mini-basketbol 2021

mini-basketbol
minək 2021
mini-diktofon 2021
OBASTAN VİKİ
Mini
Mini — 1950-ci illərin sonunda çıxarılmağa başlanan, 60-cı illərin simvolu olaraq görülən bir avtomobil markasıdır. Ən məşhur İngilis istehsalı avtomobildir. 1950-ci illərdən 1999-cu ilə qədər təxminən 40 il kiçik cüzi dəyişikliklərlə eyni model olaraq istehsalda qalmışdır. Geniş diametrli bir anketə görə Ford Model-Tdən sonra ən təsir edici avtomobil modelidir. İndiki vaxtda Mini markası, BMW qrupuna aid bir markadır. 2001-ci ildə, BMW bünyəsində inkişaf etdirilmiş tamamilə yeni 2-ci nəsil bazara təqdim edilmişdir və bu model, retro dizaynı sahəsində günümüzdəki ən müvəffəqiyyətli tətbiqlərdən biri olmuşdur. Ayrıca bu model sanki go-kart hissi verən üstün yol tutuşuyla dünya mətbuatında və istifadəçilər arasında bir çox tərif almışdır. Markanın ən yeni 3-cü nəsil modelləri isə 2006-cı ilin sonlarında dünya mətbuatına tanıdılmışdır. Satışı isə 2007 ili içərisində Avropada başlamışdır.
Basketbol
Basketbol (İngiliscə: basket-səbət, ball – top, səbət topu) — basketbol topu ilə komanda idman oyunu. Oyunu hərəsi beş nəfərdən ibarət iki komanda oynayır. Məqsəd əl ilə topu rəqib komandanın sahəsindəki 3,05 metr yuxarıdan asılı səbətə atmaq və eyni hərəkəti rəqib komandaya etməyə mane olmaq. Topun çəkisi 670–680 qr olur. Bütün dünyada məşhur olan bir idman növüdür. İlk olaraq 1891-ci ildə Jeyms Naismit (James Naismith) tərəfindən oynadılmışdır. Jeyms Naismit basketbolu Mayas qəbiləsinin tlahiotenie oyunundan götürdüyü düşünülməkdədir. == Tarixi == Basketbol, ABŞın Massaçusets əyalətində, Sprinqfild Gənc Kişilər Xristian Birliyi (YMCA) Təhsil Məktəbində bədən tərbiyəsi müəllimi olan Jeyms Naismit tərəfindən 1891-ci ildə yaradılmışdır. Atlet və beyzbolculara qış məşqləri etdirmək məqsədiylə inkişaf etdirilən bu oyunda məqsəd, taxtadan edilmiş səbətlərə topun soxulması idi. İlk oyunlarda 7 nəfər iki komanda arasında 20 dəqiqəlik üç dövrə üzərindən oynanmışdır.
Mini-ITX
FlexATX 9x7.5 düymə qədər olan lövhələrdir. Onlar daha kiçik ola bilər. Bu zaman belə bir sual ortaya çıxır:"Nə dərəcədə kiçik?" FlexATX lövhələrinin xüsusiyyətlərini analiz edərkən və xüsusən də lazımi bolt quraşdırılma yerlərini öyrənərkən biz yalnız dörd montaj dəliyindən(C, F, H və J) istifadə etməklə FlexATX lövhəsinin kifayət qədər kiçildiyini görəcəyik. Burada deşiklərarası məsafədə və lövhənin kənar haşiyələrində kiçiltmələr aparmaqla ən minimal ölçülərlə FlexATX-in xüsusiyyətlərini özündə saxlayan 17 × 17 cm (6.7 × 6.7) ölçüdə yeni formfaktor alırıq. VIA Technologies minimum kiçiklikdə formfaktorlar hazırlamaq istəyirdi. Onlar İTX adlanan 9 inch əvəzinə 8.5 inch düymə malik formfaktor hazırladı. O kiçik olmasına baxmayaraq istehsalçılar daha kiçik ölçünü yaratmaq üçün çalışırdılar. Və nəhayət onlar ən minimum ölçülərə malik Mini İTX adını verdikləri formfaktoru hazırladılar. Yəni o , minimum ölçülərə malik olmaqla FlexATX formfaktorunun analoqu hesab oluna bilər. Beləlikə o, VIA Technologies tərəfindən hazırlanmış aşağı güclü anakart formfaktorudur.
