MOTUR
MOV
OBASTAN VİKİ
Oneiro Mou (Qianna Terzi mahnısı)
Oneiro Mou (yun. Όνειρο μου; azərb. Röyam‎) — Yunanıstanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Qianna Terzi "Oneiro Mou" mahnısı ilə Yunanıstanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Bu Yunanıstanın Avroviziyada 1998-ci ildən bəri ilk bütövlükdə yunan dilində səslənən mahnısıdır. Yunan musiqisinin zəngin şəkildə istifadə olunduğu mahnı ifaçı Qianna Terzi və eyni zamanda yunan bəstəkarlar Aris Kalimeris, Dimitris Stamatiu və Mixalis Papatanasiu tərəfindən bəstələnmişdir.
Amblyseius mountus
Brokeback Mountain: Original Motion Picture Soundtrack
Brokeback Mountain: Original Motion Picture Soundtrack - Enq Linın "Qozbel dağ" filminin musiqilərinin satışa çıxarıldığı albom. Albom 1 noyabr 2005-ci ildə buraxılmışdı. == Musiqi albomu == "Qozbel dağ" filminin orijinal film musiqisi albomu 2005-ci ildə satışa çıxarılmışdır. Orijinal partitura və musiqinin bəstəkarı Qustavo Santaolalladır. Bütün dünya üzrə albomun 300 000-dən artıq nüsxə ilə satılmışdır ki, ondan da 100 000-i ABŞ-nin payına düşürdü.Albom iki Qızıl Qlobus mükafatına nominasiya almışdır: Ən yaxşı orijinal musiqi və Ən yaxşı orijinal mahnı ("A Love That Will Never Grow Old"), həmçinin Qremmi mükafatına da nominasiya edilmişdi. == CD trek siyahısı == "Opening" - Qustavo Santaolalla – 1:31 "He Was a Friend of Mine" - Villi Nelson – 4:42 "Brokeback Mountain I" - Qustavo Santaolalla – 2:32 "A Love That Will Never Grow Old" - Emmylou Harris – 3:20 "King of the Road" - Teddi Tompson & Rufus Ueynrayt – 2:53 "Snow" - Qustavo Santaolalla – 1:18 "The Devil's Right Hand"- Stiv Örl – 2:34 "No One's Gonna Love You Like Me" - Meri Mak Brayd – 3:06 "Brokeback Mountain II" - Qustavo Santaolalla – 1:59 "I Don't Want to Say Goodbye"- Teddi Tompson – 3:12 "I Will Never Let You Go" - Ceki Qrin – 1:55 "Riding Horses" - Qustavo Santaolalla – 1:24 "An Angel Went Up in Flames" - The Gas Band – 2:36 "It's So Easy" - Linda Ronstadt – 2:27 "Brokeback Mountain III" - Qustavo Santaolalla – 2:14 "The Maker Makes" - Rufus Ueynrayt – 3:50 "The Wings" - Qustavo Santaolalla – 1:52 == "The Wings" CD sinqlı üçün trek siyahısı == "The Wings" (Gabriel & Dresden's Organized Nature Remix) "The Wings" (Manny Lehman, Tony Moran & Warren Rigg Collaboration Remix) "The Wings" (Manny Lehman Remix) == Tam soundtrek siyahısı == Filmdə orijinal kompozisiyalar istifadə olunmuşdu: "Universal Pictures fanfara" – Ekranda Universal Pictures titrları "Focus Features fanfara" – Ekranda Focus Features titrları "River Road Entertainment fanfare" – Ekranda River Road Entertainment titrları "Opening" - Qustavo Santaolalla – Filmin əvvəli; Ennis Signala (Vayominq) gəlir "Brokeback Mountain #1" - Qustavo Santaolalla – Cek & Ennis qoyunları otarmağa gedirlər "Camp" - Qustavo Santaolalla – Cek və Ennis qoyunları otaran vaxt №1 lagerinə üz tuturlar. "Streets of Laredo (song)" ("Laredo küçəsi" ilə də tanınır) – Ennis dağda ayının izinə düşür "Carrying Sheep" - Qustavo Santaolalla – Montaj: Cek düşərgədən çıxaraq Ennislə birgə palatka qurur. Amma Cek, palatkaların "düz quraşdırılmadığını" deyir "Harmonica #1" - Qustavo Santaolalla – Cek riffdə "O mənim dostum idi" mahnısını çalır (No. 53) "Water Walkin' Jesus" – Cek və Ennis ocağın ətrafında din haqqda söhbət edirlər. "Getting Drunk" - Qustavo Santaolalla – Ennis, viskidən çox içərək sərxoş olur və ocağın yanında yatır "Horse Love" - Qustavo Santaolalla – Ennis düşərgəni tərk edir; ölü qoyunları tapır; palatkada Cek və Ennis cinsi əlaqədə olurlar.
