Moldova

coğ. Moldavie ; Moldova f

moldavca
molekul
OBASTAN VİKİ
Benderı (Moldova)
Benderı (mold. Bender/Бендер; rus. Бендеры) və ya Bəndər, həmçinin Tigina (rum. Tighina) — Moldovada Dnestrin sağ sahilində liman şəhəri. == Tarixi == XIII əsrdə tatarların bura hakim olduqları məlumdur. Onlar bu keçidi mühafizə etmək məqsədilə kiçik bir keşik qalası tikmişdilər. Bəndər bir keçidi və ya boğazı qoruyan qarovul məntəqəsinə deyilirdi. 1484-cü ildə Bəyazid xan və Gedik Əhməd Paşa Bəndəri möhkəm hərb qalası kimi bərpa etdilər. Hazırda Bəndər şəhərində XIV–XV əsrlərə aid türk qalası və Süleyman xan camisi durmaqdadır. Bəndər şəhərində iki dəfə olmuş Övliya Çələbi qalanı alınmazlığına və əminliyinə görə "Aman yeri Bəndərabad" adlandırır.
Moldova bayrağı
Moldova bayrağı — Moldovanın Dövlət bayrağı Moldovanın bayrağı, üzərində dövlət gerbi həkk olunmuş 3 bərabər şaquli zolaqdan ibarətdir: mavi, sarı və qırmızı. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir. 1994-cü ildə Moldovada dövlət bayrağı haqqında qanun qəbul edilib. Moldovanın bayrağı öndən və arxadan müxtəlif formada görünür. Belə ki, bayraqdakı gerb yalnız ön hissədə həkk olunub. Moldovanın üçrəngli bayrağı Moldova dövlətçiliyinin keçmişini, indiki zamanını və gələcəyini, eyni zamanda ölkədə yaşayan vətəndaşların bərabərhüquqlu olmasını, dostluğunu və həmrəyliyini tərənnüm edir.
Moldova dili
Moldav dili — Moldova Respublikasında işlədilən rumın dilinin iki adından biri. Moldovanın rəsmi dilinin "moldav dili" adlandırılması daha çox İkinci dünya müharibəsi başlanan zaman Moldovanın SSRİ-yə birləşdirilməsi ilə əlaqədardır. Moldova Prezidentinin səlahiyyətlərini icra edən Mixay Gimpu bu məsələ ilə bağlı parlamentdə çıxış edib. O, bildirib ki, "moldav və rumın dillərinin eyniliyi hamı tərəfindən tanınıb. Artıq hər şeyi öz adı ilə çağırmaq, Stalinin dillər haqqındakı nəzəriyyəsinin arxasında gizlənməkdən qaçmaq lazımdır". Moldova parlamentinin rəhbəri bəyan edib ki, moldav və rumın dillərinin eyniliyi haqqında qərarı Rusiya, Rumıniya, Moldova və digər ölkələrin elmlər akademiyaları veriblər. Bu ideya respublikanın yeni konstitusiyası layihəsində əksini tapıb.
Moldova düzənliyi
Moldova düzənliyi (rum. Câmpia Moldovei ) - Molovanın şimal-qərbində yerləşən coğrafi obyekt. Düzənliyin bir hissəsi Rumıniyanın şimal-şərqinə aiddir. Moldova düzənliyi Moldova yaylasının altı komponentindən biri hesab olunur. Düzənlik adlandırılmasına baxmayaraq ərazinin relyefi yetərincə təpəlidir. Moldova düzənliyi Moldova yaylasının mərkəzi-şimal hissəsində yerləşir. Hündürlüyü 200 metr arasında dəyişir. Düzənlik aşağıdakı hissələrdən ibarətdir: 1) Jijia düzənliyi. Düzənlik Prut çayından qərbdə yerləşir. 2).Orta Prut vadisi və ya Prut orta düzənliyi.
