MİRƏLƏM
MİRƏZİZ
OBASTAN VİKİ
Mirəli Alosmanov
Mirəli Alosmanov (Alosmanov Mirəli Seyfəddin oğlu; 4 may 1939, Ağsu – 3 noyabr 2022, Padarqışlaq, Ağsu rayonu) — Texnika elmləri doktoru. Professor == Həyatı == Mirəli Alosmanov 1939-cu ildə Ağsu rayonunda anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir. Sumqayıt superfosfat zavodunda texnik, mühəndis, növbə rəisi, texnoloq və sex rəisi vəzifələrində işləmişdir. 1970-ci ildə Leninqrad Texnologiya İnstitutunun aspiranturasına daxil olmuş, 1974-cü dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi adı almışdır. 1990-cı ildə Moskva şəhəri Mendeleyev adına Texnologiya İnstitutunun Mərkəzləşdirilmiş Elmi Şurasında"Zaqafqaziya təbii-mineral birləşmələr sənayesinin əsasında fosforlu gübrə texnologiyası və prosesin fiziki-kimyəvi əlaqəsi"mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru adı almışdır. 1968-ci ildən Azərbaycan Neft Akademiyasında assistent, dosent, professor, institututun nəzdindəki elmi-tədqiqat akademiyasının direktor müavini işləmişdir. Ümumi kimya texnologiyası sahəsində 527 səhifəlik kitabı rus dilindən tərcümə edilmişdir. == Əsas elmi nailiyyətlər == Neft, kimya və üzvi sintez istehsalı proseslərindən alınmış, buxarlandırılmamış aşağıqatılıqlı sulfat turşusu əsasında monokalsifosfatın alınmasıZaqafqaziya təbii birləşmələri və müxtəlif sənaye tullantılarını tətbiq etməklə fosforlu gübrələrin istehsalı texnologiyasının fiziki-kimyəvi əsaslarının öyrənilməsiFaydalı qazıntıların əlavəsi ilə metallurgiya sənayesi tullantılarının əsasında gübrə və meliorantın alınması və istehsalata tətbiqinin öyrənilməsiNeft quyularının qazılmasından alınan və üzvi kompleks tullantıların modifikasiyaedici birləşmələrlə zərərsizləşdirilərək istifadə texnologiyasının işlənməsi və istehsalata tətbiqinin öyrənilməsiTəbii-mineral, müxtəlif sənaye və məişət tullantıları əsasında üzvi-mineral kompleks gübrə, meliorant və bitkimühafizəedici birləşmələrin alınma texnologiyasının işlənməsi və proseslərin fiziki-kimyəvi əsaslarının qanunauyğunluqlarının öyrənilməsi.2005-ci ildə Böyük Britaniyanın Cambridge Universitetində 100-dən çox alimdən biri kimi tanınıb. Pedaqoji fəaliyyəti Azərbaycan Dövlət Neft Akademiyası, Turkiyə Cümhuriyyətinin Dumlupınar Universiteti və Sakariya Universiteti.elmi nəşrlərin ümumi sayı:201 xaricdə çap olunmuş elmi əsərlərin sayıː11 Kadr hazırlığı:38 == Elmi əsrlərin adları == 1.
Mirəli Axundov
Axundov Mirəli Abdulla oğlu — BDU-nun biologiya fakültəsinin ilk məzunlarından, biologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi. == Həyatı == Mirəli Axundov 1937-ci ildə Respublikamızda ilk dəfə olaraq genetika kafedrası təşkil etmiş və ömrünün son illərinədək həmin kafedraya rəhbərlik etmişdir. Respublikamızda biologiya elmi biliklərinin yayılmasında Mirəli Axundovun xidmətləri əvəzsizdir. O, Respublikamızda yeganə olan təkamül-təlimi tədris muzeyinin yaradıcısıdır. Onun təşəbbüskarlığı ilə yaradılan muzeyin əsas məqsədi – üzvi aləmin təkamülünün real bir proses olduğunu nümayiş etdirməkdir. Muzeydə təkamülü sübut edən embrioloji və paleontoloji dəlillərə, müqayisəli-anatomiya dəlilərinə və digər materiallara istinad edilir. == Kitabları == "İnsan genetikasına səyahət" Bakı 1975 == Ədəbiyyat == Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002.
