsabiqəsində iştirak etmişdir. Bu onun televiziyadakı ilk əsas çıxışı idi.Kollecdən məzun olduqdan 2 il sonra Elite Model Look müsabiqəsinə qatılmışdır. Bu müsabiqə Elite Model Management tərəfindən təşkil olunan dəb modeli tədbiri idi.
Min Yan
Min Yan (20 fevral 1963) — İtaliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Min Yan İtaliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Min Yoongi
Min Yunqi (kor. 민윤기; 9 mart 1993, Tequ) — Səhnə adı ilə Suga, solo sənətçi olaraq Agust D Cənubi Koreyalı K-pop musiqi qrupu olan BTS-də reper, bəstəkar, prodüserdir. == Həyatı və karyerası == === 1993–2010: İlkin dövr === Min Yunqi 1993-cü il 9 mart tarixində Daeguda , Cənubi Koreyada dünyaya gəlib. İki qardaşın ən kiçiyi olan Yunqi Taejeon ibtidai məktəbində, Gwaneum orta məktəbində və Apgujeong liseyində təhsil alıb. O, Stony Skunk'un "Reggae Muffin" əsərini eşitdikdən sonra bunun əvvəllər eşitdiyi hər şeydən fərqli olduğunu bildirib və rep ilə maraqlanmağa başlayıb. Onun repper olmaq qərarına gəlməsinə isə Epic High qrupu səbəb olub. 13 yaşından musiqi sözləri yazmağa və MIDI haqqında öyrənməyə başlayan Yunqi 17 yaşında səsyazma studiyasında yarımgünlü işləyib və elə o vaxtdan artıq musiqi bəstələməyə və tərtib etməyə, rep deməyə və səhnədə çıxış etməyə başlayıb. Yunqi Daeguda yaşadığı zaman "Gloss" adı altında underground repper kimi fəaliyyət göstərib. 2010-cu ildə isə hip-hop qrupu D-Townun bir hissəsi olaraq fəaliyyət göstərdiyi zaman Kvanju üsyanının xatirəsinə "518–062" adlı mahnı hazırlayıb. === 2013-günümüz: BTS === Şirkətə musiqi prodüseri kimi qatılan Suga Jung Hoseok və Rap Monster üzvləri ilə birlikdə üç il Big Hit Entertainment-də (Hybe Corporation) stajer kimi çalışdıqdan sonra ilk albomları 2 Cool 4 Skool -dan olan "No More Dream" adlı mahnı ilə Mnet-in M Countdown səhnəsində BTS-in üzvü kimi debüt etmişdir.
Min Yunqi

Min sülaləsi
Min sülaləsi — 1368-1644-cü illərdə Çində iqtidarda olmuş sülalə. == Tarixi == Min sülaləsi 1368-1644-cü illərdə Çində hakimiyyətdə olmuşdur. Bu sabitlik, firavanlıq və Çinin Şərqi Asiyada təsirinin bərpası dövrü idi. Ədəbiyyat, elm və incəsənət bu dövrdə yenidən inkişaf etməyə başlamışdı. İmperiya birbaşa hökumətə tabe olan qubernatorların idarə etdiyi 15 əyalətə bölünmüşdü. İmperator Tay-tszu, hökuməti Tan sülaləsi prinsiplərinə uyğun qurmuşdu. O, konfutsi ideyalarına qayıdış elan edərək hakimiyyətin mərkəzləşməsinə çalışırdı. Tay-tszu dövlət işlərini təkbaşına həll etmək istəyirdi, lakin onun buna gücü yetmədi. Buna görə də o, ətarfına vicdanlı məmurları yığıb Böyük katiblik yaratmalı oldu. İnzibati aparat dövlət imtahanı əsasında formalaşırdı.
Yao Min
Yao Min (çin. 姚明; pinyin. Yáo Míng; d. 12 sentyabr 1980) — çinli sabiq NBA oyunçusu. Ən son Hyuston Rokets komandasında oynamışdır. 2,29 m (7 ft 6 in) boyuyla NBA tarixinin ən uzun oyunçuları arasında yer alır. Çində "Şanxay Şarks" adlı komandada oynamışdır. 2002-ci ildə NBA Seçmələrində Hyuston Rokets tərəfindən 1-ci sıradan seçilmişdir. 8 dəfə NBA All-Star heyətinə seçilməklə böyük bir uğura imza atmışdır. Boyu 2.31 m olan Yao Minin çəkisi 141 kq-dır.
