MOLLABAŞI₁

is. köhn. Baş molla, mollaların başçısı.
[Xacə:] Fərraş göndər, … molla Yəhyanı və mollabaşı Axund Səmədi mənim hüzuruma çağırsın! M.F.Axundzadə.

MOLLABAŞI₂
MOLLAGUNƏ
OBASTAN VİKİ
Mollabaşı
Çobanyastığı (lat. Matricaria) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == Ümumi məlumat == Mollabaşı (Çobanyastığı) – Chamomilla recutita (L.) Rauschert. Dünya florasının tərkibində çobanyastığının 50 növü yayılmışdır. Cinsin Qafqazda 3, o cümlədən Azərbaycanda 2 növünə təsadüf edilir. Botanika elmində işlədilən bitki adlarının nomenklaturasında dərman çobanyastığı başqa adla, yəni səhv olaraq “vulgare” kimi təqdim edilmişdir. Sonralar 1708-1777-ci illərdə yaşamış alman botaniki Haller bitkiyə “matircaria” adı vermişdir. Matircaria latın sözü olub “balalıq” və “uşaqlıq”, “mater” isə “ana” mənalarını verir. Alim çobanyastığının güclü mualicəvi təsirə malik olduğunu qeyd edərək bildirir ki, bitki ilə bir çox xəstəlikləri, o cümlədən də “uşaqlığı” müalicə edirmişlər. Bitkinin növ adı isə “rectuta”dır (recutitus - hamar, çılpaq sözlərindən götürülmüşdür).
Adi mollabaşı
Aptek çobanyastığı (lat. Matricaria chamomilla) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çobanyastığı cinsinə aid bitki növü. Hündürlüyü 20-45 sm, gövdəsi düz, sadə və ya budaqlanan və demək olar ki, çılpaq birillik ot bitkisidir. == Yarpaq == Yarpaqları oturaq, nazik xətli, sivri uclu, aralanmış dilimlərə ikiqat-üçqat lələkvari bölünmüşdür. == Çiçək == Səbətin eni 5–8 mm olub, uzun saplaq üzərindədir. Qın yarımşarşəkillidir, yarpaqcıqları uzunsov-yumurtaşəkilli parlaq pərdəşəkilli haşiyələnmişdir. Dilcikşəkilli çiçəkləri ağ rəngdədir , qından iki dəfə uzundur, ortadakılar borucuqludur, sarı rəngdədir. == Meyvə == Toxumlarının uzunluğu 1 mm-ə yaxındır, uzunsov, az qatlanmışdır, qarın tərəfdən 5 ədəd qabırğası vardır, təpə hissədə köndələn, demək olar ki, kənarsızdır. İyun-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir. == Azərbaycanda yayılması == Kür-Araz oval.
Mollabaşı (Ərdəbil)
Mollabaşı (fars. ملاباشي‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 3,531 nəfər yaşayır (830 ailə).

Digər lüğətlərdə

а́дски землеро́б космови́дение расколу́пывать средото́чие трёхцве́тный бриз волье́р незара́зный немы́слимый подтача́ть радиолока́тор опасный dentoid isomorphism mishandling moulinet Pali Roger sportful tracheal вечнозелёный грейдер криворотый подлить