MOD

I. i. fashion; (müasir) vogue; ~da olmaq to be* fashionable, to come* into fashion; to be* in / to come* into vogue; ~dan düşmək / çıxmaq to go* out of fashion, to be* / to go* out of vogue; Gödək yubka nə vaxt moda düşdü? When did the mini-skirt come* into vogue? ~da olmamaq to be* out of fashion / out of vogue; son ~ latest fashion; ~a salmaq to introduce the fashion; ~da olan fashionable

II. s. fashion; ~a jurnalı fashion magazine

MİZRAQ
MODABAZ
OBASTAN VİKİ
Kraliça Mod Torpağı
Kraliça Mod Torpağı (norv. Dronning Maud Land) — Atlantik okeanın cənubunda, Antarktida sahillərində 20° qərb bə 44°38’ şərq uzunluqları arasında yerləşən ərazi. Bölgəyə Norveç iddia edir. Sahəsi təqribi olaraq 2 500 000 km². Torpaq norveçli Kraliça Modun şərəfinə adlandırılmışdır. Bölgənin böyük bir hissəsinə Üçüncü Reyx iddia etmişdir (1939). Norveç bölgəni 1938-ci ildən öz ərazisi hesab edir. 14 yanvar 1939-cu ildən «Norveç bölgəsi» və ya «Buve bölgəsi» adlandırılır. Bölə 20° q.u və 44°38’ ş.u arasında yerləşir. Bununla vağlı əmrdə deyilirdi: Bu ərazilərin idarəsi Osloda yerləşən Ticarət Nazirliyinə həvalə olunsun1961-ci ildə imzalanmış Antarktida haqqında konvensiyasına görə bölgəyə olan iddialar dondurulmuşdur.
Kraliça Mod dağları
Kraliça Mod dağları (ing. Queen Maud Mountains, norv. Dronning Mauds Fjell) — Transantarktika dağları sisteminə daxil olan silsilə. Transntarktikanın mərkəzi hissəsində yerləşir. Silsilənin böyük hissəsi 2500—3000 metr hündürlüyə malikdir. Yuxarı hissələrində olan suxurlar paleozoy dövrünə aiddir. Silsilə ilk dəfə 1911-ci ildə Norveç antarktika ekspedisiyasının rəhbəri Raul Amundsen kəşf edilmiş və Norveç kraliçasının şərəfinə adlandırılmışdır.
AD-AS modeli
AD-AS modeli makroiqtisadiyyatı başa düşmək üçün yaradılan standard dərslik modelidir. Bu model Məcmu Tələbin Məcmu Təklifə bərabər olduğu haldakı qiymət səviyyəsini və real istehsal həcmini göstərir. Məcmu tələb əyrisi aşağı meyillidir. Bu da aşağı qiymət səviyyəsində istehsala daha çox tələb olmasını göstərir. Məcmu tələbin aşağı meylli olmasına 3 effekt təsir göstərir: Piqu və ya real balans effekti. Əgər ölkədə real qiymətlərin səviyyəsi aşağı enirsə, real sərvət artır. Yəni, qiymətlər enirsə alıcı 1 manatla daha çox məhsul ala bilir, bu da məcmu tələbi artırır. Keyns və ya faiz dərəcəsi effekti. Məhsulların qiyməti düşürsə, pula olan tələb azalır. Bu faiz dərəcəsini aşağı endirir.
Acianthera modestissima
Acianthera modestissima (lat. Acianthera modestissima) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin acianthera cinsinə aid bitki növü.
Alone (Modern Talking albomu)
Ready for Romance (azərb. Tənha‎) - 2000-ci ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.
