MINE

mine1

n 1. şaxta; mədən; coal ~ kömür mədəni / şaxtası; gold ~ qızıl mədəni; 2. məc. ensiklopediya, xəzinə; 3. partlayıcı maddələrin yerləşdirilməsi üçün yer / tunel; 4. mina (partlayıcı maddə)

mine2

adj mina; ~ detector mina axtaran; ~ disposal minanı zərərsizləşdirmə; minadan təmizləmə; ~ field minalı sahə; ~ layer minalayan; mina düzən; ~ laying vessel mina basdıran gəmi (dənizdə); ~sweeper minadan təmizləyən gəmi; ~ sweeping minadan təmizləmə

mine3

poss. pron mənim, mənimki

mine4

v 1. kömür / qızıl və s. çıxarmaq; to ~ the earth for coal / gold kömür / qızıl çıxarmaq üçün yeri qazmaq; 2. tunel qazmaq; lağım atmaq; 3. minalamaq, mina düzmək

MINDLESSNESS
MINER
OBASTAN VİKİ
Baby Be Mine
Baby Be Mine — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Mine Okubo
Mine Okubo (ing. Miné Okubo; 27 iyun 1912, Riversayd[d], Kaliforniya – 10 fevral 2001, Qrinviç Villic[d], Nyu-York ştatı) – yaponəsilli ABŞ sənətçisi və yazıçısı. İkinci dünya müharibəsi zamanı ABŞ yaponlarının internasiya düşərgələrindəki həyatını təsvir edən "Vətəndaş 13360" kitabına görə tanınır. Mürəkkəblə çəkilmiş 206 rəsmin olduğu bu kitab bu düşərgələrdəki həyatı təsvir edən ilk kitabdır. == İlk illəri == Mine Okubo 27 iyun 1912-ci ildə ABŞ-nin Kaliforniya ştatının Riversayd şəhərində doğulmuşdur. Onun ailəsi ABŞ-yə miqrasiya etmiş birinci nəsildən olan yaponlar idi. Atası bağbanlıqla məşğul olurdu, anası isə Tokio İncəsənət İnstitutundan məzun olmuşdu.Okubo Riversayd İcma Kollecində təhsil almış, daha sonra incəsənət üzrə master dərəcəsi əldə etmək üçün 1936-cı ildə Berkli Kaliforniya Universitetinə daxil olmuşdur. Berta Taussiq təqaüdü vasitəsilə Avropaya səyahət etmiş, lakin İkinci dünya müharibəsinin başlaması və anasının xəstələnməsi səbəbilə ABŞ-yə qayıtmışdır. O, Federal İncəsənət Proqramında işləməyə başlamış və Dieqo Riveranın sənətini öyrənmişdir. Federal İncəsənə Proqramı çərçivəsində ABŞ ordusu üçün Fort-Ord, Qovernment adası, Oklend Qonaqpərvərlik Evi və Trejer adasında divar rəsmləri və mozaikalar yaratmışdır.
Mind of Mine
Britaniyalı müğənni Zayn Malik-in ilk solo studio albomudur. Albom 2016-cı ilin mart ayının 25-də buraxılmışdır. Əsasən janr olaraq R&B hesab olunsa da, albomda pop, folk, dub, soul, funk, electronic, Qawwali, hip hop, reggae, classical və soft rock janrında olan mahnılar mövcuddur. Albom elə çıxarılan gün 84 ölkənin iTunes sıralarına girmişdir.
R U Mine?
R U Mine? – ingilis indi-rok qrupu Arctic Monkeys tərəfindən sinql kimi çıxarılan və sonradan AM albomuna əlavə olunan mahnı. Mahnının sözləri Aleks Törner tərəfindən yazılmış, musiqisi isə qrup tərəfindən bəstələnmişdir. Mahnı 27 fevral 2012-ci ildə Birləşmiş Krallıqda rəqəmsal endirmə olaraq buraxıldı, fiziki olaraq isə 21 aprel 2012-ci ildə Record Store Day üçün məhdud sayda ikiqat A tərəfi bənövşəyi 7" vinil və yeni "Electricity" mahnısı ilə buraxıldı. Vinil yalnız 1750 nüsxə ilə məhdudlaşdı. "R U Mine?" UK Singles Chart-da iyirmi üç nömrədə debüt etdi; 2009- ilin iyul ayında siyahında on ikinci olan "Crying Lightning" mahnısından sonra qrupun ən yüksək siyahıda olan sinqlı oldu. Əvvəlcə müstəqil sinql kimi buraxılmasına baxmayaraq, mahnı daha sonra onların beşinci studiya albomu olan AM-a bir qədər fərqli versiyası olaraq baş sinqlı kimi daxil edildi. Daha sonra İngiltərədə platin sertifikatı aldı və onu Arctic Monkeys-in ən çox satılan mahnılarından birinə çevirdi. Mahnı həmçinin Forza Horizon və Rocksmith 2014 video oyunlarında səslənmişdir. Həmçinin Guitar Hero Live video oyununda nümayiş etdirildi.
