MİNƏLİ
MİNNƏT
OBASTAN VİKİ
Minirə Ağahüseynova
Minirə Məmmədəli qızı Ağahüseynova (d. 26 mart 1949, Bakı, Azərbaycan SSR) - Azərbaycan kimyaçısı, kimya elmlər doktoru, professor, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ümumi kimya kafedrası müdiri. == Həyatı == Minirə Ağahüseynova 26 mart 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, Azərbaycan Dövlət Neft və Kimya İnstitunun kimya-texnologiya fakültəsini bitirmişdir. 1989-cu ildə kimya elmlər doktoru, 1991-ci ildə isə professor adını almışdır. == Fəaliyyəti == Minirə Ağahüseynova 1993-cü ildən Azərbaycan Dövlət Neft Akademiyasının ümumi və qeyri-üzvü kimya kafedrasının müdiri vəzifəsində çalışmaqdadır. Elmi araşdırmaları keçid metalların kompleks birləşmələrinin kimyası, alınma üsulları, quruluşları sahəsinə aiddir. 250-dək elmi əsərin,20 dərslik və dəsr vəsaitinin, 6 ixtiranın və 2 ixtira patentinin müəllifidir. Minirə Ağahüseynova Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü (1995), Avropa Kimya Cəmiyyətinin üzvü (1997), Beynəlxalq Eko-Energetika Akademiyasının akademiki (1998) seçilmişdir. == Mükafatları == Minirə Ağahüseynova 2000-ci ildə Beynəlxalq Bioqrafiya Mərkəzi (Kembric, Böyük Britaniya) tərəfindən "Minilliyin adamı" fəxri adına, 2010-cu ildə isə "Əməkdar müəllim" adına layiq görülmüşdür.
Minirə Dilbazi
Minirə Xulusi qızı Dilbazi — Musiqiçi, Sənətşünaslıq namizədi (1982), Professor (1993), əməkdar müəllim, Əmək Veteranı, Bakı Musiqi Akademiyasının ümumi fortepiano kafedrasının müdiri. AHİŞ-ın Fəxri Fərmanı ilə təltif edilmişdir. == Həyatı == Minirə Xulusi qızı Dilbazi 1937-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qazax rayonunun Xanlıqlar kəndinin Dilbazilər soyundandır.Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasını (Azərbaycan Dövlət Konservatoriyasını) fortepiano ixtisası üzrə müvəffəqiyyətlə bitirdikdən sonra 1961-ci ildən ümumi fortepiano kafedrasında pedaqoji fəaliyyətə başlamışdır (müəllim, baş müəllim, dosent). 1993-cü ildən indiyə kimi professor və kafedra müdiri vəzifələrində çalışır. İşlədiyi 40 illik fəaliyyəti ərzində onun sinfini 240 nəfər bitirmişdir. Bunlardan BMA-nın 1 prorektoru, kafedra müdiri, sənətşünaslıq doktoru, professor Elxan Babayevi, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, ABİ-nın katibi, kafedra müdiri, professor Ramiz Zöhrabovu, kafedra müdiri, sənətşünaslıq namizədi, professor Səadət Seyidovanı, ifaçılıq fakültəsinin dekanı, professor Nəzmiyə Abbaszadəni, fəlsəfə elmləri doktoru Yevgeni Şevtsovu, respublikanın əməkdar artistləri Rumiyyə Kərimovanı, Rasim Abdullayevi, Muxtar Məlikovu, bəstəkar Cavanşır Quliyevi və başqalarını göstərmək olar. M.X.Dilbazinin pedaqoji işi elmi-tədqiqat işi ilə əlaqələndirilir. 1982-ci ildə Moskvada Ümumittifaq Elmi-Tədqiqat incəsənət institutunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdikdən sonra o, sənətşünaslıq namizədi dərəcəsi almışdır. M.X.Dilbazi 30-a yaxın elmi və metodiki işin müəllifidir.
Minirə Qarayeva
Qarayeva Minirə Gülməmməd qızı — Professor, Azərbaycan "Xoş Niyyət" Xeyriyyə İctimai Birliyinin təsisçisi və prezidenti və Azərbaycan Qadınlar Cəmiyyətinin xarici əlaqələr üzrə sədr müavini, Dünya Konstitusiya və Parlament Assosiasiyasının (WCPA) Azərbaycan üzrə Fəxri vitse-prezidentidir. 23 yanvar 2022-ci il tarixində Bakıda ürək çatışmazlığından vəfat etmişdir. == Həyatı == Minirə Qarayeva 1937-ci ildə Qutqaşın rayonunun (indiki Qəbələ rayonu) Qutqaşın şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutuna daxil olmuş, 1959-cu ildə həmin institutu "Fərqlənmə diplomu" ilə bitirmişdir. Tələbə yoldaşları arasında tək o "Dövlət imtahan komissiyası"nın və eləcə də onun sədri o zamankı ali təhsil naziri M. Mehdizadənin qərarı ilə ali məktəbdə ingilis dili müəllimi hüququna layiq görülmüşdür. Minirə Qarayeva 1994-cü ilə qədər Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dilinin fonetikası kafedrasının müdiri. == Fəaliyyəti == Uzun illər məzunu olduğu təhsil ocağında ingilis dilinin fonetikası kafedrasının müdiri işləmişdir. Keçmiş SSRİ dövründə SSRİ Ali Təhsil Nazirliyinin elm adamları üçün təşkil etdiyi uzun müddətli xarici ezamiyyətlərə dəvət olunmuşdur. 1982-ci ildə İngiltərə (London, Oxford, Camdridge, Caventry, Brighton), 1987-ci ildə isə ABŞ (Vaşinqton, Corctaun, Baltimor, Boston, Filadelfiya) universitetlərində tədqiqatla məşğul olmuş, dərs demişdir. Ümumilikdə dünyanın altmışa yaxın ölkə və şəhərindəki elm ocaqlarında olmuş, təhsildə yenilik, təhsil reformu ilə maraqlanmış, bu sahədə məruzələr etmişdir.
авто́бус де́дка диале́ктика уничтожа́ться шлёндрать акроба́тка двусторо́нность кормово́й левоцентри́зм межобщи́нный ока́тывание перека́тываться полуфинали́стка проясни́ться штурмо́вка ярка British Empire calf-bound galalith jellied gasoline prep school smoothie songful вырвать укрыть