MURADƏLİ

bax: Murad, Alı və Əli.
MURADALI
MURADXAN
OBASTAN VİKİ
Aşağı Muradəli (Urmiya)
Aşağı Muradəli (fars. رادعلي سفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 143 nəfər yaşayır (42 ailə).
Yuxarı Muradəli (Urmiya)
Yuxarı Muradəli (fars. مرادعلي عليا‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 175 nəfər yaşayır (49 ailə).
Elmira Muradəliyeva
Elmira Muradəliyeva (tam adı: Elmira Böyükağa qızı Muradəliyeva) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrası"nın professoru, tarix elmləri doktoru. == Həyatı == 11 oktyabr 1950-ci ildə Bakıda dünyaya gəlib. === Təhsili === 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix Fakültəsinə daxil olub. 1982-ci ildə Moskva Dövlət Universitetində "Bakı neft sənayesində inhisarçı kapitalın tarixinə dair kütləvi mənbələr" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1983 ildə bu işə görə Gənc tədqiqatçıların Ümumittifaq Müsabiqəsində Laureat diplomu ilə təltif olunmuşdur. 1991-ci ildə isə AMEA-nın Tarix institutunda "XIX yüzillyin II yarısında Quzey Azərbaycan şəhərləri"mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1982-ci ildən dosent, 1992-ci ildən professor elmi adını alıb. == Elmi fəaliyyəti == 1973-cü ildən günümüzədək öz elmi-pedaqoji fəaliyyətini Azərbaycan tarixi kafedrasında davam etdirir 80-dən artıq elmi əsərin, o cümlədən 3 monoqrafiyanın müəllifidir. 7 elmlər namizədi yetişdirib." Azərtelefilm " in çəkdiyi "Odlu məmləkət" monumental 12 seriyalı elmi-publisistik (rejissor Nazim Rza İsrafiloğlu) elmi məsləhətçisi və iştirakçısı olmuşdur. 1992–2002-ci illərdə Ali Attestasiya Komissiyasının tarix elmləri üzrə ekspert şurasının elmi katibi və üzvü olmuşdur.
Muradəlikəndi (Biləsuvar)
Muradəlikəndi (fars. مرادعلي كندي‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 118 nəfər yaşayır (25 ailə).
Zurab Muradəliyev
Zurab (Zürab) Cəfər oğlu Muradəliyev (25 avqust 1928, Bakı – 27 dekabr 1981, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1968–1974). Zurab Cəfər oğlu Muradəliyev 1928-ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Əmək fəaliyyətinə Bakı Dəmir Yolu Texnikumunu bitirdikdən sonra 1947-ci ildə sınaqçı texnik kimi başlamışdır. Yol xidməti mühəndisi, mühəndis-mexanik vəzifələrində işləmişdir. Paralel olaraq təhsil almış və 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. Zurab Muradəliyev 1955-ci ildə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Dzerjinski Rayon Komitəsinin, 1956-cı ildən isə Bakı Şəhər Komitəsinin katibi seçilmişdir. 1959-cu ildə o, partiya işinə — Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir. 1961–1968-ci illərdə Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi, 1968-ci ilin noyabr ayından isə Azərbaycan SSR məişət xidməti naziri olmuşdur. 1974-cü ildən həyatının son günlərinədək Azərbaycan SSR Nazirlər Sovetinin İşlər İdarəsində xarici-iqtisadi əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Zurab Muradəliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuş, Azərbaycan SSR Ali Sovetinin 6–8-ci çağırış deputatı seçilmişdir.
Fazil Muradəliyev
Fazil Qulam oğlu Muradəliyev (1938 – 2016) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri (1992), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi, Azərbaycan KP 26 Bakı Komissarı Rayon Komitəsinin birinci katibi (1971–1975), Azərbaycan SSR Ali Sovetinin IX və XII çağırış deputatı. == Həyatı == Fazil Qulam oğlu Muradəliyev 1938-ci ildə anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmiş, 1957-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının elmi idarələrində çertyojçu, baş laborant, böyük mühəndis, baş mühəndis işləmişdir. 1966-cı ildən əvvəlcə "Molodyoj Azerbaydjana" qəzeti redaksiyasının, ardınca "Vışka" qəzeti redaksiyasının şöbə müdiri olmuşdur. 1968–1971-ci illərdə "Vışka" qəzetinin redaktoru işləmişdir. Fazil Muradəliyev 1971-ci ildə Azərbaycan Kommunist Partiyası 26 Bakı Komissarı Rayon Komitəsinin birinci katibi seçilmiş, 1975-ci ilədək bu vəzifədə çalışmışdır. 1976-cı ildən Azərbaycan Həmkarlar İttifaqları Şurasında şöbə müdiri olmuşdur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi seçilmiş, 1992-ci ilin aprel ayından Azərbaycan Respublikasının Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri olmuşdur. 1992-ci ilin iyul ayından Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri vəzifəsində işləmişdir. Fazil Muradəliyev 1965-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.