The Girl Is Mine
The Girl Is Mine — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
This War of Mine
This War of Mine (azərb. Bu, mənim muharibəmdir‎) — 11 bits studios tərəfindən hazırlanan və nəşr olunan müharibədən sonra həyatda qalma videooyunudur. Oyun Bosniya müharibəsi əsnasında 1992-1996-cı illər arasında baş verən Sarayevo müharisəsindən ilham alıb. Oyun cəbhədə döyüşən əsgərlərdən yox, müharibədən zərər çəkən xalq haqqındadır. Xarakterlər, gündəlik təhlükələrdən xilas olmaq üçün bir çox çətin qərarlar vermək məcburiyyətindədirlər. Oyunda verilən qərarlara bağlı olaraq, hər bir xarakter üçün müxtəlif sonluqlar var. "This War of Mine" 2014-cü ilin noyabr ayında Microsoft Windows, OS X və Linux üçün satışa çıxarıldı. Android və IOS versiyaları 2015-ci il iyul ayının 14-də satışa çıxarıldı. PlayStation 4 və Xbox One versiyaları isə 2016-cı il yanvar ayının 29-da This War Of Mine: The Little Ones (azərb. Bu, mənim muharibəmdir: Balaca Olanlar‎) başlığı altında satışa çıxarıldı.
"Badamlı" mineral bulaqları
"Badamlı" mineral bulaqları — dəniz səthindən hündürlükdə, Dərələyəz dağ silsiləsi zirvəsinin arasından axıb keçən Salasuzçayın vadisində, Naxçıvan MR-nin Badamlı qəsəbəsindən cənubda mineral bulaqlar. Bulaqlar üst təbaşirin argillitləri və mergellərindən təşkil olunmuş və kiçik qırış və faylarla mürəkkəbləşdirilmiş antiklinal qalxımın tağında qərar tutmuşlar. Əsasən bu kiçik dislokasiyalarla əlaqədə üzə çıxan mineral sular qazlıdırlar (CO2 −1,4 q/l), minerallaşma dərəcəsiləri 3,3–7,2 q/l təşkil edir, kimyəvi tərkibi isə hidrokarbonat-sulfat-natrium-kalsiumlu olaraq "Narzan" tiplidir. Suyun ümumi debiti sutkada milyon litrdən çoxdur. Suyun tərkibində yod, brom, mis və borat turşusu var. Həm süfrə suyu kimi, həm də həzm sistemi xəstəliklərinin müalicəsində istifadə olunur. İstismar edilən bulaqların əsasında Qafqazda ən böyük "Badamlı" sudoldurma zavodu, eyni zamanda, həzm pozğunluğu problemləri olan pasiyentlər üçün müalicəxana fəaliyyət göstərir.