Bulbophyllum moulmeinense
Bulbophyllum oblongum (lat. Bulbophyllum oblongum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Hind-Çin üçün endemik növdür. == Sinonimləri == Bulbophyllum burkillii Gage Bulbophyllum moulmeinense Rchb.f. Trias oblonga Dendrobium tripterum Wall. ex Hook.f. Trias ovata Lindl.
Callista moulmeinensis
Dendrobium devonianum (lat. Dendrobium devonianum) – səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == Dendrobium pulchellum var. devonianum (Paxton) Rchb.f. (1861) Callista devoniana (Paxton) Kuntze (1891) Dendrobium pictum Griff. ex Lindl. (1859) Dendrobium devonianum var. rhodoneurum Rchb.f. (1868) Dendrobium moulmeinense C.S.P. Parish ex Hook.f.
Dendrobium moulmeinense
Dendrobium devonianum (lat. Dendrobium devonianum) – səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == Dendrobium pulchellum var. devonianum (Paxton) Rchb.f. (1861) Callista devoniana (Paxton) Kuntze (1891) Dendrobium pictum Griff. ex Lindl. (1859) Dendrobium devonianum var. rhodoneurum Rchb.f. (1868) Dendrobium moulmeinense C.S.P. Parish ex Hook.f.
Duqlas Mouson
Duqlas Mouson (ing. Sir Douglas Mawson; 5 may 1882 – 14 oktyabr 1958[…]) — avstraliyalı geoloq, Antarktida araşdırmaçısı, üç Antarktika ekspedisiyasının iştirakçısı. == Təhsil == Duqlas Mouson 5 may 1882-ci ildə Bredford şəhərində bir ingilis ailəsində anadan olmuşdur. 1884-cü ildə onun hələ iki yaşı olarkən ailəsi Avstraliyaya köçmüşdür. 16 yaşında ikən Sidney Universitetinə daxil olmuşdur. 1901-ci ildə universiteti dağ mühəndisi olaraq bitirmişdir. 1904-cü ildə o kursu bitirərək bakalavr dərəcəsi alır. Adeleidaya mineralogiya üzrə məruzələr demək məqsədi ilə dəvət edilir. 1920–1954-cü illər ərzində geologiya kafedrasının aparıcı üzvü olmuşdur. == Ekspedisiya == Mouson ilk dəfə 1903-cü ildə altı ay müddətində Yeni Hebrid adalarının geologiyasını araşdırmışdır.
Dyula Mour
Dyula Mour (mac. Moór Gyula; 11 avqust 1888, Brаșоv – 3 fevral 1950, Budapeşt) — Macarıstan hüquqşünası, professor, millət vəkili. 1945-1946-cı illərdə Macarıstan Elmlər Akademiyasının prezidenti olmuşudr. == İstinadlar == == Mənbə == Szegedi egyetemi almanach: 1921–1995. Vol. I. (1996). Szeged, (ed. Rezső Mészáros). p. 53.
Emilia moutsamboteana
Emilia moutsamboteana (lat. Emilia moutsamboteana) — mürəkkəbçiçəklilər fəsiləsinin emilia cinsinə aid biki növü.
Erigeron moupinensis
Erigeron moupinensis (lat. Erigeron moupinensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü.
Fragaria moupinensis
Fragaria moupinensis (lat. Fragaria moupinensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü.
Hamilton Mouran
Antônio Hamilton Martins Mourão (15 avqust 1953, Portu-Aleqri) — 2019-cu ildən Braziliyanın vitse-prezidenti olması ilə məşhur olan braziliyalı general. == Həyatı == 14 avqust 1953-cü ildə doğulub.
Hamilton Mourão
Antônio Hamilton Martins Mourão (15 avqust 1953, Portu-Aleqri) — 2019-cu ildən Braziliyanın vitse-prezidenti olması ilə məşhur olan braziliyalı general. == Həyatı == 14 avqust 1953-cü ildə doğulub.