Moldova kinematoqrafı
Moldova kinosu — Moldovanın kinematoqrafiya və film sənayesi. == Tarixi == 1952-ci ildə Kişinyovda xronika və sənəfli filmlər kinostudiyası (1957-ci ildən "Moldova-film") təşkil olunmuşdur. İlk moldav bədii filmi ("Moldav havaları") 1955-ci ildə yaradılmışdır. Moldova kinosunda tarix və vətənpərvərlik mövzusu, eləcə də dövrün problemlərinə həsr edilmiş filmlər başlıca yer tuturdu. Moldova SSR kinosunun "Armageddon" (1962, rejissor M. İzrailev), "Payızın son ayı" (1965, rejissor V. Derbenyov), "Sergey Lazo" (1967, rejissor A. Qordon), "Qətldə ittiham edilirlər" (1969, rejissor B. Volçek), "Leytarlar" (1971, rejissor E. Lotyanu), "Sonuncu qayduk", "Kişi arxa olanda" (1972, 1977, rejissor V. Qajiu), "Dmirti Kantemir" (1973, rejissorlar V. İovitse və V. Kalaşnikov), "Gecə quşunun çığırtısına inanma" (1976, rejissor Y. Burgin), "Qala" (1978, rejissor V. Paskaru), "Şeytan yuvasında" (1981, rejissor V. İovitse) və s. filmləri ən çox tanınanlardandır. 1962-ci ildə Moldova Kinematoqrafçılar İttifaqı təşkil edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Большая советская энциклопедия, статья «Молдавская ССР», раздел «Кино».
Moldova kinosu

Moldova knyazlığı
Moldaviya knyazlığı (mold. Цара Молдовей rom. Principate Moldova) və ya sadəcə Moldaviya — Şərqi Karpat və Dnestr çayı arasında Avropada qurulan tarixi knyazlıq. Əvvəlcə müstəqil, sonra isə muxtar bir ölkə olmuşdur. Valaxiya knyazlığı ilə birləşdirildikdə müasir Rumıniyanın əsasları qoyuldu. Moldaviya knyazlığına müxtəlif dövrlərdə bütün Bukovina, eyni zamanda Bessarabiya və Bucaq da daxil idi.
Moldova leyi
Moldova leyi — Moldovanın pul vahidi. == İstinadlar == Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Moldova memarlığı
Moldova memarlığı — Moldaviya knyazlığı, Prutboyu Moldaviya, Bessarabiya, Moldova MSSR, Moldova SSR, müasir Moldova Respublikasının və tanınmayan Dnestryanı Moldav Respublikasının memarlığı. Moldova memarlığı moldovanlar və ölkədə yaşayan digər xalqların, eləcə də Moldovanın yaxın mədəni əlaqələr saxladığı xalqların çoxəsrlik ənənələrini təcəssüm etdirir. == Tarixi == Moldova ərazisində orta əsrlərə aid çoxlu memarlıq abidəsi qalmışdır. Bunlardan Soroki və Benderıdakı daş qayalar (XVI əsr), Orgeyevdə kilsə (XVII əsr), Kişinyovda Mazaraki kilsəsi (XVIII əsr) və s. fərqlənir. XIX əsrin əvvələrindən şəhərlər müntəzəm plan üzrə inkişaf etmiş, klassisizm üslubunda bina və ansambllar yaradılmışdır (Kişinyovda kilsə, 1830-1835). Moldovada sovet hakimiyyəti qurulduqdan, xüsusilə İkinci Dünya müharibəsindən sonrakı illərdə Kişinyov, Tiraspol, Beltsı, Benderı, Orgeyev, Kaqul şəhərlərndə R. Y. Kurts, V. A. Voytsexovski, V. P. Mednek, S. M. Şoyxet, A. V. Kolotovkin, A. S. Vedenkin və başqa memarların layihəsi ilə inzibati mədəni mərkəzlərin, əsas magistiralların (məsələn, Kişikyovda Lenin prospekti) və ayrı-ayrı yaşayış rayonlarının kompleks tikintisi həyata keçirilmişdir. 1945-ci ildə Moldova SSR Memarlar İttifaqı yaradılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Колотовкин А. В., Шойхет С. М., Эльтман И. С. Архитектура Советской Молдавии. — Москва: Стройиздат, 1987.