Mini-proqramlar
Qacet (ing. gadget — uyğun gələn, əlavə) və ya mini-proqramlar — əldə gəzdirilə bilən orijinal, qeyri-standart texniki qurğu. Qacet kimi əl fənəri, mobil telefonu, fləş götürülə bilər. Portativliyi! O az çəkidə olmalı və cibdə yerləşə bilinməlidir. Funksiyalı . Müxtəlif funksiyaları yerinə yetirə bilməlidir. Məsələn, saat göstərməli, radioqəbuledicisi olmalı, pleyer kimi istifadə ediə bilməli, informasiya daşıyıcısı kimi istifadə edilə bilinməlidir. Məhdud imkanlı. Onun özü sərəbəst funksiya yerinə yetirən olmamalıdır.
Mini (BMW)
Mini — 1950-ci illərin sonunda çıxarılmağa başlanan, 60-cı illərin simvolu olaraq görülən bir avtomobil markasıdır. Ən məşhur İngilis istehsalı avtomobildir. 1950-ci illərdən 1999-cu ilə qədər təxminən 40 il kiçik cüzi dəyişikliklərlə eyni model olaraq istehsalda qalmışdır. Geniş diametrli bir anketə görə Ford Model-Tdən sonra ən təsir edici avtomobil modelidir. İndiki vaxtda Mini markası, BMW qrupuna aid bir markadır. 2001-ci ildə, BMW bünyəsində inkişaf etdirilmiş tamamilə yeni 2-ci nəsil bazara təqdim edilmişdir və bu model, retro dizaynı sahəsində günümüzdəki ən müvəffəqiyyətli tətbiqlərdən biri olmuşdur. Ayrıca bu model sanki go-kart hissi verən üstün yol tutuşuyla dünya mətbuatında və istifadəçilər arasında bir çox tərif almışdır. Markanın ən yeni 3-cü nəsil modelləri isə 2006-cı ilin sonlarında dünya mətbuatına tanıdılmışdır. Satışı isə 2007 ili içərisində Avropada başlamışdır.
Mini Anden
Mini Anden (doğum; Susanna Andén; 7 iyun 1978) —İsveçli Model, aktrisa və produsser. Stokholmda doğulan Anden 10 yaşından etibarən modellik etməyə başladı. 15 yaşında "Elite Model Ajansı"nın bir modeli oldu. "Vogue", "Marie Claire", "Cosmopolitan" və "ELLE" jurnalları başda olmaq üzrə bir çox moda dərgisinin üz qabığına fotosu vuruldu. "Calvin Klein", "Giorgio Armani", "Donna Karan", "BCBG", "Louis Vuitton", "Victoria's Secret", "Hugo Boss" və "Gucci"nin reklam kampanyalarına qatıldı. Mini Anden 2001-ci ildən Taber Shroeder ilə evlənən model, Los-Ancelesdə yaşayır. Elite Model Management - New York T Model Management Mikas - Stockholm Action Management IMG Models - New York Iconic Management Trend Watch (2003) - Host Bufoon (2003) - produsser Point&Shoot (2004) - Mini Ocean's Twelve (2004) - Supermodel Au suivant!