Amadeo Modilyani
Amadeo Modilyani (it. Amedeo Modigliani; 12 iyul 1884[…], Livorno, Toskana – 24 yanvar 1920[…], Paris, Fransa) — yəhudi mənşəli italyan heykəltaraş və rəssam. == Həyatı və fəaliyyəti == Rəssamın yəhudi əsilli ailəsi XVIII əsrin əvvəllərində miqrant kimi İtaliyanın Livorno şəhərinə köçür. Amadeo ailədə dördüncü və sonuncu övlad idi. 1895-ci ildə keçirdiyi vərəm xəstəliyinin ardından, 1898-ci ildə tif xəstəliyinə yaxalandı və nəticədə təhsilini tamamlaya bilmədi. Keçirdiyi ağır xəstəliklərdən sonra rəssamlıq dərsləri almağa başlayan gənc Amadeo, 1901-ci ildə yenidən vərəm xəstəliyinə yoluxur və bu dəfə vəziyyət ciddi olduğu üçün anası tərəfindən Napoli şəhərinə aparılır.Dərs aldığı Qugliemo Mikelli, ona rəssamlıq üzrə ali təhsil almasını təklif etdi və Modilyani 1902-ci ildə Florensiya şəhərində yerləşən İncəsənət Akademiyasına daxil oldu. Bir il sonra isə təhsilini Venesiya şəhərində yerləşən eyni adlı akademiyada davam etdirdi. Venesiyada yaşadığı illərdə Amadeo Modilyanin çətin günləri başlayır. Qısa zamanda narkotik maddələrin əsirinə çevirilən rəssam bir növ toparlanamaq üçün Paris şəhərinə getməyə qərar verir. Parisdə olduğu müddət ərzində əsasən şəhərin kasıb sənətkarlarının toplaşdığı Monmartr səmtinin Le Bateau-Lavoir məhəlləsində yaşamağa başlayır.
Amblyseius modestus
Amblyseius modestus (lat. Amblyseius modestus) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius modestus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
America (Modern Talking albomu)
America (azərb. Amerika‎) - 2001-ci ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.
Amplitud modulyasiyası
Amplitud modulyasiyası(AM) — radio daşıyıcı siqnallar vasitəsilə informasiyanı ötürmək üçün elektron rabitədə istifadə edilən modulyasiya texnikası. AM göndərilmiş dalğa formasının nisbətlərinə görə daşıyıcının amplitudunu dəyişməklə işləyir. Bu dalğa forması televiziya pixsellərinin işıq intensivliyi və ya səsucaldan ilə yenidən hasil olunmuş səslərinə uyğun gələ bilər. Bu modullaşan siqnal ilə fazası müxtəlif olan faza modulyasiyası və daşıyıcı siqnal tezliyi müxtəlif olan tezlik modulyasiyası ilə ziddir. Amplitud modulyasiyası radio ilə səs ötürmək üçün istifadə edilən ən erkən modulyasiya metodu idi. Bu Reçinald Fessendenin 1900-cü ildə radio-telefon təcrübələri ilə XX əsrin ilk 20 ilində inkişaf etdi. Amplitud modulyasiyası rabitənin çox formasında bu gün də istifadə olunur: məsələn, kompüter modemlərində, portativ ikitərəfli radoilarda və s. istifadə olunur. == ITU işarələri == 1982-ci ildə Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU ) amplitud modulyasiyasının tiplərini müəyyən etdi.
Andropogon modestus
Bothriochloa bladhii (lat. Bothriochloa bladhii) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin bothriochloa cinsinə aid bitki növü. == Arealı == Seneqal və Efiopiyadan Cənubi Afrikaya qədərki Afrika torpaqları, Orta şərq, cənub və şərqi Asiya və Avstraliya üçün endemikdir. == Sinonimləri == Amphilophis glabra (Roxb.) Stapf Amphilophis glabra var. haenkei (J. Presl) E.G. Camus & A. Camus Amphilophis haenkei (J.Presl) Haines Amphilophis insculpta var. vegetior (Hack.) Stapf Amphilophis intermedia (R.Br.) Stapf Amphilophis intermedia var. acidula (Stapf) Stapf Amphilophis odorata (Lisboa) A.Camus Anatherum glabrum (Roxb.) Schult. Anatherum montanum (Roxb.) Schult. Andropogon annulatus var. bladhii (Retz.) Hack.
Apollon ay modulu
Ay modulu və ya Ay hörümçəyi — Aya enmək üçün istifadə olunan kosmik gəminin hissələrindən biridir. Apollon proqramı üçün Grumman şirkəti tərəfindən istehsal edilmişdir. Əvvəlcə Apollon 11-də və daha sonra digər Apollon missiyalarında uğurla istifadə edilərək Aya endirilmişdir. Eniş mərhələsi və çıxış mərhələsi olaraq 2 mərhələdən ibarət olan Ay modulunun digər adı "Ay hörümçəyi"dir. Eniş mərhələsi: Aya enməni təmin edən və gücü azaldıla bilən bir ədəd raket mühərrikindən, yanacaq çənlərindən və elmi tədqiqatlar üçün istifadə edilən alətlərin olduğu bir hissədən ibarətdir. Çıxış mərhələsi: Briqadanın yerləşəcəyi, rabitəni təmin edən avadanlıq, idarəetmə və nəzarət sistemlərinin, qalxma mühərriki və lazımi yanacaq çəninin yerləşdiyi hissədir. Ay modulu yalnız Ayın ətrafında və onun səthində fəaliyyət göstərir. Atmosferlə təmasda olmur, onu əhatə edən adapterin içərisindədir. Buna görə də aerodinamik formada dizayn edilməmişdir. Adından da göründüyü kimi hörümçək formasında olan quruluşa malikdir.