Moldova musiqisi
Moldova musiqisi — Moldaviya knyazlığı, Prutboyu Moldaviya, Bessarabiya, Moldova MSSR, Moldova SSR və müasir Moldova Respublikasının musiqisi. Moldova musiqisi orijinallığı, janr və forma zənginliyi ilə seçilən xalq musiqi yaradıcılığı əsasında yaranmışdır. == Tarixi == Moldovanın musiqisi qonşu slavyan xalqlarının, eləcə də rumın və macarların musiqi yaradıcılığı ilə sıx əlaqədə yaranmışdır. Əsasən birsəsli olan Moldova xalq musiqisi 7 pərdəli diatonik məqamlar, qədim nəğmələr isə pentatonika üzərində qurulmuşdur. Əkinçilik və ovçuluqla bağlı səhnələşdirilmiş mərasimlər (paparuda, kaloyanul, kelşul və s.) mahnılarla müşayiət olunur. Ballada tipli epik və tarixi mahnılarda xalqın qəsbkarlara və istismarçılara qarşı mübarizəsi əksini tapmışdır. Məişət mahnıları, ictimai məzmunlu hayduk, muzdur, əksər mahnıları Moldova musiqi folklorunda əhəmiyyətli yer tutur. Ən səciyyəvi musiqi janrı boyna xüsusilə geniş yayılmışdır. Musiqi alətləri: fluer, kaval (çoban tütəyi növü), nay, kobza, simbal, drımba (varqan), çimpoy (tuluq zurnası) və s.; skripka, truba, klarnet, trombon Moldova xalq musiqi ənənələri leutarların (müğənni və çalıcılar) yaradıcılığı ilə təmsil olunur. Moldova peşəkar musiqisi orta əsrlərdə monastırlarda, knyaz saraylarında, hərbçilər arasında yaranmış və inkişaf etmişdir.
Azərbaycan–Moldova münasibətləri
Azərbaycan–Moldova münasibətləri — Azərbaycan Respublikası ilə Moldova Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Tarixi == Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin may ayının 18-də qurulmuşdur. == Beynəlxalq görüşlər == Moldova Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması ilə bağlı bir sıra rəsmi görüşlərə ev sahibliyi etmişdir. Azərbaycan prezidentlərindən Heydər Əliyev Ermənistan Prezidenti Robert Köçəryanla 6 oktyabr 2002-ci ildə, İlham Əliyev isə Serj Sarkisyanla 8–9 oktyabr 2009-cu ildə Kişinyovda görüşmüşlər. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Eldar İbrahimov olmuşdur. 4 mart 2016-cı il tarixindən Sabir Hacıyev işçi qrupunun rəhbəridir.
Dnestryanı Moldova Respublikası
Dnestryanı (mold. Нистрения, rus. Приднестровье, ukr. Придністров'я) və ya rəsmi adı ilə Dnestryanı Moldav Respublikası (mold. Република Молдовеняскэ Нистрянэ, rus. Приднестровская Молдавская Республика, ukr. Придністровська Молдавська Республіка) — Şərqi Avropada Moldova daxilində birtərəfli şəkildə müstəqilliyini elan edən de-fakto dövlət. Dnestryanı Moldovanın Dnestr çayından şərqdəki ərazilərini əhatə edir. Paytaxtı Tiraspol şəhəri, ümumi sahəsi 4,163 kvadrat kilometrdir. Öz siyasi quruluşu, parlamenti, konstitusiyası, dövlət rəmzləri, ordusu, polisi və poçt sistemi olan bu ərazi Birləşmiş Millətlər Təşkilatına üzv olan heç bir dövlət tərəfindən tanınmamaqdadır.
