MİSMARLAMAQ
MİŞARLAMAQ
OBASTAN VİKİ
Mişar
Mişar və ya bıçqı— müxtəlif: taxta, metal, daş və sairə materialların kəsilməsi üçün nəzərədə tutulmuş kəsici dişli alət. Adətən mişar, tiyəsində dişləri olan metal lövhə formasında olur. Əl və mexaniki mişarlar olur.
Mişar (dəqiqləşdirmə)
Mişar — alət. Mişar — filmlər seriyası. Mişar — 2004-cü ildə yaymlanan film. Mişar 2 — 2005-ci ildə yaymlanan film. Mişar 3 — 2006-cı ildə yaymlanan film. Mişar 4 — 2007-ci ildə yaymlanan film. Mişar 5 — 2008-ci ildə yaymlanan film. Mişar 6 — 2009-cu ildə yaymlanan film. Mişar 3D — 2010-cu ildə yaymlanan film. Mişar 8 — 2017-ci ildə yaymlanan film.
Mişar (film, 2004)
Mişar (ing. Saw) — 2004-cü ildə Ceyms Uanın ilk rejissorluq debütü və Leiq Uannellin ssenaristliyi ilə Uan və Uannellin hekayəsi əsasındə çəkilmiş Amerikan psixoloji qorxu filmidir. Bu Mişar filmlər seriyası-nın ilk hissəsidir və baş rollarda Uannell, Keri Elues, Denni Qlover, Monika Potter, Maykl Emerson, Ken Leunq və Tobin Bell iştirak edir. Film qurbanlarının yaşamaq iradəsini sınayan, onları sağ qalmaq üçün özlərinə böyük fiziki ağrılar verməli olduqları ölümcül "oyunlar" vasitəsilə sınaqdan keçirən qatilin sirri ətrafında fırlanan qeyri-xətti povestdən bəhs edir. Çərçivə hekayəsi qatilin ən son qurbanları (Uannell və Elues) böyük bir sökük vanna otağında oyanırlar və birinə öz ailəsini xilas etmək üçün digərini öldürmək əmri verilir. Ssenari Uannell tərəfindən yazılmışdır və o Uan ilə öz ssenaristlik debütlərində hekayəni birgə yaradıblar. Əvvəlcə 2001-ci ildə yazılmışdı, lakin lahiyənin onların vətəni Avstraliyada istehsal olunması cəhdləri uğursuz olduqdan sonra Los-Ancelesə gəldilər. Prodüserləri cəlb etmək üçün onlar ssenaridən kənar bir səhnədən eyniadlı aşağı büdcəli qısametrajlı film çəkdilər. Bu 2003-cü ildə baş tutdu. Çünki Evolution Entertainment -dən prodüserlər dərhal birləşdilər və eyni zamanda Twisted Pictures loqosu ilə istehsal etiketini yaratdılar.
Mişar 2 (film, 2005)
Mişar 2 (ing. Saw II) — qorxu və kriminal film olan Mişar filminin növbəti hissəsidir. Film 2005-ci ildə təqdim olunub. Bu film ABŞ istehsalıdır. == Məzmun == Maykl Marks başında tikanlı açıq maska (“Venera flytrap”) ilə otaqda oyanır. Televizor açılır, ekranda Billinin kuklası görünür və o, Mayklın fırıldaqçı, xəbərçi olduğunu deyir. Maska bir dəqiqə ərzində sağ göz yuvasına tikilmiş açarı tapmasa, onu vuraraq öldürəcək. Otaqda skalpel var. Bir neçə cəhddən sonra Maykl anlayır ki, öz gözünü çıxara bilmir və onun maskası şaqqıldayaraq onu öldürür. Detektiv Erik Metyus Mayklın qətlini araşdırır.
Mişar 3 (film, 2006)
Mişar 3 — 2004-cü ildə çəkilmiş Mişar filminin davamı olan bu film 2006-cı ildə təqdim olunub
Mişar 4 (film, 2007)
Mişar 4 — qorxu və kriminal film olan Mişar 3 filminin növbəti hissəsidir. Film 2007-ci ildə təqdim olunub. Film ABŞ istehsalıdır.