Apollon komanda modulu
Komanda modulu kosmik gəminin vacib hissələrindən biridir. Adından da göründüyü kimi, astronavtlar tərəfindən komandanlıq missiyasının yerinə yetirildiyi hissədir. Bura həm də astronavtların kosmik gəmilərdə vaxtlarının çox hissəsini keçirdikləri yerdir. Misal üçün; Apollon kosmik gəmisindəki Komanda Modulu 3 hissədən ibarətdir: yuxarı hissə, alt hissə və heyət hissəsi. Yuxarı hissədə bir-birinə kilidləmə mexanizmi (Apollon ay modulu ilə bir-birinə bağlanmanı təmin edir) və 2 reaktiv mühərrik; aşağı hissədə, qalxma zamanı baş verən sarsıntıyı aradan qaldırmaq üçün nəzərdə tutulmuş cihaz və 10 mühərrik; Heyət hissəsində isə nəzarəti təmin edəcək cihazlar və göstəricilər mövcuddur. Komanda modulu işə buraxılma zamanı yuxarı hissədə yerləşdiyi üçün aerodinamik formadadır. Atmosferə yenidən daxil olarkən sürtünmə nəticəsində əmələ gələn istiliyin daha geniş bir səthə paylanması və enişin asanlaşdırılması üçün komanda modulunun aşağı hissəsi daha geniş formada hazırlanmışdır. İfrat qızışmanın yaratmış olduğu problemləri aradan qaldırmaq üçün üst hissəsi istilik dəf edicilər ilə örtülmüşdür.
Apollon xidmət modulu
Xidmət modulu kosmik gəmiyə lazım olan yanacaq, mühərriklər üçün lazım olan helium, yanacaq hücrələri və astronavtlar üçün lazım olan oksigenin olduğu və s. şeyləri özündə saxlayan hissədir. Misal üçün; Apollo Spacecraftda Xidmət Modulunda bir mühərrik yerləşdirilmişdir. Bu mühərrik 2 dəfə işə düşərək birində Ayın orbitinə girilməsinə, digərində isə Ayın orbitindən çıxaraq Yerə qayıtmağa imkan yaratmışdır. Modulun qalan hissəsi anbarlardan ibarətdir. Bunlar; yanacaq ambarları, mühərriklərə lazımi təzyiqi təmin etmək üçün heliumun olduğu hücrələr, yanacaq hücrələrini işlədəcək və astronavtların nəfəs alması üçün lazım olan oksigenin olduğu anbarlar və hidrogen anbarlarıdır. Xidmət modulu atmosferə yenidən daxil olan zaman tərk edilir, buna görə də istilik dəf edicisi ilə örtülmür.
Artım modelləri
Aster modestus
Canadanthus (lat. Canadanthus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Canadanthus modestus === Sinonim === Aster major (Hook.) Porter Aster modestus Lindl. basónimo Aster modestus var. major (Hook.) Muenscher Weberaster modestus (Lindl.) Á.Löve & D.Löve Aster majus (Hook.) Porter Aster mutatus Torr. & A.Gray Aster sayianus Nutt. Aster unalaschkensis var. major Hook. Weberaster modestus (Lindl.) Á.Löve & D.Löve Aster subgen.
Aster modestus var. major
Canadanthus (lat. Canadanthus) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Canadanthus modestus === Sinonim === Aster major (Hook.) Porter Aster modestus Lindl. basónimo Aster modestus var. major (Hook.) Muenscher Weberaster modestus (Lindl.) Á.Löve & D.Löve Aster majus (Hook.) Porter Aster mutatus Torr. & A.Gray Aster sayianus Nutt. Aster unalaschkensis var. major Hook. Weberaster modestus (Lindl.) Á.Löve & D.Löve Aster subgen.
Atlantis Is Calling (S.O.S. for Love)(Modern Talking)
Atlantis Is Calling (S.O.S. for Love) (azərb. Atlantis zəng vurur (S.O.S. məhəbbət üçün‎) – Modern Talking qrupu tərəfindən ifa edilən sinqldır.
