MORATORİUM

[ lat. moratorius – yubadan] iqt. Hər hansı fövqəladə vəziyyət (müharibə, böhran, təbii fəlakət və s.) ilə əlaqədar olaraq hökumətin göstərişi ilə borcları ödənilməsinin təxirə salınması.
MOR₂
MORDVA
OBASTAN VİKİ
Moratorium
Moratorium (lat. moratorius — ləngitmə, təxirəsalma) — mülki hüquqda hökumət tərəfindən müəyyən edilmiş öhdəlik müəyyən müddətə və ya hansısa fövqalədə hadisənin sonuna qədər yerinə yetirilməsinin təxirə salınması (məsələn, müharibə, təbii fəalakət).
Huver moratoriumu
== Huver moratoriumu və tərksilah məsələsi == 1930-cu illərin əvvəllərində Avropada beynəlxalq münasibətlərdə ön plana çıxan məsələlərdən biri Avstriya-Almaniya gömrük ittifaqının yaradılması oldu. Almaniyanın Versal-Vaşinqton sisteminə əsasən götürdüyü bütün öhdəliklərin əksinə olaraq, Avstriya ilə gömrük ittifaqı bağlaması qalib dövlətlərin etirazına səbəb oldu. Beynəlxalq daimi tribunal bu gömrük ittifaqını ləğv etdi. Buna cavab olaraq, Almaniyada nasional-sosializm, revanşizm və Versal sistemini dağıtmaq meylləri gücləndi. İqtisadi böhranın təsiri nəticəsində Almaniyanın təzminatı ödəməyə gücü çatmadı. Belə olduqda Almaniya prezidenti Hindenburq ABŞ prezidenti Huverdən kömək istədi. Huver isə 1 il müddətində bütün təzminat və istiqrazların ödənilməsinin dayandırılması təklifini irəli sürdü. Bu təklif Huver moratoriumu adını aldı. 1931-ci ildə Londonda iri dövlətlərin baş nazirlərinin keçirdiyi konfransda Almaniyaya uzunmüddətli kredit vermək və ölkənin maliyyə vəziyyətini öyrənmək üçün komissiya yaradıldı. Yaradılmış komissiya vəziyyəti araşdıraraq Almaniyanın təzminatı ödəmək iqtidarında olmadığını bildirdi.

Digər lüğətlərdə

взаимодополня́ющий водоочисти́тельный инструкти́ровать обеспло́диться обнадёживающий отвалообразова́тель разъединённо ребятёночек шахтёрить алкало́иды быть, находиться и т.п. между молотом и накова́льней выжива́ние жнец ма́слить провока́тор сиени́товый слина enleague organized pip out tollage ungirt бортпроводница проклейка раскутаться