Mini Kuper
Mini Hatch, Mini Cooper və ya Mini One kimi də tanınır — 2000-ci ildən bəri BMV korporasiyasının Mini şirkəti tərəfindən istehsal olunan kiçik sinif avtomobil modelidir. Avtomobil ilk dəfə 1997-ci ildə Frankfurt avtosalonunda əvvəlki Mini və Rover Metro modellərinin əvəz edilməsi məqsədilə nümayiş etdirilmişdir. Birinci nəsil 2000-ci ildə, ikinci nəsil 2006-cı ildə, üçüncü nəsil isə 2013-cü ildə istehsal olunmağa başlanmışdır. Mini İngiltərənin Oksford şəhərindəki Oksford fabrikində və 2014-cü ilin iyul ayından Hollandiyanın Born şəhərindəki VDL Nedcar tərəfindən istehsal olunur.
Mini Mansions
Mini Mansions – Zak Daues, Tayler Parkford və Queens of the Stone Age qrupunun bas ifaçısı Maykl Şumen tərəfindən yaradılmış amerikan indi-pop qrupu. Mini Mansions 2009-cu ildə yaranıb. Onlar 2009-cu ildə öz adlarını daşıyan doqquz parçadan ibarət mini-albom buraxıb. 2014-cü ildə onlar 24 mart 2015-ci ildə buraxılmış ikinci studiya albomu The Great Pretenders-dən "Death Is a Girl" adlı sinqlı buraxdılar. 2015-ci ilin noyabrında "Any Emotions", "Freakout!", Arctic Monkeys-dən Aleks Törnerin yer aldığı "Vertigo", "Mirror Mountain", "Double Visions", "Creeps" və "The End, Again" (hamısı The Great Pretenders-dan) mahnılarının klipləri onların Vevo səhifəsində yayımlandı. Həmçinin The B-52-dən Fred Schneider-in yer aldığı B tərəfi "Cheap Leather" üçün də bir klip yayımlandı. 2016-cı ildə qrup PledgeMusic vasitəsilə The Great Pretenders albomunun yayımlanmamış B-tərəflərindən ibarət olan Flashbacks-i buraxdı. 14 mart 2017-ci ildə Mini Mansions-ın üç üzvünün 24 mart 2017-ci ildə Şotlandiyanın Qlazqo şəhərində BBC Radio 6 Musiqi Festivalında Sparks musiqi qrupu ilə çıxış edəcəyi elan edildi. 12 fevral 2019-cu ildə qrupun üçüncü albomu Guy Walks Into a Bar... 26 iyul 2019-cu ildə buraxılacağı məlum oldu.
Mini Ninjas
Mini Ninjas — 2009-cu ildə Danimarka şirkəti, IO Interactive tərəfindən yaradılan və PlayStation 3, Microsoft Windows, Wii, Nintendo DS, Xbox 360 platformaları üçün buraxılan macəra janrında olan oyun. Mini Ninjas 19 yanvar 2009-cu ildə anons edilir və elə həmin vaxt da oyun üçün rəsmi çarx buraxılır. Oyunun yaradılma səbəbi, hazırlayanların belə demək olarsa "öz uşaqları ilə oyun oynamaq" həvəsindən gəlir. Buna baxmayaraq, oyunda kooperativ rejim yoxdur. Oyun tənqidçilər tərəfindən isti qəbul olunmuşdur. IGN oyuna 10 baldan 8-ni vermişdir. The Guardian isə 5 mümkün baldan 4-nü verərək qeyd etmişdir: "Mini Ninjas - uşaqlarınla birlikdə ən əyləncəli vaxt keçirmə imkanlarından birini verir. Uşaqlar üçün yaradılan videooyunlar arasında heç biri bu qədər rahatlaşdırmır və həzz vermir." The Times isə 5 baldan 5-ni vermişdir. Oyuna aid əsas tənqid kooperativ rejimin olmamasıdır.