Aksessor minerallar
Aksessor minerallar — süxurların tərkibində miqdarca çox az, lakin xarakterik minerallar. Bunlara apatit, maqnetit, sirkon, sfen, rutil, monasit və s. nümunə göstərmək olar. Bu süxurların kimyəvi tərkibindən asılı olaraq onların səciyyəvi aksessor minerallar kompleksi olur. Aksessor minerallar maqmanın kristallaşma mərhələsində ilk növbədə kristallaşır. Aksessor minerallardan maqmatik və faunasız çökmə süxurların korrelyasiyasında, qırıntı materiallarının mənbəyini və gətirilmə vasitələrini aydınlaşdırmaqda istifadə olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Aktinolit (mineral)
Aktinolit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Növ müxtəliflikləri == Manqanaktinolit (7,4 %-dək MnO), xromaktinolit (3 %-dək Cr2O3), smaraqdit – zümrüdü- və otu-yaşıl növ müxtəlifliyi, amiant (aktinolit-asbest) – liflərinin damarcıqların divarlarına perpendikulyar yerləşməsi ilə səciyyələnən paralellifli damarcıq əmələgəlmələri; nefrit (jad) – sıx gizlikristallik aqreqatlar. == Xassələri == Rəng – müxtəlif intersivlikli yaşıl, qəhvəyi; Mineralın cizgisinin rəngi – rəngsizdən solğun-yaşıladək; Parıltı – şüşə parıltısından ipəyiyədək; Şəffaflıq – yarımşəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3-3,3; S – 5-6; Kövrəkdir; Ayrılma – {110} üzrə 56° bucaq altında mükəmməl, {010} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamardan qabıqlıya (nefritdə) - və tikanlıyadək – aktinolit-asbestdə və nefritdə; Morfologiya – kristallar: qısaprizmatik, sütunvari; Mineral aqreqatları: şüalı, qarışıq - və paralellifli, dənəvər, çubuqvari. == Mənşəyi və yayılması == Karbonat süxurlarının, ultraəsası və əsası süxurların regional metamorfizmi zamanı əmələ gəlir. Adətən kristallik şistlərdə, kalsifirlərdə, talk, serpentin və aktinolit şistlərində müşahidə edilir. Mineralın kontakt-metasomatik əmələgəlmələrinə püskürmə süxurlarının əhəngdaşı və dolomitlərlə kontakt zonalarında rast gəlinir. Aktinolit - asbest bəzən kolçedan yataqlarında müşahidə olunur. Birlikdə rast gəldiyi minerallar: kalsit, serpentin, antofillit, talk, antiqorit, epidot, hornblend, rutil, xlorit, kvars və b. Mineralın tapıldığı yerlər: Sillertal (Avstriya); Filizli dağlar, Türingiya meşəsi (Almaniya); Beloreçenski və Kalatinski yataqları (Rusiya); Qan-su əyaləti, Kun-Lun silsiləsi (Çin); Polineziya adaları və b.
Ametist mineral bulağı
Şahbuz rayonundakı Gömür kəndindən 7 km aralıdakı dərədədir. Oksidlər sinfinə aid bənövşəyi rəngli Kvars (SiO2) mineralından (süxurundan) əmələ gəlmiş duzlu mineral sudur. Orta dərəcədə minerallaşmış karbon qazlı suyun tərkibində xeyli miqdarda ametist olması ilə əlaqədar həkim məsləhəti ilə dəri xəstəliklərinin müalicəsində (20-30 Cº) vanna qəbul etmək olar. Qədim Yunanıstanda Ametist duzundan sərxoşluğa qarşı dərman kimi istifadə etmişlər. == Mənbə == Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri - Naxçıvan, 2008.
Azərbaycanın mineral suları
Mineral sular — İnsan orqaniziminə müalicəvi təsir edən, tərkiblərində nisbətən çox miqdarda qazlar olan və duz tərkibində faydalı bioloji aktiv elementləri olan və yaxud, ümumi minerallaşma dərəcəsi yüksək olan sulardır. == Ümumi məlumat == İnsanların məişətində yeraltı suların mühüm rolu vardır. Yeraltı suların növləri içərisində mineral sular xüsusi əhəmiyyətə malikdir. Yer kürəsində olan suların ümumi miqdarı 1,8 mlrd km³-ə bərabərdir. Bunun 400 mln. km³-i yeraltı suların payına düşür ki, onun da çoxu mineral sulara aiddir. Mineral su mənbələrinin əksəriyyəti Şimali Qafqazda, Zaqafqaziyada, Ukrayna, Krım və az miqdarda Orta Asiyadır. Azərbaycan mineral sularla zəngindir. Əsas su mənbələri Hacıkənddə, İstisu, Turşsu, Şuşa, Naftalan, Slavyanka, Badamlı, Sirab, Vayxır və digər sahələrdə yerləşmişdir. == Mineral suların coğrafiyası == Azərbaycan Respublikasında mineral su bulaqları tükənməzdir.