Mişar 5 (film, 2008)
Mişar 5 — qorxu və kriminal film olan Mişar 4 filminin növbəti hissəsidir. Film 2008-ci ildə təqdim olunub. Film ABŞ istehsalıdır.
Albalı selikli mişarcısı
Albalı selikli mişarcısı-(lat. Caliroa cerasi) buğumayaqlılar tipinin pərdəqanadlılar dəstəsinin həqiqi mişarcılar fəsiləsinə aid olan növ == Xarici quruluşu == Yetkin mişarcı qanadları açılmış halda 10 mm-dir. Bədəni qara, ön ayaqların baldırları isə sarımtıldır. Qanadlar olduqca şəffafdır. Yalançı tırtıl yaşılımtıl sarıdır. Axırıncı yaşda 15-20 mm uzunluqda olur. Bədəni ön tərəfdən yoğun, arxaya doğru getdikcə nazilir. Pupu ağımtıl rəngdə olur. Albalı mişarcısı torpağın 2-5 sm dərinliyində baramalar içərisində qışlayır. Yazın axırlarında tırtıllar puplaşır, 7-10 gündən sonra puplardan yetkin mişarcılar uçur.
Benzin mişarı ilə Texas qırğını (film, 2003)
Benzin mişarı ilə Texas qətliamı (ing. The Texas Chainsaw Massacre) — 2003-cü ildə Tob Hooperin klassik filminin remeyki olan amerikan sleşer filmi. Filmin rejissoru Markus Nispel, ssenari müəllifi Skott Kosar, prodüseri Maykl Bey, Kim Hankel və Tobe Hooperdir. Bu film, Aminvil Dəhşətini, 13-cü Cümə kimi filmləri nümayiş etdirən Platin Dunes tərəfindən istehsal olunan klassik qorxu filmlərinin remeyeki olan serialların birincisidir. Film tənqidçilər tərəfindən mənfi qarşılansa da, dünya kassalarında 9.5 milyon dollarlıq büdcədən 107 milyon dollar gəlir əldə edərək bütün franşizada ən çox qazanan kassa uğuruna çevrildi. Şəkil "R" reytinqi ilə qiymətləndirilib: 17 yaşdan kiçik uşaqlara yalnız valideynlərinin iştirakı ilə baxılmasına icazə verilir.
Benzin mişarı ilə Texas qətliamı: Başlanğıc (film, 2006)
Benzin mişarı ilə Texas qətliamı: Başlanğıc (ing. Texas Chainsaw Massacre: The Beginning) — 2006-cı ildə çəkilmiş ABŞ sleşer filmi. Filmin rejissoru Conatan Libesman filmi Şeldon Turner və David Şounun ssenarisi əsasında çəkib. Filmdə baş rolları gənc aktyorlar Cordana Brewster, Mett Bomer, Diora Baird, Taylor Handley oynayıb. R. Lee Ermey, Andrew Bryniarski, Marietta Maric, Terrence Evans və Cathy Lamkin isə, Hyuitt ailəsinin üzvlərini canlandırıblar. Film dünya üzrə 51,7 milyon dollar gəlir əldə edib. New Line Cinema, Dimension Films filmi satın alarkən franşiza hüquqlarını saxlamaq üçün 3,1 milyon dollar ödəməli olmuşdu. Filmin işçi adı "Benzin mişarı ilə Texas qətliamı: Mənşə" idi. Filmin çəkilişləri birinci hissədə olduğu kimi Texasda aparılıb. Filmdəki hadisələr 1969-cu ildə baş verir, Hyuit ailəsinin və "Dəri üz" ləqəbli manyakın ilk qurbanı olan iki qardaş və onların qız yoldaşlarından bəhs edir.
