MİNNƏT

is. [ ər. ] Edilən hörmət və yaxşılığa qarşı daxilən duyulan borcluluq hissi, özünü borclu bilmə.
◊ Minnət çəkmək1) hörmət və yaxşılıq qarşısında özünü borclu bilmək. [Xoca Əziz:] İgid də igiddən çəkərmi minnət! “Koroğlu”;
2) bax minnət götürmək.
[Xanpəri:] Nə lazımdır ki, Hətəm xan ağadan və ya özgəsindən minnət çəkəsən. M.F.Axundzadə.
[Səməndər] qonaqlarını heç kəsdən minnət çəkmədən yedirib-içirib yola sala bilərdi. B.Bayramov.

Minnət etmək (eyləmək) – təvəqqe etmək, xahiş etmək, boyun əyib yalvarmaq.
Adamlar yerbəyerdən xana minnət elədilər. Qurbani”.
Ey yığılan canlar, minnət eyləyin; Dursun o gözəllər şahı, oynasın. Q.Zakir.

Minnət götürmək – edilən hörmətin, yaxşılığın və ya bəxşişin qarşısında özünü borclu bilmək.
[Hacı Saleh:] Boynuma torba salıb dilənməyə hazıram, nəinki sənin kimi adamdan minnət götürməyə. S.S.Axundov.

Minnət götürməmək – məqsəd güdən yaxşılığı və s. qəbul etməmək, ondan imtina etmək. O heç kəsdən minnət götürməz.
– Sən indiyədək heç kəsdən minnət götürməyibsən. Ə.Haqverdiyev.

Minnət qoymaq – etdiyi hörmət və yaxşılığı başa qaxmaq, xatırlatmaq, başqasını özünə borclu çıxarmaq.
Dul arvad yetim saxlar; Naxırçıya minnət qoyar. (Məsəl).
[Cavadov:] Siz camaatın öz malını özünə qaytarırsınız, hökumətə minnət qoya bilməzsiniz. Ə.Haqverdiyev.
[Qulam müəllim] bilirdi ki, yaxşılıq edib, minnət qoymaqdan da dünyada pis şey yoxdur. S.Rəhimov.

Minnətə getmək – bir şey və ya iş üçün birisinin yanına xahişə getmək, xahişlə müraciət etmək. [Həbib bəy:] Kərbəlayı, içərimizdə yenə hörmətli sənsən.
Zəhmət çək, hacının yanına minnətə get. S.Rəhman.

Minnətə gəlmək – bir şey və ya iş üçün birisinin yanına xahişə gəlmək, gəlib xahiş etmək.
Minnət( in) olsun! – özü(n) üçün şərəf hesab et(sin)! Minnətin olsun ki, sizə gəlmişəm.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MİNNƏT xahiş — rica — təvəqqə — yalvarma
  • MİNNƏT istək — dilək — razılıq — təşəkkür
MİNMƏK
MİNNƏT-SÜNNƏT
OBASTAN VİKİ
Məhəmmədkərim xan Minnət
Minnət Məhəmmədkərim xan Qasımlı-Avşar - XVIII əsr şairi, hakim. == Həyatı == Minnət Məhəmmədkərim xan Qasımlı-Avşar İsfahan şəhərində anadan оlmuşdu. Nadir şah Qırxlı-Avşarın hakimiyyəti dönəmində Tehran şəhərinin hakimi idi. Bir çоx müharibələrdə böyük igidliklər göstərmişdi. Əmiraslan xan Qırxlı-Avşar оnu Məhəmmədisa xan Qasımlı-Avşarın yеrinə Urmiyaya hakim təyin еtmişdi. 1745-ci ildə Urmiyanın hakimi оlarkən Nadir şaha qarşı çıxdığından tutulub kоr еdilmişdir. Məhəmmədkərim xan şair idi. Minnət təxəllüsü ilə incə təbli şеirlər yazırdı.
"Beynəmiləlçi döyüşçüyə minnətdar əfqan xalqı adından" medalı (Əfqanıstan)
"Beynəlmiləlçi döyüşçüyə minnətdar əfqan xalqından" medalı
"Beynəmiləlçi-döyüşçüyə Əfqan xalqı adından minnətdarlıq" medalı — Əfqanıstan Demokratik Respublikası tərəfindən burada döyüşən beynəlmiləlçi şəxslərə verilir.[mənbə göstərin]
"Beynəmiləlçi döyüşçüyə minnətdar əfqan xalqı adından" medalı
"Beynəmiləlçi-döyüşçüyə Əfqan xalqı adından minnətdarlıq" medalı — Əfqanıstan Demokratik Respublikası tərəfindən burada döyüşən beynəlmiləlçi şəxslərə verilir.[mənbə göstərin]
"Beynəmiləlçi döyüşçüyə minnətdar əfqan xalqından" medalı
"Beynəmiləlçi-döyüşçüyə Əfqan xalqı adından minnətdarlıq" medalı — Əfqanıstan Demokratik Respublikası tərəfindən burada döyüşən beynəlmiləlçi şəxslərə verilir.[mənbə göstərin]
Minnətoğlu Mehmed bəy
Minnətoğlu Mehmed bəy (serb-xorv. Mehmed-beg Minetović; XV əsr – XV əsr) — boşnakəsilli Osmanlı sərkərdəsi, sultan II Mehmedin hakimiyyətində Bosniya sancağının ilk valisi idi.Sultan Mehmed Minnətoğlunun başçılığı ilə Amasiyadan türkləri Rumeliyə yerləşdirmişdir. == İrsi == Sarayevoda Latın körpüsünün tikildiyi yerin yaxınlığında məscid. Bolqarıstanın Bazarcıq şəhərinin formalaşdığı Tatar-Bazarcığı Qonuş hasarı, bədəstan və imarət. == İstinadlar == == Əlavə ədəbiyyat == Konstantin Mihailović. Memoirs of a Janissary. Published under the auspices of the Joint Committee on Eastern Europe, American Council of Learned Societies, by the Department of Slavic Languages and Literatures, University of Michigan. 1975. Tursun Beg. The History of Mehmed the Conqueror.

Digər lüğətlərdə

военача́льник врезно́й лессирова́ть пе́чка побуре́ние шерша́вый аскорби́новый кто́-либо осоко́рник подкра́шиваться athletics exactly flummery Madura negligibility operated Phrygian power up reconcile reprehend wall pier лоботрясничать локализовать нарубить штемпельный