mistisizm
misyayan
OBASTAN VİKİ
Mistral
Mistral — Fransada, Rona çayının dərəsində əsən güclü və soyuq şimal-qərb küləyi.
Frederik Mistral
Frederik Mistral (fr. Frédéric Mistral, oks. Frederic Mistral/Mistrau — klassik dil normalarına görə, Frederi — onun özünün özünü adlandırdığı kimi; 8 sentyabr 1830[…] – 25 mart 1914[…]) — provansal şairi və leksikoqraf, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1904). == Həyatı == 1904-cü ildə ədəbiyyat sahəsində Nobel mükafatını ispan şairi və dramaturq Xose Eçeqarayla bölüşən Frederik Mistral Fransanın cənubunda doğulmuşdu. O, varlı torpaq sahibi Fransua Mistralın yeganə övladı idi. Evlərində fransızcadan fərqlənən provans dilində danışılırdı. Frederik əvvəlcə yerli məktəbdə, sonra Avinyon şəhərindəki pansionatda təhsil almışdı. Burada məktəb yoldaşlarının bütün məsxərə və istehzalarına baxmayaraq o, inadla provans dilində danışırdı. Doğma dilinin qüdrət və zənginliyini nümayiş etdirmək üçün hətta Vergilinin ilk ekloqunu provanscaya çevirmişdi. Bu sahədə yolgöstərəni provans dilini dirçəltməyə çalışan və özü də bu dildə şeirlər yazan müəllimi Jozef Rumanil idi.
Qabriela Mistral
Lusila de Maria del Perpetuo Sokorro Qodoy Alkayyaqa (isp. Lucila de María del Perpetuo Socorro Godoy Alcayaga; 7 aprel 1889[…] – 10 yanvar 1957[…]) — əsasən Qabriela Mistral təxəllüsü ilə tanınan çilili şairə, maarifçi, diplomat, qadın hüquqları uğrunda fəal mübariz, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1945). == Həyatı == Qabriela Mistral Çili şairəsi və pedaqoq Luiza Qodoy Alkayaqanın təxəllüsüdür. O, And silsiləsindəki yüksək dağ kəndlərinin birində dünyaya gəlmişdi. Gəzəri sənətkar-minstrel olan atası hindu tayfasından, anası isə İspaniya basklarının nəslindən idi. Ögey bacısı Evelina Luizanın mütaliəyə və ədəbiyyata marağının yaranmasında mühüm rol oynamışdı. Evelina müəllim idi. Luiza da bacısı kimi müəllim olmaq istəyirdi. Lakin o, müvafiq təhsil ala bilməmişdi. Bunun üçün sadəcə imkan yox idi.

Значение слова в других словарях

бра́жка вампири́зм журна́льный инди́го межсортово́й покла́дистость полнёшенько разорде́ться раскопа́ть сумато́шный ху́нну врачи́ха славянофо́б Bertram black eye lucky piece peachy plunge basin sibilation soiled squadron superfusion syndicalist архаика дочиста