Benzin mişarı ilə Texas qətliamı (film, 2003)
Benzin mişarı ilə Texas qətliamı (ing. The Texas Chainsaw Massacre) — 2003-cü ildə Tob Hooperin klassik filminin remeyki olan amerikan sleşer filmi. Filmin rejissoru Markus Nispel, ssenari müəllifi Skott Kosar, prodüseri Maykl Bey, Kim Hankel və Tobe Hooperdir. Bu film, Aminvil Dəhşətini, 13-cü Cümə kimi filmləri nümayiş etdirən Platin Dunes tərəfindən istehsal olunan klassik qorxu filmlərinin remeyeki olan serialların birincisidir. Film tənqidçilər tərəfindən mənfi qarşılansa da, dünya kassalarında 9.5 milyon dollarlıq büdcədən 107 milyon dollar gəlir əldə edərək bütün franşizada ən çox qazanan kassa uğuruna çevrildi. Şəkil "R" reytinqi ilə qiymətləndirilib: 17 yaşdan kiçik uşaqlara yalnız valideynlərinin iştirakı ilə baxılmasına icazə verilir.
Benzin mişarı ilə Texas qətliamı (film, 2022)
Benzin mişarı ilə Texas qətliamı (ing. Texas Chainsaw Massacre) — rejissor Devid Blu Qarsiya tərəfindən çəkilmiş amerikan sleşer qorxu filmi. Film 1974-cü ildə çəkilmiş orijinal filmin birbaşa davamıdır və bu seriyadan olan doqquzuncu filmidir. Premyera 18 fevral 2022-ci ildə Netflix servisində baş tutdu (daha əvvəl filmin kinoteatrlarda yayımı planlaşdırılmışdı). Film tənqidçilərdən mənfi rəylər aldı: onlar onu qeyri-orijinal adlandıraraq 2018-ci ildəki Helluin filmi ilə müqayisə etdilər, həmçinin yaradıcıları nostaljidən pul qazanmağa çalışmaqda ittiham etdilər. == Məzmun == Dəri üzlü qatilin 1973-cü ildəki cinayətlərindən təxminən 50 il sonra gənc sahibkarlar Melodi və Dante, Melodinin bacısı Layla və Dantenin sevgilisi Rut köhnə daşınmaz əmlakı hərraca çıxarmaq üçün Tesla Model S ilə Texasın tərk edilmiş Harlou şəhərinə gedirlər. Uğursuz vəziyyətdə olan uşaq evinin ətrafına nəzər salan qrup Cinni adlı yaşlı qadının hələ də orada yaşadığını aşkar edir. O, mülkün hələ də ona məxsus olduğunu sübut edən sənədlərə malik olduğunu iddia etdikdə mübahisə başlayır və mübahisəni ən üst mərtəbədən səssiz və uzun boylu bir kişi qısa müddətə kəsir. Daha sonra Cinni infarktdan yıxılır və Ruth və bir kişinin müşayiəti ilə şerif və onun bir köməkçisi tərəfindən xəstəxanaya çatdırılır. İnvestor Ketrin bir qrup potensial alıcı ilə birlikdə Melodi və Dantenin diqqətini yayındıraraq böyük avtobusda Harlouya gəlir.
Cilyi mişarı
Cilyi mişarı (ing. Gigli saw ; alm. Gigli Säge‎) — florensiyalı ginekoloq Leonardo Cilyi (1863–1908) tərəfindən icad edilmiş iki dəstəkli, yüksək keyfiyyətli, 400–500 mm uzunluğa və 0,5 mm qalınlıqlı paslanmayan polad trost məftil cərrahi mişar. Cərrahiyyədə ondan sümüklərin kəsilib yarılmasında xüsusən sternotomiya, amputasiya, trepanasiya zamanı istifadə edilir. Son zamanlar texniki imkanların artması nəticəsində Cilyi mişarını elektrik cərrah mişarları əvəz etmişdir.
