MÖVHUMİ
MURDAR
OBASTAN VİKİ
Dəllək Murad
Dəllək Murad – XVIII əsr aşıqlarından biri. == Həyatı == Dəllək Murad XVIII əsr aşıqlarındandır, doğum və ölüm tarixi dəqiq məlum deyil. Bəzi mənbələrdə onun XVII əsrdə yaşadığı qeyd olunur. Əsasən gəraylıları və qoşmaları ilə tanınıb. Qoşmalarında çoxlu sayda nəsihətlərə rast gəlmək olar. == Yaradıcılığı == == Mənbə == Azərbaycan Aşıqları və El Şairləri: I. Bakı: 1983, səh.147-151. Azərbaycan Ədəbiyyatı İnciləri/Bayatı, Qoşma, Təcnis. Bakı: 1988, səh.265. Telli saz ustadları. Bakı: 1964, səh.20-23.
Murad
Murad — Azərbaycan kişi adı və təxəllüs. I Murad — Osmanlı Dövləti’nin üçüncü padşahı. II Murad — Osmanlı sultanı I Mehmedin oğlu III Murad — Osmanlı sultanı II Sultan Səlimin oğlu IV Murad — 1623–1640-cı illərdə Osmanlı sultan I Əhmədin oğlu V Murad — Osmanlı sultanı. Əbdülməsidin oğlu Murad Dadaşov — azərbaycanlı aktyor, aparıcı, şoumen. Murad Sebastatsi — erməni qulduru, dəstə başçısı, Ermənistanın milli qəhrəmanı. Murad Rəhimov — ABŞ Silahlı Qüvvələrinin Azərbaycan əsilli əsgəri. Murad bəy — Misir məmlüklərinin rəhbəri, süvari dəstəsinin komandiri. Murad Ömərov — texniki elmləri doktoru, professor.
Fərid Murad
Fərid Murad (14 sentyabr 1936[…] – 4 sentyabr 2023) — əslən alban olan amerikalı həkim və farmakoloq, 1998-ci ildə tibb və fiziologiya üzrə azot oksidin ürək-damar sistemində siqnal molekul rolunun kəşfinə görə Nobel mükafatçısı olub. == Həyatı == Ferid Murad, 1936-cı ildə 14 sentyabr ABŞ-də İndiana ştatında, Whiting şəhərində anadan olub. 1958–1965-ci illərdə Klivlenddə Western Reserve Universitetində oxuyub və tibb üzrə fəlsəfə elmləri doktoru (PhD) adına layiq görülüb. 1975–81 — Vircinia Universitetində İç Xəstəliklər və Farmakologiya kafedrasının professoru 1971–81 — Vircinia Universitetində kliniki tədqiqat mərkəzinin direktoru 1973–81 — Vircinia Universitetində İç Xəstəliklər kafedrasında Kliniki Farmakologiya bölməsinin direktoru 1981–89 — Stanford Universitetində İç Xəstəliklər və Farmakologiya kafedrasının professoru 1981–86 — Palo Alto veteranlar administrasiyasında tibbi mərkəzin müdiri 1988 - Çikaqoda (İllinoys ştatı) Northwestern Universitində professor Farmakologiya kafedrasının professoru 1990–92 — Dünyaca ünlü Abbott Laoratories (İllinoys ştatında) əczaçı konsernində farmasevtik tədqiqat və inkişaf bölməsinin işçisi, vise-presidenti 1993–95 — CEO/President, Molecular Geriatrics Corporation, Lake Bluff, Illinois == Təqaüd və ödüllər == Ciba Award, 1988 Albert Lasker Basic Medical Research Award, 1996 == İstinadlar == == Həmçinin bax == Nobel mükafatı == Xarici keçidlər == Fərid Muradın Nobel Mühzairəsi (ingiliscə) Fərid Muradla müsahibə (ingiliscə) Mədəniyyət kanalı.
Hacı Murad
Hacı Murad (avar. XIажи Мурад; 1816, Xunzax, Avar Xanlığı — 5 may 1852, Qax) – Şimali Qafqaz xalqlarının əslən Dağıstanın Xunzax kəndindən olan görkəmli rəhbərlərindən biridir. Milliyətcə Avardır. Lev Tolstoyun eyniadlı əsərinin baş qəhrəmanıdır. == Həyatı == 1834-cü ildə qardaşı Osmanın Həmzət bəy Avarlıya qarşı təşkil etdiyi sui-qəsddə iştirak etməklə məşhurluq qazanmışdır. Sonralar rus ordusu və avarlar arasında aparılan danışıqlarda vasitəçi olmuşdur. 1836-cı ildə Hacı Murad Şeyx Şamillə gizli əlaqələr qurmaqda ittiham edilərək general Klüqenaunun əmri ilə həbs olunur və Temir-xan Şuraya göndərilir. Lakin, yolda qaçmağa müvəffəq olur. Həmin vaxtdan etibarən onu bütün avar kəndlərinin naibi təyin edən Şamilə xidmət etməyə başlayır. Hacı Murad o dövrün bütün hərbi əməliyyatlarında – xüsusilə də ruslara qarşı 1843-cü ildəki döyüşlərdə iştirak etmiş və vacib rol oynamışdır.
III Murad
III. Murad (osm. مراد ثالث) (4 iyul 1546, Manisa, Osmanlı imperiyası – 16 yanvar 1595, Konstantinopol, Osmanlı imperiyası), 12-ci Osmanlı padşahı və 91-ci İslam xəlifəsidir. Səltənəti zamanında Osmanlı dövlətinin sahəsi 19.902.000 km²-ə qədər yüksəlmişdir. 21 il hakimiyyətdə qalan III. Murad dönəmində 11 sədrəzəm, 7 şeyxülislam dəyişmişdir. Dövrün tarixi qaynaqlarında qərarsız, dinə və şeiriyyata düşkün olaraq təsvir olunan III. Muradın ətrafında həmişə rəmmal və münəccimlərin olduğu qeyd olunur. == Həyatı == === Şahzadəliyi === 4 iyul 1546 tarixində atası II Səlimin Manisa sancaqbəyliyi dövründə Manisanın Bozdağ yaylağında dünyaya gəlmişdir. Əsl adı Cecilia Baffo olan Venesiya əsilli Nurbanu Sultanın oğludur. İlk təhsilini Manisa sarayında aldı və 1557-ci ilin aprelində sünnət mərasimi burada keçirildi. Atasının 1558-ci ildə Qaraman əyalətinə göndərilməsi ilə onunla birlikdə getdi və babası Qanuni Sultan Süleymanın xeyir-duası ilə Akşehir sancaqbəyi seçildi. Burada ikən atası ilə əmisi Şahzadə Bəyazid arasında gedən Konya döyüşü əsnasında Konya qalasının mühafizəsi ilə vəzifələndirildi.