Mini futbol
Minifutbol (bəzən mini-futbol kimi qeyd olunur) — futbolun kiçik tərəfli variasiyasıdır. Minifutbola əsasən 6-a-yan, 7-ə-yan, 8-ə-yan, 9-a-yan və qapalı futbolun əlavə növləri ilə 5-ə-yan formatında oynanılır. Oyunların hamısı astro qazonda, futzal isə qapalı şəraitdə sərt meydançada oynanılır. 5-ə-yan formatının ən yüksək dünya nüfuzlu təşkilatı — Dünya Minifutbol Federasiyasıdır (WMF). 6-a-yan formatı Beynəlxalq Futbol Federasiyası tərəfindən idarə olunur, IFA7 və FIF7 də daxil olmaqla, 7-a-yan formatını bir neçə sub-kontinental qurum idarə edir. Son illərdə minifutbolun populyarlığı qlobal miqyasda artdı. Minifutbol termini həm peşəkar, həm də həvəskar oyunçular üçün açıq olan kiçik tərəfli futbol deməkdir. WMF hər 2 ildən bir öz Dünya Kubokunu, eləcə də yaradılmış milli federasiyalar vasitəsilə qitə çempionatlarını təşkil edir. 2022-ci il iyunun 11-də minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatını qazanmışdır. 2023-cü ilin noyabrın 4-də minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində keçirilən 2023 WMF Dünya Çempionatında dördüncü yeri tutub.
Opera Mini
Opera Mini — mobil qurğular (mobil telefonlar, smartfonlar, fərdi planşetlər) üçün məşhur brauzerdir, Opera Mobile-nin sadələşdirilmiş versiyası. J2ME (həmçinin Symbian, Android, iOS, Bada, Windows Mobile və MeeGo üçün istifadə edilir) əsasında yaradılmışdır, 2005-ci ilin sonunda yaradılmışdır. Opera Software şirkətinin proksi-serveri vasitəsilə işləyir. Brauzer pulsuzdur.2012-ci ilin oktyabr ayına əsasən Opera Mobile və Opera Mini-də 215 milyondan çox istifadəçi qeydə alınmışdır, onlardan — təxminən 193 milyonu Opera Mini-nin istifadəçisi idi.
Mini-albom
Mini-albom (ing. Extended play, EP) — sinqldan daha çox, lakin albomdan daha az trek ehtiva edən musiqi səsyazması. Adətən, müasir mini albomlar 2–7 trekdən ibarətdir və ümumi müddəti 25 dəqiqədən azdır.
Mini-futbol
Minifutbol (bəzən mini-futbol kimi qeyd olunur) — futbolun kiçik tərəfli variasiyasıdır. Minifutbola əsasən 6-a-yan, 7-ə-yan, 8-ə-yan, 9-a-yan və qapalı futbolun əlavə növləri ilə 5-ə-yan formatında oynanılır. Oyunların hamısı astro qazonda, futzal isə qapalı şəraitdə sərt meydançada oynanılır. 5-ə-yan formatının ən yüksək dünya nüfuzlu təşkilatı — Dünya Minifutbol Federasiyasıdır (WMF). 6-a-yan formatı Beynəlxalq Futbol Federasiyası tərəfindən idarə olunur, IFA7 və FIF7 də daxil olmaqla, 7-a-yan formatını bir neçə sub-kontinental qurum idarə edir. Son illərdə minifutbolun populyarlığı qlobal miqyasda artdı. Minifutbol termini həm peşəkar, həm də həvəskar oyunçular üçün açıq olan kiçik tərəfli futbol deməkdir. WMF hər 2 ildən bir öz Dünya Kubokunu, eləcə də yaradılmış milli federasiyalar vasitəsilə qitə çempionatlarını təşkil edir. 2022-ci il iyunun 11-də minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatını qazanmışdır. 2023-cü ilin noyabrın 4-də minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində keçirilən 2023 WMF Dünya Çempionatında dördüncü yeri tutub.
