MOC
MOÇA
OBASTAN VİKİ
Françesko Moçi
Françesko Moçi (29 iyul 1580 – 6 fevral 1654) əsasən Roma və Orvietoda fəaliyyət göstərmiş erkən Barokko dövrü İtaliya heykəltəraşıdır. == Həyatı == O, Montevarkidə doğulmuş və Romada vəfat etmişdir. Onun erkən sənət müəllimi anti-manyerist Florensiya rəssamı Santi di Tito olmuş, Titonun emalatxanasında Moçi xəttin aydınlıq və ilkliyini öyrənmişdir. 1599-cu ildə Romaya köçən Moçi Venesiya heykəltəraşı Kamillo Marianinin emalatxanasında öyrənməyə davam etmişdir. Moçi Covanni Lorenso Bernini və onun atası Pyetro ilə eyni dövrdə fəaliyyət göstərmişdir. == Fəaliyyəti == Moçi, Stefano Maderno ilə birlikdə mühüm Papa sifarişinin yerinə yetirərək Santa-Mariya-Maccore kilsəsindəki Paolina kapellasında çalışmış, burada “Müqəddəs Matfey və Mələk” əsərini yaratmışdır. Onun ilk böyük əsəri olan “Müjdə” (“Mələk” 1605-ci ildə, “Bakirə” isə 1608-ci ildə tamamlanmışdır, hər iki heykəl Orvieto kafedralında saxlanılır) iki heykəldən ibarətdir. Sənət tarixçisi Rudolf Uittkoverin “heykəltəraşlığı yuxudan oyandıran fanfar” adlandırdığı əsər ölçülü emosionallığı ilə barokko heykəltəraşlığını geridə qoyur. Moçi həm də bürünc və çuqunla işləməyi bacaran azsaylı XVII əsr heykəltəraşlarından biri olmuşdur. O, Pyaçentsadakı Pyaçça Kavallidə ucaldılmış I Ranuçço Farneze və Parma hersoqu Alessandro Farnezenin atlı bürünc heykəllərinin müəllifidir.
Moça adası
Moça adası (isp. La Orchila) — Çilinin Arauko vilayəti ərazisinə daxil olan ada. Sakit okean sahillərindən bir qədər aralıda yerləşir. Sahəsi 48 km² təşkil edir. Şimalından cənuba doğru dağ silsiləsi keçir. Mapuçe xalqının mifologiyasına görə ada ruhlar aləminin toplaşdəğı məkandır. Hazırda ada ərazisinin 45 %-ni Moça mili parkı tutur. Ada həmdə çoxlu sayda gəminin qəzaya uğradığı yer kimi tanınır. ada ətrafı ərazilər balıq ovu üçün olduqça əılverişlidir. Ada bəzən qədim polineziyalıların Cənubi Amerika ilə əlaqə qurduğu yer kimi hallandırılır.
Moçalnoe gölü
Moçalnoe gölü — Tatarıstanın Vısokoqorski rayonu ərazisində yerləşən göl. Tatarıstan SSR Nazirlər Sovetinin 10 yanvar 1978-ci il № 25 və Tatarıstan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2005-ci № 644 saylı qərarı ilə yerli əhəmiyyətli təbiət abidəsi elan edilmişdir. == Coğrafiya == Zayaçe gölü karst mənşəlidir. Tatarıstanın Vısokoqorski rayonunda, Yuvas kəndindən cənub-şərqdə yerləşir. Su tutarı qəliz formaya malikdir. Uzunluğu 470 metr, maksimal eni isə 250 metrdir. Su səthinin sahəsi 8 ha-dır. Orta dərinliyi 3 m təşkil edir. Sahilləri sərt, daşlı, terrasvaridir. Şimal sahili isə hamardır.
Moçalnı adası
Moçalnı adası — Volqa çayında, Oka çayının ona töküldüyü yerin qarşı tərəfində yerləşir. 1864 və 1872-ci illərdə Nijeqorodda baş vermiş yanğınlardan sonra süngər ticarəti adaya köçürülmüşdür.. Ada öz adını buradan almışdır. 17-dən 18 avqusta keçən gecə adada Oranski kilsəsinin 15 monaxı güləlkənmişdir Bir müddət sonra ada kürləvi lülələmə yerinə çevrilir. Öldürülən şəxslərin cansız bədənləri Volqa çayına atılırdı. Rusiya vətəndaş müharibəsi zamanı adada 5 min insan güllələnmişdir. 30 sentyabr 2004-cü ildə bu hadisələrin şərəfinə taxta xaç qoyulur. Bu taxta xaç 2006-cı ildə daş xaçla əvəzlənmişdir.
Moçe mədəniyyəti
Moçe və yaxud Moçika mədəniyyəti — Cənubi Amerikada I əsrdən VIII əsrədək arxeoloji mədəniyyət. == Tarixi == Mərkəzi Moçe çayının aşağı axarında olmuşdur. Moçika mədəniyyətinin lokal səciyyə daşıdığı haqqında düşünmək səhv olardı. Bu mədəniyyətin təsir dairəsi 24 oazisi əhatə edirdi ki, bunlar da səhra zonaları ilə bir-birindən ayrı olan Çikama, Viru, Santa və d. çayların sahillərində yerləşirdi. Buranın çox yaxşı dəniz kənarı iqlimi vardı. Bu şəraitdə təsərrüfatçılıq inkişaf etmişdi. Buranın sakinləri aqronomik bilik və bacarığa malik idilər. Təsərrüfat sahəsində onlar çox irəliyə getmişlər. Gübrə hazırlığı nəticəsində moçikalılar kartof, balqabaq, pomidor yetişdirirdilər.