Homalium mouo
Homalium mouo (lat. Homalium mouo) — söyüdkimilər fəsiləsinin homalium cinsinə aid bitki növü.
Joze Mourinyo
Joze Mario dos Santos Mourinyo Feliks və ya qısaca Joze Mourinyo (26 yanvar 1963, Setubal[d]) — portuqaliyalı baş məşqçi və keçmiş futbolçu. Artıq Tottenhemin baş məşqçisidir. Bir çox oyunçu, məşqçi və idman şərhçiləri tərəfindən dünyanın ən yaxşı və ən uğurlu baş məşqçisi hesab edilir. 2015-ci ildə Portuqaliya Futbol Federasiyası tərəfindən Portuqaliyada "Əsrin məşqçisi" adına layiq görülüb. 2017-ci ildə UEFA-nın əsasının qoyulduğu 1954-cü ildən indiyə qədərki dövr ərzində fəaliyyət göstərmiş ən yaxşı 10 baş məşqçinin siyahısına düşməyi bacarmışdır. Elə həmin il futbol tarixində transferlərə 1 milyard funt-sterlinqdən çox xərcləyən ilk məşqçi olmuşdur.Mourinyo peşəkar futbolçu karyerasına Portuqaliya İkinci Diviziyasında başlamışdır. O, Lissabon Texniki Universitetində "idman elmləri" ixtisası üzrə təhsil aldıqdan sonra Britaniyada məqşçilik kurslarında iştirak etmişdir. Lissabonda bədən tərbiyəsi müəllimi, gənclərdən ibarət klubda məşqçi, skaut və köməkçi məşqçi kimi işləmişdir. 1990-cı illərin əvvəllərində Portuqaliyanın Sportinq və Portu, həmçinin İspaniyanın Barselona klublarında baş məşqçi Ser Bobbi Robsonun tərcüməçisi olmuşdur. Robson Barselonanı tərk etdikdən sonra onun postuna sahib çıxan Lui van Qaalın dövründə də Kataloniya təmsilçisində fəaliyyətini davam etdirmişdir.
Luis Moura
Luis Felipe Bomfim dos Santos Moura (d. 25 avqust 2002) — Braziliyalı suya tullanan. Luis Moura Braziliyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Luis Moura birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 264.45 xal toplayaraq 37-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Modest Mouse
Modest Mouse — 1993-cü ildə Vaşinqtonda yaranmış indi-rok qrupudur. == Qrup haqqında == 1994-cü ildə hazırladıqları "Blue Cadet-3, Do You Connect?" EP albomu ilə musiqi karyerasına başlamışdır. Adını Virciniya Vulf'un hekayəsi "The Mark On The Wall" dan alan qrup, 1996-cı ildə Dann Gallucci və John Wickhart ilə yollarını ayırdı. Heyətə Eric Judy'ni (bas gitar) əlavə edən qrup, eyni il Up Records etiketi ilə "This Is A Long Drive For Someone With Nothing To Think About" adlı ilk albomunu satışa çıxardı. Albomun istehsalında Steve Wolde ilə çalışan qrup, eyni il "Interstate 8" adlı EP albomunu da yayımladı. 1997-ci ildə "The Fruit That Ate itself" adlı EP albomunu çıxaran Modest Mouse, eyni il "The Lonesome Crowded West" adlı 2-ci albomu ilə uğur əldə etdi. 1990-cı illərin ən əhəmiyyətli indie albomları arasında qəbul edilən albom, bu gün etibarilə albom ən yaxşı indie albom kimi qiymətləndirilir. 1999-cu ildə "Night On The Sun" adlı EP albomunu yalnız Yaponiyada satışa çıxardan Modest Mouse, 2000-ci ildə Epic Records ilə razılaşmağa qərar verdi. Eyni il hazırladığı "Building Nothing Out ​​Of Something" adlı yığma albomun ardından "The Moon & Antarctica" adlı 3-cü albomunu pərəstişkarları ilə paylaşan qrup, albomun istehsalında Brian Deck ilə birlikdə çalışdı. Xüsusilə Isaac Brock'ın ağıl dolu sözləri ilə bəyənilən albom ilə əsas soundunu tutan qrup, 2001-ci ildə çıxardığı "Sad Sappy sucker" adlı albom ilə 1994-cü ildə yazdığı ancaq satışa çıxarmadığı albomunu pərəstişkarları ilə paylaşdı.