Mini albom
Mini-albom (ing. Extended play, EP) — sinqldan daha çox, lakin albomdan daha az trek ehtiva edən musiqi səsyazması. Adətən, müasir mini albomlar 2–7 trekdən ibarətdir və ümumi müddəti 25 dəqiqədən azdır.
Mini keramikası
Mini keramikası — tarixdən əvvəlki qədim Yunanıstanın orta Ellad dövrünə xas olan spesifik keramika. Onlar bu dövrün sonunda tədricən Minoy keramikası ilə əvəz olunur. Keramika Yunanıstanın yarıməfsanəvi, yunanlardan əvvəl burada yaşamış minililərin adını daşıyır. XX əsrin ikinci yarısında arxeoloqlar arasında Mini keramikasının qədim yunan dilində danışanların genişlənməsi ilə əlaqəli olduğu ümumi qəbul edilmişdir. XX əsrin sonlarına doğru Mini keramikası ilə əvvəlki keramika arasında davamlılığın kəşfi ilə əlaqədar olaraq bu keramikanın avtoxton mənşəyi haqqında fikirlər yayılmağa başlamışdır. Hal-hazırda, yunanların Balkanlara genişlənməsinin birdəfəlik işğal deyil, Folteşt mədəniyyətinin daşıyıcılarının şimaldan tabe edilməsi ilə tədricən dalğa kimi nüfuz etməsi ilə bağlı üçüncü bir fikir də geniş yayılmışdır. Bundan başqa, Ellad dövründə yerli mədəniyyətlərin assimilyasiyası da seçimlər arasındadır, buna görə də bu keramikaları "yalnız avtoxton" və ya "yalnız yunan" hesab etmək yanlışdır. Arxeoloqlar arasında Mini keramikasının təxminən eyni dövrə aid olan Qərbi Anadolu boz keramikası ilə nə qədər oxşar olması ilə bağlı mübahisələr var. Bəzi arxeoloqlar bu oxşarlığı təsadüfi hesab edirlər.
Mini ətək
Mini ətək diz qapağından yuxarıda qalan qısa ətəklərə verilən ümumi addır. Tarixi E.ə. XIV əsrə gedib çıxan mini ətək 1960-cı illərdə məşhurlaşmışdır. Jozefina Beykerin 1920-ci illərdə nümayişlərdə istifadə etdiyi "banan paltarı" müasir mini ətəyin ilk nümunələrindən biri hesab olunur. Mikro ətək çox qısa bir yubka növü olub, mini ətəkdən daha qısadır. Mikro ətək, altından başqa bir paltar geyilmədiyi təqdirdə, ombanın aşağı hissəsini açıq buraxır. Bunun qarşısını almaq üçün onu tayt və ya şortla bərabər geyinmək mümkündür. == Xarici keçidlər == "1960'ların modası". Viktoriya və Albert Muzeyi. 18 sentyabr 2016 tarixində arxivləşdirilib.
Azərbaycanda basketbol
Azərbaycanda basketbol — Azərbaycan Respublikasında komanda idman növlərindən biri olan basketbolun inkişaf tarixi. == Tarixi == === İlikin mərhələ === Azərbaycanda basketbolun tarixi 1920-ci ildən əvvəl Bakıya işləməyə gəlmiş xaricı neft şirkətlərində calışan fəhlə və qulluqçuların təşəbbüsü ilə başlamışdır. İlk növbədə İngiltərədən, İsveçdən, Almaniyadan Bakıya gəlmiş neft şirkətlərinin rəhbərləri özlərinin asudə vaxtlarının mənalı təşkili məqsədilə onlara çoxdan tanış olan idman oyunlarının yayılmasının ilk təşəbbüsçüləri olmuşlar. Məhz bu illərdən başlayaraq ayrı-ayrı əmək kollektivlərində, idarə və müəssisələrdə, ali təhsil ocaqlarında, idman cəmiyyətlərində komandalar yaradılır, məşğələlərə cəlb olunan basketbol həvəskarlarının sayı gün–gündən artırılırdı. Bakı şəhərində basketbol, futbol və voleyboldan sonra öz kütləviliyinə görə üçüncü yeri tuturdu. === SSRİ dövrü === Azərbaycanda basketbol 1924-cü ildən inkişaf edir. Çünki 1923-cü ildən başlayaraq bütün kompleks yarışların və spartakiadaların proqramına basketbol idman növü də daxıl edilir və basketbol üzrə sadə idman meydançaların kütləbi təşkili əksər təşkilatların diqqət mərkəzində olur. 1924-cü ildə kişilərdən ibarət 42 komanda, qadınlardan ibarət 10 komanda yaradılmışdır. 1925-ci ildə Bakıda Basketbol üzrə Zaqafqaziya çempionatı keçirilmiş, Azərbaycanın kişilərdən və qadınlardan ibarət komandaları 1-ci yerə çıxmışlar. 1926-cı ildə təkcə Bakı şəhərində 300-ə yaxın basketbol üzrə komandaların və məşğələlərin fəaliyyət göstərməsi qeydə alınmışdı.