Ağyataq mineral boya təzahürü
== Yerləşməsi == Kilisəli və Moz çaylarının arasında Zülfüqarlı sahəsində yerləşir. == Haqqında == Burada alt senon vulkanogen–çökmə əmələgəlmələri geniş inkişaf tapıb. Bu oksidləşmə zonası listvenitlərlə, serpentinitlərlə, qırmızı-qonur rəngli argillitlərlə və tektonik brekçiyalarla bağlıdır. Zona şimal-şərq istiqamətində 2 km. uzununa, 300–350 m. eninə uzanır. == Proqnoz resursları == Proqnoz ehtiyatları təxminən 124,5 min. tondur.
Ağır mineral assosiasiyaları
Ağır minerallar — xüsusi çəkisi 2,75-2,85-dən yüksək olan minerallardır. Qırıntı süxurların kiçik bir hissəsini təşkil edirlər; böyük müxtəlifliklə fərqlənirlər. Ağır mineral assosiasiyaları qırıntı süxurlarda, karbonatlı süxurların və duzların həll olmayan qalıqlarında, başqa çökmə süxurların və müasir çökmələrin tərkibinə daxil olan müxtəlif ağır mineral kompleksləridir. Ağir mineral assosiasiyaları daşınma mənbələrinin tərkibini (terrigen minerallar), daşınma mənbələrinin uzaqlığını (terrigen mineralların azalması), çöküntütoplanma mühitinin geokimyəvi şəraiti (singenetik və diagenetik minerallar) və çökmələrin litifikasiya dövründə minerallarda baş verən törəmə dəyişilmələrinin intensivliyini (epigenetik minerallar) səciyyələndirirlər. Ağır mineralların azalması təkcə daşınma mənbəyinin uzaqlığı ilə deyil, habelə onların kompleksinin postsedimentasion dəyişilmələrilə də izah edilə bilər. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Ağır minerallar
Ağır minerallar — xüsusi çəkisi 2,75-2,85-dən yüksək olan minerallardır. Qırıntı süxurların kiçik bir hissəsini təşkil edirlər; böyük müxtəlifliklə fərqlənirlər. Ağır mineral assosiasiyaları qırıntı süxurlarda, karbonatlı süxurların və duzların həll olmayan qalıqlarında, başqa çökmə süxurların və müasir çökmələrin tərkibinə daxil olan müxtəlif ağır mineral kompleksləridir. Ağir mineral assosiasiyaları daşınma mənbələrinin tərkibini (terrigen minerallar), daşınma mənbələrinin uzaqlığını (terrigen mineralların azalması), çöküntütoplanma mühitinin geokimyəvi şəraiti (singenetik və diagenetik minerallar) və çökmələrin litifikasiya dövründə minerallarda baş verən törəmə dəyişilmələrinin intensivliyini (epigenetik minerallar) səciyyələndirirlər. Ağır mineralların azalması təkcə daşınma mənbəyinin uzaqlığı ilə deyil, habelə onların kompleksinin postsedimentasion dəyişilmələrilə də izah edilə bilər. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Babək rayonunun mineral bulaqları
Naxçıvan Muxtar Respublikasında 200-dən artıq mineral bulaq var. Bunun da təqribən əllisi Babək rayonunun payına düşür. Babək rayonunda 50 mineral bulaq elmi şəkildə öyrənilmişdir ki, onların 27-si mexaniki üsul ilə qazılmışdır. Rayondakı “Sirab” mineral bulaqlarının gündəlik debütü (su sərfi) 22477265 litrdir. “Sirab” suyu müalicə əhəmiyyətinə görə rayondakı “Qahab”, “Vayxır”, “Cəhri” və “Qızılvəng” mineral sularından üstündür. == Cəhri mineral bulağı == Cəhri mineral bulağı. Babək rayonu ərazisində Cəhri kəndindən 5 km şimaldadır. Həmin suya kənddə Kərbəlayi Əziz bulağı da deyirlər. Zəif minerallaşmış su, karbonqazlı, hidrokarbonatlı-xlorlu, natriumlu-kalsiumlu-maqneziumludur. Daxili xəstəliklərin müalicəsində (bağırsaqları təmizləmək üçün 18-20 Cº) əhəmiyyətlidir.
