mukor

mukor
mukaltin 2021
mulat
OBASTAN VİKİ
Mukor
Mukor — çürümüş meyvənin, çörəyin və digər ərzaq məhsullarının üzərinə yığılan ağ kif göbələyidir. Bu göbələk çürümüş məhsulların təkibində olan zülallarla qidalanır. O, çürümüş meyvə, çörək və hətta ölmüş heyvanların cəsədinin üzərində olur. Bu göbələk parazit deyil, çünki o meyvələrin çürüyüb gözdən itməsinə (məhv olmasına) kömək edir.Sporları xüsusi strukturlarda-sporangilərdə yaranır Mukor sporlama yolu ilə çoxalır. Göbələyin uc hissəsində kürə formasında olan sporangilər vardır ki, bu da yetişdiyi zaman partlayır və yeni mukorlar əmələ gəlir. Bu proses başlıqların (sporangilərin) qaraldığı zaman baş verir. Mukorun əsas xüsüsiyyəti ondadır ki, o, təkhüceyrəli və çoxnüvəli bir göbələkdir. Mukorlar sırası 360-dan artıq növü cəmləyir. Sıranın ən geniş yayılmış qruplarından biri kif göbələyidir. Əsasən, saprotrof həyat tərzi keçirirlər.

Digər lüğətlərdə