MİRANŞAH
MİRBAĞIR
OBASTAN VİKİ
Mirseyid Mirbabayev
Seyid Mir Tağı Mirbabayev (1867, Bakı – 1953, Tehran) — XIX əsrin sonu - XX əsrin əvvəli Azərbaycan xanəndəsi, neft sənayeçisi. Seyid Mirbabayevin prototipi bəstəkar Cahangir Cahangirovun "Xanəndənin taleyi" (1978) operasında yaradıb. == Həyatı == Seyid Mirbabayevin əsl adı Mir Tağı idi. 1867-ci ildə mərsiyəxan ailəsində doğulub, atası və böyük qardaşları kimi mərsiyəxanlıqla məşğul olurdu. Sonralar xalq məclislərində xanəndə kimi şöhrət qazanıb; 1910-cu ilə kimi Bakının musiqi həyatında mühüm rol oynayırdı. Teatr tamaşalarının fasilələrində və Şərq konsertlərində mahir müğənni kimi yaxından iştirak edir və 1906-cı ildə "Qrammofon" şirkəti tərəfindən Riqaya səsinin vala yazılması üçün dəvət almışdı.Xanəndə toylarda da oxumuşdu. Toyların birində Seyid Mirbabayev elə oxumuşdu, ki ona "Bala Şoranlıq" deyilən yerdə neft quyusu hədiyyə eləmişdilər. Tezliklə Mirbabayevin "Bala Şoranlıq" quyudan neft fontanı vurdu və xanəndə millionçu oldu. Neft sənayesinin nümayəndələri və milyonerlərdən biri olan Mirbabayev musiqi fəaliyyətindən uzaqlaşır. Varlanan xanəndə əvvəlki peşəsindən utanır, və Varşavada səsi salınmış valları bir-bir baha qiymətə alır sındırır.
Miryusif Mirbabayev
Yusif Mirbabayev — Azərbaycanlı alim. Miri Yusif — Azərbaycanlı müğənni və repçi.
Seyid Mirbabayev

Seyid Mirbabayevin sarayı
Seyid Mirbabayevin sarayı – Bakı şəhərində, Azneft meydanında, Niyazi küçəsi 1 üçvanında yerləşən və vaxtilə Azərbaycanın neft milyonçularından biri olmuş xanəndə Seyid Mirbabayevə məxsus olmuş saraydır. Bina Fransız intibah memarlığı üslubunda memar Pavel Şternin layihəsi əsasında inşa edilmişdir. Fasadın zəngin plastikası, memarlıq detallarının forması, daşın işlənməsinin fərdi xüsusiyyətə malik olması, mükəmməl səbiyyəyə çatdırılmış tikinti mədəniyyəti binanın obrazında vacib estetik mühiti formalaşdırmışdır. Bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. == Tarixi == Binanın layihəsi 1893–cü il may ayının 25-də təsdiq olunur, ayın sonlarından isə binanın tikintisinə başlanılır. Bina Aramyan soyadlı sahibkarın sifarişi ilə inşa edilir. Lakin, Aramyan vaxtını qumar oynamaqla keçirir və o zaman Bakı milyonçularının bir çoxunun qumar oynamaq üçün toplaşdığı "İngilis klubu"nda keçirilən oyunlardan birində yenicə inşa edilmiş bu binanı da uduzur. Lakin, Tiflisdən gəlmiş həyat yoldaşı zinət əşyaları ilə evin dəyərini ödəyərək onu xilas edə bilir. Buna baxmayaraq qısa müddət sonra Aramyan binanı satmalı olur.Bakı daşınmaz əmlak hərracında binanı almaq istəyən tapılmır və o, evinə müştəri tapmaq üçün Tiflisə yola düşür. Bu zaman bina yenivcə varlanmış azərbaycanlı xanəndə Seyid Mirbabayevin diqqətini cəlb edir.
Yusif Mirbabayev
Mirbabayev Yusif Abbas oğlu (Miryusif Mirabbas oğlu Mirbabayev; d. 1889, İrəvan — ö. 1951, Bakı) — filologiya elmləri namizədi, Azərbaycan SSR Elmlər Akademiyası Dil İnstitutunun direktoru. Lüğətin bir hissəsinin müəllifi və elmi redaktoru. == Həyatı == Miryusif Mirbabayev 1889-cu ildə İrəvan şəhərində anadan olmuşdur. İrəvan ziyalılarınnın tanınmış nümayəndələrindən olan Mirabbas Mirbabayev İrəvan şəhər Dumasının üzvü olmuşdur. Miryusif Mirbabayev ilk təhsilini İrəvan rus-tatar məktəbində və gimnaziyasında almışdır. O, 1916-cı ildə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra M. Mirbabayev Azərbaycanın İrəvandakı diplomatik nümayəndəliyində öncə katib əvəzi, sonra katib işləmişdir. Miryusif Mirbabayev 1918–1920-ci illərdə İrəvan Müsəlman Milli şurasının üzvü kimi, ermənilərin İrəvan quberniyasında törətdikləri qırğınların qarşısının alınması üçün həm Azərbaycanın, həm Ermənistanın xarici işlər nazirliklərinə, həm də Cənubi Qafqazdakı müttəfiq qoşunların komandanlığına müraciətlər etmişdir.
-атур-(а) безли́чие вдого́н дифференциа́льный кверуля́нт нали́вка нараща́ться нарумя́нивать натруди́ться пана́ма прика́тка честолюби́во засу́нуть модифика́ция пятигра́нник ю́ноша Саврань цвекла Linnean shellboard безбедно дальнобойность наставительный упругость хлопководство