Başkənd mineral bulağı
Başkənd mineral bulağı — Culfa rayonu ərazisindəki Baş Anzır kəndindən 1,5 km. şimalda, okean səviyyəsindən 2340 m. yüksəklikdədir. Eyni kimyəvi tərkibli bulaq suyundan okean səviyyəsindən 2100 m. hündürlükdə "Gilanarlıq dərəsi" deyilən yerdə də vardır. Hər iki bulağın suyu Rusiyanın Kislovodskdəki (Şimali Qafqaz) "Narzan" tipli suyunun analoqu kimi daxili xəstəliklərin müalicəsində istifadə edilə bilər. Mineral sular elmi şəkildə öyrənilməmişdir. == Mənbə == Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri- Naxçıvan, 2008.
Bidens minensis
Bidens minensis (lat. Bidens minensis) — mürəkkəbçiçəklilər fəsiləsinin üçbarmaq cinsinə aid biki növü.
Biləv mineral bulağı
Biləv mineral bulağı — Ordubad rayonunun ərazisində yerləşən mineral bulaq. == Coğrafi yerləşməsi == Biləv kəndindən 1,5 km şm. Şərqdə Uluçayın sol sahilindədir. Bir neçə çıxışdan ibarətdir. == Tərkibi == Minerallaşma dərəcəsi 2,0 q/l-dir. Gündəlik su sərfi 20000 litr, qələviliyi 5,9, temperaturu isə 18,5 C0 təşkil edir. Kimyəvi tərkibinə görə hidrokarbonatlı, natriumlu-kalsiumlu tiplidir. == Mənbə == Əliyev F.Ş – Azərbaycan respublikasının yeraltı suları ehtiyatlarından istifadə və geoekoloji problemləri. Monoqrafiya , “Çaşıoğlu” , Bakı-2000, 325 s. Бабаев А.М – Минералние воды горно – складчатых областей Азербайджана.
Culfa rayonunun mineral bulaqları
Rayon ərazisində 85 mineral bulaq (onlardan 42-si mexaniki üsul ilə) qazılmışdır. == Ağsal mineral bulağı == Ərəfsə kəndindən 2 km cənubda, Ağsal dağının ətəyində yerləşir. Okean səviyyəsindən 1890 metr yüksəklikdədir. == Başkənd mineral bulağı == Əlincə kəndindən 1,5 km şimalda, okean səviyyəsindən 2340 metr yüksəklikdə yerləşir. Eyni kimyəvi tərkibli bulaq suyundan yaxın ərazidə, okean səviyyəsindən 2100 metr hündürlükdə yerləşən “Gilənarlıq dərəsi” deyilən yerdə də vardır. Hər iki bulaq suyunun kimyəvi tərkibi Rusiyanın Kislovodsk şəhərindəki (Şimali Qafqaz) Nazran suyunun tərkibi ilə eynilik təşkil edir. Sözügedən mineral sular daxili xəstəliklərin müalicəsində mühüm rola malikdirlər, lakin elmi şəkildə tam öyrənilməmişdirlər. == Darıdağ mineral (termal) bulağı == Culfa şəhərindən 8 km şimal-şərqdə, Darıdağın ətəyində, okean səviyyəsindən 900 m. yüksəklikdə 5 bulaqla 32 sayda mexaniki quyular vardır. Yer altından təzyiqlə çıxan mineral tərkibli termal (isti) sular karbonqazlı, mərgümüşlü (radiaktiv zəhərli maddədir), yüksək minerallaşmış xlorlu-hidrokarbonatlı-natriumludur.