II Murad
II Murad ya da Qoca Murad (Osmanlı türkcəsi: مراد ثاني — Murād-ı sānī; iyun 1404, Amasya – 3 fevral 1451, Ədirnə) — 6. Osmanlı padşahıdır. Atası Sultan I Mehmed, anası isə Dulqədiroğlu Nəsrəddin bəyin qızı Əminə Xatundur. == Şahzadəliyi == Şahzadə Murad bəzi qaynaqlara görə 1402-ci ildə, bəzi qaynaqlara görə isə 1404-cü ildə Amasiyada dünyaya gəldi. Uşaqlıq illəri Amasiyada keçmişdir. 1410-cu ildə atası ilə birlikdə Bursaya gəldi və burda saray təhsilinə başladı. 1415-ci ildə lələsi Yörgüc Paşanın nəzarəti altında Amasiya sancaqbəyi təyin olundu. Bir il sonra İzmir və Manisa bölgəsində çıxan Börklücə Mustafa üsyanını yatırmış, 1418-ci ildə gələcəkdə lələsi olacaq Həmzə bəylə Candaroğullarına hücum etdi və Samsunu aldı. Atası I Mehmed Ədirnədə çıxdığı ovda ağır yaralanmış, ölüm yatağında ikən oğlu Şahzadə Muradı vəliəhd elan etmişdir. Bu səbəbdən dövlət adamları atasının vəfatı xəbərini gizlədərək Şahzadə Muradı dərhal Bursaya çağırdılar.
IV Murad
IV Murad (osm. مراد رابع Murād-i rābi‘; 27 iyul 1612, Konstantinopol – 8 (18) fevral 1640, Konstantinopol) — 17-ci Osmanlı padşahı və 96-cı İslam xəlifəsi. İrəvan və Bağdad fatehidir. IV Murad 27 iyul 1612-ci il tarixində İstanbulda Sultan I Əhmədin və əsl adı Anastasiya olan yunan əsilli Kösəm Sultanın oğlu olaraq dünyaya gəldi. Böyük qardaşı Gənc Osmanın Yeddiqüllə zindanlarında bir qrup yeniçəri tərəfindən öldürülməsi və daha sonra zorla taxta oturulan əmisi I Mustafanın müxtəlif intriqalarla yenidən devrilməsi nəticəsində 11 yaşında taxt-tac sahibi oldu. == Həyatı == === Şahzadəlik illəri === 27 iyul 1612 tarixində İstanbulda dünyaya gəlmişdir. İndiki Bəylərbəyi sarayının ərazisində yerləşən və vaxtilə II Səlimin qızı Gövhərxan Sultan üçün inşa etdirdiyi sarayda dünyaya gəlmişdir. I Əhməd və Mahpeykər Kösəm Sultanın oğludur. Şahzadəlik illəri haqqında mənbələrdə çox məlumat yoxdur. II Osman hadisələrindən sonra sədrəzəm Davud Paşanın tərtibiylə digər qardaşları ilə birlikdə Üsküdara aparılarkən sui-qəsdə məruz qalmış və saray ağalarının müdaxiləsiylə sui-qəsddən xilas olmuşdur.
I Murad
I Murad və ya Murad Hüdavəndigar (Osmanlı türkcəsi: مراد اول — Murād-i evvel) (d. 29 iyun 1326) — 3-cü Osmanlı sultanı. == Həyatı == Şəhzadəlik illəri 29 iyun 1326-cı ildə dünyaya gəldi. Atası 2-ci Osmanlı sultanı Qazi Orxan bəy, anası isə Yarhisar təkfurunun qızı Nilüfər Xatundur. Tarixi mənbələrdə və kitabələrdə "bəy, əmir-i-əzəm, xan, hüdavəndigar, padşah, sultan-üs-səlatin, məlik-ül-mülk" kimi ünvanlarla anılır. Osmanlı tarixində isə daha çox Murad Hüdavəndigar olaraq tanınır. Süleyman, Sultan, İbrahim, Xəlil və Qasım adlı qardaşları olsa da, bunlardan yalnız Süleymanla anaları bir idi. Taxt çıxdığı əsnada isə bu qardaşlarından yalnız Şahzadə İbrahim və Xəlil sağ idi. Atası Orxan bəy, İzmitin fəthinə çıxmadan öncə (1337) onu Bursa sancaqbəyi təyin etdi və 12 yaşlı Murad kiçik yaşlarından yanında olan Lələ Şahin ağayla birlikdə Bursaya göndərildi. İzmitin fəthinin ardından Əskişəhər sancaqbəyliyinə gətirildi.
Leyla Murad
Leyla Murad (ərəb. ليلى مراد‎); (17 fevral 1918 - 21 noyabr, 1995) — yəhudi mənşəli Misir müğənnisi və aktrisası, islam dinini qəbul edib. == İstinadlar == == Mənbə == ماهر حسن ، المصرى اليوم ، عدد 1987 ، 21 نوفمبر 2009. == Xarici keçidlər == Laila Mourad Video Music Clips زكى فطين عبد الوهاب يكشف أسرار ليلي مراد... Leyla Murad — IMDb səhifəsi.
Murad Nağıyev
Murad Mayıl oğlu Nağıyev (9 fevral 1997; Qazax rayonu, Azərbaycan — 11 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Murad Nağıyev 1997-ci il fevralın 9-da Qazax rayonunda anadan olub. O, hələ bir yaşı tamam olmamış ailəsi ilə birgə Bakı şəhərinə köçüb. 2003-2011-ci illərdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 271 nömrəli tam orta məktəbdə təhsil alıb. 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarında iştirak edib və burada yüksək nəticə göstərdiyinə görə İstanbulda Kuleli Hərbi Liseyinə seçilib. 2015-ci ildə həmin liseyi uğurla başa vurub və Ankarada Quru Qoşunları Məktəbinə daxil olub. Murad Nağıyev 2016-cı ildə Azərbaycana qayıdıb və təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) davam etdirib. O, 2020-ci ildə oradan tank bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi ixtisası üzrə məzun olub. Subay idi. == Hərbi xidməti == Murad Nağıyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsi ilə tank taborunda taqım komandiri, tank komandiri olaraq xidmət edirdi.
Murad Nefesov
Murad Ocaqdurdu oğlu Nefesov (9 fevral 2001; Masallı, Azərbaycan — 7 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Murad Nefesov 9 fevral 2001-ci ildə Masallı şəhərində anadan olmuşdur. 2008-ci ildə Rafiq Əlihəsənov adına Masallı şəhər 1 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olmuşdur. 2019-ci ildə həmin məktəbi bitirmişdir. Həmin ilin aprel ayında çağırışçı kimi hərbi xidmətə yollanmışdır. Əsgərliyini Azərbaycan Silahlı Qüvvələrinin Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində tankçı-tuşlayıcı kimi davam etdirmişdir. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Murad Nefesov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Murad Nefesov 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 9 noyabr 2020-ci ildə Masallı şəhər qəbiristanlığında torpağa tapşırılmışdır.
Murad Niyazlı
Aşıq Murad Niyazlı (tam adı:Murad Babaxan oğlu Həsənov; 1933, Aşağı Şorca, Basarkeçər rayonu – 20 yanvar 2005, Şəmkir rayonu) — XX əsrdə tanınmış ustad aşıq, şair. == Həyatı == Aşıq Murad Niyazlı 1933-cü ildə Göyçə mahalının Aşağı Şorca kəndində "Niyazlılar" tayfasında doğulmuşdur. Muradın atası 1941-ci ildə Böyük Vətən Müharibəsinə könüllü getmişdir. Muradın anası Tamam 1942-ci ildə Göyçə mahalından köçərək uşaqlarını da götürüb Şəmkirin Dəllər Cəyir kəndindəki qohumlarının yanında məskunlaşıblar. Aşıq Murad Niyazlı Şəmkirdə yaşayarkən 1949-cu ildən əvvəlcə Aşıq Əsədin, ordu sıralarından qayıtdıqdan sonra isə 1954-1959-cu illərdə Aşıq Əsədin qardaşı Aşıq Məhəmməd Rzayevin yetirməsi olmuşdur. Murad Niyazlının sənətkartək yetişməsində Morullu Aşıq Teymurun da xidmətləri az olmamışdır. 1952-1954-cü illərdə hərbi xidmətdə olub. Aşıqların IV qurultayında İdarə Heyətinin üzvü seçilmişdir.1990-cı ildə Türkiyədə keçirilən folklor festivalının qalibi kimi tanınan Murad Niyazlı 1960-cı illərdən Şəmkir rayon mədəniyyət şöbəsinin nəzdində fəaliyyət göstərən aşıqlar ansamblına rəhbərlik edib.Qardşı Aşıq Mirzə Niyazlı, İdris Həmzəyev, Oqtay Hüseynov və digər şəyirdləri olub. Murad Niyazlı 2005-ci il yanvarın 20-də Şəmkir rayonunda vəfat etmiş Dəllər Cəyir kənd qəbirsanlığında dəfn edilmişdir. == Yaradıcılığı == Aşıq şeirinin bütün formalarında qələmini sınayan Murad Niyazlı həm də “Muxtar bəy” və digər dastanların yaradıcısı kimi tanınıb.