Ba Min-Hi
Ba Min-Hi (d. 11 iyul 1988) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Ba Min-Hi Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Byusyer-le-Min
Büsyer-le-Min (fr. Buxières-les-Mines) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Burbon-l'Arşambo kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03046. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1078nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 597 nəfər (15-64 yaş) arasında 364 nəfər iqtisadi cəhətdən fəal, 233 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 61.0%, 1999-cu ildə 61.2%). Fəal olan 364 nəfərdən 300 nəfəri (164 kişi və 136 qadın), 64 nəfəri işsiz (34 kişi və 30 qadın) idi. 233 hərəkətsiz 42 nəfər arasında şagird və ya tələbə, 101 nəfər təqaüdçü, 90 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Büsyer-le-Min

Denyoy-le-Min
Denöy-le-Min (fr. Deneuille-les-Mines) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şərqi Monlüson kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03097. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 339 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 208 nəfərin (15-64 yaş arasında) 155 nəfəri iqtisadi cəhətdən fəal, 53 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 74.5%, 1999-cu ildə 69.3%). Fəal 155 nəfərdən 140 nəfər (69 kişi və 71 qadın), 15 nəfər işsiz (8 kişi və 7 qadın) idi. Aktiv olmayan 3 nəfər arasında şagird və ya tələbə, 34 nəfər təqaüdçü, 16 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Denöy-le-Min

Ho Şi Min
Ho Şi Min və ya Xo Şi Min (vyet. Hồ Chí Minh; 19 may 1890[…] – 2 sentyabr 1969[…], Hanoy, Şimali Vyetnam) — Vyetnam siyasətçisi. == Həyatı == == Siyasi fəaliyyəti == İkinci dünya müharibəsi bitər-bitməz vyetnam xalqının istiqlaliyyət mübarizəsi genişləndi. Mübarizəyə Xo Şi Minin rəhbərliyi ilə Hind-Çin kommunist partiyası və onun 1941-ci ildə yaratdığı Vyet-min cəmiyyəti (Vyetnam istiqlaliyyət cəmiyyəti – o,Vahid Milli Azadlıq Cəbhəsi kimi tanınırdı) başçılıq edirdi. İstiqlal mübarizəsinin silahlı müqavimət hərəkatı forması alması Yaponiyanın məğlubiyyətinin labüdlüyü bəlli olan dövrə təsadüf edir. Vyet-minin başçılıq etdiyi qüvvələr yapon işğalına və fransız müstəmləkə zülmünə qarşı apardığı əməliyyatlar nəticəsində müəyyən əraziləri ələ keçirmişdilər. Avqustun 16-da Vyet–min milli konqresi çağrıldı və müvəqqəti hökumət– Xo Şi Min başda olmaqla Vyetnam Milli Azadlıq Komitəsi yaradıldı. Xalq avqustun 19-da Xanoyda, 23-də Xüeldə, 25-də Sayqonda hakimiyyəti ələ keçirdi. Xo Şi Min 1945-ci il sentyabrın 2-də Xanoyda Vyetnam Milli Azadlıq Komitəsi adından İstiqlal Bəyannaməsini və Vyetnam Demokratik Respublikasının (VDR) yaradıldığını elan etdi. Avqust inqilabı adı almış hadisələr nəticəsində Vyetnam istiqlala qovuşdu.
Jung So-min
Jung So-min (16 mart 1989, Busan) — Cənubi Koreya aktrisası. == Həyatı == Jung So-min 16 mart 1989-cu ildə Cənubi Koreyanın Busan şəhərində anadan olub.