Mirəli Hüseynov
Mirəli Arif oğlu Hüseynov (15 oktyabr 1996; Ağcabədi rayonu, Azərbaycan — 28 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mirəli Hüseynov 15 oktyabr 1996-cı ildə Ağcabədi rayonunda anadan olmuşdur. Ailəli idi, Arif adlı 3 yaşlı oğlu var. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Mirəli Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində qismən səfərbərlik çağırışına qatılaraq və könüllü olaraq vuruşmuşdur. Cəbrayılın, Qubadlının və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mirəli Hüseynov 28 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağcabədi Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirəli Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirəli Hüseynov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirəli Hüseynov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Mirəli Hüseynov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Mirəli Mirqasımov
Mirələsgər (Mirəli) Mirəsədulla oğlu Mirqasımov (9 fevral 1924, Bakı – 9 noyabr 2003, Bakı) — Azərbaycan heykəltaraşı, Azərbaycan SSR xalq rəssamı (1982), Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan SSR əməkdar İncəsənət Xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımovun oğlu. Mirələsgər Mirqasımov tam ixtisalaşdırılmış ali təhsil almış ilk azərbaycanlı heykəltəraşdır. 1944-cü ildə Azərbaycan Rəssamlıq Məktəbindən, 1951-ci ildə Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutundan fərqlənmə ilə məzun olmuşdur. Mirələsgər Mirqasımov Cəfər Cabbarlının (Bakı), Nəriman Nərimanovun (Sumqayıt), Cəlil Məmmədquluzadənin (Naxçıvan) abidələrinin müəllifidir. Mirqasımovun “Neftçinin portreti”, “Qız portreti”, “Qız göyərçin ilə” kimi əsərləri Bakıda, Azərbaycan Milli İncəsənət Muzeyində sərgilənir. Heykəltəraş 1967-ci ildə Monrealda keçirilən Ümumdünya Sərgisi də daxil olmaqla bir çox ölkələrin sərgilərində iştirak edib. Mirqasımovun əsərləri Rusiya , Polşa , Bolqarıstan , Almaniya , Misir və digər ölkələrin muzeylərində sərgilənib . Müxtəlif orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmişdir. XX əsr Azərbaycan heykəltəraşlıq sənətinin tanınmış tədqiqatçısı, sənətşünaslıq doktoru, professor Cəmilə Novruzova heykəltəraşın yaradıcılığı barədə yazır: “M.Mirqasımovun yaradıcılığında bir-birilə bağlı olan iki istiqamət – hərarətli lirizm və plastikanın güclü forması aydın sezilir. Bu iki istiqamət bir-birilə qırılmaz vəhdətdədir”.
Mirəli Mirəliyev
Mirəliyev Mirəli Vaqif oğlu (20 iyul 1973, Maştağa – 27 mart 1993, Ağdərə, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid. == Həyatı == Mirəliyev Mirəli Vaqif oğlu 1973–cü il iyulun 20-də Maştağa kəndində anadan olub. == Xidmət illəri == Maştağanın ilk şəhidi Mirəli Mirəliyev 1993-cü il martın 27-də Ağdərə döyüşlərində qəhrəmancasına şəhid olmuşdur.
Mirəli Qaşqay
Mirəli Seyidəli oğlu Qaşqay (7 (20) yanvar 1907, Yelizavetpol – 23 aprel 1977, Bakı) — Azərbaycan-sovet geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor (1942), Azərbaycan SSR EA-nın akademiki (1945), Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1959). Azərbaycan SSR EA akademik katibi (1945–1962, 1967–1974). == Həyatı == Mirəli Qaşqay 1907-ci il yanvarın 7-də Gəncə şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) dağ-mədən fakültəsini bitirərək dağ-mədən mühəndisi-geoloq ixtisasını almışdır. 1930-cu ildə SSRİ Elmlər Akademiyasının Petroqrafiya İnstitutunun aspiranturasına daxil olmuşdur. 1934-cü ildə "İstisu mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsinə dair" namizədlik dissertasiyasını müdafiə etmişdir. Kiçik Qafqazın mərkəzi hissəsinin və Talışın hiperbazitləri və bazitlərinin tədqiqinin nəticələri "Azərbaycanın əsas və ultraəsas süxurları" adlı monoqrafiyasında yekunlaşdırılmışdır. Bu əsərə görə ona 1942-ci ildə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir. Akademik M. S. Qaşqay Daşkəsən dəmir-kobalt və alunit filiz yataqlarını öyrənmiş, Kiçik Qafqazda skarnların alümosilikat süxurların hesabına əmələ gəlməsi, Qafqaz mis və kükürd kolçedanı yataqlarının mənşəyinin intruzivlə deyil, vulkan püskürmələri ilə əlaqədar olması barədə nəzəriyyələr irəli sürmüşdür. Azərbaycanda bir sıra faydalı qazıntı yataqlarının, o cümlədən iri perlit və obsidian yataqlarını ilk kəşf edənlərdəndir.