Murad Nəbibəyov
Murad Osmann
Murad Yusupoviç Osmanov ( rus. Мурад Юсупович Османов; 15 may 1985, Kaspiysk, Dağıstan MSSR) — peşəkar olaraq Murad Osmann kimi tanınan, Moskvada yaşayan bir rus fotoqrafdır. Həyat yoldaşı Natalia Zakharova ilə onun "Follow Me To"seriyası var. == Həyatı == Osmann 1985-ci ildə Rusiyanın Dağıstan dağlarında anadan olub. 1990-cı ildə, beş yaşında olanda ailəsi Moskvaya köçdü. 2001-ci ildə London İmperial Kollecində mülki mühəndislik təhsili almaq üçün İngiltərəyə getdi. Osmann ən çox Məni izlə layihəsi ilə məşhurdur.O buna 2011-ci ildə Barselona şəhərində sevgilisi Nataliya Zakarova ilə başlayıb.Osmannın hazırda instagram hesabında 4 milyondan çox izləyicisi var. 2015-ci il 6 İyunda Osmann və Zakarova evləndilər.Onların iki toyu keçirildi biri Moskvada digəri isə Muradın doğulduğu Dağıstanda0 == Kitablar == 2015-ci ildə Skyhorse Nəşriyyatı Follow Me To: A Journey (a life)Around the World Through the Eyes of Two Ordinary Travelers by Murad Osmann and Nataly Zakharova kitabını nəşr etdi.
Murad Paranuk
Murad Salehoviç Paranuk (rus. Мурат Салихович Паранук; 5 may 1912, Kuban vilayəti[d] – 4 iyul 1970, Maykop, Krasnodar diyarı) — adıgey-sovet şairi. O, adıgey dilində ilk yazılı şeirin müəllifi hesab olunur. == Həyatı == Murad Paranuk 5 may 1912-ci ildə Rusiya imperiyasına bağlı Kuban vilayətinin (indiki Adıgeya) Pçeqatlukay kəndində anadan olmuşdur. O, 1930–1933-cü illərdə Krasnodar Pedaqoji İnstitutunda təhsil alıb. Paranuk 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, müharibədən orden və medallarla qayıtmışdır. O, 4 iyul 1970-ci ildə vəfat etmişdir. == Yaradıcılığı == Murad Paranuk 1931-ci ildə adıge dilində ilk "Uraza" şeirini yazıb nəşr etdirmişdir. O, 1934-cü ildə "Ayıq ol" şeirini yazmışdır. "Şeirlər" (1940), “Şeir və poemalar" (1950), "Səadət nəğməsi" (1955), "Könül səsi" (1961), "Sakit səhər" (1966), "Düma" (1968) lirik toplularının müəllifidir.
Murad Qasımzadə
Qasımzadə Murad Salman oğlu (15 mart 1915, Dədəli, Qaryagin qəzası – 22 noyabr 2010, Bakı) — azərbaycanlı polkovnik-mühəndis, texnika elmləri doktoru (1971), professor (1973). == Həyatı == Murad Salman oğlu 15 mart 1915-ci ildə Qaryagin qəzasının (hazırkı Füzuli rayonu) Dədəli kəndində anadan olmuşdu. Orta məktəbi bitirəndən sonra ali məktəbə qəbul olmuşdu. İnformasiya-ölçmə texnikası sahəsində tanınmış alimdir. Polkovnik-mühəndis, texnika elmləri doktoru (1971), professordur (1973). M. Qasımzadə S. M. Kirov adına Xəzər Ali Hərbi Dəniz məktəbində kafedra rəisi (1955–1961) işləmişdi. 1961-ci ildən ömrünün sonunadək İ. Q. Yesman adına Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda informasiya-ölçü sistemləri laborotoriyasının rəhbəri vəzifəsində çalışmışdı. Əsas əsərləri energetika sistemlərinin avtomatlaşdırılması üçün informasiya-ölçü sistemlərinin işlənib, Hazırlanmasına aiddir. Keçmiş SSRİ-də elektrokinetik çeviricilər sahəsində ilk tədqiqatları M. Qasımzadə aparmışdır. Avtomatik idarəetmə üzrə Beynəlxalq Federasiyasının 6-cı konqresində (Boston, 1975) və Ümumdünya Elektrotexnika konqresində (Moskva, 1977) iştirak etmişdir.
Murad Quliyev
Murad Şahin oğlu Quliyev (11 avqust 1998; Birinci Şahsevən, Beyləqan rayonu, Azərbaycan — 3 oktyabr 2020; Aşağı Seyidəhmədli, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Murad Quliyev 11 avqust 1998-ci ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində Şahin Quliyevin ailəsində anadan olmuşdur. 2004-2015-ci illərdə Əli Rüstəmov adına Beyləqan rayon Birinci Şahsevən kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Murad Quliyev 2016-cı ilin oktyabrında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Bakı şəhərində yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Döyüş hazırlığı səviyyəsinin yüksək olmasına görə və hərbi xidmətdə fərqləndiyinə görə bir neçə dəfə fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir. 2018-ci ilin aprelində hərbi xidmətdən tərxis olunmuşdur və kənd təsərrüfatı ilə məşğul olaraq mülki fəaliyyətinə qayıtmışdır. 2020-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Hərbi hissə təlimlərində və hərbi xidmətdə fərqləndiyinə görə bu zaman ərzində fəxri fərmanlarla təltif edilmişdir.
Murad Qurbanov
Murad Asif oğlu Qurbanov (22 mart 1996, Salyan, Azərbaycan — 13 oktyabr 2020;, Hadrut, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Murad Qurbanov 23 mart 1996-cı ildə Salyanda anadan olub. 2002-ci ildə Salyanda 2 saylı orta məktəbin 1-ci sinifinə gedib. Anasının işi ilə əlaqədar olaraq 2-ci sinifə Bakıda 51 saylı orta məktəbdə gedib. Təhsilinə bu məktəbdə davam edib. 2012-ci ildə orta məktəbi bitirib. Maliyyə İqtisad kollecinə daxil olub. Nişanlı idi. == Hərbi xidmətləri == Murad Qurbanov 2016-ci il Aprel döyüşlərində iştirak etmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murad Qurbanov Füzuli, Cəbrayıl, Hadrutun azad edilməsində savaşıb.