Basketbol lövhəsi
Basketbol lövhəsi — basketbol oyununda istifadə edilən idman avadanlığı. Lövhə düzbucaqlı və ya kvadrat formasında olur və ona basketbol səbəti bərkidilir. Basketbol lövhəsi arxadan divara və dirəyə asılmaq üşün xüsusi bağlayıcılara malik olur. == Ölçüləri == Beynəlxalq Basketbol Federasiyasının qaydalarına əsasən lövhənin ölçüləri belədir: 180х105 sm. Lövhənin aşağı kənarından döşəməyə qədər olan məsafə 290 sm olmalıdır. Səbət dəmir halqadan və halqaya keçirilmiş dibi olmayan səbətdən ibarətdir. Səbət döşəmədən 3,05 metr, lövhənin aşağı hissəsindən isə 0,15 metr məsafədə yerləşir. Milli Basketbol Assosiasiyasında basketbol lövhəsinin ölçüləri — 72х42 düymə olur. Basketbol halqası 18 düymə diametrində və yerdən 10 fut hündürlükdə olmalı. Daxili düzbucağın ölçüləri 24х18 düymədir.
Basketbol meydançası
Basketbol meydançası — basketbol oynamaq üçün düzbucaqlı formada, səthi hamar və bərk olan sahə. FİBA-nın rəsmi oyunları üçün meydançanın ölçüləri 28 metr uzunluğuna, 15 metr enində olmalıdır. Digər yarışlarda meydança ölçüləri azı 28х15 metr olmalıdır. Meydança tavanının hündürlüyü ən azı 7 metr olmalıdır. Meydança səthi hər tərəfdən və yetərincə işıqlandırılmalı. İşıq mənbəyi elə yerləşməlidir ki, o oyunçuların görməsinə mane olmamalı. 1960-cı illərə qədər rəsmi oyunlar həm açıq, həm də, qapalı idman zallarında keçirilirdi. 1968-ci ildən bütün rəsmi oyunlar qapalı idman zallarında keçirilir. == Quruluşu == === Mərkəzi dairə === Mərkəzi dairə meydançanın mərkəzində yerləşir və radiusu 1,80 metrdir. === Mərkəzi xətt === Mərkəzi xətt arxa xətlərə paralel çəkilir və hər iki yan xəttdən 15 sm çıxmalıdır.
Basketbol mövqeləri
Basketbol mövqeləri oyun zamanı oyunçuların tapşırıqlarını yerinə yetirdikləri yerlərdir. Əsas mövqelər bunlardır: oyun qurucu (PG), atış müdafiəçisi (SG), kiçik hücumçu (SF), uzun hücumçu (PF), mərkəz (C) Basketbolda mövqelər 1-dən 5-ə qədər nömrələnmişdir. 1 oyun qurucu, 2 atış müdafiəçisi, 3 kiçik hücumçu, 4 uzun hücumçu, 5 nömrə isə pivotu bildirir.