Kim Min-Su
Kim Mi-soo (16 mart 1992, Cənubi Koreya – 5 yanvar 2022) — Cənubi Koreyalı aktrisa və model. == Karyera == O, "Lipstick Revolution" və "Kyungmi's World" filmlərindəki işi ilə tanınırdı.O, həmçinin "Hi Bye, Mama!" dramında göründü.Kim bu yaxınlarda JTBC-nin "Snowdrop" (2021–22) filmində tələbə Conmin (ing. Jung-min) obrazı ilə diqqət çəkib. == Ölümü == 5 yanvar 2022-ci ildə Kim Mi-su naməlum səbəblərdən 29 yaşında öldü.Mi-Sunun ölümü onun ikinci dərəcəli personajı canlandırdığı JTBC-nin "Snowdrop" adlı romantik dramı ilə üst-üstə düşdü. Mi-Sunun ölümündən əvvəl 16 epizoddan yeddisi yayımlanmışdı və "Snowdrop" əvvəlcədən hazırlanmış serial olduğundan çəkilişlər başa çatmışdı. Ölümündən əvvəl Mi-Su "Disney+"-un "Kiss Six Sense" dramında çəkilişlərə başlayıb. "Kiss Six Sense" filmi Kim Mi-sunun qəfil ölümünə görə planlaşdırılan çəkilişləri ləğv etdi.
Kim Yun-min
Kim Yun-min (13 noyabr 1999-cu ildə Cənubi Koreyada anadan olub) — Avstriya Birinci Liqa təmsilçilərindən olan Liferinq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Cənubi Koreyalı futbolçudur. == Klub karyerası == === Liferinq === Yun-min Kvanju akademiyası vasitəsilə inkişaf etmişdir. Yun-min öz peşəkar karyerasında debütünü 3 mart 2018-ci ildə Ried klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Məhəmməd Kamara ilə əvəz olunmuşdur. Həmin görüşdə Liferinq liqa görüşündə rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır. == Karyera statistikası == === Klub === 12 mart 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir.
Li Min-Hi
Li Min-Hi (d. 4 fevral 1980) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Li Min-Hi Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı.
Min bir gecə
Min bir gecə (fars. هزار و يك شب‎ hezār o yek šab; ərəb. كتاب ألف ليلة وليلة‎ kitāb 'alf layla wa layla) — Yaxın Şərq xalqlarının min illərdən bəri yaratdıqları və çoxsaylı müəllif, tərcüməçi və tətqiqatçılar tərəfindən toplanmış nağıllar toplusu. Orijinal əlyazmasının heç vaxt tapılmamasına baxmayaraq bu nağıllar toplusunun bizim eranın 800–900-cü illərinə aid olduğu söylənilir. Nağıllar bir qayda olaraq Şəhrizadə tərəfindən əri və şahı Şəhriyara min bir gecəlik zaman müddətində nəql edilir. Şəhriyar arvadlarından birinin xəyanətindən dərin sarsılır və yer üzünün bütün qadınlarını da etibarsız elan edir. O qadınlardan özünəməxsus şəkildə qisas alır. Belə ki evləndiyi qadını hər gecənin səhərində qətlə yetirir. Növbə vəzirin gözəl və ağıllı qızı Şəhrizadəyə çatır. Ağıllı Şəhrizadə şahının niyyətini gözəl anlayır və evləndikləri gecə şaha maraqlı bir nağıl danışır, lakin onu səhərə yaxın ən maraqlı yerində yarımçıq bitirir.
Min möhtəşəm günəş
Min möhtəşəm günəş (ing. A Thousand Splendid Suns) — əfqan əsilli ABŞ yazıçısı Xalid Hüseyninin 2007-ci ildə çapdan çıxmış ikinci romanı. == Süjet == Roman Əfqanıstanı darmadağın edən müharibənin qurbanı olmuş iki əfqan qadınının həyatından bəhs edir: əfqanlı zəngin birisinin nikahdankənar qızı, uşaqlıqdan ailə sevgisindən məhrum olmuş Məryəm və mehriban ailənin sevimli qızı, maraqlı və rəngarəng həyat arzusunda olan Leyla. Onların arasında ümumi heç nə yoxdur, ayrı-ayrı dünyalarda yaşayırlar, amma müharibə onların həyat yolunu birləşdirir. Özləri də bilmir onlar kimdir – rəqib, rəfiqə, yoxsa bacı. Təklikdə orta əsr desportizminə, amansızlığa qarşı dura bilməyəcəklərini başa düşüb birlikdə mübarizə aparırlar, ağır sınaqlardan keçirlər. “Min möhtəşəm günəş” güclü, dramatik, lirik romandır – oxucu qəlbini riqqətə gətirən ağrısı, sevinci ilə, nəcib məqsədi, sonsuz lütfü ilə. Xəbərdarlığın sonu == İstinadlar == == Həmçinin bax == Xalid Hüseyni == Xarici keçidlər == Xalid Hüseyninin "Min möhtəşəm günəş" tamaşası Min möhtəşəm günəş PDF forması Arxivləşdirilib 2020-08-05 at the Wayback Machine Rəsmi facebook səhifəsi (ing.) "MİN MÖHTƏŞƏM GÜNƏŞ – Xalid Hüseyni" (az.). qanun.az. 2014-10-05 tarixində orijinalından arxivləşdirilib.
