MİRABBAS
MİRALAY
OBASTAN VİKİ
Mirağa Ağayev
Mirağa Mirzağa oğlu Ağayev (9 oktyabr 1993, Ucar) — İtaliya mediasında “Şahmatın dahisi”, “Şahmatın şahı”, “Azərbaycan işıq saçır” ifadələri ilə adlandırılan, İtaliyada şahmat sahəsində bir sıra ilklərə imza ataraq Pyemont regionunda beynəlxalq usta adını alan ilk şahmatçı olaraq tarixə düşmüş azərbaycan əsilli İtaliya şahmatçısı. == Həyatı == M.Ağayev 1993-cü ildə Ucar rayonunda anadan olmuşdur. Orta məktəbdə oxuyarkən şahmat üzrə zona və respublika yarışlarında iştirak etmişdir. 2003-cü ildə on yaşından ailəsi ilə birlikdə İtaliyaya köçmüş, Milanda da şahmat məktəbinə getməyə başlamışdır. Sonradan oyunlarını intensivləşdirmiş və İtaliya çempionatında 14 yaşlılar arasında oynayaraq ikinci yerə sahib olmuşdu, daha sonra Avropa çempionatına qatılıb gözəl nəticə əldə etmişdir. 2013-cü ildə İtaliyanın ən yüksək təhsili sayılan "Liceo Scientifico Galileo Galilei" bitirmiş, 2014-cü ildə "Università La Sapienza di Roma"nın "Scienze Politiche e relazioni internazionali" fakültəsinə qəbul olmuşdur. 5 dildə (azərbaycan, türk, rus, İtalyan, ingilis) danışa bilən, 2 dildə (fransız, ispan) başa düşən şahmatçı eyni zamanda şahmat üzrə dərslər keçir. İndiyədək əllidən çox seans vermişdir. == Şahmat yolu == 2015-ci ildə İtaliyanın Bratto şəhərində keçirilən yarışda şahmatda Beynəlxalq usta olmaq üçün iştirak etmişdir. Beləki, axırıncı turda rəqibi Ermənistanın baş məşqçisi və qrosmeysteri olan 52 yaşlı erməni Karen Movsesyan idi.
Mirağa Cəfərquliyev
Mirağa Cəfərquliyev — hüquq elmləri doktoru, professor, ədliyyə general-mayoru (1987). == Həyatı == Mirağa Əşrəf oğlu Cəfərquliyev 8 noyabr 1940-cı ildə Lerikdə anadan olmuşdur. 1957-ci ildə Lerik qəsəbə orta məktəbini bitirmişdir. 1959-cu ildə hərbi xidmətə çağrılan M. Cəfərquliyev hərbi xidmətini başa vurduqdan sonra Sverdlovski şəhərindəki Hərbi-texniki məktəbin hüquq fakültəsinə daxil olmuşdur. 1964-cü ildə bu məktəbi fərqlənmə diplomu ilə bitirərək Sverdlovski şəhər Dİİ-nin xidmət şöbəsində inspektor vəzifəsində çalışmışdır. M. Cəfərquliyev 1965-ci ildə Azərbaycan Respublikasına qayıdaraq Sumqayıt şəhərinin daxili işlər orqanlarında əməliyyat-axtarış sahəsində fəaliyyət göstərmişdir. 1966-cı ilin sentyabr ayından SSRİ DİN Akademiyasına daxil olan Mirağa Cəfərquliyev 1969-cu ildə akademiyanı fərqlənmə diplomi ilə tamamlamışdır. Həmin il burada əyani aspiranturaya qəbul edilmiş, aspirant olarkən Akademiyada cinayət prosesi fənnindən dərs demişdir. O, 1972-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Bakıya qayıdaraq, Bakı şəhər Daxili İşlər İdarəsinə baş müfəttiş təyin edilir, sonra Bakı şəhər Daxili İşlər İdarəsinin partiya komitəsinin katibi seçilir və 1977-ci ilin avqustuna qədər bu vəzifədə çalışır. Bu dövrdən Azərbaycan KP MK-nın İnzibati Orqanlar Şöbəsində təlimatçı vəzifəsinə dəvət edilən Mirağa Cəfərquliyev 1983-cü ilin dekabrına qədər orada çalışmış, həmin ilin dekabrından Bakı şəhər Partiya Komitəsinin İnzibati Orqanlar Şöbəsinə müdir təyin edilmişdi.
Mirağa Qasımov
Mirağa Hafiz oğlu Qasımov (1 avqust 1995, Moranlı, Cəlilabad rayonu – 12 noyabr 2020, Bakı) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirağa Qasımov 1995-ci il avqustun 1-də Cəlilabad rayonunun Moranlı kəndində anadan olub. Orta təhsilini əvvəlcə, Moranlı kənd, sonra isə Qara Kazımlı kənd tam orta məktəbində almışdır. == Hərbi xidməti == Mirağa Qasımov 2013–2014-cü illərdə müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. 2015-ci ildən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edirdi.Azərbaycan Prezidenti İlham Əliyevin 17 avqust 2020-ci il tarixli 2217 nömrəli Sərəncamına əsasən Azərbaycan dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Mirağa Qasımov "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Mirağa Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirağa Qasımov oktyabrın 26-da Zəngilanın azad edilməsi zamanı ağır yaralanıb və Hərbi Hospitala aparılıb. 20 gün Koma vəziyyətində qaldığdan sonra noyabrın 12-də şəhid olub. Cəlilabad rayonunun Moranlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirağa Qasımov "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirağa Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirağa Qasımov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mirağa Əliyev
Mirağa Əli oğlu Əliyev (1912, Çardaqlı, Zəngəzur qəzası – mart 1973) — Qubadlı Rayon Partiya Komitəsinin birinci katibi == Həyatı == 1912-ci ildə Zəngəzur qəzasının (Qubadlı) Çardaqlı kəndində anadan olub. O, Azərbaycan Dövlət Unversitetinin fizika-riyaziyyat fakültəsini bitirib. 1941–1945-ci illər müharibəsində komissar olub. Bir sıra partiya və hərbi işlərdə, sonra təhsil sahəsində çalışıb, elmlər doktoru elmi adı alıb. M. Əliyev 1948-ci ilin mayından 1951-ci ilin aprelinə kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi vəzifəsini daşıyıb.