Moulin Rouge! Music from Baz Luhrmann's Film
Moulin Rouge! Music from Baz Luhrmann's Film – Baz Luhrmannın 2001-ci ildə çəkdiyi Mulen Ruj! Filminin musiqilərinin toplandığı albomdur. Albom 8 may 2001-ci ildə satışa çıxarılmışdır. Albomda filmdə istifadə edilmiş mahnıların əksəri yer almışdır. Lakin mahnıların bəzilərinin alternative versiyaları daxil edilmiş, iki – üç əsas mahnı isə alboma salınmamışdır. Mahnıların filmdə istifadə edilən original versiyaları və ekstra mahnılar isə ikinci albomda satışa çıxarılmışdır. == Mahnılar == Əsas film musiqisi Devid Bearvold və Kevin Gilbert tərəfindən yazılmış "Come What May" mahnısı albomda olan yeganə original mahnıdır. Açılış mahnısı – "Nature Boy" film üçün Devid Buvi tərəfindən ifa edilmişdir. Filmin gedişatı zamanı isə mahnı, filmdə Tuluzalı Henri rolunu canlandıran aktyor Con Lequizamo tərəfindən ifa edilir.
Moulin Rouge! Music from Baz Luhrmann's Film, Vol. 2
Moulin Rouge! Music from Baz Luhrmann's Film, Vol. 2 — Baz Luhrmannın Mulen Ruj! filminin musiqilərinin satışa çıxarıldığı ikinci albom. Albom 26 fevral 2002-ci ildə çıxarılmışdır. Albom bir il əvvəl çıxarılmış birinci albomun davamıdır. Lakin birinci albomdan fərqli olaraq bu alboma bəzi mahnıların orijinal film versiyası daxil edilmişdir.
Mouna Skandi
Mouna Skandi (10 yanvar 1992) — İspaniyalı qadın ağır atlet. 58 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda İspaniyanı təmsil edir. Mouna Skandi dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Mount & Blade
Mount & Blade (azərb. At və qılınc‎), Türk firması TaleWorlds tərəfindən yaradılan, İsveçli yayımcı Paradox Interactive-in yayımladığı, özünə aid bir dünyası olan, Orta əsrlər mövzulu, tək oyunçulu oyundur. 16 sentyabr 2008-də Şimali Amerikada satışa çıxan oyun 3 gün sonra Avropada yayımlandı. Oyunun inkişafına "TaleWorlds"ün yaradıcıları Ərmağan Yavuz və yoldaşı İpək Yavuz tərəfindən bir oyun proyekti olaraq başlanıldı. Oyunun satışı hələ də davam edən hal-hazırkı versiyası 3 noyabr 2008-də yayımlanmışdır. Oyun PC Gamer jurnalının "Ən yaxşı 100 oyun" 2011 ili siyahısında 91. sırada yer tapmışdır. == Mövzusu == Kalradya ərazisində müharibə sürətlə yayılır. Bu müharibədən hər kəs öz payını alacaq və hər kəs yaşamaq uğrunda mübarizə verəcəkdir. Ovçusundan tacirinə, kəndlisindən əsgərinə qədər hər kəs bir məqsəd uğrunda mübarizə aparacaqdır: savaşdan sağ qurtulmaq.
Mount & Blade: Odla və qılıncla
Mount & Blade: Odla və qılıncla (İngilis dili ndə: Mount & Blade: With Fire & Sword) orta əsrlər mövzusuna aid bir rol oynamalı videooyundur. TaleWorldsun icazəsi ilə Sich Studio adlı bir rus şirkəti tərəfindən hazırlanmış oyun, 2008-ci ildə buraxılmış oyun Mount & Blade üçün müstəqil bir genişləndirmə paketidir. Paradox Interactive tərəfindən dünyada 3 may 2011-ci ildən istifadəyə verilmişdir. XVII əsr Avropasında baş verən hekayədə bəzi personajlar Nobel mükafatı laureatlı müəllif Henrik Senkeviçin Odla və qılıncla adlı kitabından götürülmüşdür. == Məzmunu == Hadisələr XVII əsr Avropasında baş verir. Xəritə Qara dənizdən Skandinaviyaya qədər uzanır. Oyunda olan xəritədəki şəhərlər əsl memarlıq formasında miqyasları kiçildilmişdir. Şəhərlər kifayət qədər böyükdür. Binalar və onların daxili strukturları çox xırda detallarına qədər göstərilmişdir. Şəhərlərdə yeraltı zirzəmilər/tunellər mövcuddur.