Ciqli mişarı
Cilyi mişarı (ing. Gigli saw ; alm. Gigli Säge‎) — florensiyalı ginekoloq Leonardo Cilyi (1863–1908) tərəfindən icad edilmiş iki dəstəkli, yüksək keyfiyyətli, 400–500 mm uzunluğa və 0,5 mm qalınlıqlı paslanmayan polad trost məftil cərrahi mişar. Cərrahiyyədə ondan sümüklərin kəsilib yarılmasında xüsusən sternotomiya, amputasiya, trepanasiya zamanı istifadə edilir. Son zamanlar texniki imkanların artması nəticəsində Cilyi mişarını elektrik cərrah mişarları əvəz etmişdir.
Mişarburnukimilər
Mişarburnukimi- ''Pristiformes'' balıqların 7 növü vardır. Mişarburun skatların uzunluğu 5–6 m-ə çatır. Bədən üstdən aşağı az yastılaşıb, döş üzgəcləri kiçikdir, qəlsəmə yarıqları başın alt tərəfində yerləşib, qılıncvari burnun yanlarında iri dişlər var, lamisə bığcıqları yoxdur.Burun yastı- uzun, yanları dişçikli (mişaraoxşar) olan bu balıqların 5-6 qəlsəmə yarımı olur. Burunun təxminən ortasında altda bir cür hərəki lamisə bığcığı var. Tropik və subtropik suların dayazlıqlarında yaşayır, bəzən çayların aşağılarına da gedirlər. Əsasən dib həyatı keçirən bu akulalar yaxşı üzürlər, sürü halında yaşayan balıqlar və onurğasızlarla qidalanır. Yumurtadiridoğandır. Boyca nisbətən kiçik olmalarına baxmayaraq 12-yə qədər bala doğur. == Ədəbiyyat == Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007,səh 143.
Mişarburunkimilər
Mişarburunkimilər-(Pristiophoriformes) dəstəsi. Dəstənin uzunluğu 1,5 m-ə qədər olan 4 növü məlumdur. Burun yastı-uzun, yanları dişcikli(mişaraoxşar) olan bu balıqların 5-6 qəlsəmə yarımı olurş Burunun təxminən ortasında altda bir cür hərəki lamisə bığcığı var. Əsasən dib həyatı keçirən bu akulalar xırda balıqlarla qidalanır. Burunları ilə dibi eşərək onurğasızları da yeyir. Boya nisbətən kiçik olmalarına baxmayaraq 12-yə qədər bala doğur. == Həmçinin bax == Onurğalılar Qığırdaqlı balıqlar Köpəkbalığı Skatlar Tənbəlkimilər Lamnokimilər Rombvarıkimilər Tikanquyruqkimilər == Xarici keçidlər == Haichance,Qığırdaqlı balıqların qoruması Arxivləşdirilib 2015-08-01 at the Wayback Machine Köpəkbalığı şəkilləri Qığırdaqlı balıqların detallı təsnif edilmələri Arxivləşdirilib 2007-10-08 at the Wayback Machine == Ədəbiyyat == Abbasov H.S,Hacıyev R.V.İxtiologiya. Bakı,2007,səh 142. Abbasov H.S., Mustafayev Q.T., Məmmədova S.Ə., İsmayılov R.Ə. Bakı,1999,səh 116 M.M.Seyid-Rzayev. Mingəçevir su anbarı vətəgə balıqlarının populyasiya strukturu və bioloji xüsusiyyətləri."Elm", Bakı-2017, 284 səh Azərbaycanın heyvanlar aləmi.
