MURAD

i. 1. wish (for), desire (for), longing (for), hunger (for); 2. aim, intention, purpose; ~a çatmaq to achieve / to gain / to attain one’s object / end; to secure one’s object

MUNDİR
MURDAR
OBASTAN VİKİ
Dəllək Murad
Dəllək Murad (XVII əsr və ya XVIII əsr – XVIII əsr) – XVIII əsr aşıqlarından biri. Dəllək Murad XVIII əsr aşıqlarındandır, doğum və ölüm tarixi dəqiq məlum deyil. Bəzi mənbələrdə onun XVII əsrdə yaşadığı qeyd olunur. Əsasən gəraylıları və qoşmaları ilə tanınıb. Qoşmalarında çoxlu sayda nəsihətlərə rast gəlmək olar. Azərbaycan Aşıqları və El Şairləri: I. Bakı: 1983, səh.147–151. Azərbaycan Ədəbiyyatı İnciləri/Bayatı, Qoşma, Təcnis. Bakı: 1988, səh.265. Telli saz ustadları. Bakı: 1964, səh.20–23.
Fərid Murad
Fərid Murad (14 sentyabr 1936[…] – 4 sentyabr 2023[…]) — əslən alban olan amerikalı həkim və farmakoloq, 1998-ci ildə tibb və fiziologiya üzrə azot oksidin ürək-damar sistemində siqnal molekul rolunun kəşfinə görə Nobel mükafatçısı olub. Ferid Murad, 1936-cı ildə 14 sentyabr ABŞ-də İndiana ştatında, Whiting şəhərində anadan olub. 1958–1965-ci illərdə Klivlenddə Western Reserve Universitetində oxuyub və tibb üzrə fəlsəfə elmləri doktoru (PhD) adına layiq görülüb. 1975–81 — Vircinia Universitetində İç Xəstəliklər və Farmakologiya kafedrasının professoru 1971–81 — Vircinia Universitetində kliniki tədqiqat mərkəzinin direktoru 1973–81 — Vircinia Universitetində İç Xəstəliklər kafedrasında Kliniki Farmakologiya bölməsinin direktoru 1981–89 — Stanford Universitetində İç Xəstəliklər və Farmakologiya kafedrasının professoru 1981–86 — Palo Alto veteranlar administrasiyasında tibbi mərkəzin müdiri 1988 - Çikaqoda (İllinoys ştatı) Northwestern Universitində professor Farmakologiya kafedrasının professoru 1990–92 — Dünyaca ünlü Abbott Laoratories (İllinoys ştatında) əczaçı konsernində farmasevtik tədqiqat və inkişaf bölməsinin işçisi, vise-presidenti 1993–95 — CEO/President, Molecular Geriatrics Corporation, Lake Bluff, Illinois Ciba Award, 1988 Albert Lasker Basic Medical Research Award, 1996 Nobel mükafatı Fərid Muradın Nobel Mühzairəsi (ingiliscə) Fərid Muradla müsahibə (ingiliscə) Mədəniyyət kanalı.
III Murad
III. Murad (osman. مراد ثالث) (4 iyul 1546, Manisa, Osmanlı imperiyası – 16 yanvar 1595, Konstantinopol, Osmanlı imperiyası), 12-ci Osmanlı padşahı və 91-ci İslam xəlifəsidir. Səltənəti zamanında Osmanlı dövlətinin sahəsi 19.902.000 km²-ə qədər yüksəlmişdir. 21 il hakimiyyətdə qalan III. Murad dönəmində 11 sədrəzəm, 7 şeyxülislam dəyişmişdir. Dövrün tarixi qaynaqlarında qərarsız, dinə və şeiriyyata düşkün olaraq təsvir olunan III. Muradın ətrafında həmişə rəmmal və münəccimlərin olduğu qeyd olunur. 4 iyul 1546 tarixində atası II Səlimin Manisa sancaqbəyliyi dövründə Manisanın Bozdağ yaylağında dünyaya gəlmişdir. Əsl adı Cecilia Baffo olan Venesiya əsilli Nurbanu Sultanın oğludur. İlk təhsilini Manisa sarayında aldı və 1557-ci ilin aprelində sünnət mərasimi burada keçirildi. Atasının 1558-ci ildə Qaraman əyalətinə göndərilməsi ilə onunla birlikdə getdi və babası Qanuni Sultan Süleymanın xeyir-duası ilə Akşehir sancaqbəyi seçildi. Burada ikən atası ilə əmisi Şahzadə Bəyazid arasında gedən Konya döyüşü əsnasında Konya qalasının mühafizəsi ilə vəzifələndirildi.