Min nəfərin ekspedisiyası
Min nəfərin ekspedisiyası (it. Spedizione dei Mille) — inqilabi general Cüzeppe Qaribaldinin 1860-1861 il kampaniyası. Min nəfərlik dəstə ilə İtaliyanın cənubuna enən Haribaldi, “Hər iki Siciliya krallığını” məğlubiyətə uğradır, nəticədə onun ərazisi Sardiniya krallığı tərəfindən zəbt olunur və birləşmiş İtaliya krallığına daxil olur. Ekspedisiya, “Sardiniya krallığının” baş naziri Kamillo Kavurun ilhamverdiyi, İtaliyanın birləşdirilməsi kampaniyasının bir hissəsi idi. 1860-cı ilin martında krallığ öz ərazisinə “Mərkəzi İtaliyanın birləşmiş vilayətlərini” birləşdirdi. Birləşmə kampaniyasının növbəti mərhələsi, Appenin yarımadasının güney hissəsini və Siciliyanı əhatə edən Hər iki Siciliya krallığının ərazisinin zəbt edilməsi idi. Ekspedisiya çox təhlükəli və riskli idi. Çünki ekspedisiya iştirakçılarını sayı cəmi min nəfər ikən qarşı tərəf olan İki Siciliya krallığı daha böyük nizami orduya və daha güclü donanmaya sahib idi. Lakin ekspedisiya uğurlu oldu və sonda keçirilən referendumla Siciliya, Cənubi İtaliya Sardiniya krallığına birləşdirildi, İtaliya krallığının yaradıldığı elan edildi. Ekspedisiya təşəbbüsü italyan millətinin "dörd qurucu ata"sı hesab edilən Haribaldi, Mazzini, II Viktor Emanuel və Kamillo Kavur tərəfindən ortaq olaraq hazırlanmışdı.
"Badamlı" mineral bulaqları
"Badamlı" mineral bulaqları — dəniz səthindən hündürlükdə, Dərələyəz dağ silsiləsi zirvəsinin arasından axıb keçən Salasuzçayın vadisində, Naxçıvan MR-nin Badamlı qəsəbəsindən cənubda mineral bulaqlar. Bulaqlar üst təbaşirin argillitləri və mergellərindən təşkil olunmuş və kiçik qırış və faylarla mürəkkəbləşdirilmiş antiklinal qalxımın tağında qərar tutmuşlar. Əsasən bu kiçik dislokasiyalarla əlaqədə üzə çıxan mineral sular qazlıdırlar (CO2 −1,4 q/l), minerallaşma dərəcəsiləri 3,3–7,2 q/l təşkil edir, kimyəvi tərkibi isə hidrokarbonat-sulfat-natrium-kalsiumlu olaraq "Narzan" tiplidir. Suyun ümumi debiti sutkada milyon litrdən çoxdur. Suyun tərkibində yod, brom, mis və borat turşusu var. Həm süfrə suyu kimi, həm də həzm sistemi xəstəliklərinin müalicəsində istifadə olunur. İstismar edilən bulaqların əsasında Qafqazda ən böyük "Badamlı" sudoldurma zavodu, eyni zamanda, həzm pozğunluğu problemləri olan pasiyentlər üçün müalicəxana fəaliyyət göstərir.
1-ci minillik
Birinci minillik — bizim eranın 1 yanvar 0-cı ilindən 31 dekabr 999-cu ilinədək olan zaman.
2-ci minillik
2-ci minillik — bizim eranın 1 yanvar 1001-ci ilindən 31 dekabr 2000 inədək olan zaman.
3-cü minillik
3-cü minillik — qriqorian təqvimi ilə bizim eranın 1 yanvar 2001-ci ildən 31 dekabr 3000-ci ilədək olan zaman.