Mirəli Seyidov
Mirəli Mirələkbər oğlu Seyidov (5 may 1918, İrəvan – 26 aprel 1992, Bakı) — Azərbaycan mifoloq-türkoloqu, ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1976), filologiya elmləri doktoru (1968), professor (1979), Azərbaycan SSR Əməkdar elm xadimi (1982), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü. == Həyatı == Mirəli Mirələkbər oğlu Seyidov 5 may 1918-ci ildə Qərbi Azərbaycanın İrəvan şəhərində bəy ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi, Bakıda S. Ağamahoğlu adına hidromeliorasiya texnikumunu bitirmişdir (1938). Ermənistan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində təhsil almışdır (1938–1944). Eyni zamanda Ermənistan Dövlət Universitetinin Şərq şöbəsində oxumuşdur (1941–1945). Həmin illər "Sovet Ermənistanı" qəzeti redaksiyasında korrektor, ədəbi işçi, gənclər şöbəsinin müdiri, məsul katibin müavini vəzifələrində işləmiş, mətbuat müvəkkili olmuşdur. Azərbaycan SSR EA-nın Nizami adına Ədəbiyyat Muzeyinin orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (1945–1953), Nizami adına Dil və Ədəbiyyat İnstitutunda orta əsrlər şöbəsində baş elmi işçi (1953–1960), ədəbi əlaqələr şöbəsində baş elmi işçi (1960–1967), şöbə müdiri (1967–1980), Azərbaycan mifologiyası və orta əsrlər folkloru şöbəsinin müdiri (1980–1988), institutun xalq yaradıcılığı şöbəsində aparıcı elmi işçi işləmişdir (1987-ci ildən). 1982-ci ildə Türkiyədə keçirilən 4-cü türkoloji konqresdə Sovet nümayəndə heyətinin tərkibində olmuş, "Azərbaycan mərasimlərində teatr ünsürləri (Yuğ mərasiminə əsasən)" mövzusunda məruzə etmişdir. Ədəbi fəaliyyətə 1941-ci ildə "Sovet Ermənistanı" qəzetində çap etdirdiyi rəy və oçerklərlə başlamışdır. Həmin dövrdən mətbuatda vaxtaşırı çıxış etmişdir.
Mirəli türbəsi
Mir Əli türbəsi — Füzulidə XIV əsrə aid xatirə memarlıq nümunəsi. Kimə məxsus olması və hansı memar tərəfindən ucaldılması dəqiq müəyyən edilməsə də, bu qədim memarlıq nümunəsi Azərbaycanda yeganə və elmi cəhətdən də maraqlı və əhəmiyyətli idi. == Haqqında == Füzuli rayonunun Aşağı Veysəlli kəndində təpə üzərində ucalan qülləvari türbə xalq arasında Mirəli türbəsi adı ilə tanınır. Türbənin iç quruluşu ikiqatlı olub yeraltı sərdabə və yerüstü kameradan ibarətdir. Üzərində kitabə və ornament olmasa da inşaat texnikası və həcm-məkan quruluşuna görə, onun Elxanilər dövründə — XIII əsrin sonu XIV əsrin əvvəllərində tikildiyi şübhə doğurmur. == Yerləşdiyi məkan == Mil düzünün qurtaracağında iti gümbəziylə göyə dikilən bu nadir və sirli memarlıq nümunəsi Füzuli rayonunun Aşağı Veysəlli kəndində yerləşir. Füzuliyə az qalmış, yolun sol tərəfindəki dəniz dalğaları kimi bir-birini qovan kimsəsiz təpələr arxasından qəflətən iti gümbəzli hündür bir minarənin görünməsi o vaxtlar əsl möcüzəni xatırladırdı. == Memarlıq xüsusiyyətləri == Bu qədim türbə öz memarlıq formasına və gümbəzinə görə orta əsr memarlığının təkrarolunmaz nümunəsi olmasıyla doğrudan da xoş bir möcüzə idi və bəlkə də elə buna gorə müqəddəsləşdirilmiş, böyük nüfuza malik ziyarətgaha çevrilmişdi. Türbə üç pilləli kürsü üzərində ucaldılan silindirik formalı və onu tamamlayan konus şəkilli hündür gümbəzdən ibarətdir. Türbə bütünlüklə yonulmuş ağ daşdan tikilib.