II Murad
II Murad ya da Qoca Murad (Osmanlı türkcəsi: مراد ثاني — Murād-ı sānī; iyun 1404, Amasya – 3 fevral 1451, Ədirnə) — 6. Osmanlı padşahıdır. Atası Sultan I Mehmed, anası isə Dulqədiroğlu Nəsrəddin bəyin qızı Əminə Xatundur. Şahzadə Murad bəzi qaynaqlara görə 1402-ci ildə, bəzi qaynaqlara görə isə 1404-cü ildə Amasiyada dünyaya gəldi. Uşaqlıq illəri Amasiyada keçmişdir. 1410-cu ildə atası ilə birlikdə Bursaya gəldi və burda saray təhsilinə başladı. 1415-ci ildə lələsi Yörgüc Paşanın nəzarəti altında Amasiya sancaqbəyi təyin olundu. Bir il sonra İzmir və Manisa bölgəsində çıxan Börklücə Mustafa üsyanını yatırmış, 1418-ci ildə gələcəkdə lələsi olacaq Həmzə bəylə Candaroğullarına hücum etdi və Samsunu aldı. Atası I Mehmed Ədirnədə çıxdığı ovda ağır yaralanmış, ölüm yatağında ikən oğlu Şahzadə Muradı vəliəhd elan etmişdir. Bu səbəbdən dövlət adamları atasının vəfatı xəbərini gizlədərək Şahzadə Muradı dərhal Bursaya çağırdılar.
IV Murad
IV Murad (osman. مراد رابع Murād-i rābi‘; 27 iyul 1612, Konstantinopol – 8 (18) fevral 1640, Konstantinopol) — 17-ci Osmanlı padşahı və 96-cı İslam xəlifəsi. İrəvan və Bağdad fatehidir. IV Murad 27 iyul 1612-ci il tarixində İstanbulda Sultan I Əhmədin və əsl adı Anastasiya olan yunan əsilli Kösəm Sultanın oğlu olaraq dünyaya gəldi. Böyük qardaşı Gənc Osmanın Yeddiqüllə zindanlarında bir qrup yeniçəri tərəfindən öldürülməsi və daha sonra zorla taxta oturulan əmisi I Mustafanın müxtəlif intriqalarla yenidən devrilməsi nəticəsində 11 yaşında taxt-tac sahibi oldu. 27 iyul 1612 tarixində İstanbulda dünyaya gəlmişdir. İndiki Bəylərbəyi sarayının ərazisində yerləşən və vaxtilə II Səlimin qızı Gövhərxan Sultan üçün inşa etdirdiyi sarayda dünyaya gəlmişdir. I Əhməd və Mahpeykər Kösəm Sultanın oğludur. Şahzadəlik illəri haqqında mənbələrdə çox məlumat yoxdur. II Osman hadisələrindən sonra sədrəzəm Davud Paşanın tərtibiylə digər qardaşları ilə birlikdə Üsküdara aparılarkən sui-qəsdə məruz qalmış və saray ağalarının müdaxiləsiylə sui-qəsddən xilas olmuşdur.
Murad
Murad — Azərbaycan kişi adı və təxəllüs. I Murad — Osmanlı Dövləti’nin üçüncü padşahı. II Murad — Osmanlı sultanı I Mehmedin oğlu III Murad — Osmanlı sultanı II Sultan Səlimin oğlu IV Murad — 1623–1640-cı illərdə Osmanlı sultan I Əhmədin oğlu V Murad — Osmanlı sultanı. Əbdülməsidin oğlu Murad Dadaşov — azərbaycanlı aktyor, aparıcı, şoumen. Murad Sebastatsi — erməni qulduru, dəstə başçısı, Ermənistanın milli qəhrəmanı. Murad Rəhimov — ABŞ Silahlı Qüvvələrinin Azərbaycan əsilli əsgəri. Murad bəy — Misir məmlüklərinin rəhbəri, süvari dəstəsinin komandiri. Murad Ömərov — texniki elmləri doktoru, professor.
