MİNERALOGİYA

lat. minera – filiz + yun. logos – elm, təlim

MİNERAL
MİNURƏ
OBASTAN VİKİ
Mineralogiya
Mineralogiya — təbii şəraitdə yer qabığında yaranan müxtəlif mineralların fiziki-kimyəvi xassələrini, tərkibini, mənşəyini və əmələgəlmə qanunauyğunluqlarını öyrənən elm. Minerallar, onların tərkibi, quruluşu, xassələri, mineral maddələrin Yer qabığı şəraitində əmələgəlmə prosesləri və transformasiyası, habelə xalq təsərrüfatında tətbiqi haqqında elm; geoloji biliklərin ən qədim bölmələrindən biri. == Mineraloji tədqiqatlar == Mineraloji tədqiqatlar kimya, fizika, kristalloqrafiya və geologiyaya əsaslanır. Mineralogiyanın əsas məqsədi faydalı qazıntı yataqlarının axtarışı və kəşfinin, onların istifadə üçün zənginləşdirilməsinin elmi əsasını yaratmaqdır. Mineralın təsnifatını vermək cəhdləri Ərəstuna (Aristotel), Əbureyhan Əl Biruni (X əsr) və Nəsirəddin Tusiyə (XII əsr) məxsusdur. Sonuncu iki alim bir çox mineralların təsvirini və təsnifatını vermişlər. Respublikamızda mineralogiyanın inkişafında Ç.Ə.Qaşqay, S.Ə.Əzizbəyov, A.Z.Vəzirzadə, H.H.Kərimov, S.M.Süleymanov və b.-nın mühüm xidməti olmuşdur. Rusiyada mineralların paragenetik assosiasiyası nailiyyətləri Lomonosov, Severgin, Fyodorov, Vernadski, Fersman, Smirnov, Zavaritski, Belyankin, Betextin, və b. adları ilə bağlıdır. XVIII-XIX əsrlərdə Çermak, Qrot, Dana və b.
Geologiya-mineralogiya elmləri doktoru
Elmlər doktoru (rus. доктор наук) — elm sahələri üzrə doktoranturada verilən ən yüksək elmi dərəcə. == Haqqında == Elmlər doktoru elmi dərəcəsi 13 yanvar 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə təsis edilib. Bu dərəcə müvafiq elm sahəsində fəlsəfə doktoru dərəcəsi olan və doktorluq dissertasiyası müdafiə etmiş şəxslərə verilir. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya müəllifin aparmış olduğu tədqiqatlar əsasında bütövlükdə, həmin elm sahəsində yeni perspektivli istiqamət kimi qiymətləndirilən, elmi müddəaları ifadə edən və əsaslandıran, yaxud xalq təsərrüfatı üçün siyasi və sosial-mədəni əhəmiyyət kəsb edən böyük elmi problemin həllini nəzəri cəhətdən ümumiləşdirən müstəqil iş olmalıdır.

Digər lüğətlərdə

венге́рка дни́ще исструга́ться мухо́ртый переляга́ться сердцеобра́зно упоённый балка́ры зама́щивать неглу́по обувщи́ца окатоли́чиваться пустое ме́сто тибетоло́гия фиска́льный веять шухтаться corsak depleted feisty Kaiser lever de rideau plenilunar public school vaunt-courier