Moçika mədəniyyəti
Moçe və yaxud Moçika mədəniyyəti — Cənubi Amerikada I əsrdən VIII əsrədək arxeoloji mədəniyyət. == Tarixi == Mərkəzi Moçe çayının aşağı axarında olmuşdur. Moçika mədəniyyətinin lokal səciyyə daşıdığı haqqında düşünmək səhv olardı. Bu mədəniyyətin təsir dairəsi 24 oazisi əhatə edirdi ki, bunlar da səhra zonaları ilə bir-birindən ayrı olan Çikama, Viru, Santa və d. çayların sahillərində yerləşirdi. Buranın çox yaxşı dəniz kənarı iqlimi vardı. Bu şəraitdə təsərrüfatçılıq inkişaf etmişdi. Buranın sakinləri aqronomik bilik və bacarığa malik idilər. Təsərrüfat sahəsində onlar çox irəliyə getmişlər. Gübrə hazırlığı nəticəsində moçikalılar kartof, balqabaq, pomidor yetişdirirdilər.
Müqəddəs Veronika (Françeska Moçi)
Müqəddəs Veronika heykəli (ing. Santa Veronica ) – Vatikandakı Müqəddəs Pyotr bazilikası üçün Françesko Moçi tərəfindən 1629-1639-cu illərdə hazırlanmış mərmər heykəldir. == Tarixi == 1629-cu ilin dekabrında Müqəddəs Pyotr bazilikasının mərkəzi gümbəzi altında yerləşən dörd nişdən birində yerləşdiriləcək Müqəddəs Veronika heykəlinin hazırlanması heykəltaraş Françesko Moçiyə həvalə olunmuşdur. Digər üç heykəl – Müqəddəs Andreyin heykəli Fransua Dükenua, Müqəddəs Yelenanın heykəli Andrea Bolci, Müqəddəs Lonqinin heykəli isə Covanni Lorenso Berniniyə həvalə edilmişdir.1629-1632-ci illərdə o, əsərin müxtəlif versiyaları üzərində çalışmış, nəhayət 8 sevral 1632-ci ildə heykəlin yekun variantını Papa VIII Urbana təqdim etmiş və Papa layihəni təsdiqləmişdir. Heykəlin hazırlanmasında istifadə olunan mərmərlər 1634-cü ilin sonlarında Karraradan gətirilmişdir. Heykəltəraş əsəri 1635-1639-cu illərdə işləyərək tamamlamışdır. Bazilikada nəzərdə tutulmuş yerində yerləşdirilmiş əsər 11 noyabr 1640-cı ildə ictimayətə təqdim edilmişdir. == Təsviri == 5 metr hündürlüyə malik olan Müqəddəs Veronika heykəli üç iri Karrara mərməri blokundan hazırlanmışdır. Moçinin şah əsəri hesab edilən nəhəng heykəldə tətbiq etdiyi müxtəlif texnika və dizayn elementləri onun yaradıcılığının erkən dövrünə aid olan “Müjdə” (1603-1608, İtaliyadakı Orvieto kafedralında saxlanılır) heykəllər qrupunu xatırlatmaqla həmin dövrdə əksər barokko heykəltaraşları tərəfindən istifadə edilirdi. Müqəddəs Veronika əlində üzərində İsanın simasının təsviri olan pərdə tutmuşdur.
Satoru Moçizuki
Satoru Moçizuki (d. 18 may 1964) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.
Toyohito Moçizuki
Toyohito Moçizuki (d. 18 sentyabr 1953) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Viktor Moçulskiy
Viktor Moçulskiy (rus. Ви́ктор Ива́нович Мочу́льский 11 aprel 1810, Sankt-Peterburq – 5 iyun 1871, Moskva və ya Simferopol) — Rusiya entomoloqu, Baş Ştabın zabiti və kəşfiyyatçısı. == Əsərləri == Insectes de la Sibérie rapportés d'un voyage fait en 1839 et 1840. Mémoires de l'Académie Impériale des Sciences de St. Pétersbourg, 13: 1-274. (1845) Die Kaefer Russlands. I. Insecta Carabica. Moscow: Gautier, vii + 91 pp. + 9 tables. (1850).
Şiniçi Moçizuki
Şiniçi Moçizuki (望月 新, 29 mart 1969-cu il, Tokio, Yaponiya) — Yaponiya riyaziyyatçısı. Saylar nəzəriyyəsi, cəbr həndəsəsi, Hoca nəzəriyyəsi sahələri ilə məşğul olur. == Təhsili == Eksteredə Fillips Akademiyasını bitirib. 16 yaşında Priston Universitetinə qəbul olunub, 22 yaşında fəlsəfə doktoru elmi adını alıb. 1992-ci ildə Kioto Universitetinə işə qəbul olunur və 2002-ci ildə professor vəızifəsinə seçilir. == Nəşrləri == Shinichi Mochizuki. Foundations of p-adic Teichmüller theory. http://books.google.com/books?id=JnMWs5BLTiEC Shinichi Mochizuki. Proceedings of the International Congress of Mathematicians, Vol. II (Berlin, 1998).
ассенизи́ровать бро́мовый выбура́вливание молчали́вый непрости́тельно ня́нин подогрева́ние утро́ба дирижи́ровать неглиже́ о́тчий раску́пориваться смакова́ть фрагментацио́нный пурдега республика amphiarthroses electromedical loquacity pen-pusher physiognomist sorb apple межпородный перессорить снедать