Hacı Murad
Hacı Murad (avar. XIажи Мурад; 1795, Xunzax – 5 may 1852, Nuxa) – Şimali Qafqaz xalqlarının əslən Dağıstanın Xunzax kəndindən olan görkəmli rəhbərlərindən biridir. Milliyətcə Avardır. Lev Tolstoyun eyniadlı əsərinin baş qəhrəmanıdır. 1834-cü ildə qardaşı Osmanın Həmzət bəy Avarlıya qarşı təşkil etdiyi sui-qəsddə iştirak etməklə məşhurluq qazanmışdır. Sonralar rus ordusu və avarlar arasında aparılan danışıqlarda vasitəçi olmuşdur. 1836-cı ildə Hacı Murad Şeyx Şamillə gizli əlaqələr qurmaqda ittiham edilərək general Klüqenaunun əmri ilə həbs olunur və Temir-xan Şuraya göndərilir. Lakin, yolda qaçmağa müvəffəq olur. Həmin vaxtdan etibarən onu bütün avar kəndlərinin naibi təyin edən Şamilə xidmət etməyə başlayır. Hacı Murad o dövrün bütün hərbi əməliyyatlarında – xüsusilə də ruslara qarşı 1843-cü ildəki döyüşlərdə iştirak etmiş və vacib rol oynamışdır.
I Murad
I Murad və ya Murad Hüdavəndigar (Osmanlı türkcəsi: مراد اول — Murād-i evvel) (d. 29 iyun 1326) — 3-cü Osmanlı sultanı. 29 iyun 1326-cı ildə dünyaya gəldi. Atası 2-ci Osmanlı sultanı Qazi Orxan bəy, anası isə Yarhisar təkfurunun qızı Nilüfər Xatundur. Tarixi mənbələrdə və kitabələrdə "bəy, əmir-i-əzəm, xan, hüdavəndigar, padşah, sultan-üs-səlatin, məlik-ül-mülk" kimi ünvanlarla anılır. Osmanlı tarixində isə daha çox Murad Hüdavəndigar olaraq tanınır. Süleyman, Sultan, İbrahim, Xəlil və Qasım adlı qardaşları olsa da, bunlardan yalnız Süleymanla anaları bir idi. Taxt çıxdığı əsnada isə bu qardaşlarından yalnız Şahzadə İbrahim və Xəlil sağ idi. Atası Orxan bəy, İzmitin fəthinə çıxmadan öncə (1337) onu Bursa sancaqbəyi təyin etdi və 12 yaşlı Murad kiçik yaşlarından yanında olan Lələ Şahin ağayla birlikdə Bursaya göndərildi. İzmitin fəthinin ardından Əskişəhər sancaqbəyliyinə gətirildi.
Leyla Murad
Leyla Murad (ərəb. ليلى مراد‎); (17 fevral 1918 – 21 noyabr, 1995) — yəhudi mənşəli Misir müğənnisi və aktrisası, islam dinini qəbul edib. ماهر حسن ، المصرى اليوم ، عدد 1987 ، 21 نوفمبر 2009. Laila Mourad Video Music Clips زكى فطين عبد الوهاب يكشف أسرار ليلي مراد… Leyla Murad — IMDb səhifəsi.
Murad Xəlilli
Murad Vəli oğlu Xəlilli (14 iyul 1994; Şərur rayonu, Azərbaycan — 30 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Murad Xəlilli 1994-cü il iyulun 14-də Şərur rayonunun Çomaxtur kəndində anadan olub. Ailəli idi. Bir qızı yadigar qaldı. Azərbaycan Ordusunun kiçik çavuşu olan Murad Xəlilli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murad Xəlilli oktyabrın 30-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Şərur rayonunun Çomaxtur kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Xəlilli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Xəlilli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Xəlilli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Murad Xəlilov
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.