Murad Rzayev
Rzayev Murad Yunis oğlu (7 dekabr 1947, Ağdam) — "Qarabağ bülbülləri" ansamblının bədii rəhbəri. == Həyat və Yaradıcılığı == Murad Rzayev 1947-ci ildə Ağdam şəhərində ziyalı ailəsində anadan olub. 1954-cü ildə 3№-li orta məktəbdə təhsil alıb. Hələ orta məktəbdə oxuyarkən Güllücə kəndində fəhlə işləmiş, elə balaca vaxtlarından da Ağdam rayon Xalq Teatrında bir çox tamaşalarda rollar oynamış, Respublika"Teatr Cəmiyyəti"nin fəxri fərmanına və diplomlarına layiq görülmüşdür. 1964-cü ildə orta məktəbi bitirib və həmin il Üzeyir Hacıbəyov adına Ağdam Musiqi Texnikomunun xor-dirijorluğu şöbəsinə daxil olub. 1968-ci ildə texnikomu bitirib və hərbi xidmətə yollanıb. 1970-ci ildən, 1971-ci ilin may ayına kimi Ağdam Rayon Mədəniyyət evində bədii rəhbər vəzifəsində çalışıb. Rayonda ilk dəfə olaraq müəllim və şagirdlərdən ibarət xor-qrupu və estrada orkestiri yaratmışdır. 1971-ci ilin may ayında Ağdam Rayon Komsomol Komitəsi bürosunun qərarına əsasən Ağdam Rayon Pioner və Məktəblilər Evinin (indiki Uşaq Yaradıcılıq Mərkəzi) müdiri vəzifəsinə təyin olunub. Hazırda da həmin vəzifədə çalışır.
Murad Rzazadə
Murad Rzazadə Ağaməmməd oğlu — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rzazadə Murad Ağaməmməd oğlu 12 İyul 2002-ci il tarixində Salyan rayonu Marışlı kəndində anadan olub. 4 bacının 1 qardaşı olan şəhid Murad Rzazadə 2008-ci ildə Arbatan kənd Elxan Ağayev adına tam orta məktəbində 1-ci sinfə başlayıb. O, uşaq yaşlarından valideynlərinə deyərmiş ki, “mən böyüyəndə Qarabağı azad edəcəm”. Elə bu arzusu da yerinə yetir. 2020-ci il İkinci Qarabağ müharibəsi başlayan zaman şəhid Murad Rzazadə döyüşlərdə iştirak edir. 04.10.2020-ci ildə 18 yasinda Tərtər rayonu Suqovuşan kəndi istiqamətində hərəkət edən zaman düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olmuşdur. 15 .10.2020 tarixdə dəfn edilib, == Hərbi xidməti == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Madagizin azad edilməsində vuruşaraq həlak olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rzazadə Murad Ağaməmməd oğlu ölümündən sonra Ağdam və Suqovuşanın azad olunmasına görə, Vətən uğrunda medalları ilə təltif edilmişdir. == Təltifləri == (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.06.2021) — "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra) (24.06.2021) — "Ağdamın azad olunmasına görə" medalı (ölümündən sonra) == İstinadlar == https://m.youtube.com/watch?v=0UBPqXUEn-0.
Murad Rəhimli
Murad İlqar oğlu Rəhimli (azərb. Rəhimli Murad İlqar oğlu‎; 31 oktyabr 1991, Sumqayıt – 7 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəhimli Murad İlqar oğlu 1991-ci ilin 31 oktyabrında Sumqayıt şəhərində anadan olub. 1998-ci ildə Sumqayıt şəhəri Mikayıl Müşfiq adına 34 nömrəli məktəbin 1-ci sinfinə gedib. 2009-cu ildə ADPU-nun ekologiya fakültəsinə daxil olub. SOCARda atıcı işləyib. Dövlət qulluğuna hazırlaşıb, müsabiqə və müsahibədən keçib. 2020-ci ilin fevralında Millət vəkili olmaq üçün Sumqayıt şəhəri 41 sayli seçki məntəqəsinə namizədliyini verib. === Ailəsi === Ailəli idi, 2 oğul övladı var. == Hərbi xidməti == 2013-2014-cü illərdə Naxçıvanın Quru Qoşunlarında xidmətdə olub.
Murad Rəhimov
Murad Rəhimov (ing. Mourad Ragimov) — ABŞ Silahlı Qüvvələrinin Azərbaycan əsilli əsgəri. ABŞ ordusunun kapralı. Murad Rəhimov 2005-ci ilin 25 yanvar tarixində İraqın Fəllucə şəhəri yaxınlığında baş verən helikopter qəzası zamanı həlak olmuşdur. == Həyatı == Murad Rəhimov 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycanın tanınmış opera müğənnisi Sona Aslanova'nın nəvəsi idi. Murad Amerikaya ailəsi ilə birlikdə dörd yaşı olan zaman köçür. Orta təhsilini burada alan Murad 6 yaşında məktəbdən çıxıb kollecə daxil olmaq üçün kurslara yazılır. Murad ABŞ ordusunda xidmət etmək üçün ilk niyyətini ailəsinə bildirir. Ailənin razılığını aldıqdan sonra Murad ABŞ ordusunda xidmətə başlayır.
Murad Rəsulov
Murad İlqar oğlu Rəsulov (5 avqust 2000; Şabran, Azərbaycan — 12 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı. == Həyatı == Murad Rəsulov 2000-ci il avqustun 5-də Şabran şəhərində anadan olub. 2006 il de Şabran şəhər 3 nömrəli tam orta məktəbinin 1-ci sinfinə getmişdir. 2013-cü ildə Şabran şəhər 2 nömrəli tam orta məktəbin liseyində təhsilin davam etdirmişdir. 2017-ci ildə Heydər Əliyev adına Ali hərbi (Akademiyaya) İnistutuna qəbul olmuşdur. == Hərbi xidməti == 27 sentyabır 2020-ci ildə 3-cü kursu bitirib kursant kimi döyüşlərə qatılan Murad Rəsulov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına görə", "İgidliyə görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.
Murad Sebastatsi
Murad Sebastatsi (erm. Սեբաստացի Մուրադ) – erməni qulduru, dəstə başçısı, Ermənistanın milli qəhrəmanı. (1874 Sivas – 4 avqust 1918 Bakı). XIX əsrin sonunda Hnçak partiyasına qoşulur, ermənilərin Osmanlı hökumətinə qarşı keçirilən aksiyalarında iştrak edir. Sonradan Daşnaksütuna qoşulur. 1904-cü il Sasun üsyanı zamanı osmanlı ordusuna qarşı döyüşlərdə iştrak edir. Sasun üsyanı yatırıldıqdan sonra, öz dəstəsi ilə Van tərəfə çəkilir və Van ətrafındakı türk və kürd kəndlərinə basqınlar təşkil edir. 1905–1906-cı illərdə Zəngəzurda başına yığdığı ermənilərdən ibarət dəstə ilə Azərbaycan kəndlərinə hücum edir, kəndlər talan edilir, yandırılır, əhali kütləvi şəkildə qətlə yetirilir. 1908-ci il "gənc türklər inqlabından sonra erməni icmasının həyatında aktiv iştrak edir. 1916-cı ildə Ərzincanda erməni milli komitəsinə rəhbərlik edir.