Moldova Sovet Ensiklopediyası
Moldova Sovet Ensiklopediyası (mold. Енчиклопедия советикэ молдовеняскэ) — Sovet dövründə Moldovada moldav dilində nəşr olunmuş 8 cilddən ibarət universal ensiklopediya. 1970-1981-ci illərdə nəşr edilmişdir.
Moldova Texniki Universiteti
Moldova Texniki Universiteti (rum. Universitatea Tehnică a Moldovei) — Moldovada universitet; informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin geniş vüsət aldığı ali təhsil ocaqlarından biri. == Tarixi və fəaliyyəti == Əsası 1964-cü ildə qoyulan ali məktəb yüksək ixtisaslı mühəndis və iqtisadçı kadrların hazırlanması məqsədilə yaradılıb. İlk olaraq Kişinyov Politexnik İnstitutu adı ilə fəaliyyətə başlayan ali məktəbdə tədrisin ilk ilində 5 fakültə (Elektrotexnika, Mexanika, Texnologiya, İnşaat, İqtisadiyyat) mövcud olub. Sonrakı illərdə Politexnik İnstitutu sürətlə inkişaf edərək böyük tədris, elmi və mədəni mərkəzə çevrildi. Hazırda Moldova Texniki Universiteti 10 fakültədən ibarətdir: energetika, maşınqayırma üzrə mühəndis iqtisadiyyatı və idarəetmə, mexanika və nəqliyyat mühəndisliyi, hesablama texnikası, informatika və mikroelektronika, elektronika və telekommunikasiya sahəsində mühəndis iqtisadiyyatı və idarəetmə, yeyinti sənayesində texnologiya və idarəetmə, yüngül sənaye, kadastr, geodeziya və tikinti, şəhərsalma və memarlıq, iqtisadi mühəndislik və biznes. Maşınqayırma üzrə mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində texniki kollec yaradılıb. Bundan əlavə, ali məktəbin tərkibində texniki profilli 9 kollec fəaliyyət göstərir. Bu gün əyani və qiyabi bölmədə 12420 tələbə təhsil alır, tədris prosesi təxminən 1000 pedaqoq tərəfindən həyata keçirilir. Universitet ümumilikdə 80 ixtisas və ixtisaslaşma üzrə təlim təklif edir.
Moldova prezidentlərinin siyahısı
Moldova prezidenti — Moldova Respublikasının dövlət başçısı. == Prezidentin seçilməsi == Ana məqalə: Moldovada seçkilər Moldovada seçkilər milli qanunvericiliyə uyğun olaraq keçirilir. Moldovanın parlamenti (Parlamentul) 4 ildən bir keçirilən seçkilərdə vətəndaşlar tərəfindən seçilir. Parlamentin 101 üzvü var. 2001-ci ildən etibarən ölkənin prezidenti parlament üzvləri tərəfindən seçilir. Moldova konstitusiyasına uyğun olaraq bir namizəd iki dəfə prezident seçilə bilər. İlk dəfə prezident seçilmək üçün parlamentin 61 deputatının dəstəyi, ikinci müddətə seçilmək üçün isə 51 deputatın səsi lazımdır. Heç bir namizəd prezident seçilmək üçün lazımi qədər səs toplaya bilməsə parlament seçkiləri yenidən keçirilir. Moldovanın hazırli prezidenti Nikolae Timofti 23 mart 2012 tarixində Moldovanın prezidenti seçilib.