Murad Yagizarov
Hacı Murad Hacı Əhməd oğlu Yagizarov (18 iyul 1939 və ya 1939, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı, Humay mükafatçısı, Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru, Şamaxı xanı Mahmud ağanın nəticəsi. Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub. Hələ məktəbdə oxuduğu dövrdə dram dərnəyində çıxış etmişdir. Çıxışı izləyən görkəmli aktyor Ələsgər Ələkbərov ona Teatr İnstitutuna daxil olmağı məsləhət görür. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb (1958–1962). 1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 iyun 1974 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 dekabr 1982 Azərbaycan SSR Dövlət mükafatı — 1986 "Qızıl Dərviş" mükafatı — 1996 "Şöhrət" ordeni — 28 oktyabr 2009 "Şərəf" ordeni — 1 avqust 2019 Yagizarov (Yegiazarov tamam başqa şəcərəyə aid soyaddır) soyadı yalnız onun nəslinə mənsubdur. Aktyorun ulu babası Şamaxı xanı Mahmud ağa Əliyev, babası İsmayıl bəy isə tanınmış vəkil olmuşdur. Vaxtilə aktyorun Dağıstanın Buynaksk şəhərindən olan atasını varlı olduqları üçün 1917-ci ilin sosialist inqilabından sonra onun bütün ailəsini Sibirə sürgün ediblər. Xeyli cəhd göstərəndən sonra, atası Hacı Əhməd Moskvada rəhbər şəxslərdən birinin qəbuluna düşərək ailəsini azad etdirə bilib.
Murad Yegizarov
Hacı Murad Hacı Əhməd oğlu Yagizarov (18 iyul 1939 və ya 1939, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı, Humay mükafatçısı, Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru, Şamaxı xanı Mahmud ağanın nəticəsi. Hacı Murad Hacı Əhməd oğlu Yagizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub. Hələ məktəbdə oxuduğu dövrdə dram dərnəyində çıxış etmişdir. Çıxışı izləyən görkəmli aktyor Ələsgər Ələkbərov ona Teatr İnstitutuna daxil olmağı məsləhət görür. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb (1958–1962). 1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 iyun 1974 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 dekabr 1982 Azərbaycan SSR Dövlət mükafatı — 1986 "Qızıl Dərviş" mükafatı — 1996 "Şöhrət" ordeni — 28 oktyabr 2009 "Şərəf" ordeni — 1 avqust 2019 Yagizarov (Yegiazarov tamam başqa şəcərəyə aid soyaddır) soyadı yalnız onun nəslinə mənsubdur. Aktyorun ulu babası Şamaxı xanı Mahmud ağa Əliyev, babası İsmayıl bəy isə tanınmış vəkil olmuşdur. Vaxtilə aktyorun Dağıstanın Buynaksk şəhərindən olan atasını varlı olduqları üçün 1917-ci ilin sosialist inqilabından sonra onun bütün ailəsini Sibirə sürgün ediblər. Xeyli cəhd göstərəndən sonra, atası Hacı Əhməd Moskvada rəhbər şəxslərdən birinin qəbuluna düşərək ailəsini azad etdirə bilib.
Murad Yunusov
Murad Bayram oğlu Yunusov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. 10 sentyabr 2001-ci ildə Kürdəmir rayonunda anadan olub. 4 noyabr 2020-ci ildə Xocavənd, Qızılbazar uğrunda gedən döyüşlərdə şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Yunusov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Murad Yunusov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Murad Zemuri
Murad Zemuri (3 mart 1993) — Qatarlı cüdoçu. Murad Zemuri Qatarı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Murad Zemuri birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 73 kq çəkidə, 1/8 final mərhələsində Belçikanın nümayəndəsi Dirk Van Tixelt ilə üz-üzə gəldi. Həmin görüşdə Andryu Tomas Mluqu rəqibinə 0:100 hesabı ilə uduzdu.
