MİSİRŞÜNASLIQ

египтология
MİSİRŞÜNAS
MİSKİN
OBASTAN VİKİ
Misirşünaslıq
Misirşünaslıq — Qədim Misir və Misirin tarixi məsələlərini tədqiq edib öyrənən elm. Qədim tarix və arxeologiya elmlərinin alt bölməsidir. Misirşünaslıqla məşğul olan insanlara "misirşünas" deyilir. Elmin sahəsinin yaranmasına səbəb olan ən əhəmiyyətli hadisə, Fransız alimi François Champollionun Misir Kampaniyası dövründə 3 dilli (Qədim yunan dili, Demotik, Heroqlif) Rozetta daşının köməyi ilə heroqliflərin şifrəsini açmasıdır. Napoleonun bu səfərdə 35000 adamı arasında 167 mühüm elm adamı götürdüyü və bu alimlərin qarşılaşdıqları zəngin qədim mədəniyyəti tədqiq etdikləri məlumdur. 1809-cu ildən 1829-cu ilə qədər seriyalarla nəşr olunan Description de l'Égypte (Misirin təsviri) adlı əsər Misirlə elmi olaraq maraqlanan qərb alimlərinin ilk vacib əsəridir.[mənbə göstərin] XIX əsrdə kolleksiyalar, sərgilər və muzeylərlə artan Misir tarixinə olan maraq, 1831-ci ildə Parisdə yaradılan və Şampollionun rəhbərlik etdiyi Misirşünaslıq kafedrası, daha sonra 1846-cı ildə Berlində yaradılan və Karl Richard'a verilmiş Misirşünaslıq kafedrası ilə elmi zəmin əldə edir. Lepsiusun 1842-1845-ci illərdə reallaşdırdığı Misirə elmi səyahətləri 67 yeni piramidanın kəşfi ilə nəticələnmişdir. Tapıntıların çoxalması ilə eyni dərəcədə artan Misir marağı, 1867-ci ildə Göttingendə Misirşünaslığın yeni bir kafedrasının yaradılması ilə nəticələnmişdir. Brugş Paşa adı ilə tanınan Heinrich Brugsch bu şöbənin müdiri olaraq təyin edilir və bu şöbə Misirşünaslığın Almaniyada qurulan ikinci qolu olur.[mənbə göstərin] XX əsrdə artıq Qədim Misir dilinə aid lüğətlər və Qədim Misir haqqında ensiklopediyalar nəşr olunur ki, bu da indi Misirşünaslığın başucu kitabları adlandırıla bilər. Bu vaxta qədər filoloji məsələlərə diqqət ayıran şöbə, eyni zamanda arxeoloji tədqiqatlara da diqqət ayırmağa başlayır.

Digər lüğətlərdə