MOTAL

is.
1. Pendir, şor və s. saxlamaq üçün xüsusi surətdə hazırlanmış qoyun və ya keçi dərisi. Motaldan şor çıxarmaq.
– Məscidin alçaq qapısından hamballar dalında motal və qeyri baqqal şeyləri çıxardırdılar. Çəmənzəminli.
Payızqabağı [Murad bəyin] evində motal motala söykənirdi. Qantəmir.

□ Motal papaq – qoyun dərisindən evdə tikilən iri papaq.
[Rəiyyətin] isti-soyuqdan saxlayan motal papağı, ətəyi büzməli arxalığı var idi. S.Rəhimov.
…Arabanın çağları arasından Əlləzoğlunun motal papağı qaralırdı. İ.Hüseynov.

Motal pendiri – motalda saxlanılan pendir.
Süfrədə hər şey vardı: camış qaymağı, beçə balı, inək yağı, üzlü motal pendiri, təndir çörəyi, qənd, şəkər. Ə.Vəliyev.

Motal tutmaq – saxlamaq üçün pendiri, şoru duzlayıb motala doldurmaq.
[Qurbanəli:] Biriki motal tutmuşdum, onu da satıb özümə yapıncı almışam. N.Vəzirov.

2. dan. İri, şişman, piyli (qarın haqqında).
MOSİ
MOTALQARIN
OBASTAN VİKİ
Motal
Motal — müxtəlif süd məhsullarını uzun müddət saxlamaq üçün xırdabuynuzlu heyvan dərisindən hazırlanmış qab. == Ümumi məlumat == Pendir, yağ və şor maldar əhali arasında əsasən motallarda saxlanılır. Azərbaycanda bir-birinə oxşar iki motal növü var: Xırdabuynuzlu heyvan dərisinin iyidilərək yunu yonulur və duzlanaraq qurudulur. Sonra dəri yenidən yumşaldılaraq içəri tərəfə çevrilir. Dərinin qolları iplə möhkəm bağlanır. Motala pendir yığılanda onun içərisinə bir qədər üzlü süd, dələmə və ya qaymaq tökülür ki, pendir həm yaxşı qalsın, həm də yağlılığı və dadı artsın. Ağzı bağlanan motalı uzun müddət saxlamaq olur. Xalq arasında buna Qarabağ motalı deyilir. Qazax motalı adı ilə tanınan digər motal Azərbaycanın qərb zonasında geniş yayılmışdır. Bu növ motalı hazırlamaq üçün yenə də dəri duzlanır və günün altında möhkəm qurudulur.
Motalayataq
Motalayataq — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Coğrafi ad motal ağac növü və yataq «müvəqqəti məskən yeri» sözlərinin birləşməsindəndir. == Tanınmış şəxslər == === Şəhidləri === Əhəd Ağayev (1986-2020).
Motalayataq bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.

Digər lüğətlərdə

достира́ть крокиро́вка навида́ться невпроворо́т обезво́леть опцио́нный подлеца́ прове́с распахну́ть репара́ция сан засусо́ливанье откры́тость подви́жник ре́крут хозрасчёт мамонт узор acceptant declinograph smorgasbord spectatress woundedly вкрапить переносный