Murad Sta
Murad Sta (9 aprel 1967) — Tunisi təmsil edən stolüstü tennisçi. == Karyerası == Murad Sta Tunisi 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 57-ci, cüt turnirdə isə 29-cu pillənin sahibi olub. Daha sonra Murad Sta Tunisi 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Abbas bəy Muradov
Abbas Həmid oğlu Muradov (fr. Abbasse Mouradoff, 19 oktyabr 1899, Şuşa – 4 iyun 1991, Şalon-an-Şampan, Fransa) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Ağdam rus-tatar (Azərbaycan) məktəbini (1912) və Peterburq realnı məktəbini bitirdikdən (1918) sonra bir müddət Ümumrusiya Müsəlmanlar ittifaqının icraiyyə komitəsində işləmiş, Azərbaycan Xalq Cümhuriyyəti himayədarlıq nazirliyinin qaçqınlarla iş şöbəsində çalışmışdır. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Paris Universitetinə (Fransa) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti quralduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənmək üçün 1921–22-ci illərdə Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun tapşırığı ilə xaricə ezam olunmuş xüsusi nümayəndənin hesabatında onun təhsilini uğurla davam etdirdiyi, Azərbaycanlı Tələbələr İttifaqının 1923–25-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 2 il qaldığı göstərilirdi. Abbas bəy Muradov 1929-cu ildə Paris Universitetində "Oynaq revmatizmi hallarında natrium salisilatının terapevtik dəyərinin öyrənilməsinə təcrübi töhfə" adlı dissertasiyanı müdafiə etmiş və sonralar həkim kimi işləmişdir. Qabriel Busenqo (1910–2007) ilə ailə qurmuşdu. Onların Jak və Münir adlı iki oğlu və Lezli adlı qızı var idi.Abbas bəy Muradov 1991-ci ildə vəfat edib.
Aişə Sultan (III Muradın qızı)
Aişə Sultan (1567, Manisa vilayəti – 15 may 1605, Konstantinopol) - Osmanlı padşahı III. Muradın və Hasəki Safiyə Sultanın ən böyük və ən sevimli qızlarıdır. == Həyatı == 1570-ci ildə III. Murad və Safiyə Sultanın Şahzadə Mehmeddən sonrakı ilk övladı olaraq Manisa Sarayında dünyaya gəldi. 15 dekabr 1574-cü ildə atasının taxta keçməsiylə İstanbula gətirildi. Hərəmxananın həqiqi qurucusu qəbul edilən III. Murad anasının vəfatından sonra bir müddət Köhnə Sarayda yaşadı və bu müddət ərzində Memar Sinana Topqapı Sarayı üçün yeni bir hərəmxananın tikilməsi üzrə əmr verdi. 1585-ci ilin avqust ayında III. Murad Baş Hasəkisi Safiyə Sultan, hasəkiləri Mehriban, Nazpərvər, Şahuban, Fəxriyə Sultanlar və şahzadələri ilə birlikdə yeni hərəmxanaya köçdü. Aişə Sultanın ilk nigahı 1586-cı ilin may ayında Vəzir İbrahim Paşa ilə məhz bu sarayda bağlandı. Bu evlilikdən sonra Aişə Sultan saray daxilində güc qazandı.Aişə Sultan atasının ən sevdiyi qızı idi. Bunun iki səbəbi vardı: anasının Safiyə Sultan olması, ikincisi isə III. Muradın ilk qızı olması. 1595-ci ildə atası vəfat etdi və yerinə qardaşı III. Mehmed taxta keçdi. Aişə Sultan çox şanslı idi; çünki oğlan olmadığı üçün edam edilmədi.
Akif Muradverdiyev
Akif Muradverdiyev (24 avqust 1948, İrəvan) — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, Prezidentin İşlər İdarəsinin keçmiş rəhbəri. == Həyatı == Akif Muradverdiyev 1948-ci ildə Ermənistanda anadan olub. 2013-cü ilin iyun ayında tutulub, Xəzər Rayon Məhkəməsinin həmin il dekabrın 13-də çıxardığı qərarla qaçaqmalçılıqda təqsirli bilinərək 4 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi 2014-cü il fevralın 12-də bu hökmü qüvvədə saxlayıb. Apelyasiya Məhkəməsinin hökmündən Ali Məhkəmə şikayət verilib. Ali Məhkəmə də Apelyasiya Məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Akif Muradverdiyev prezidentin işlər müdiri vəzifəsindən azad edilən vaxt — 2005-ci ilin oktyabrında da tutulmuşdu. O zaman dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilən, sonradan iqtisadi cinayətlərə görə 6 il azadlıqdan məhrum olunan Akif Muradverdiyev 2008-ci il yanvarın 15-də Ali Məhkəmənin qərarı ilə sərbəst buraxılmışdı. Ali Məhkəmə onun cəzasını 5 il sınaq müddətli şərti cəza ilə əvəz etmişdi.
Almas Muradova
Almas Cəlil qızı Muradova — AMEA A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın müasir tarixi" şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru. == Həyatı == Almas Cəlil qızı Muradova 1941-ci il martın 14-də Füzuli şəhərində anadan olmuşdur. O, 1950-1960-cı illərdə Füzuli şəhərinin rus orta məktəbində oxumuşdur. 1963-1968-ci illərdə Dağıstan Dövlət Universitetinin tarix fakültəsində oxumuşdur. 1968-ci ilin dekabrında Azərbaycan EA-nın Tarix İnstitutunda "Azərbaycanın sovet dövrü tarixi" şöbəsində baş laborant vəzifəsində işə başlamışdır. 1969-cu ilin noyabrında kiçik elmi işçi, 1993-cü ildə böyük elmi işçi vəzifəsinə keçirilmişdir. 2004-cü ildən aparıcı elmi işçi vəzifəsində çalışır. Almas Muradova işlədiyi müddətdə bir sıra kollektiv monoqrafiyaların çapa hazırlanmasında iştirak etmişdir. Onun iştirakı ilə nəşr olunan əsərlərdən "Zaqafqaziyada Sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizə", "Azərbaycanda kənd təsərrüfatının kollektivləşdirilməsi", "Azərbaycanda sosialist sənayeləşdirilməsi" (II hissə) sənədlər külliyyatını və s. göstərmək olar.
Atım mənim, muradım mənim (film)
Atım mənim, muradım mənim qısametrajlı sənədli televiziya filmi Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Azərbaycanda atçılığın tarixindən və inkişafından bəhs edir. == Məzmun == Film Azərbaycanda atçılığın tarixindən və inkişafından bəhs edir.
Ayşə Sultan (III Muradın qızı)
Aişə Sultan (1567, Manisa vilayəti – 15 may 1605, Konstantinopol) - Osmanlı padşahı III. Muradın və Hasəki Safiyə Sultanın ən böyük və ən sevimli qızlarıdır. == Həyatı == 1570-ci ildə III. Murad və Safiyə Sultanın Şahzadə Mehmeddən sonrakı ilk övladı olaraq Manisa Sarayında dünyaya gəldi. 15 dekabr 1574-cü ildə atasının taxta keçməsiylə İstanbula gətirildi. Hərəmxananın həqiqi qurucusu qəbul edilən III. Murad anasının vəfatından sonra bir müddət Köhnə Sarayda yaşadı və bu müddət ərzində Memar Sinana Topqapı Sarayı üçün yeni bir hərəmxananın tikilməsi üzrə əmr verdi. 1585-ci ilin avqust ayında III. Murad Baş Hasəkisi Safiyə Sultan, hasəkiləri Mehriban, Nazpərvər, Şahuban, Fəxriyə Sultanlar və şahzadələri ilə birlikdə yeni hərəmxanaya köçdü. Aişə Sultanın ilk nigahı 1586-cı ilin may ayında Vəzir İbrahim Paşa ilə məhz bu sarayda bağlandı. Bu evlilikdən sonra Aişə Sultan saray daxilində güc qazandı.Aişə Sultan atasının ən sevdiyi qızı idi. Bunun iki səbəbi vardı: anasının Safiyə Sultan olması, ikincisi isə III. Muradın ilk qızı olması. 1595-ci ildə atası vəfat etdi və yerinə qardaşı III. Mehmed taxta keçdi. Aişə Sultan çox şanslı idi; çünki oğlan olmadığı üçün edam edilmədi.