Darıdağ mineral bulağı
Culfa rayonu ərazisində Culfa şəhərindən 8 km. şimal-şərqdə Darıdağın ətəyində, okean səviyyəsindən 900 m. yüksəklikdə 5 bulaqla 32 sayda mexaniki quyular vardır. Yer altından təzyiqlə çıxan mineral tərkibli termal (isti) sular karbonqazlı, mərgümüşlü (radiaktiv zəhərli maddədir), yüksək minerallaşmış xlorlu-hidrokarbonatlı-natriumludur. Yer altından təzyiqlə çıxan mineral tərkibli termal (isti) sular karbonqazlı, mərgümüşlü (radiaktiv zəhərli maddədir), yüksək minerallaşmış xlorlu-hidrokarbonatlı-natriumludur. Polşada “Kudova”, Fransada “Lua-Bulbul”, Almaniyada “Dürkgeym”, Rusiyada “Sineqorsk” (Saxalin) adları ilə tanınan mineral bulaqlar da bu su ilə oxşarlıq təşkil edir. Darıdağ mineral suyu tərkibindəki duzların çox olmasına görə yuxarıda adları çəkilən termal bulaqlardan fərqlidir. Bu mineral sudan istər soyuq istərsə də isti içmək zərərlidir. 1991-ci ildən ərazidə pullu xidmətli Darıdağ Balneoloji Müalicəxanası fəaliyyət göstərir. Müalicəxana 1978-ci ildən yaradılaraq orada ürək-damar xəstəlikləri, dayaq-hərəkət orqanları, periferik əsəb sistemi, dəri, kinekoloji və.s xəstələr vanna qəbul etməklə müalicə olunurlar.
Diaspor (mineral)
Diaspor (mineral) — mineral, α- AlOOH (və ya da HAlO2). Al qismən Mn3+, Fe3+, Cr ilə əvəz olunur. == Haqqında == Diaspor - Rombik. Habitus lövhəvari, iynəvari. İkiləşmə {061} və {021} üzrə nadir. Ayrılma {010} üzrə mükəmməl, {110}, {210} və {100} üzrə qeyri-mükəmməl. Aqreqat: yarpaqvari, gizli kristallik, stalaktitəbənzər. Rəngi ağ, bozumtul; Mn ya da Fe qatışıqları ilə - boz, yaşıl, sarı, çəhrayı, qəhvəyi, qırmızı. Parıltısı şüşəlidən, almaz parıltısı kimi. Sərtliyi 6,5-7.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi (Azərbaycan)
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi — yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir. == Haqqında == Agentlik Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Agentliyin fəaliyyətinin məqsədi yerin təkindən səmərəli, təhlükəsiz və aşkarlıq şəraitində istifadəni təmin etmək, mineral xammal bazasını genişləndirmək və möhkəmləndirməkdir.
Dəniz mineralları
Quruda yaşayan canlılar üçün havadakı qazların nisbəti necə əhəmiyyətlidirsə, suda yaşayan canlılar üçün də suyun tərkibi elə əhəmiyyətilidir. Məsələn, dənizdə yaşayan canlılar üçün dəniz suyu bütün dünyada eyni tərkibə malik xüsusi bir maddədir. Dəniz suyu müxtəlif elementlərdən ibarət xüsusi mayedir. Dəniz suyu əksəriyyəti azlıq təşkil edən 72 kimyəvi elementin birləşməsindən ibarətdir. Başqa sözlə, dəniz suyunda təbiətdəki bütün elementlərin, demək olar ki, hamısı mövcuddur. Dəniz suyunun tərkibində çoxluq təşkil edən elementlər xlor (Cl), natrium (Na), sulfat (S), maqnezium (Mg), kalsium (Ca) və kaliumdur (K). Bütün mineralların 90%-ni təşkil edən bu 6 elementdən başqa brom (Br), karbon (C), qızıl (Au), iridium (İr) və hətta platinə (Pt) qədər müxtəlif elementlər dəniz suyunda mövcuddur. Həm qütb, həm də tropik dənizlərində sıxlıq dəyişsə də, karbonsuz birləşmələrin nisbəti, demək olar ki, eynidir. == Dəniz suyundakı duzluluğun nisbəti == Hamıya məlumdur ki, dəniz suyu duzludur. Bu duzluluq çox həssas ölçüdədir.
Dərəşam mineral bulağı
Dərəşam mineral bulağı — Azərbaycanın Culfa rayonu ərazisində, Araz çayının dərəsində bir neçə yerdən çıxaraq axıb çaya tökülür. Bulaqların suyu Rusiyadakı Kislovodsk (Şimali Qafqaz) “Narzan-5” mineral suyunun analoqudur. Sudan mədə-bağırsaq, qaraciyər, xroniki qastrit, xroniki kalit və ürək-damar xəstəliklərinin müalicəsində istifadə etmək olar. == Mənbə == Bağırov, Feyruz Abdulla oğlu. "Naxçıvanın təbii sərvətləri", Naxçıvan, 2008.