Moldova
Moldova və ya rəsmi adı ilə Moldova Respublikası (mold. Republika Moldova), keçmiş mənbələrdə Moldaviya — Şərqi Avropada dövlət. Moldova dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimal, şərq və cənubda Ukrayna, qərbdə isə Rumıniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kişinyov şəhəri, ümumi sahəsi 33,846 kvadrat kilometrdir. Moldova 1940-cı ildə SSRİ tərəfindən Rumıniyadan qoparılmış Bessarabiya torpaqlarında yaradılmış və SSRİ-nin tərkibinə müttəfiq respublika statusu ilə daxil edilmişdir. Moldovanın Dnestr çayından şərqdəki əraziləri 1991-ci ildən tanınmamış Dnestryanı Moldov Respublikasının nəzarətindədir. == Etimologiya == Moldovanın adı Moldova çayının adındandır. Moldova Knyazlığının 1359-cu ildə əsası qoyulanda bu çayın vadisi siyasi mərkəz idi. == Əhali == === Vətəndaşlıq === 5–12 oktyabr 2004-cü il əhali siyahıyaalınmasına yekunlarına əsasən: Moldova əhalisinin ümumi sayı 3,383,332 nəfər olmuşdur.
Moldova Respublikası

Moldova SSR
Moldova Sovet Sosialist Respublikası və ya Moldaviya Sovet Sosialist Respublikası (mold. Република Советикэ Сочиалистэ Молдовеняскэ, Republika Sovetike Soçialiste Moldovenyaske) — SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri. 2 avqust 1940-cı ildə təşkil olunmuşdur.
Moldova yüksəkliyi
Moldova yüksəkliyi (rum. Podișul Moldovei) — Rumıniyanın şərqində, Prut və Siret çayları arasında yüksəklik. Maksimum hündürlüyü 562 metrdir. Əhəngdaşı, qumdaşı və gillərdən təşkil olunmuşdur. Bitkisi, əsasən, meşə-çöl tiplidir. Çox hissəsi əkin sahəsi və üzümlüklərdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Moldova yüksəkliyi // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров.
Moldova İES
Moldova İES (rum. Termocentrala de la Cuciurgan, rus. Молдавская ГРЭС, tam adı: Moldova İstilik Elektrik Stansiyası) — Moldovanın de-yuri ərazisi olan Dnestryanı Respublikasınını Dnestrovsk şəhərində, Kuçurqan estuarisinin sahilində yerləşən böyük bir istilik elektrik stansiyası. 26 sentyabr 1964-cü ildə istifadəyə verilmişdir. SSRİ-nin dağılmasından əvvəl bölgə xeyli miqdarda elektrik enerjisi istehsal edərək Rumıniya, Bolqarıstan və digər ölkələrə ixrac edirdi. Stansiyanın ümumi gücü 2520 MVt-dır. Stansiya təbii qaz, kömür və yanacaq yağı istifadə edərək elektrik enerjisi istehsal etmək imkanına malikdir. == Tarixi == 2005-ci ildə Moldova İES QSC özəlləşdirildi və sonra Rusiyanın İnter SC REŞ-ləri qrupunun bir hissəsi olur. Qeyd etmək lazımdır ki, Moldova hökuməti "Dnestryanın sol sahilində və Bender şəhərində yerləşən, Hökumətlə müəyyən edilmiş qaydada özəlləşdirilməyən obyektlərə mülkiyyət hüququnu təmin etmir". 2009-cu ildən etibarən Moldova İES QSC Moldovaya elektrik enerjisinin əsas tədarükçüsüdür.
Moldova şəhərləri
Moldova şəhərlərinin siyahısı.