Basketbol tarixi
Basketbol 1891-ci ildə ABŞ-nin Massaçusets ştatının Sprinqfilds kollecinin bədən tərbiyəsi müəllimı Ceyms Neysmit tərəfindən yaradılmışdır. Az vaxtda bu oyun Amerikada böyük şöhrət qazandı. Hazırda, dünyada milyonlarla insan bu oyunu oynayır. Ceyms Neysmit 1861-ci ildə Kanadada anadan olmuş, 1939-cu ildə vəfat etmişdir. 21 dekabr 1891-ci ildə Ceyms Neysmit beş əsas ideyadan və 13 qaydadan istifadə edərək yeni oyunun qaydalarını nəşr etdirdi. Ceyms Neysmitin zəhmətini qiymətləndirərək 1911-ci ildə Sprinqfilds kolleci onu fəxri bədən tərbiyəsi ustası dərəcəsi ilə təltif etmişdir. 1939-cu ildə Mak Qill Universiteti Neysmitə tibb doktoru dərəcəsi ad verdi, 1968-ci ildə Sprinqfilds kollecində “Basketbol şərəfi zalı” adlı Ceyms Neysmit muzeyi açılmışdır. == Basketbolun inkişafı == Basketbolun inkişafı qaydalara, ləvazimata, qurğulara və basketbolçunun geyiminə öz təsirini göstərdi. 1983-cü ildə ilk dəfə dəmir halqa ilə top qəbul olundu. 1984-cü ildə topun ölçüsü 30-32 düym (76,2-81,3 sm.) qədər artdı.
Litvada basketbol
Litvada basketbol — Litvada ən geniş yayılmış və məşhur idman oyunlarından biridir. Litvada ilk basketbol təşkilatları 1919-cu ildən yaranmağa başlamışdır.. 1930-cu illərdə Litvalı və Amerikalı basketbol məşqçiləri İkinci Dünya müharibəsinə qədərki 1937-ci və 1939-cu illərdə keçirilən Avropa çempionatında Litvanın kişi basketbol komandasının qalib olmasında mühüm rol oynadılar. Bu qələbələr litvalılar arasında basketbol oyunlarına marağın geniş yayılmasına böyük təsir göstərdi. Həmin dövrdən etibarən litvalılar Avropanın ən güclü basketbolçuları hesab olunurlar. Litva SSRİ-yə birləşdirildikdən sonra Litva oyunçuları basketbol üzrə kişilərdən ibarət SSRİ yığma komandasının əsasını təşkil edirdilər. 1990-cı ildə Litva müstəqillik qazandıqdan sonra ölkədə basketbol üzrə milli komanda yaradıldı və elə birinci, 1992-ci ildə keçirilən yay olimpiya oyunlarında basketbol oyunlarının bürünc mükafatçısı oldular. Sonralar basketbol üzrə Litva milli komandası Olimpiya oyunlarında daha iki bürünc medal, 2010-cu ildə keçirilən basketbol üzrə dünya çempionatında bürünc medal və Avropa basketbol çempionatında beş medal qazandılar.
Mərkəz (Basketbol)
Mərkəz — digər adı ilə 5 nömrə və ya böyük adam basketboldakı 5 mövqedən biri. Bu mövqedə olan basketbolçular çox vaxt komandanın ən hündür oyunçusu olurlar. Onlar səbət yaxınlığında və ya altında mövqe tuturlar. Bu mövqedəki oyunçuların ribaund və blok qabiliyyətləri yüksəkdir. Ancaq onların uzaq məsafəli atış, sərbəst atış dərəcələri aşağıdır. NBA-də mərkəz oyunçuları adətən 6 ft 10 inç (2.08 metr) və daha uzun olurlar. NBA-yə seçilən ən uzun oyunçu 7'8" (2.33m) boyu ilə Yasutaka Okayama olmuşdur. NBA-də çıxış etmiş ən uzun mərkəz oyunçuları isə 7'7"(2.31 m) boy ilə Corc Mureşan və Manut Bol, WNBA-da isə Marqo Daydekdir. Wilt Chamberlain, Kərim Abdul-Cabbar , Bill Rasl, Hakem Olajuvon, Dvayt Hovard, Şakvil O'Neil, Vleyd Divac, Arvidas Sabonis,Yoakim Noah ve Antoni Deyvis NBA-də bu mövqedə çıxış etmiş ən məşhur basketbolçulardır.