Atmosfer proseslərinin laboratoriya modelləşdirilməsi
Atmosfer proseslərinin laboratoriya modelləşdirilməsi – bir sıra atmosfer proseslərinin sadələşdirilmiş şəraitdə müxtəlif laboratoriya qurğularında kicik miqyasda gedişinin modelləşdirilməsidir. Belə üsul atmosfer hərəkətlərinin ümumi xassələrini təyin etməyə imkan verir.
Atom və molekulyar modellər
Atom və molekulyar modellər — izolə olunmuş atom və molekullarda atom və ya hibrid orbitallarının quruluşundakı xüsusiyyətləri nümayiş etdirmək üçündür. == İstinadlar == == Mənbə == Arnold Gordon, Richard, Ford. The Chemist`s Companion. New York-London-Sydney-Toronto. 1972.
Axım modulu
AXIM MODULU – Vahid zamanda sutoplayıcının vahid sahəsindən (F) keçən suyun (Q) miqdarı aşağıdakı düstur ilə təyin edilir.. M=F/Q m³/(san.km2 ) M-axım modulu F-vahid sahə Q-keçən suEroziya prosesini səciyyələndirmək üçün çay şəbəkəsində aylıq, mövsümi, yaxud illik sülb axımı. Bəzən eroziya modulu da adlanır. Eroziya modulu (asılı gətirmələrin axım modulu) 1 km² sutoplayıcı sahədən axan sülb axımın tonla miqdarıdır.
BMT Modeli
Birləşmiş Millətlər Təşkilatı Modeli (Model UN) gənclər üçün özünü diplomat və səfir rollarında sınamaq, beynəlxalq münasibətlər sahəsini daha yaxından öyrənmək, müvafiq bilik və bacarıqlarını artırmaq fürsətini yaradan qeyri-formal təhsil növü və simulasiya oyunudur. Oyunun məqsədi gənclərə liderlik, ictimai danışıqların aparılması və konfliktlərin həlli yollarının öyrədilməsidir. Baxmayaraq ki, BMT Modeli məktəbdən kənar bir fəaliyyətdir, bir çox ölkələrdə bu simulyasiya bir dərs olaraq təqdim edilir. Bu tələbələrin dünyadakı aktual mövzular haqqında daha dərin bir anlayış əldə etməsinə və bu biliklərini inkişaf etdirməsinə imkan yaradır. BMT Modeli konfranslarının iştirakçıları "Nümayəndə" adlandırılır və bu nümayəndələr təmsil etdikləri ölkənin və ya siyasi şəxslərin adı ilə müəyyən edilirlər. Nümayəndələr konfransdan əvvəl onlara təqdim olumuş mövzuda tədqiqat aparır və təmsil etdikləri ölkələrin faktiki siyasəti əsasında onların siyasi mövqelərini tədqiq edir və həmin ölkələrin siyasi mövqeyinə uyğun çıxış edə bilmək üçün siyasi yanaşmalar hazırlayırlar. Konfransın sonunda hər bir komitədə, ən yaxşı çıxış edən nümayəndələr və ya nümayəndə heyəti mükafatlarla təltif olunurlar. BMT Modelinin iştirakçıları əsasən orta məktəbdə və universitetdə təhsil alan şagird və tələbələrdən ibarətdir. Nümayələrdələr adətən məktəb və ya universitetlərin BMT Modeli klublarının təşkil etdiyi konfranslarda yoldaşları ilə birlikdə və ya tək başına iştirak edirlər. == Tarix == BMT Modeli, bir sıra tələbələr tərəfindən Model Millətlər Liqası simulyasiyası olaraq fəaliyyətə başlamışdır.
Back For Good (Modern Talking albomu)
Ready for Romance (azərb. Uğur üçün qayıdış‎) - 1998-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur.
Barnaba da Modena
Barnaba da Modena (it. Barnaba da Modena; 1328, Modena – təq. 1386, Modena) — İtaliya rəssamı. == Həyatı == Barnaba da Modena rəssamlıq fəaliyyətinə İtaliyada başlamışdır. Onun əsərləri Vizantiya stilindədirlər. Ən məşhur əsəri "Axirət günü" Müqəddəs Aqostino kilsəsi üçün çəkilmişdir. == Həmçinin bax == Barnaba Barokko rəssamlığı == Ədəbiyyat == Pietro Toesca, Dipinti di Barnaba da Modena, in "Bollettino d'arte del Ministero della Pubblica Istruzione", 16, 1922/23, pp. 291–294. Pasquale Rotondi, Il polittico di Barnaba da Modena a Lavagnola, Genova, Stab. Tip.