Mirəli Əzimov
Mirəli Ağa türbəsi
Mirəli Ağa türbəsi və ya Miryaqub Ağa türbəsi — Göyçə mahalının Çəmbərək (31.12.1937-ci ildən Krasnoselo) rayonunun Ağbulaq (19.04.1991-ci ildən Axperek) kəndinin şərq tərəfində qəbiristanlıqda yerləşən türbədır. == Haqqında == Bütün Göyçə, Qazax, Tovuz, Gədəbəy, Şəmkir, Gəncə bölgələrində məşhur olan türbənin önündə hər gün qurbanlar kəsilər, nəzir paylanardı. 1988-ci il hadisələrində (Ermənistan-Azərbaycan münaqişəsi) bu ziyarətgah ermənilər tərəfindən dağıtdılmışdır.
Ağamalı Kərbəlayi Mirəli oğlu
Ağamalı Kərbəlayi Miralı oğlu — Qarabağın tanınmış din xadimi. == Həyatı == Ağamalı Kərbəlayi Miralı oğlu 1808 ildə Qarabağ xanlığında, Seyidli oymağında anadan olmuşdur. Təhsilini atasından almış, zəmanəsinin müdrik, hörmətli din xadimlərindən sayılmış, Seyidlinin imkanlı adamlarından olmuşdur. Qarabağda savadlı din xadimlərinin yetişməsində əhəmiyyətli rol oynamışdır. Ağamalı 1848-ci ildə, qırx yaşında Seyidli oymağında vəfat etmişdir. == Ailəsi == Ağamalı Yetər xanımla ailə həyatı qurmuş, Xırda adlı qızı, Mustafa, İbrahim, Camal adlı oğlanları dünyaya gəlmişdir. İbrahim (1842-1845) körpə yaşlarında dünyasını dəyişmişdir. Xırda (1841-...) Ağamalının ilk övladı və yeganə qızıdır. Seyidli oymağında anadan olmuşdur. Dini təhsil almış, Məşhədi ziyarət etdiyi üçün Seyidli oymağında Məşədi Xırda xanım adı ilə tanınmışdır.
Mirəli Məmməd oğlu Əzimov
Dostəli Mirəliyev
Mirəliyev Məşədi Dostəli Məhəmmədəli oğlu (1974, Qaravəlli, İmişli rayonu – 27 yanvar 1994, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid. == Həyatı == 1974-cü ildə İmişli rayonunun Qaravəlli kəndində anadan olub. 1994-cü ilin yanvar ayının 27-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Dostəli Mirəliyev (şəhid)
Mirəliyev Məşədi Dostəli Məhəmmədəli oğlu (1974, Qaravəlli, İmişli rayonu – 27 yanvar 1994, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid. == Həyatı == 1974-cü ildə İmişli rayonunun Qaravəlli kəndində anadan olub. 1994-cü ilin yanvar ayının 27-də Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Mirmahmud Mirəlioğlu
Mirmahmud Mirəlioğlu (1 sentyabr 1956, Telavar, Yardımlı rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı; Klassik Xalq Cəbhəsi Partiyasının sədri. == Həyatı == Mirmahmud Mirəli oğlu Fəttayev 1956-cı ilin sentyabr ayının 1-də Yardımlı rayonunun Telavar kəndində anadan olub. 1964–1974-cü illərdə əvvəlcə Telavar, sonra isə Honuba kənd məktəbində orta təhsil alıb. 1974–1976-cı illərdə əsgəri xidmətdə olub. 1977-ci ildə Sumqayıt şəhərində "Üzvi sintez" istehsalat birliyində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. 1978–1984-cü illərdə istehsalatdan ayrılmadan Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb. 1987-ci ilədək "Üzvü sintez" istehsalat birliyində işləyən Mirmahmud Ağa elə həmin ildən də pedaqoji fəaliyyətə başlayıb, 4 saylı axşam məktəbində müəllimlik edib. 1988-ci ildən 1992-ci ilədək Sumqayıtdakı Vaqif İbrahim adına 35 saylı orta məktəbdə tarix fənnindən dərs deyib. == İctimai-siyasi fəaliyyəti == 1990-cı ildə 116 saylı Corat seçki dairəsindən ilk dəfə Millət Vəkili seçilmiş Mirmahmud Mirəli oğlu 1995-ci ildə ikinci dəfə təkrarən deputat seçilib. Üçüncü dəfə 2000-ci ildə Əlibayramlı seçki dairəsindən deputat seçildikdən sonra, öz deputatlıq mandatından imtina edərək Milli Məclisi tərk edib.26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.