Moldova ədəbiyyatı
Moldova ədəbiyyatı — dilindən asılı olmayaraq Moldaviya knyazlığı, Prutboyu Moldaviya, Bessarabiya, Moldova MSSR, Moldova SSR və müasir Moldova Respublikasının ədəbiyyatı. Moldova ədəbiyyatında xalq yaradıcılığı (nağıllar, qəhrəmanlıq dastanları, tarixi nəğmələr, əfsanələr, atalar sözü və məsəllər, lirik nəğmələr, balladalar) zəngindir. == Tarixi == === Orta əsrlər === Moldovada ilk yazılı abidələr IX–X əsrlərin ayrıcından XVII əsrədək din və dövlət dili, habelə ədəbi dil olan slavyan kilcə (orta bolqar) dilində yaranmışdır. Mitropolit Varlaam ilk moldav kitabının ("Kazaniya", 1643) müəllifidir. XVII əsrdə salnaməçilərdən Qriqori Ureke, İon Nekulçe, Miron Kostin, Nikolay Milesku tanınmışlar. Dmitri Kantemirin yaradıcılığı XVIII əsr moldav mədəniyyətinin zirvəsidir. XVIII əsrin sonralarında lirik poeziya yarandı (İon Kontakuzino, Matey Milo və b.). === Yeni dövr === XIX əsrin birinci rübündə dekabristlərin ideyaları, Puşkinin azadlıqsevər poeziyası Moldova ədəbiyyatına güclü təsir göstərmişdir. A. Xıjdey rus dilində vətənpərvər ruhlu şeirlər yazmış, moldav, rus və Ukrayna xalqlarının dostluğunu tərənnüm etmişdir. K. Konaki, K. Stamati, Georqe Asaki milli ədəbiyyatı inkişaf etdirmişlər.
Qərbi Moldova
Moldova (rum. Moldova), həmçinin Qərbi Moldova — Rumıniya şərqində vilayət. Qərbdə şərqi Karpatla şərqdə Prut çayı arasında yerləşir. İnzibati bölgüyə görə Rumıniyanın Bakeu, Vasluy, Vrança, Qalas, Nyams, Yassı judesləri və Botoşani və Suçava judeslərinin bir hissəsi daxildir. == См. ==
Moldova pasportu
Moldova pasportu — Moldova vətəndaşlarına beynəlxalq səyahət üçün verilən sənəd. Pasport Dövlət Təşkilat və İnformasiya Resursları mərkəzi "Registru" tərəfindən, xaricdə isə Moldovanın xarici nümayəndəlikləri tərəfindən verilir. Pasportun etibarlılıq müddəti 7 ildir. 7 yaşa qədər uşaqlar üçün pasportun etibarlılıq müddəti 4 ildir. 2006-cı il yanvarın 1-dən Moldova vətəndaşları eyni vaxtda iki pasport almaq imkanı üçün yerli pasport idarəsinə yazılı müraciət etməlidirlər. Moldovanın ilk biometrik pasportu 2008-ci il yanvarın 1-də verilib. Yeni məcburi Moldova biometrik pasportu 1 yanvar 2011-ci ildə buraxılıb və qiyməti 700 MDL (45 avro) təşkil edir. Pasportun çipində sahibinin qan qrupu, rəqəmsal barmaq izi və rəqəmsal şəkli var. Rəqəmsal barmaq izi 12 yaşdan kiçik uşaqlar üçün məcburi deyil. Köhnə qeyri-biometrik pasportlar istifadə müddəti bitənə qədər etibarlı olacaq, səyahət üçün isə yalnız yeni biometrik pasportlar etibarlı olacaq.
Moldova şəhərlərinin siyahısı
Moldova şəhərlərinin siyahısı.
