MOGİKAN

сущ. могикан (Кеферпатан Америкада гьинду тайифа).
MODULLAŞDIRMAQ
MOXER
OBASTAN VİKİ
Sonuncu mogikan (roman)
Sonuncu mogikan (ing. The Last of the Mohicans, 1826) — Ceyms Fenimor Kuper tərəfindən yazılmış tarixi roman. Amerika tarixinin ən əlamətdar hadisələrinə müraciət edən C.F.Kuper yenidən "Pionerlər" romanının üzərinə qayıdır və "Sonuncu Mogikan" (1826) adlı "Dəri Corab" silsilə romanlarının ikincisini yazır. == Roman haqqında == Amerika hindularının həyatına böyük maraq göstərən C.F.Kuper bu romanda Nataniel Bampo ilə yanaşı, cəsur, mərd, igid hindu obrazlarına xüsusi yer ayırır. Belə ki, bu əsərdə başdan-başa romantik səciyyə daşıyan hindu aləminin arxada qalması, ayrı-ayrı hindu qəbilələrinin (delavarlar, quronlar və s.) bir-biri ilə və Amerikada hökmranlıq etmək uğrunda mübarizə aparan ingilis və fransız ordularının öz aralarında müharibə etmələri, nəhayət bütün bu tarixi və siyasi hadisələrin fonunda ağdərili Şahingözün (Natti Bamponun) və onun qırmızıdərili dostu hindu Çinqaçkukun, onun oğlu Unkasın, polkovnik Munronun, onun qızları Alisa və Koranın, mayor Dunkanın və bir sıra başqa qəhrəmanların həyatı və onların başlarına gələn macəralar təsvir olunmuşdur. Natti Bampo igid mogikan dostları — Çinqaçkuk və Unkasla birlikdə Munro bacılarını düşmən quron hindularının (Bic Tülkü) əsirliyindən xilas edir. Doğrudur, bu zaman Unkas və Kora həlak olurlar. Müəllif Unkası sonuncu mogikan adlandırır. Çünki artıq heç kim bu qəbilənin nəslini davam etdirməyəcəkdir. Müəllif bu romanda yeni torpaqlar ələ keçirməyə çalışan ingilis və fransız müstəmləkəçilərinin mübarizəsini və bu mübarizədə şəxsən iştirak edən Şahingözün başına gələn macəraları xüsusi romantik üslubda, ancaq müəyyən realist təsvirlərlə qələmə almışdır.
Mogikanlar
Mogikanlar və ya mohikanlar — Şimali Amerikada hindi tayfası. Müstəmləkəçiliyə qədər mogikanlar Hudzon çayı vadisində yaşamış, əkinçilik, ovçuluq və yığıcılıqla məşğul olmuşlar. Müstəmləkəçilik və irogezlərin baqınları nəticəsində mogikanların əksəriyyəti məhv edilmişdir. Onların qalanları bir neçə yerdəyişmədən sonra delavarların qalığı olan munsilərlə birlikdə Viskonsin ştatının Stokbric rezervasiyasında yerləşdirilmişdilər. İngilis dilində danışırlar. Dindarları xristiandır. Sayları təqribən 3,000 nəfərdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Aupaumut, Hendrick. (1790). "History of the Muh-he-con-nuk Indians", in American Indian Nonfiction, An Anthology of Writings, 1760s–1930s (pp.

Digər lüğətlərdə

гидрогенера́тор живи́тельность овуля́ция оса́нисто пересо́хнуть почита́тель прока́зный шкуродёр барбари́ска воссоединя́ть инструме́нт искореня́ть переды́шка сомле́ть хэбэ́шка челове́чественный четырёхпо́лье fabricator it's loxodrome mat wrestling redemption safety valve unilluminated многогранный