47 saylı Mingəçevir seçki dairəsi
49 saylı Yevlax-Mingəçevir seçki dairəsi
Accipiter minullus
Afrika kiçik qırğısı (lat. Accipiter minullus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl qırğı cinsinə aid heyvan növü.
Aechmea miniata
Aechmea miniata (lat. Aechmea miniata) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Aksessor minerallar
Aksessor minerallar — süxurların tərkibində miqdarca çox az, lakin xarakterik minerallar. Bunlara apatit, maqnetit, sirkon, sfen, rutil, monasit və s. nümunə göstərmək olar. Bu süxurların kimyəvi tərkibindən asılı olaraq onların səciyyəvi aksessor minerallar kompleksi olur. Aksessor minerallar maqmanın kristallaşma mərhələsində ilk növbədə kristallaşır. Aksessor minerallardan maqmatik və faunasız çökmə süxurların korrelyasiyasında, qırıntı materiallarının mənbəyini və gətirilmə vasitələrini aydınlaşdırmaqda istifadə olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Aktinolit (mineral)
Aktinolit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Növ müxtəliflikləri == Manqanaktinolit (7,4 %-dək MnO), xromaktinolit (3 %-dək Cr2O3), smaraqdit – zümrüdü- və otu-yaşıl növ müxtəlifliyi, amiant (aktinolit-asbest) – liflərinin damarcıqların divarlarına perpendikulyar yerləşməsi ilə səciyyələnən paralellifli damarcıq əmələgəlmələri; nefrit (jad) – sıx gizlikristallik aqreqatlar. == Xassələri == Rəng – müxtəlif intersivlikli yaşıl, qəhvəyi; Mineralın cizgisinin rəngi – rəngsizdən solğun-yaşıladək; Parıltı – şüşə parıltısından ipəyiyədək; Şəffaflıq – yarımşəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3-3,3; S – 5-6; Kövrəkdir; Ayrılma – {110} üzrə 56° bucaq altında mükəmməl, {010} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamardan qabıqlıya (nefritdə) - və tikanlıyadək – aktinolit-asbestdə və nefritdə; Morfologiya – kristallar: qısaprizmatik, sütunvari; Mineral aqreqatları: şüalı, qarışıq - və paralellifli, dənəvər, çubuqvari. == Mənşəyi və yayılması == Karbonat süxurlarının, ultraəsası və əsası süxurların regional metamorfizmi zamanı əmələ gəlir. Adətən kristallik şistlərdə, kalsifirlərdə, talk, serpentin və aktinolit şistlərində müşahidə edilir. Mineralın kontakt-metasomatik əmələgəlmələrinə püskürmə süxurlarının əhəngdaşı və dolomitlərlə kontakt zonalarında rast gəlinir. Aktinolit - asbest bəzən kolçedan yataqlarında müşahidə olunur. Birlikdə rast gəldiyi minerallar: kalsit, serpentin, antofillit, talk, antiqorit, epidot, hornblend, rutil, xlorit, kvars və b. Mineralın tapıldığı yerlər: Sillertal (Avstriya); Filizli dağlar, Türingiya meşəsi (Almaniya); Beloreçenski və Kalatinski yataqları (Rusiya); Qan-su əyaləti, Kun-Lun silsiləsi (Çin); Polineziya adaları və b.
Alopecurus agrestis var. minimus
Alopecurus myosuroides (lat. Alopecurus myosuroides) — qırtıckimilər fəsiləsinin tülküquyruq cinsinə aid bitki növü. == Sinonim == Alopecurus adanensis Dogan Alopecurus affinis Desv. Alopecurus agrestis L. Alopecurus agrestis var. minimus Post Alopecurus agrestis var. tonsus Boiss. Alopecurus agrestis var. versicolor Biasol. Alopecurus caerulescens C.Presl [Invalid] Alopecurus coerulescens Steud. & Hochst.
Amaranthus minor
Qırmızıbaldır pəncər (lat. Amaranthus blitum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin pəncər cinsinə aid bitki növü. == Sinonimləri == Albersia arenaria Schur Albersia ascendens Fourr. Albersia blitum Kunth Albersia livida Kunth Amaranthus adscendens auct. Amaranthus albus Rodschied ex F.Dietr. Amaranthus alius K.Krause Amaranthus ascendens Loisel. Amaranthus berchtoldii Seidl ex Opiz Amaranthus blitonius St.-Lag. Amaranthus blitum var. ascendens (Loisel.) DC. Amaranthus blitum var. blitum Amaranthus blitum var.