Mişari Rəşid
Mişari bin Rəşid Al-Afasi (ing. Mishary bin Rashid Al-Afasy, ərəb. مشاري بن راشد العفاسي‎; 5 sentyabr 1976, Küveyt) — məşhur Quran oxuyan (hafiz). Onun səsi, həmçinin quran qiraəti xususi avazı və orijinallığı ilə fərqlənir. 10 cür qiraəti mükəmməl bilməkdədir. == Həyatı == Mişari Rəşid Mədinə İslam Universitetində Müqəddəs Quran fakultəsi və İslam elmləri üzrə təhsil alaraq, Quranın 10-cür oxunma və tərcüməsi üzrə ixtisaslaşmışdır. Mişari Rəşid hal-hazırda Küveyt şəhərində yerləşən Məscid Al-Kəbirdə imam kimi fəaliyyət göstərir və Ramazan vaxtı həmin məsciddə Təravih namazlarını qıldırır. 2007-ci ildə ABŞ-yə gedərək orada 3 məscidə səfər etmişdir — İrvin Kaliforniya İslam Mərkəzi, Oranj dairəsi Kaliforniya İslam İnstitutu və Detroit İslam Mərkəzi Miçiqan. Onun Quran oxumaq yazıları Qatar Hava Yollarının uzun uçuşlarında media faylları içərisində sərnişinlərə təqdim olunur. "Sheikh Mishary" yazmaqla Youtube-da onun qiraətini dinləmək olar.
Mişarçay
Mişarçay — Cəlilabad rayonu ərazisindən axan çaydır. Ələt-Astara magistral yolu Cəlilabad rayonu ərazisində bu çayın üstündən keçir.
Mişarçay yaşayış yeri
Мişarçay yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə Мişarçay yaşayış yeri Cəlilabad şəhərindən 1,5 km şimal-şərqdə, eyni adlı çayın sahilində yerləşir. Мişarçayın alt təbəqəsi Kür-Araz mədəniyyətinə, onun üzərində yerləşən təbəqəsi isə Orta Tunc dövrünə aid material vermişdir. Kür-Araz təbəqəsindən fərqli olaraq (4,5 m) Orta Tunc dövrü təbəqəsinin olduqca az yığılması, bu dövrdə yaşayış yerində həyatın yarımköçəri maldarlığa əsaslandığını göstərməkdədir. Yaşayış yerinin bu təbəqəsindən daş və sümük əmək alətləri, keramika məmulatı aşkar olunmuşdur. Keramika məmulatı morfoloji və texnoloji xüsusiyyətlərinə görə iki qrupa bölünür. Birinci qrupa qəhvəyi rəngli, tünd ləkəli, kifayət qədər qaba hazırlanmış mətbəx qabları daxildir. Onların gilinin tərkibinə qum, çınqıl və gil ovuğu qatılmışdır. Bu qrupdakı qablar içərisində genişağızlı, silindr boğazlı, cüt qulplu küpələr fərqlənirlər. Onların üzəri sığallanaraq, yüngülcə cilalanmışdır. Gövdəsinin yuxarı hissəsi və çiyni cızma üsulu ilə həndəsi motivdə naxışlanmışdır.
Raps mişarcısı
Raps mişarcısı-(lat. Athalia rosae) buğumayaqlılar tipinin pərdəqanadlılar dəstəsinin həqiqi mişarcılar fəsiləsinə aid olan növ == Xarici quruluşu == Yetkin fərd açıq-narıncı rənglidir. Başı qaradır. Belində qara ləkələr var. Erkəklər dişilərdən xeyli kiçikdir. Dişilərin mişarşəkilli yumurta qoyanı vardır. Uzunluğu 7–8 mm-dir. Yumurtası uzunsov ovalşəkilli olur, pupu sarıdır. Pupun uzunluğu 7 mm, baramanınki isə 6–11 mm-dir. == Həyat tərzi == Bir dişi fərd 300-ə qədər yumurta qoya bilir.
Mişardimdik ramfodon
Mişardimdik ramfodon (lat. Ramphodon naevius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin kolibrilər fəsiləsinin ramfodon cinsinə aid heyvan növü.

Digər lüğətlərdə

бледноли́цый конто́рская Коще́й никарагуа́нцы обсоса́ться плои́ть флигелёк четь бе́дный гомеотерапи́я забронировать спере́ть воплотить Ругодив advise alme clavier Ellick indefensible lately slumber wear varsal марля обух подсушиться