Ağa Murad təpəsi
Ağa Murad təpəsi — Yuxarı Yağlıvənd ilə Qacar kəndləri arasında yerləşən təpə. == Toponimkası == Bu ərazi 160 metr hündürlüyü olan qaya və yüksəkliklərdən ibarətdir. Müsbət relyef formalarından olub,ətəyi ilə zirvəsi arasındakı nisbi hündürlüyü 200 metrədək olan yüksəkliyə təpə deyilir. Təpə coğrafi termini ilə əlaqədar Azərbaycan oronimiyasında 4000-dən çox coğrafi ad qeydə alınıb. Toponimin tərkibindəki Ağa Murad sözü şəxs adını bildirir.Deməli,Ağa Murad(bəzən bu sözü Ağamurad şəklində də yazirlar) təpəsi coğrafi adı antroponimik toponimdir.
Aşağı Muradlı (Poldəşt)
Aşağı Muradlı (fars. مرادلوي سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Puldəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 283 nəfər yaşayır (62 ailə).
Aşağı Muradəli (Urmiya)
Aşağı Muradəli (fars. رادعلي سفلي‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 143 nəfər yaşayır (42 ailə).
Aşıq Murad Ulduz
Aşıq Murad Ulduz (Murad Aslan oğlu Ulduz; 1922, Bardaqlı[d], Qars ili – 25 iyul 1999, Türkiyə) — aşıq == Həyatı == Aşıq Murad Ulduz 1922-ci ildə Türkiyənin Arpaçay qəzasının Bardaqlı kəndində doğulmuşdur. Atası Aslan (?-1979) Qasım oğlu, anası isə Molla Məhəmmədin qızı Ayişə olub. 1928-ci ildə 6 yaşlı Murad ailəsi ilə birlikdə Qaraxan kəndinə köçmüşdür. Muradgil ailədə 12 qardaş-bacı olublar. O, Aşıq Gülüstanın və Aşıq İbrahimin şəyirdi olsa da Aşıq Şenlikin oğlu Aşıq Qasımdan da dərs alıb. O özü də ustad olaraq oğlu Aşıq Günay Ulduz başda olmaqla bir çox aşıqlar yetişdirmişdir. Ona 1938-ci ildə vergi verilmiş və aşıqlığa başlamışdır. Təxminən on min qatar şeiri olan Aşıq Murad Qaraxanlının "Murad şah", "Əhməd bəy" və "Muxlis bəy" adlı dastanları da var. Onun yaradıcılığında "Təcnis", "Cığalı təcnis", "Qoşma", "Gəraylı", "Müxəmməs", "Divani" və başqa janrlarda şeirlər vardır. Aşıq Murad 1946-cı ildə Qüdrət adlı xanımla ailə qurmuş və 5 övladları olmuşdur.
Babaxan Muradov
Babaxan Sultan oğlu Muradov (21 mart 1927, Nəsirvaz, Naxçıvan MSSR – bilinmir) — Azərbaycan Respublikasının Milli Məclisi I çağırış deputatı, Dünya Azərbaycanlıları Konqresi Ağsaqqallar Şurasının sabiq sədri, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sabiq katibi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının əvvəlcə maarif nazirinin müavini sonra isə maarif naziri. == Həyatı == Babaxan Muradov 21 mart 1927-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nəsirvaz kəndində anadan olmuşdur. 1943-cü ildə orta təhsilini tamamlamış, 1945–1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. İxtisasca müəllimdir. 1947-ci ildə Nəsirvaz kənd natamam orta məktəbində müəllim kimi çalışmağa başlamışdır. 1954-cü ildən Bakı Maliyə-Kredit Texnikumunda tarix müəllimi, 1955-ci ildən Bakı şəhər Xətai rayonu maarif şöbəsinin müdiri, 1971-ci ildən Azərbaycan SSR Maarif Nazirliyinin baş məktəblər idarəsinin rəisi, 1972-ci ildən isə Bakı şəhəri Nərimanov rayonu 82 saylı tam orta məktəbin direktoru vəzifələrini daşımışdır.Rus dilini bilirdi. Evli idi, 2 övladı var. == Siyasi fəaliyyəti == Babaxan Muradov 1950–1952-ci illərdə Naxçıvan MSSR maarif nazirinin müavini, 1952–1954-cü illərdə isə Naxçıvan MSSR maarif naziri vəzifələrinı daşımışdır.Babaxan Muradov 1991-ci ildən Azərbaycan Respublikası Müəllimlər Şurasının sədri olmuşdur.4 fevral 1996-cı il tarixində keçirilən seçkilərdə Azərbaycan Demokratik Maarifçilik Partiyasının namizədi olaraq 10 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd olmuş və Azərbaycan Respublikasının Milli Məclisi I çağırış deputatı seçilmişdir. O, Milli Məclisin Elm və təhsil məsələləri komissiyası sədrinin müavini olmuşdur. 30 sentyabr 1996-cı il tarixində Milli Məclisin Hesablayıcı komissiyasının üzvü seçilmişdir.
Badal Muradyan
Badal Muradyan (8 yanvar 1915, Çubuxçu, Eçmiədzin qəzası – 30 sentyabr 1991, İrəvan) — Ermənistan SSR Nazirlər Sovetinin 4-cü sədri. == Həyatı == 1966-cı il sentyabrın 30-da erməni elm və mədəniyyət xadimlərinin Naxçıvan və Dağlıq Qarabağla bağlı XXIII qurultaya ünvanladıqları məktub respublika KP MK bürosunda müzakirə edildikdən sonra birinci katib Anton Koçinyan və Ermənistan Nazirlər Sovetinin sədri Badal Muradyanın birgə imzası ilə Moskvaya geniş cavab göndərildi. Cavabdan aydın olur ki, əslində elm və mədəniyyət xadimlərinin adından XXIII qurultaya göndərilmiş müraciət elə Ermənistan rəhbərliyinin fikridir. Onlar Sov.IKP MK-ya yazırdılar ki, Ermənistan SSR-in elm və mədəniyyət xadimlərinin müraciətdə qaldırdığı məsələ birinci dəfə deyil və bundan əvvəl də, xüsusilə son vaxtlar böyük alimlər qurupu, yaradıcılıq birlikləri, ziyalıların nümayəndələri, fəhlələr, kənd təsərrüfatı işçiləri, tələbələr və digərləri bu məsələ ilə bağlı Sov.IKP MK və Ermənistan KP MK-ya çoxsaylı analoci məktub və müraciətlər göndəriblər. Məktub və müraciət müəlliflərinin fikrincə, bu torpaqların Ermənistana qaytarılması xalqlar arasında dostluğu daha da möhkəmləndirəcək, Lenin milli siyasətinin təntənəsini bir daha nümayiş etdirəcək. Koçinyan və Muradyan belə bir əhval-ruhiyyənin Dağlıq Qarabağ vilayəti əhalisi arasında yayıldığını və bunun ifadəsi kimi vilayətdən Ermənistan KP MK-ya əhalinin müxtəlif qruplarının çoxsaylı müraciətlər göndərdiyini vurğulayırdı. Onlar xatırladırdılar ki, erməni xalqı və digər xalqlar üçün ərazi məsələləri həyati əhəmiyyət kəsb edir. Bunu onlar Ermənistan ərazilərinin 2/3 hissəsinin, guya Ermənistanın qərb vilayətlərinin Türkiyə tərəfindən “qəsb” edilməsi ilə izah edirdilər. Koçinyan və Muradyan yazırdılar: “Indiki vaxtda Türkiyə tərəfindən ələ keçirilmiş torpaqların qaytarılması məsələsinin qoyulmasının məqsəduyğun olmadığı əhali tərəfindən anlayışla qarşılansa da, Qarabağ və Naxçıvanın Ermənistan SSR-ə qaytarılması ilə bağlı məsələlərdə biz ciddi çətinliklərlə üzləşirik”.
