MİÇMAN

\[ing.\] сущ. мичман (гьуьлерин кьушунда офицервилин сад лагьай чин, дережа; гьа дережа авай кас).
MİÇƏTKƏN
MİÇURİNÇİ
OBASTAN VİKİ
Miçman
Miçman (ing. michman) sözündən; hərfi mənası — "gəmi ortasındakı insan") — Bir sıra ölkələrin hərbi dəniz qüvvələrində hərbçilərə verilən hərbi gəmi rütbəsi.
Baş miçman
Baş miçman — Bir sıra ölkələrin hərbi dəniz qüvvələrində miçmandan daha yüksək, kiçik leytenant kimi zabit rütbələrindən isə daha aşağı tutulan hərbi rütbə.
Kiçik miçman
Kiçik miçman — Bir sıra ölkələrin hərbi dəniz qüvvələrində miçman kimi rütbələrindən isə daha aşağı tutulan hərbi rütbə.
Elvin Səfərov (miçman)
Elvin Ramiz oğlu Səfərov (10 dekabr 1989, Soru, Lerik rayonu – 31 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı miçmanı, dəniz pişiyi, İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Elvin Səfərov 1989-cu il dekabrın 10-da Lerik rayonunun Soru kəndində anadan olub. 1996–2007-ci llərdə T. Cəfərov adına Soru kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Elvin Səfərov 2008–2009-cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində xüsusi təyinatlıların sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Qısa müddət ərzində Xüsusi təyinatlıların kurslarını yüksək qiymətlərlə bitirmişdir. "Aprel" döyüşlərinin iştirakçısı olmuşdur. Türkiyədə, Belarusda, Qazaxıstanda, Yunanıstanda və s. ölkələrdə kurslar keçmiş, hərbi təlim və yarışlarda "SNAYPER" üzrə ölkəmizi təmsil etmiş, dəfələrlə yüksək nəticələr qazanmışdır. Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin "Sualtı hücum" (SAH) xüsusi təyinatlı qüvvələrinin miçmanı olan Elvin Səfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı ilk olaraq Tərtərin Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərə qatılmış, çox aktiv iştirak edərək düşmənin canlı və cansız hədəflərinin məhv edilməsində qəhrəmanlıq göstərmişdir. Verilən tapşırıq əsasında miçman Elvin Səfərov Hadrutun, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına savaşmışdır.
Vüsal Məmmədov (miçman)
Vüsal Qüdrət oğlu Məmmədov (3 iyun 1990; Füzuli rayonu, Azərbaycan SSR — 12 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin miçmanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vüsal Məmmədov 1990-cı il iyunun 3-də Füzuli rayonunun Musabəyli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Vüsal Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Məmmədov oktyabrın 12-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Məmmədov ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Digər lüğətlərdə

жаропро́чность заки́нуться перифра́за скла́дчина стажи́ровать хлопо́чущий широкоэкра́нный вдова́ галде́ть надпи́ливание неудобочита́емость переоде́тый бизон дрога antipasti bate East Lothian estocade sperm whale topically voicer where it's at wurtzite вегетативный кликушествовать