Ametist mineral bulağı
Şahbuz rayonundakı Gömür kəndindən 7 km aralıdakı dərədədir. Oksidlər sinfinə aid bənövşəyi rəngli Kvars (SiO2) mineralından (süxurundan) əmələ gəlmiş duzlu mineral sudur. Orta dərəcədə minerallaşmış karbon qazlı suyun tərkibində xeyli miqdarda ametist olması ilə əlaqədar həkim məsləhəti ilə dəri xəstəliklərinin müalicəsində (20-30 Cº) vanna qəbul etmək olar. Qədim Yunanıstanda Ametist duzundan sərxoşluğa qarşı dərman kimi istifadə etmişlər. == Mənbə == Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri - Naxçıvan, 2008.
Andre-Minyo xəstəxanası
André-Mignot (fr. hôpital André-Mignot) — Le Chesnay-də yerləşən qədim fransız xəstəxanası; hal-hazırda universitet-xəstəxana kompleksidir. Centre Hospitalier de Versailles-in bir hissəsi və Versailles-Saint-Quentin-en-Yvelines Universitetinin tədris xəstəxanasıdır. 1981-cu ildə yaradılmışdır.
Aparine minima
Galium murale (lat. Galium murale) — boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Sinonim == Aparinanthus muralis (L.) Fourr. Aparine minima All. ex DC. Aspera muralis (L.) Lowe Aspera nutans Moench Galium apsheronicum Pobed. Galium calvipes Pau Galium filiforme (Aiton) Roem. & Schult. Galium fragile Pourr. ex DC. Galium minimum Roem. & Schult.
Aqrippina Minor
Kiçik Aqrippina (lat. Agrippina minor; 6 noyabr 15, Köln – 17 mart 59, Mizeno[d], Kampaniya) — Neron Yuli Sezar Germanikin Böyük Aqrippinadan olan qızı, Yulilər-Klavdilər sülalə məsubu, Nero Klavdi Saezar Avqust Germanikin anası, Qay Yuli Sezar Kaliqulanın bacısı, Tiberi Klavdi Neron Germanikin sonuncu arvadı.
Aquila minuta
Arabis alpina var. minor
Arabis alpina (lat. Arabis alpina) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ərəbotu cinsinə aid bitki növü. == Sinonimləri == Arabidium alpestre Spach Arabidium alpinum (L.) Fourr. Arabidium saxeticolum (Jord.) Fourr. Arabis albida var. elata Sprague Arabis alpina subsp. alpina alpina Arabis alpina f. alpina Arabis alpina var. alpina alpina Arabis alpina subsp. cantabrica (Leresche & Levier) Greuter & Burdet Arabis alpina var.
Arabis minor

Artemisia minor
Artemisia minor (lat. Artemisia minor) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Aster minor
Oreochrysum (lat. Oreochrysum) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Oreochrysum parryi (A. Gray) Rydb.Sinonim Aster minor (A.Gray) Kuntze Haplopappus parryi A.Gray Haplopappus parryi var. parryi Solidago parryi (A.Gray) Greene Solidago parryi var.