Türkiyədə basketbol
Basketbol Türkiyədə ilk dəfə 1904-cü ildə Amerikan Robert Kolleci şagirdləri tərəfindən oynanılmışdır. Basketbolun Türkiyədə şüurlu və əhatəli yayılmasını 1911-ci ildə Qalatasaray Liseyi bədən tərbiyəsi müəllimi olan Əhməd Robenson təmin etmişdir. Yenə 1913-cü ildə ilk basketbol şöbəsi Fənərbaxçada açılmışdır. İlk zamanlarda döyüş illəri olması və oynayacaq rəqib tapıla bilməməsi səbəbi ilə basketbolda bir inkişaf ola bilməmişdir. Bilinən ilk rəsmi müsabiqə 1921-ci ildə Yüksək Müəllim Məktəbi şagirdləri ilə İstanbulda yaşayan amerikalılar arasında olmuşdur. 1923-cü ildə ilk rəsmi idman təşkilatı olan Türkiyə İdman Cəmiyyətləri İttifaqı qurulması və yenə 1927-ci ildə Halkevlerinin qurulması bu idman növünün bütün yurda yayılmasında təsirli olmuşdur. Basketbol Milli Komandası 1934-cü ildə qurulmuş ilk rəsmi matçını 1936-cı ildə Yunanıstanla etmişdir. 49:12 kimi bir hesabla qalib gələn basketbol komandası bu oyunçulardan ibarət idi: Naili Moran (Kapitan) – Jak Həbib – Feridun Koray – Dionis Sakalak – Həzzdəni Penso Xeyiri Arsebük – Sadri Usuoğlu və Nihat Ertuğ. Basketbol 1936-dan 1959-a qədər İdman Oyunları Federasiyası adı altında voleybol və handboll ilə birlikdə icra edilmişdir. 1 mart 1959-cu ildə Türkiyə Basketbol Federasiyası rəsmi olaraq qurulmuşdur.
Xal (basketbol)
Xal (ing. points) — basketbol oyununda qalibi müəyyən edən göstərici. Cərimə atışında komandaya 1 xal, üçxallıq qövsdən 3 xal (FİBA: 6,75 m, NBA: 7,24 M), digər atış zamanı isə komandaya 2 xal verilir. NBA-da qövs kənarından atılan atışa rəsmi olaraq 1978-1980-cı mövsümdə, FİBA-nın keçirdiyi yarışlarda 1984-cü ildən 3 xal verilməyə başlanılmış. Ancaq ilk dəfə olaraq 3 xal Amerika Basketbol Assosiasiyasının keçirdiyi yarışlarda verilmiş (1967-1968). Daha çox xal toplamış komanda qalib elan olunur. Oyun boyu xal qazanan komandanın və oyunçuların statistikası aparılır (ing. points per game (PPG)). Basketbolda bu göstərici oyunçunun hücum effektliyini müəyyən edir. Karyera boyu ən çox toplanılmış xal: Kərim Abdul-Cabbar (38 387 xal) Oyunda orta hesabla ən çox qazanılan xal: Çemberlen Uilt və Maykl Cordan (30,1) NBA tarixində ən çox toplanılmış xal: Uilt Çemberlen100 xal (2 mart 1962-ci il).