Firuzə (mineral)
Firuzə — mineral, kimyəvi tərkibi (CuAl6[PO4]4(OH)8·4H2O) olan çox nadir və qiymətli daş. Fars dilindən tərcümədə, firuzə — "xoşbəxtlik daşı" deməkdir. Çox zaman "firuzə" sözünü fars dilindən "Piruz", yəni, "qalib gələn" kimi də tərcümə edirlər. Qədim dövrlərdən zərgərlikdə istifadə edilən firuzə bərəkət və var-dövlət rəmzi hesab edilirdi. Rəngi açıq mavidən, göy, yaşıl və tünd yaşıl çalarlara qədər olur. Sıxlığı 2,6—2,8-dir. Firuzə mineralının çıxarıldığı yataqlar: Misir, Sinay yarımadası, İran, Əfqanıstan, Tacikistan, Türkmənistan. Dünyada süni firuzə mineralının istehsalı geniş yayılmışdır ki, bu mineralları əsil firuzədən yalnız mütəxəssislər ayıra bilirlər. Su tərkibli olan fosfar və alüminium birləşməsi sayılır. Kimyəvi tərkibi olduğu kimi qalmır və durmadan dəyişikliyə uğrayır; CuO - 9.57%, Al2O3 - 36,84%, Pb2O3 - 34,12%, H2O - 19,47%.
Geologiya-mineralogiya elmləri doktoru
Elmlər doktoru (rus. доктор наук) — elm sahələri üzrə doktoranturada verilən ən yüksək elmi dərəcə. == Haqqında == Elmlər doktoru elmi dərəcəsi 13 yanvar 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə təsis edilib. Bu dərəcə müvafiq elm sahəsində fəlsəfə doktoru dərəcəsi olan və doktorluq dissertasiyası müdafiə etmiş şəxslərə verilir. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya müəllifin aparmış olduğu tədqiqatlar əsasında bütövlükdə, həmin elm sahəsində yeni perspektivli istiqamət kimi qiymətləndirilən, elmi müddəaları ifadə edən və əsaslandıran, yaxud xalq təsərrüfatı üçün siyasi və sosial-mədəni əhəmiyyət kəsb edən böyük elmi problemin həllini nəzəri cəhətdən ümumiləşdirən müstəqil iş olmalıdır.
Gips (mineral)
Gips – CaSO4 •2H2O — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – rəngsiz, qar kimi ağ, qatışıqlarından asılı olaraq boz, sarımtıl, mavi, narıncı, qırmızı, qəhvəyi, qara rənglər alır; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – ayrılma müstəvilərində şüşə, sədəfi, lifli aqreqatlarında – ipəyi; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,32; Sərtlik – 1,5–2; Vərəqləri əyilgəndir, lakin elastik deyil; Ayrılma – {010} üzrə tam mükəmməl; {100} üzrə orta; Sınıqlar – kristallarda – pilləli, xırdadənəli aqreqatlarda – hamar, çubuqvarı əmələgəlmələrdə – tikanlı; Başqa xassələr – suda 1 hissə gips : 2 hissə su nisbətində hiss olunacaq dərəcədə həll olur; Morfologiya – kristallar: lövhə- və sütunvarı, prizmatik; İkiləşmə: {100} və {101} üzrə tez-tez qaranquş quyruğunu xatırladan təmas ikiləşmələri rast gəlir; nadir hallarda xaç şəkilli qarşılıqlı nüfuzetmə ikiləşməsi qeyd edilir; Mineral aqreqatları: bütöv, dənəvər, sıx, lifli, vərəq- və torpaqvari kütlələr, konkresiyalar, druzalar, "gips-qızılgülü" şəklində kristal bitişikləri, anhidrit, halit və kalsit üzrə psevdomorfozalar, ontoditlər, helektitlər və s. Gips müxtəlifliklikləri: alebastr – incədənəli massiv, bəzən mərmərə bənzər Gips; selenit – parallel-lifli yarımşəffaf Gips; atlas şpat–lifli, ipək parıltılı Gips; poykilit Gips – çoxlu (75%-dək) qum möhtəviləri saxlayan kristallik qumlu Gips. == Mənşəyi və yayılması == Müxtəlif mineraləmələgəlmə proseslərinin məhsuludur. Dəniz hövzələrinin tam tədric olunmamış ayrılmış sahələrində buxarlanma yolu ilə halogenezin başlanğıc mərhələlərində karbonatlardan sonra xemogen-çökmə yolla ilk kristallaşan minerallardan biridir. Müxtəlif çökmə süxurlarda – əhəngdaşları, mergel, gillərdə və b. nazik laycıqlar əmələ gətirir. Gipsin iri yataqlarının böyük əksəriyyətinin formalaşması səthəyaxın zonada (100–150 metrədək) aşağı xarici təzyiq şəraitində ("gips papaqları" və s.) çökmə süxur qatlarında anhidritin hidratlaşması ilə əlaqədardır. Sulfid yataqlarının oksidləşmə zonalarında, müxtəlif süxurların aşınma qabığında sulfat məhlullarının karbonat əmələgəlmələrinə təsiri nəticəsində də kristallaşır.