Mirağa Əliyev (əsgər)
Mirağa Əliyev (tam adı: Mirağa Musa oğlu Əliyev; 29 avqust 2000; Xocavənd, Ağcabədi rayonu, Azərbaycan — 29 sentyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirağa Əliyev 29 avqust 2000-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olmuşdur. Orta təhsilini Ağcabədi rayonu Mirzə Fətəli Axundov adına 3 nömrəli liseydə almışdır. Sonra Bakı şəhərində 5 nömrəli peşə liseyində şirniyyatçı, qənnadçı ixtisası üzrə təhsil almışdır. == Hərbi xidməti == Mirağa Əliyev 2018-ci ilin 25 oktyabrında Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinə hərbi xidmətə yollanmışdır. Burada Mirağa quruda xidmət edirdi, yer məxfi idi və o, hərbi silah-sursatı mühafizə edərək xidmət edirdi. Mirağa Əliyev, hərbi xidmət müddətini 2020-ci ilin 20 aprelində fərqlənmə ilə bitirmişdir. 2020-ci ilin iyul ayında başlayan Tovuz döyüşlərindən sonra Mirağa da səfərbər olunmuş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon üzrə ünvanına yaxınlaşmış, adını könüllü olaraq müharibəyə getmək üçün yazdırmışdır. 21 sentyabr 2020-ci ildə bir neçə günlük hərbi təlim toplantısına çağırılan Mirağa Əliyev 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində ilk gündən baş kəşfiyyatçı olaraq ön cəbhədə kəşfiyyatçı tağımında vuruşmuşdur. Füzulinin və Cəbrayılın alınmasında böyük şücaətləri olub.
Mirağa Əliyev (dəqiqləşdirmə)
Mirağa Əliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Mirağa Əliyev (dövlət xadimi) — Qubadlı Qəza Partiya Komitəsinin birinci katibi.
Mirağa Əliyev (dövlət xadimi)
Mirağa Əli oğlu Əliyev (1912, Çardaqlı, Zəngəzur qəzası – mart 1973) — Qubadlı Rayon Partiya Komitəsinin birinci katibi == Həyatı == 1912-ci ildə Zəngəzur qəzasının (Qubadlı) Çardaqlı kəndində anadan olub. O, Azərbaycan Dövlət Unversitetinin fizika-riyaziyyat fakültəsini bitirib. 1941–1945-ci illər müharibəsində komissar olub. Bir sıra partiya və hərbi işlərdə, sonra təhsil sahəsində çalışıb, elmlər doktoru elmi adı alıb. M. Əliyev 1948-ci ilin mayından 1951-ci ilin aprelinə kimi Qubadlı rayon partiya komitəsinin birinci katibi vəzifəsini daşıyıb.
MirAğaBalım ocağı
Mir Ağa Balım ocağı — Qubadlı rayonunda Dondarlı kəndinin ərazisində, Nəqşibəndi təriqətinin nümayəndəsi Mir Ağa Balımın məzarı yerləşən ziyarətgah. Mir Ağa Balım dövrünün sayılıb seçilən kəramət şeyxlərindən olub, mükəmməl dini - mədrəsə təhsili almışdır. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. == Tarixi == Osmanlı imperiyasının Anadolu əyalətlərində hakimiyyətin təqibi ilə əlaqədar müəyyən cərəyanlara mənsub təriqətlər öz yurdlarını tərk edib, başqa yerlərə köçürdülər. Belə köç edən cərəyanlardan biri də Nəqşibəndi təriqətini təbliğ edən Mir Ağa Balım və onun etiqad yoldaşları Hacı Qaraman Qara Pirim və Sarıca Nəbi idi. Onlar Səfəvi dövlətinə tabe olan Qarabağ vilayətinə gəlmişdi. II Şah Abbasın hökmdarlığı dövründə onlar indiki Laçın rayonunun Cicimli kəndinin yerində kiçik bir obada məskunlaşdılar.Nigari təxəllüsü Mir Həmzə Əfəndi Ağa Balım Həzrətlərinin altıncı arxa övladıdır və öz divanında Ağa Balımdan və Aşıqdan bəhs edir. Səfəvi dövlətinin öndə gələnlərinə “Xan” ləqəbi verilir, onlara böyük torpaq sahələri bağışlardılar. Belə mülkədar təbəqə hər qisim adamdan olurdu və həmçinin seyidlərdən də. Seyidlik vəsiqəsi olanlar da bu kimi mülkədarlardan olurdular.
авторите́т беспа́мятность карма́шек мо́лдинг нагре́тость опа́сливый стро́потный клави́р отшвы́ривание поня́тливый почина́ть сва́тов широкогру́дый дымка инуда скель actinolite administrant fish-liquor misdemeanant sett West Indian двуполье ложбина модельер