Bell-LaPadula model
Bell-LaPadula modeli təhlükəsizlik siyasətinin formal avtomat modelidir, girişin idarə edilməsi qaydaları çoxluğunu təsvir edir. == İş prinsipi == Bu modeldə sistemin komponentləri təhlükəsizlik obyektlərinə və subyektlərinə bölünür. Təhlükəsiz vəziyyət anlayışı daxil edilir və isbat edilir ki, əgər hər bir keçid təhlükəsiz vəziyyəti saxlayırsa (yəni sistemi bir təhlükəsiz vəziyyətdən digər təhlükəsiz vəziyyətə keçirirsə), onda induksiya prinsipinə görə sistem təhlükəsizdir. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Bertran modeli
Bertran modeli və ya Bertrana görə rəqabət — 1883-cü ildə fransız riyaziyyatçısı və iqtisadçısı Jozef Lui Fransua Bertran tərəfindən tərtib edilmiş oliqopolist bazarda qiymət rəqabəti modeli. Model oliqopolist bazarda öz məhsulları üçün qiymət səviyyəsini dəyişdirərək rəqabət aparan firmaların davranışını təsvir edir. Modelin paradoksal nəticəsi — firmalar, həmçinin mükəmməl rəqabət şəraitində firmalar üçün marjinal xərcə bərabər qiymət tətbiq edəcəklər - Bertran paradoksu adlanır. == Modelin fərziyyələri == Modeldə aşağıdakı fərziyyələr irəli sürülür: Bazarda homojen məhsul istehsal edən ən azı iki firma var; Firmalar qeyri-kooperativ davranırlar; Firmaların marjinal dəyəri (MC) eyni və sabitdir; Tələb funksiyası xəttidir; Firmalar öz məhsullarının qiymətini təyin etməklə rəqabət aparır və onları müstəqil və eyni zamanda seçirlər; Qiyməti seçdikdən sonra firmalar öz məhsullarına tələb olunan kəmiyyətə bərabər həcmdə əmtəə istehsal edirlər; Qiymətlər fərqlidirsə, istehlakçılar daha ucuz məhsul tələb edirlər; Qiymətlər eyni olarsa, bütün firmaların malları bərabər paylarla alınır. Model statikdir (qərar qəbulu zamanın bir nöqtəsində nəzərə alınır).Qiymət rəqabəti fərziyyəsi o deməkdir ki, firmalar öz məhsullarını asanlıqla dəyişə bilərlər, lakin seçimdən sonra qiyməti dəyişmək çox çətindir və ya qeyri-mümkündür. == Klassik Bertran modelində tarazlıq == MC = marjinal xərc p1 = firma 1-in qiyməti p2 = firma 2-nin qiyməti pM = inhisar qiyməti1-ci firmanın optimal qiyməti onun 2-ci firma tərəfindən təyin olunan qiymətə dair gözləntilərindən asılıdır. Öz qiymətini rəqibin qiymətindən bir qədər aşağı təyin etmək bütün istehlakçı tələbini D tutur və mənfəəti artırır. Əgər 1-ci firma 2-ci firmanın MC-nin marjinal dəyəri ilə və ya ondan aşağı qiymət alacağını gözləyirsə, o zaman 2-ci firmanın ən yaxşı cavabı marjinal qiymətə qiymət verməkdir. Diaqram 1 firma 1-in ən yaxşı cavab funksiyasını göstərir p1’’(p2). Bu göstərir ki, əgər p2 < MC firma 1 p1=MC təyin edir.