Mount & Blade: With Fire & Sword
Mount & Blade: Odla və qılıncla (İngilis dili ndə: Mount & Blade: With Fire & Sword) orta əsrlər mövzusuna aid bir rol oynamalı videooyundur. TaleWorldsun icazəsi ilə Sich Studio adlı bir rus şirkəti tərəfindən hazırlanmış oyun, 2008-ci ildə buraxılmış oyun Mount & Blade üçün müstəqil bir genişləndirmə paketidir. Paradox Interactive tərəfindən dünyada 3 may 2011-ci ildən istifadəyə verilmişdir. XVII əsr Avropasında baş verən hekayədə bəzi personajlar Nobel mükafatı laureatlı müəllif Henrik Senkeviçin Odla və qılıncla adlı kitabından götürülmüşdür. == Məzmunu == Hadisələr XVII əsr Avropasında baş verir. Xəritə Qara dənizdən Skandinaviyaya qədər uzanır. Oyunda olan xəritədəki şəhərlər əsl memarlıq formasında miqyasları kiçildilmişdir. Şəhərlər kifayət qədər böyükdür. Binalar və onların daxili strukturları çox xırda detallarına qədər göstərilmişdir. Şəhərlərdə yeraltı zirzəmilər/tunellər mövcuddur.
Mount & Blade (seriya)
Mount & Blade - videooyun seriyası. Türk oyun şirkəti TaleWorlds tərəfindən yaradılan və ilk oyunu 6 sentyabr 2008-də satışa çıxarılan Mount & Blade olmaq üzrə dörd ədəd videooyunu yayımlamışdır. İlk oyun Mount & Blade sadəcə tək oyunçulu olaraq oynana bilirdi, lakin ikinci oyun Mount & Blade: Warband tək oyunçulu oyunun yanında çox oyunçulu moda da keçirdi. Daha sonrakı oyun Mount & Blade: Atəş və Qılınc da tək oyunçulu və çox oyunçulu oynana bilir. 30 mart 2020-də satışa çıxan seriyanın son oyunu Mount & Blade II: Bannerlord da tək oyunçulu və çox oyunçulu modlar mövcuddur. Əlavə olaraq, oyunçuların da yaratdığı modlar da mövcuddur. == Oyunlar == Əsas seriya hal-hazırda dörd oyun və onların açılımlarını təşkil edir.
Mountain Dew
Mountain Dew (azərbaycanca "Mauntin Dyu") PepsiCo tərəfindən hazırlanmış qazlı içki. İçkinin orijinal resepti Barni və Alli Hartman tərəfindən hazırlanmışdır. Yenidən 1958-ci ildə tərtib edilən reseptin müəllifi isə Bil Fricfortdur. Bu formulun hüquqlarını isə Marion, Virciniyanın Tip korporasiyası əldə etmişdir.
Mouson-Pik
Mouson-Pik — Herd adasında Biq-Ben vulkanın massivində yerləşən vulkan. Vulkanın hündürlüyü 2750 m, digər məlumata görə isə 2745 m təşkil edir. Bu zirvə inzibati baxımdan Avstraliya ərazisində ən hündür nöqtədir. Üstəlik Mouson-Pik Avstraliya ərazisində fəaliyyətdə olan iki vulkandan biridir. 1910-cu ildən bəri 8 püskürmə qeydə alınmışdır. Son püskürmə 10 avqust 2005-ci ilə təsadüf edir. Vulkan 1948-ci ildə Duqlas Mousonun şərəfinə adlandırılmışdır. O, öz ekspedisiyası zamanı 1929-ci ildə adada olmuşdur.
больны́е бюва́рный говоро́к де́тская е́сли б засту́живаться кокаини́ст наброди́ться незаинтересо́ванность обвора́живание припома́живаться безмяте́жный вешать лапшу́ на уши зашлакова́ться необосно́ванно эпилептоло́гия bomber Bratislava disunion pull down unexpressive бутоньерка подекадно преобразиться разгоняться