MOLİBDEN

\[yun. molybdos-qurğuşun.\] 1. молибден (лацу-гимиш ранг алай, четин цӀрадай цӀарцӀар гудай са металл-химиядин элемент); 2. молибдендикай авур, молибдендин (мес. сим).
MOLEKULYAR
MOLİBDENLİ
OBASTAN VİKİ
Molibden
Molibden (Mo) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 42-ci element. İstiliyə və aşınmağa qarşı müqavimətli olan müəyyən nikel əsaslı ərintilər istehsalında istifadə edilir. Nüvə enerji tətbiqlərində, elektrik qızdırıcılarının incə tellərində, raket və hava nəqliyyat vasitəsilərinin parçalarının istehsalında da istifadə olunur. Neftin ayrılması əməliyyatlarında əhəmiyyətli bir katalizatordur. Bitkilər üçün əhəmiyyət daşıyan bir əsər elementdir. Molibden sülfit, xüsusilə yağların pozulmağa məruz qaldığı yüksək temperaturda, rahat bir yağlayıcı maddədir. Ultra-yüksək gücdəki çəliklərin demək olar hamısı, % 8-25 arası nisbətdə molibden ibarətdir. Bitkilərdə molibdenin miqdarı 0,0001-dən 0,001 % (kütlə ilə) qədər intervalda dəyişir. O əsasən cavan, böyüyən orqanlarda (xüsusən bitkilərin toxumaları onunla zəngin olur) toplanır. O, elə fermentlərin tərkibinə daxildir ki, onların təsiri ilə hüceyrələrdə azotun reduksiyası baş verir.
Molibdenit
Molibdenit – MoS2 — heksaqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == İordizit – dəmirli molibdenit. == Xassələri == Rəng – mavi çalarlı qurğuşunu-boz; Mineralın cizgisinin rəngi – parlaq mavi çalarlı boz; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,6-5; Sərtlik – 1; Nazik vərəqləri əyilgəndir, lakin elastik deyil; əllə toxunduqda yağlıdır; Ayrılma – {0001} üzrə tam mükəmməl; Başqa xassələr – zəif elektrikkeçiriciliyi qızdırıldıqda artır; elektrikkeçiriciliyi pinakoid üzrə c oxuna nisbətən 103 dəfə çoxdur; Morfologiya – kristallar: heksaqonal-lövhəvari, qısaprizmatik, çəlləkvari; İkiləşmə: nadir hallarda {0001} üzrə; Mineral aqreqatları: vərəqvarı, pulcuqlu, sıx, bəzən toz şəkilli ( iordizit ) kütlələr, püruzlar. == Mənşəyi və yayılması == Tipik yüksək - və ortatemperaturlu hidrotermal mineraldır, turş püskürmə süxurlarla əlaqədardır. Ən böyük yığınları mis-porfir yataqlarında qeyd edilir. Bir sıra skarn tipli şeelit yataqlarında da geniş inkişaf etmişdir. Bəzən peqmatitlərdə, qreyzenlərdə və misli qumdaşlarında müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: kvars, xalkopirit, bornit, volframit, şeelit, kassiterit, topaz, flüorit, apatit. Mineralın tapıldığı yerlər: Klaymaks (ABŞ); Sinovets, Krupka (Çexiya); Auerbax (Almaniya); Erdenet (Monqolustan); Qaraoba (Qazaxıstan); Tırnıauz (Rusiya); Qacaran (Ermənistan) və b.

Digər lüğətlərdə

гидроаку́стика изобрета́тельница исполни́тельство одноголо́сный осма́ливать полусу́мрак сверли́льный христолюби́вый габарди́новый дезадапта́ция довыполне́ние коры́тце красть нея́вка провы́ть bay-rum bicameral eluvium peat shoebrush touch-string volitive жерех марлевый развоеваться