Azərbaycan Müəllimlər İnstitutu (Mingəçevir filialı)
Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Mingəçevir Politexnik Texnikumunun və Azərbaycan Maliyyə-İqtisad Kollecinin Xocalı filialının bazasında yaradılmışdır. Filialda 3 fakültə - "Pedaqoji məktəbəqədər təhsilin pedaqogikası və metodikası", "İxtisasartırma" və "Yenidənhazırlama"; 5 kafedra - "Riyaziyyat və informatika", "Təbiət fənləri", "Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası", "Xarici dillər", "Pedaqoji və ictimai fənlər" kafedraları vardır. Filialda 6 ixtisas üzrə (riyaziyyat və informatika; riyaziyyat və fizika; məktəbəqədər təhsilin pedaqogikası və metodikası; Azərbaycan dili və ədəbiyyatı; ingilis dili) bakalavr səviyyəsində ilkin pedaqoji kadr hazırlığı aparılır. Filialın əsas fəaliyyət sahələrindən biri müəllimlərin ixtisasının artırılması və təkmilləşdirilməsidir. Filialda dislokasiya üzrə 7 rayonun (Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Ucar, Bərdə, Tərtər) pedaqoji kadrları ikitərəfli müqaviləyə əsasən ixtisasartırma və təkmilləşdirmə təhsilinə cəlb olunurlar. Filial Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən ləğv edilmişdir. Filialın maddi-texniki bazasının Mingəçevir Dövlət Universitetinin balansına verilməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı

Azərbaycan milli minifutbol komandası
Azərbaycan milli minifutbol komandası – Azərbaycanı təmsil edən minifutbol komandası. Komandanın ən böyük uğuru 2022-ci ildə keçirilmiş Avropa çempionatında əldə etdiyi çempionluqdur. Davud Kərimi minifutbol üzrə Avropa çempionatının ən yaxşı qapıçısı, Bəxtiyar Soltanov isə qitə çempionatının ən yaxşı oyunçusu seçilmişdi. == Heyət == Minifutbol komandasının heyəti Anar Məmmədov, Tanrıverdi Məhərrəmli, Tural Nərimanov, Vitali Borisov, Seymur Məmmədov, Asif Zeynalov, Elvin Əlizadə, Samir Həmzəyev, Vüsal İsayev, Taleh Babayev, Mirmehdi Rzayev, Ramil Həsənzadə, Orxan Əliyev, İlkin Hacıyev, Təmraz Əmircanov, Rəvan Kərimov, Bəxtiyar Soltanov, Mehdi Rəsulov, Davud Kərimi və Elmar Qasımovdan ibarətdir. Baş məşqçi Elşad Quliyevdir. == Üzvlüklər == Milli komanda Azərbaycan Minifutbol Federasiyası tərəfindən idarə olunur və Avropa Minifutbol Federasiyasının üzvüdür.
Azərbaycan miniatürləri
Azərbaycan miniatürləri — Azərbaycanın orta əsr miniatür sənəti. == Tarixçə == Azərbaycan miniatürü müsəlman Şərqinin incəsənəti tarixində ən maraqlı səhifələrdən birini təşkil edir. Miniatür sənətinin ən qədim nümunələlərindən sayılan bir çox əsərlər Azərbaycan şəhərlərində – Xoyda, Marağada, Təbrizdə yaradılmışdır. Azərbaycan miniatürünün ən qədim nümunələri – "Mənafi əl – Heyivan" (1298), "Cami – ət – Təvarix" (1307 və 1314-cü il nüsxələri) müsəlman Şərqində yeni bir məktəbin yaranmasını təsdiqləyir. Yalnız Təbriz məktəbinin deyil, ümumiyyətlə, bütün Şərq miniatür sənətinin "Şah əsərlərindən" sayılan Demott "Şahnamə"sinin (1330–1340) illüstrasiyaları, Avropa və ABŞ–ın ən məşhur muzey və şəxsi kolleksiyalarında saxlanılır.İslam dini ehkamlarının hökm sürdüyü orta əsrlərdə Azərbaycanda rəssamlığın müxtəlif növlərində (boyakarlıq, "siyah qələm" və s.) insan obrazlarının təsviri sahəsində gözəl ənənələri olmuşdur. Miniatür sənətinin bu dövrdə yüksək inkişafı bunu aydın sübut edir. Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur. === Miniatür sənətinin yaranması === Sənətşünaslıq doktoru Cəmilə Həsənzadənin sözlərinə görə, Təbriz miniatür məktəbinin meydana gəlməsi türklərlə bağlıdır. XIII əsrdə Orta Asiyadan Azərbaycana gələn türklər çox yaxşı rəssam və miniatürçü idilər. Özəlliklə bitikçiliklə (katib) və salnaməçiliklə məşğul olan uyğurların adını qeyd etmək gərəkir.

Значение слова в других словарях

волосообра́зно калори́фер сомна́мбулка трагикоми́чный ужа́к штормово́й алты́н деспоти́чный поясо́к манкировать нюк фисташка щора demonstration do-nothing fog signal pig-lead spatterdashes xenograft дородный лакуна микроклимат непристойный утреня царедворец