Mirəlili (Meşkinşəhr)
Mirəlili (fars. ميرعليلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 170 nəfər yaşayır (65 ailə).
Mirəliyev
Mirəliyev — Azərbaycan soyadı. Əli Mirəliyev (d. 1949) — Azərbaycan müğənnisi, bəstəkar. Dostəli Mirəliyev (1974–1994) — Qarabağ müharibəsi şəhidi. Mirəli Mirəliyev (1973–1993) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid. Mövlud Mirəliyev (d. 1974) — Azərbaycanı təmsil edən cüdoçu, məşqçi.
Mövlud Mirəliyev
Mövlud Mirəliyev (27 fevral 1974, Qaşqadərya vilayəti) — Azərbaycanı təmsil edən sabiq cüdoçu, hazırda məşqçi. Mövlud Mirəliyev, 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. == Həyatı == Mövlud Mirəliyev 1974-cü il 27 fevralda Özbəkistanın Qaşqadərya vilayətinin Kitab şəhərində anadan olub. == Karyerası == === XXIX Yay Olimpiya Oyunları === ===== Dövlət təltifləri ===== "Tərəqqi" medalı (29 avqust 2008) — 8 – 24 iyun tarixləri arasında Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qazandığı bürünc medala görə.
Əli Mirəliyev
Əli Mirəliyev (tam adı: Əliisgəndər Fərzulla oğlu Mirəliyev; 20 noyabr 1949, Bakı) – Azərbaycan müğənnisi, bəstəkar, bəstəkar mahnılarının mahir ifaçısı. == Həyatı == Əli Mirəliyev 1949-cu ildə Bakıda anadan olub. 1972-ci ildən "Dan ulduzu" ansamblının, Səid Rüstəmov adına orkestrin, Dövlət Mahnı Rəqs Ansamblının, Azərbaycan Dövlət Televiziyasının solisti olub. Gülağa Məmmədov, Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova, İslam Rzayev, Yaqub Məmmədov, Zeynəb Xanlarova, Rəşid Behbudov, Xan əmi, Müslüm Maqomayev kimi sənətkarlarla çıxış etmişdir. Uşaq yaşlarından Rübabə Muradova və Qulu Əsgərov kimi ifaçıların ansamblında çalışaraq, onların ifalarından sözlərin düzgün tələffüzünü, mahnının notada işlənməsi və digər konstruksiyalara nəzər yetirib. Bu, onun gələcəkdə müğənni kimi formalaşmasına böyük təsir göstərib. Televiziyada yarım saatlıq və ya daha artıq sistemlə konsert proqramı təşkil edən ilk müğənnilərdəndir. Uzun müddət "Səadət", "Xatirə" və "Dan ulduzu" ansamblları ilə konsertlər təşkil edib. "Gecələr bulaq başı", "Ay işığında", "Səni unuda bilmirəm", "Ay gecikən məhəbbətim" (İ. Kərimov bəstəsi), "Yaraşaydım", "Sevgilim" (C. Cahangirov bəstəsi), "Yox, mən səni görməmişəm", "Şirvan bayatıları", "Qayıt, gəl", "Sən olmuşam", "Oynadı qızlar", "Həkim qız", "Sənsiz yaman darıxmışam", "Kimdir günahkar?", "Kainat dünyası", "Nazəndə sevgilim", "Hardasan gəncliyim", "Haray-haray", "Yeddi mətləbdən biri", "Gedək üzü küləyə", "Bir könül sındırmışam" və s. kimi mahnıları ilə sevilib.
Веро́ника вти́скивание засверли́ть коме́дь копии́ст отчерти́ть хаба́рь алмазодобыва́ющий антагонисти́чески в связи́ с тем, чтобы декатиро́вочный отто́пать пелена́ упала подскреба́ть посерди́ться фронта́льно брань скипетр diatom etyma Laurasia lithochromatics ping-pong diplomacy верба крупа