Azərbaycan-Moldova futbol matçlarının siyahısı
== Kişilər == === Əsas milli komanda === 02.09.1994 Kişinyov YO Moldova – Azərbaycan 2:1 22.03.1998 Bakı YO Azərbaycan – Moldova 1:0 24.03.2001 Bakı DÇSO Azərbaycan – Moldova 0:0 01.09.2001 Kişinyov DÇSO Moldova – Azərbaycan 2:0 31.03.2004 Kişinyov YO Moldova – Azərbaycan 2:1 09.02.2005 Bakı YO Azərbaycan – Moldova 0:0 18.05.2006 Kişinyov YO Moldova – Azərbaycan 0:0 26.05.2010 Avstriya YO Moldova – Azərbaycan 1:1 17.11.2015 Bakı YO Azərbaycan – Moldova 2:1 30.01.2018 Antalya YO Azərbaycan – Moldova 0:0 06.06.2021 Kişinyov YO Moldova – Azərbaycan 1:0 16.11.2022 Kişinyov YO Moldova – Azərbaycan 1:2 === U-21 === 24.03.2001 Bakı DÇSO Azərbaycan – Moldova 0:0 31.08.2001 Kişinyov DÇSO Moldova – Azərbaycan 1:0 31.05.2011 Bakı YO Azərbaycan – Moldova 1:0 05.03.2014 Tiraspol YO Moldova — Azərbaycan 1:1 27.09.2022 Bakı YO Azərbaycan – Moldova 0:0 === U-19 === 31.10.2007 Kişinyov, Moldova AÇSO Moldova – Azərbaycan 0:0 23.08.2012 Kişinyov, Moldova YG Moldova – Azərbaycan 0:3 10.04.2013 Kişinyov, Moldova YG Moldova – Azərbaycan 3:2 12.04.2013 Kişinyov, Moldova YG Moldova – Azərbaycan 1:0 13.10.2020 Kişinyov, Moldova AÇSO, Moldova — Azərbaycan -:- 05.06.2021 Kişinyov, Moldova YG Moldova – Azərbaycan 1:1 06.06.2021 Kişinyov, Moldova YG Moldova – Azərbaycan 2:0 === U-17 === 17.05.2012 Kişinyov, Moldova BT Moldova – Azərbaycan 0:0 24.09.2015 Orxey, Moldova YO Moldova – Azərbaycan 1:5 26.09.2015 Orxey, Moldova YO Moldova – Azərbaycan 0:2 07.05.2023 Tirana Albaniya BT Azərbaycan - Moldova -:- === U-15 === 17.06.2014 Vadul-luy-Vode, Moldova YG Moldova – Azərbaycan 2:1 19.06.2014 Vadul-luy-Vode, Moldova YG Moldova – Azərbaycan 1:1 23.10.2019 Kişinyov, Moldova YG Moldova (U-16) – Azərbaycan (U-16) 0:2 25.10.2019 Vadul-luy-Vode, Moldova YG Moldova (U-16) – Azərbaycan (U-16) 2:0 === Klublar === 14.07.2005 Otaç UEFA Kuboku seç. mər. Nistru – Xəzər-Lənkəran 3:1 28.07.2005 Bakı UEFA Kuboku seç. mər. Xəzər-Lənkəran — Nistru 1:2 13.07.2006 Kişinyov UEFA Kuboku seç. mər. Zimbru – Qarabağ 1:1 27.07.2006 Bakı UEFA Kuboku seç. mər. Qarabağ – Zimbru 1:2 17.07.2006 İmişli UEFA İntertoto Kuboku seç. mər.
Azərbaycan–Moldova futbol matçları

Moldova SSR-nin himni
Moldova SSR-in dövlət himni (mold. Имнул де Стат ал РСС Молдовенешть; rum. Imnul de Stat al RSS Moldovenești; rus. Гимн Молдавской ССР, Gimn Moldavskoj SSR) — 1945–1991-ci illərdə Moldova SSR-in dövlət himni.
Moldova Sovet Sosialist Muxtar Respublikasının Konstitusiyası (1925)
Moldova Sovet Sosialist Muxtar Respublikasının 1925-ci il Konstitusiyası (rum. Constituția Republicii Autonome Sovietice Socialiste Moldovenești din 1925) — 23 aprel 1925-ci ildə Moldova MSSR I Sovetlər Qurultayında təsdiqlənmiş konstitusiya. 10 may 1925-ci ildə Ukrayna SSR IX Ümumi Sovetlər Qurultayında Moldova MSSR Konstitusiyasını qəti şəkildə gücləndirildi. Moldova MSSR-nin Konstitusiyası ilk növbədə propaqanda xarakteri daşıyırdı. Partiya və respublika liderləri Bessarabiya ilə yenidən birləşmək və ya hətta Sovet Rumıniyası yaratmaq məqsədini ardıcıl olaraq bəyan etmişdi. Moldova MSSR-nə Ukrayna SSR-dən ayrılmaq hüququ verilmişdir. Bu, 1919-cu ildə Ukrayna SSR Konstitusiyasına edilən dəyişikliklərlə təsdiqlənmiş (4-cü maddə) və 1929-cu ildə Ukrayna SSR Konstitusiyasında təsbit edilmişdir. == Ədəbiyyat == А. В. Сурилов. История государства и права МССР (1917 - 1958). Кишинев.