Bafadar Muradov
Muradov Hacı Bafadar Sultanəli oğlu (20 yanvar 1936, Xızı rayonu – 2007, Xızı rayonu) — Xızı Rayon İcra Hakimiyyətinin başçısı (1994-2001). == Həyatı və fəaliyyəti == Bafadar Muradov 1936-cı il yanvarın 20-də Xızı rayonunun Giləzi (indiki Giləzi qəsəbəsi) kəndində anadan olmuşdur. 1955-ci ildə Giləzi kənd orta məktəbini, 1971-ci ildə isə Bakı Dövlət Universitetini bitirmişdir. Əmək fəaliyyətinə Sumqayıt Sintetik Kauçuk Zavodunda fəhlə kimi başlamışdır. 1957-ci ildə Giləzi Kolxozunda mexanizator, tarlaçılıq briqadasında şöbə müdiri, quşçuluq fabrikində sex müdiri, zootexnik, Giləzi Qarışıq Yem Zavodunda direktor, 1980-cı ildən Abşeron Rayon Aqrokombinatında baş direktor, Qobustan qoyunçuluq sovxozunda direktor, 1986-cı ildən Abşeron rayonundakı Xırdalan südçülük sovxozunda baş zootexnik, 1989-cu ildən Altağac sovxozunda direktor, 1992-ci ildən Xızı rayon Aqrokombinatı baş direktorunun müavini, 1994-2001-ci illərdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. 2007-ci ildə Xızıda vəfat etmişdir.
Bahar Muradova
Bahar Əvəz qızı Muradova (20 mart 1962, Füzuli) — Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikasının Milli Məclisinin sabiq sədr müavini, sabiq deputat. == Həyatı == Bahar Muradova 1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub. O, əslən Füzuli rayonunun Yağlıvənd kəndindəndir. Milliyyətcə azərbaycanlıdır. 1977-ci ildə Füzuli şəhər 3 saylı orta məktəbin 8-ci sinfini tərifnamə ilə, 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, 1990-cı ildə Azərbaycan Dövlət Universiteti nin filologiya fakültəsini, 2000-ci ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib. 1981-ci ildən Bakı 1 saylı tikiş fabrikində əmək fəaliyyətinə başlayıb. 1989–1992-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992–1993-cü illərdə "Qayğı" Cəmiyyəti Yasamal rayon təşkilatının məsul katibi işləyib. Mingəçevir şəhərinin qurucularından olan Şahvələd Quliyevin gəlinidir. == Siyasi fəaliyyəti == 1993–1995-ci illərdə Yasamal Rayon İcra Hakimiyyətinin təlimatçısı, 1995–2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin referenti vəzifələrində çalışıb. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Barış Murad Yağcı
Barış Murad Yağçı (türk. Barış Murat Yağcı; 21 yanvar 1991, Alaçatı, İzmir, Türkiyə) — Türkiyə aktyoru.
Bir-Murad-Rays
Bir-Murad-Rays (ərəb. بير مراد رايس‎,‎ fr. Bir Mourad Raïs və ya Birmandreis) — Əlcəzairin şimalında, Əlcəzair vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin mərkəzi hissəsində, dəniz səviyyəsindən 175 metr yüksəklikdə yerləşir.Kommuna ölkənin paytaxtı və vilayət mərkəzi olan Əlcəzair şəhəri ilə birbaşa bitişikdir və onun mərkəzindən təxminən 4 kilometr məsafədə yerləşir.
Dera Murad Camali
Dera Murad Camali qısaldılmış formada D.M.Camali — Bəlucistan əyalətinin Nəsirabad rayonunda şəhər. == Etimologiya == Dera sözü Brahi, Urdu, Baluc, Puştu və bir çox digər dillərdə məskunlaşma deməkdir. Dera Murad Camali beləliklə Murad Camali qəsəbəsi və ya şəhər deməkdir. Pakistanda bir çox şəhər adlarında Dera prefiks şəklində var, məsələn Dera İsmayıl Xan, Dera Qazi Xan və Dera Allah Yar. Şəhərə sui-qəsd nəticəsində ölmüş Pakistan lideri Mir Murad Camalinin adı verilib. Mir Məhəmməd Murad Camali Pakistan Müsəlman Birliyinin aparıcı siyasi şəxsiyyətlərindən biri idi və Pakistanın müstəqilliyi və Bəlucistan əyalətinin rifahı üçün Məhəmməd Əli Cinnahın yaxın müttəfiqi idi. Mir Murad naməlum şəxslər tərəfindən cümə namazından sonra Kvetta şəhərində bir məsciddən çıxarkən öldürülmüşdü. Cinayət xəbərindən sonra ölkənin təhlükəsizliyi üçün Sind və Bəlucistanda tətil elan edildi.
Dmitri Muradov
Dmitri Andreyeviç Muradov (rus. Дми́трий Андре́евич Мура́тов;29 oktyabr 1961, Kuybışev) — Rusiya jurnalisti, teleaparıcısı. "Novaya qazeta"nın baş redaktoru (1995-2017 və 2019-cu ildən), qurucularından biri. İfadə azadlığını qorumaq sahəsində fəaliyyətinə görə 2021 Nobel Sülh Mükafatı laureatı (Andrey Saxarov və Mixail Qorbaçovdan sonra bu mükafata layiq görülmüş üçüncü rusdür)Muratov 1993-cü ildə bir neçə başqa jurnalistlə birlikdə demokratiya tərəfdarı olan “Novaya qazeta” qəzetini təsis edib. O, 1995-2017-ci illərdə qəzetin baş redaktoru olub, 2019-cu ildə yenidən bu vəzifənin icrasına başlayıb. Qəzet hökumətin korrupsiyası, insan hüquqlarının pozulması, seçki saxtakarlığı, polis zorakılığı və səlahiyyətdən digər sui-istifadə halları kimi həssas mövzularda reportajları ilə tanınır. Baş redaktor kimi o, müstəqil mətbuatın fəal müdafiəçisi idi və Anna Politkovskayanın Putin administrasiyasını diqqətlə araşdıran məqalələrini dərc edirdi. Jurnalistləri Müdafiə Komitəsinin fikrinə görə, Muratov “bu gün Rusiyada milli təsiri olan yeganə həqiqi tənqidi qəzetin” yaradılmasına kömək edib. 28 mart 2022-ci ildə qəzet Roskomnadzordan ikinci xəbərdarlıq aldıqdan sonra onlayn və çap fəaliyyətini dayandıracağını açıqladı.2022-ci ilin aprelində Norveçin ikinci ən böyük media qrupu olan "Amedia" Rusiyadakı fəaliyyətini dayandırdığı üçün Rusiyadakı təxminən 4 milyon avro həcmində qiymətləndirilən dörd mətbəəsini Muratova təhvil verdiyini elan etdi. == Həyatı == 30 oktyabr 1961-ci ildə Kuybışevdə anadan olub.