Gömür mineral bulağı
Gömür mineral bulağı — Şahbuz rayonu ərazisində Gömür kəndindən 3 km cənub-qərbdə, Gömür çayın sol sahilində okean səviyyəsindən 2000 m. yüksəklikdədir. Burada 75 sayda bulaqlardan mineral hidrogen-sulfid qarışığı ilə birlikdə karbonqazı da çıxır. Bulaqlardan su çıxarkən yeraltı karst süxurlarını kükürdlü qarışıqla birlikdə tərkibindəki hidrogen-sulfid ionlarını zənginləşdirir. Zəif inerallaşmış sudan revmatik və dəri xəstəliklərinin müalicəsində vanna qəbul etməklə (hər kursda 10-15 dəqiqə, T 25-35 Cº) əhəmiyyətlidir. == Mənbə == Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri- Naxçıvan, 2008.
Güleymar mineral bulağı
Güleymar mineral bulağı — Culfa rayonu ərazisində, Güleymar (Köləhmər) kəndindən 1,5 km aralıda, Əlincəçayın sol qolunun məcrasında, okean səviyyəsində 1820 m yüksəklikdə bir neçə yerdən çıxır. Həmin bulaqlar ərazidəki zəlzələ hadisəsindən sonra yeraltı süxurların çatlamasınsdan yaranmışdır. Mineral suyun tərkibi indiyədək elmi şəkildə öyrənilməsə də, suyun arxında dəmir oksidinin qalıqlarını bildirən tünd narıncı rəngli çöküntü vardır. Mineral bulaqdan axan suyun Debütü (D) 120 m³/gün, T 18 Cº-dir. Daxili xəstəliklərin və tənəffüs orqanlarının müalicəsində sutkada 0,5 litr içilməsi əhəmiyyətlidir. == Mənbə == Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri- Naxçıvan, 2008.
Gülüstan mineral bulağı
Gülüstan mineral bulağı. Culfa rayonu ərazisindəki Gülüstan (Cuğa) kəndindən 2,5 km şimalqərbdə, Əlincəçayın yatağındadır. Mineral bulağın yanında 1962-ci ildə 135 metr dərinliyində qazılmış quyudan ikinci yüksək təzyiqli mineral su çıxmışdır. “Gülüstan” mineral suyunun tərkibindəki kimyəvi mikroelementlər insan orqanizmi üçün faydalıdır. Zəif minerallaşmış suyun tərkibi Rusiyanın Kislovodskdəki (Şimali Qafqaz) “Narzan” və Babək rayonundakı “Sirab” mineral sularının analoqudur. Haliyyədə sifarişçilərin rəğbətini qazanmış mineral su, sənaye üsulu ilə istehsal olaraq, “Gülüstan” markası ilə müxtəlif tutumlu plastik qablara doldurulur. 37 Həmin sudan mədə-bağırsaq xəstəliklərinin müalicəsində içilməsi faydalıdır. == Mənbə == Bağırov, Feyruz Abdulla oğlu. Naxçıvanın təbii sərvətləri- Naxçıvan, 2008.

Digər lüğətlərdə

дотащи́ться искривля́ть физкульту́рно-ма́ссовый гуверна́нтка загля́дывать зале́йся зате́йщик му́жественность непрогнози́руемый обмыва́ние ритми́чески спя́щие почки це́нный четвероева́нгелие амулет пропилеи aeronomy cornerback emphysema muleteer palaestrae strawberry vine until напиться ошейник