Moldova Sovet Sosialist Muxtar Respublikasının Konstitusiyası (1938)
Moldova Sovet Sosialist Muxtar Respublikasının 1938-ci il Konstitusiyası (rum. Constituția Republicii Autonome Sovietice Socialiste Moldovenești din 1938) — 6 yanvar 1938-ci ildə Moldova MSSR VII Sovetlər Qurultayında təsdiqlənmiş konstitusiya. Moldova MSSR-in yeni konstitusiyası 11 fəsil və 114 maddədən ibarət idi. Bu, 1925-ci il Konstitusiyasından 4 fəsil daha uzun idi. Yeni fəsillər sosial nizamdan, vətəndaşların hüquq və vəzifələrindən, seçki sistemindən, konstitusiyaya dəyişikliklər edilmə prosedurundan bəhs edirdi. == Ədəbiyyat == А. В. Сурилов. История государства и права МССР (1917 - 1958). Кишинев. 1961 Государственно-правовые акты. Кишинев.
Moldova Sovet Sosialist Respublikası
Moldova Sovet Sosialist Respublikası və ya Moldaviya Sovet Sosialist Respublikası (mold. Република Советикэ Сочиалистэ Молдовеняскэ, Republika Sovetike Soçialiste Moldovenyaske) — SSRİ-nin tərkibinə daxil olan 15 ittifaq ölkələrindən biri. 2 avqust 1940-cı ildə təşkil olunmuşdur.
Moldova Sovet Sosialist Respublikası himni
Moldova SSR-in dövlət himni (mold. Имнул де Стат ал РСС Молдовенешть; rum. Imnul de Stat al RSS Moldovenești; rus. Гимн Молдавской ССР, Gimn Moldavskoj SSR) — 1945–1991-ci illərdə Moldova SSR-in dövlət himni.
Moldova Sovet Sosialist Respublikasının himni
Moldova SSR-in dövlət himni (mold. Имнул де Стат ал РСС Молдовенешть; rum. Imnul de Stat al RSS Moldovenești; rus. Гимн Молдавской ССР, Gimn Moldavskoj SSR) — 1945–1991-ci illərdə Moldova SSR-in dövlət himni.
Moldova Xarici İşlər Nazirliyi
Moldova Xarici İşlər Nazirliyi (mold. Ministerul Afacerilor Externe și Integrării Europene al Republicii Moldova) — Moldova hökumətinin doqquz nazirliyindən biri. Dövlətin xarici siyasətindən cavabdehdir. == Tarixi == 1944-cü il fevralın 1-də Moldova Sovet Sosialist Respublikasının Xarici İşlər Xalq Komissarlığı olaraq qurulmuşdur. 1946-cı il martın 27-də Moldova Sovet Sosialist Respublikasının Xarici İşlər Nazirliyi yaradılır. Moldova Konstitusiyasına görə, hökumət quruluşu qəbul edilmiş qanunla müəyyənləşdirilir. Xarici İşlər Nazirliyinin mövqeyi, Moldova hökumətində ən yüksək vəzifələrdən biri hesab edilir.
Moldova milli futbol komandası
Moldova milli futbol komandası — Moldovanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası.
-ери-(я) перелицо́вываться поеди́ночный позлати́ть соедини́мость щипа́ться дека́да дочу́рка оттяга́ть синь- balneology Chautauqua delinquency epicentrum field trip foliaceous gauge-cock lame perisystole Rapid City welcome home авиасъёмка скромник сталактитовый учебный