Elburus Muradov
Muradov Elburus Ənvər oğlu — Azərbaycan Respublikasının əməkdar mühəndisi. == Həyatı == Elbrus Muradov 1939-cu ildə Qazaxıstanda doğulub. 1946-cı ildə Qulak-Kurqan kənd məktəbinə gedib. Bakı şəhərinə köçdükdən sonra 156 saylı məktəbdə təhsilini davam etdirib. Orta məktəbi bitirəndən sonra 2 saylı TPM-i tamamlayıb. 1958-ci ildə texniki peşə məktəbininin elektromexanik ixtisasını bitirib, Azərbaycan Dəmir Yolunda əmək fəaliyyətinə başlayıb. 1958–1967-ci illərdə Biləcəri distansiyasında elektramexanik vəzifəsində çalışıb. İşləyə-işləyə Azərbaycan Politexnik İnstitutuna daxil olub. "Radiotexnika və radiorabitə" fakültəsini bitirib. 1967–1970-ci illərdə Bakı Metropoliteninin İMB və Rabitə xidmətində İTŞ böyük mühəndisi, 1970–1971-ci illərdə Biləcəri distansiyasında baş mühəndis, 1975–1980-ci illərdə Metropolitendə İMB və Rabitə xidmətində rəis vəzifəsində işləyib.
Elcan Muradov
Elcan Eldəniz oğlu Muradov (3 iyul 2001; Gəncə, Azərbaycan — 1 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elcan Muradov 3 iyul 2001-ci ildə Gəncə şəhərində Eldəniz Muradovun ailəsində anadan olmuşdur. 2007-2017-ci illərdə Gəncə şəhər 19 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Elcan Muradov 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Elcan Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elcan Muradov 1 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 9 noyabr 2020-ci ildə nəşi neytral zonadan götürülərək Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Elgün Muradov
Elgün Muradov (26 aprel 1998, Daşlıyataq, Dəvəçi rayonu – 28 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Elgün Etibar oğlu Muradov 26 aprel 1998-ci ildə Şabran rayonunun Daşlıyataq kəndində anadan olmuşdur. 2004-cü ildə Şabran rayonu Ağalıq kəndində şəhid Elman Mütəllimov adına məktəbin birinci sinfinə daxil olmuşdur. Təhsilini Abşeron rayon Masazır kənd 3 saylı orta məktəbdə davam etdirmişdir. 2015-ci ildə həmin məktəbdən məzun olmuşdur. Həmin il Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olmuşdur. 2016-2017-ci illərdə "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətdə qumbaraatan köməkçisi vəzifəsində xidmət etmişdir. Həqiqi hərbi xidməti fəxri fərman və təşəkkürnamələrlə başa vurmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 2019-cu ildə təhsil aldığı kolleci "maliyyə işi" ixtisası üzrə bitirmişdir.
Elmira Muradəliyeva
Elmira Muradəliyeva (tam adı: Elmira Böyükağa qızı Muradəliyeva) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrası"nın professoru, tarix elmləri doktoru. == Həyatı == 11 oktyabr 1950-ci ildə Bakıda dünyaya gəlib. === Təhsili === 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix Fakültəsinə daxil olub. 1982-ci ildə Moskva Dövlət Universitetində "Bakı neft sənayesində inhisarçı kapitalın tarixinə dair kütləvi mənbələr" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1983 ildə bu işə görə Gənc tədqiqatçıların Ümumittifaq Müsabiqəsində Laureat diplomu ilə təltif olunmuşdur. 1991-ci ildə isə AMEA-nın Tarix institutunda "XIX yüzillyin II yarısında Quzey Azərbaycan şəhərləri"mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1982-ci ildən dosent, 1992-ci ildən professor elmi adını alıb. == Elmi fəaliyyəti == 1973-cü ildən günümüzədək öz elmi-pedaqoji fəaliyyətini Azərbaycan tarixi kafedrasında davam etdirir 80-dən artıq elmi əsərin, o cümlədən 3 monoqrafiyanın müəllifidir. 7 elmlər namizədi yetişdirib." Azərtelefilm " in çəkdiyi "Odlu məmləkət" monumental 12 seriyalı elmi-publisistik (rejissor Nazim Rza İsrafiloğlu) elmi məsləhətçisi və iştirakçısı olmuşdur. 1992–2002-ci illərdə Ali Attestasiya Komissiyasının tarix elmləri üzrə ekspert şurasının elmi katibi və üzvü olmuşdur.
Elxan Muradov
Muradov Elxan Murad oğlu (15 may 2001, Əhmədabad, Sabirabad rayonu – 8 oktyabr 2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 15 may 2001-ci ildə Sabirabad rayonu Əhmədabad kəndində dünyaya gəlmişdir. Orta təhsilini 2017-ci ildə Əhmədabad kənd tam orta məktəbində başa vurmuşdur. Orta məktəbdə oxuduğu illərdə şəhidlərə həsr olunmuş tədbirlərdə daim fəal iştirak edirdi. Elxanı tanıyanlar Elxanın necə ürəkli, vətənpərvər oğul olmasını qeyd edirlər. Elxan hər zaman şəhidlərin qəhrəmanlıq ənənələrini daim davam etdirəcəyinə söz verirdi == Hərbi xidməti == Elxan orta təhsilini başa vurduqdan sonra Sabirabad rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.Hərbi xidmətini Ağdamda “N”saylı hərbi hissədə yerinə yetirirdi. Hərbi xidmətini başa vurmasına 3 ay qalmış, Elxan , 8 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid oldu. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elxan Muradov ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elyar Muradov
Muradov Elyar Həbib oğlu (1963) - Azərbaycanın Əməkdar mühəndisi. == Həyatı == Elyar Muradov 14 iyun 1963-cü ildə Cəbrayıl rayonun Qumlaq kəndində doğulub. 1980-ci ildə Cəbrayıl rayonunun orta internat məktəbini bitirmişdir. 1985-ci ildə Xarkov Dəmir Yol Mühəndisləri institutunun "Vaqonqayırma və vaqon təsərrüfatı" ixtisasını tamamlayıb. Təyinatla Bakı vaqon Deposuna göndərilib. Depoda vaqon müayinəçisi kimi əmək fəaliyyətinə başlayıb. Elyar Muradov 1988-ci ildən 1989-cu ilədək Deponun texniki istehsalat şöbəsinin rəisi vəzifəsində çalışıb. Elyar Muradov 1989-cu ilədən 1991-ci ilədək Depoda baş texnoloq vəzifəsində işləyib. Elyar Muradov 1991-ci ilədən 1996-cı ilədək Deponun baş mühəndisi vəzifəsində çalışıb. Elyar Muradov 1996-cı ilədən 2004-cü ilədək Bakı vaqon deposunun rəisi vəzifəsində işləyib.

Digər lüğətlərdə

деньжи́шки мо́лкнуть некраси́во ошмёток пасе́ние уха́бистость биатлони́стка дива́н замина́ть пау́к подвари́ть пораже́ние притаёжный пустодо́м эхогра́фия Bow Street Runners compatriot consumptive great-primer isomer militarese scutate бесспорный жалеть загустеть