Blek–Şoulz modeli
Blek–Şoulz opsion qiymət modeli (ing. Black–Scholes Option Pricing Model, OPM) — Avropa opsionlarının nəzəri qiymətini müəyyən edən model, əgər əsas aktiv bazarda alınıb-satılırsa, onda onun üzərindəki opsionun qiyməti artıq bazarın özü tərəfindən dolayısı ilə müəyyən edilir. Bu model praktikada geniş şəkildə istifadə edilmişdir və digər şeylərlə yanaşı, varrantlar, konvertasiya edilə bilən qiymətli kağızlar da daxil olmaqla bütün törəmə alətləri qiymətləndirmək və hətta maliyyə cəhətdən asılı olan firmaların kapitalını qiymətləndirmək üçün də istifadə edilə bilər. Blek — Şoulz modelinə görə, opsionun dəyərinin müəyyən edilməsində əsas element əsas aktivin gözlənilən dəyişkənliyidir. Aktivin dəyişməsindən asılı olaraq onun qiyməti artır və ya azalır ki, bu da birbaşa mütənasib olaraq opsionun dəyərinə birbaşa təsir göstərir. Beləliklə, əgər opsionun dəyəri məlumdursa, bazarın gözlədiyi volatillik səviyyəsini müəyyən etmək mümkündür. == Tarixi == Opsion qiymət modelinin düsturu ilk dəfə 1973-cü ildə Fişer Blek və Mayron Skoulz tərəfindən "The Pricing of Opsions and Corporate Pasifities" kitabında işlənib hazırlanmışdır. Onların araşdırmaları Cek Treynor, Pol Samuelson, Ceyms Bons, Şin Kassuf və Edvard Torp tərəfindən əvvəlki işlərə əsaslanır və opsion ticarətinin sürətli böyüməsi dövründə hazırlanmışdır. == Nəzəriyyənin yeddi fərziyyəsi == Blek və Skoulz opsion qiymət modelini əldə etmək üçün aşağıdakı fərziyyələri irəli sürdülər: Qiymətli kağızlar (əsas aktiv) davamlı olaraq alqı-satqıya məruz qalır və onların qiymət davranışı məlum parametrlərə malik həndəsi Brown hərəkət modelinə uyğundur (xüsusilə, bu parametrlər opsionun bütün müddəti ərzində sabitdir). Opsionun əsas aktivi opsionun müddəti ərzində dividend ödəmir.
Bor modeli
Bor atom modeli — Nils Henrik Bor tərəfindən 1911-ci ildə, Rezerford atom modelindən yararlanılaraq önə sürülmüşdür. Bor atom modelindən əvvəl digər atom modellərində, atomun nüvəsində, + yüklü protonların olduğu, nüvənin ətrafında isə dairəvi hərəkət istiqamətində hərəkət edən - yüklü elektronların olduğu ifadə edilmişdir.Bu elektronların nüvə ətrafında hansı istiqamətdə hərəkət etdiyi onların sürət və impulsu haqqında heç bir fikir irəli sürülməmişdir.Bor isə nəzəriyyəsində elektronların hərəkətini bu nöqteyi nəzərdən təcrübə etdi. == Bor postulatları == 1913-cu ildə Nils Bor, hidrogen atomunun spektr xətlərini və Plank'ın kvant qanunlarından istifadə edərək Bor postulatlarını irəli sürdü.Bu məlumatlar əsasında Bor qanunları (postulatları) aşağıdakı kimidir: Bir atomdakı elektronlar nüvədən müəyyən uzaqlıqdakı orbitallarda hərəkət edə bilər və bu orbitalların bucaq impulsu ℏ(h/2π)-in tam misilləridir( burada h, Plank sabitidir). Hər dayanıqlı halın sabit bir enerjisi vardır. Hər-hansı bir dayanıqlı enerji səviyyəsində elektron dairəvi bir istiqamətdə hərəkət edir. Bu istiqamətlərə isə enerji səviyyələri və ya energetik səviyyələr deyilir. Elektron stasionar halda olarkən atom enerji şüalandırmaz. Ancaq yüksək enerji səviyyəsindən daha aşağı enerji səviyyəsinə keçərkən, səviyyələr arasındakı enerji fərqinə bərabər bir enerji şüalandırar. Burada ∆E = Eson-Eilk=hυ Elektronun hərəkətinin mümkün olduğu stasionar səviyyələr, K, L, M, N, O kimi hərflərlə və ya ən kiçik enerji səviyyəsi 1 götürülmək şərti ilə, hər enerji səviyyəsi + bir tam ədəd ilə müəyyən olunur və ümumi olaraq "n" İlə göstərilir. (n: 1,2,3 ...¥) === Həyəcanlanmış atom === Bor atom modelinə görə, nüvəyə ən yaxın enerji səviyyəsində dairəsəl hərəkət edən elektron stasionar haldadır, enerji şüalandırmaz.

Digər lüğətlərdə

возложи́ть вы́лощенный камери́стка невроти́чка расконопа́чивание самодви́жущийся сбреда́ться топинамбу́р уголо́вная шки́перский размножа́ть размозжённый тын эве́нка вайя anarchical anthropogenic atom Ephesus naze puttie unwatered обтечь острослов пришлый