Murad bəy
Murad bəy (1750-1801) — Misir məmlüklərinin rəhbəri, süvari dəstəsinin komandiri. İbrahim bəylə birlikdə Misiri idarə ediblər. İbrahim kimi o da gürcü əsillidir. Napoleonun ordusuna məğlub olandan sonra Murad Yuxarı Misirə qaçır və burada qısa müddət ərzində partizan müharibəsi aparır. 1800-cü ildə Murad Kleberlə sülh imzalayır və Qahirədəki qarnizona rəhbərlik etməyə razılıq verirsə də, onun yanına gedərkən yolda bubon taunu xəstəliyindən vəfat edir. Chandler, David, The Campaigns of Napoleon New York, Macmillan, 1966. Xuan Koul, Napoleon’s Egypt: Invading the Middle East Palgrave Macmillan, 2007. [ISBN 1-4039-6431-9] Herold, J. Christopher, Bonaparte in Egypt - London, Hamish Hamilton, 1962. Herold, J. Christopher, The Age of Napoleon. New York, American Heritage, 1963.
Murad darvazası
Murad darvazası — Şirvanşahlar saray kompleksinin orta həyətinin Şərq divarında yerləşən böyük portal. Murad darvazası Şirvanşahlar saray kompleksi ərazisində XVI əsrə aid olan yeganə tikilidir. Darvaza portalının yuxarı çərçivəsində olan iki medalyon arasındakı kitabədə onun "994-cü ildə (miladi 1585–1586) böyük və ədalətli Sultan III Muradın dövründə" memar Əmirşah Təbrizi tərəfindən inşa edilməsi göstərilib. Portal öz xarakteri etibarilə Divanxana və Şirvanşahlar türbəsinin portallarına oxşasa da, həm işlənmə keyfiyyəti, həm də bəzəyi baxımından onlardan geri qalır. 1576-cı ildə I Şah Təhmasibin ölümündən sonra Səfəvi taxtına onun varisi II Şah İsmayıl keçir. II İsmayıl 1555-ci ildə bağlanmış Amasiya müqaviləsinin şərtlərinə əməl etməyərək Osmanlı əmirlərini öz tərəfinə çəkməyə çalışır. Buna görə də Osmanlı sultanı III Murad Van bəylərbəyinə bölgədə sabitliyin təmin edilməsini tapşırır. Səfəvilərin Luristan valisinin Osmanlılara sığınması ilə münasibətlər daha da gərginləşir. 1578-ci ildə gənc şah II İsmayılın zəhərlənərək öldürülməsindən sonra Səfəvilər sarayında taxt uğrunda mübarizə başlayır. Ölkənin belə mürəkkəb siyasi vəziyyətində Sultan III Murad Səfəvilərə qarşı müharibə elan edir.
Murad dağı
Murad dağı - Kütahya və Uşak illərinin ən yüksək dağıdır. Kütahya və Uşak illərinin təbii sərhədini əmələ gətirir. Dağa indiki adını XIV əsrdə Kadoini fəth edən türkmənlər veriblər. Murad dağı Mərkəzi Banaz rayonunun şimalını əhatə edir. 2.312 metrlik zirvəsi ilə Ege bölgəsinin Honaz dağından sonra ən yüksək dağıdır. Murad dağının Uşak sərhədləri içərisində yüksəltisi 1.500-2.000 metr hündürlüyə çatan bir çox təpə və yaylalar vardır. Bu təpə və yaylalar çox zəngin şam meşələri və otlaqlarla əhatə olunub. Həm də Gediz bələdiyyəsi himayəsində 2 ədəd isti yeraltı su əsaslı hamam və müxtəlif yaylalarda villa tipli evlər mövcuddur. Ərazidə termal xizək mərkəzi yaradılmışdır. Burada 1450 metr yüksəklikdə 41 °C istilikdə termal su və yerləşmə, 1850 metr yüksəklikdə isə hər növdə xizək sürmə fürsəti təklif olunur.
Murad təpə
Murad təpə (Kanakеrovan) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotyak, Abovyan) rayonunda kənd. 15.08.1964-cü ildə kənd еrmənicə Kanakеrovan adlandırılmışdır. Kənd "Muradtəpə"nin adını əks еtdirir. tarixində adı dəyişdirilərək Kanakeravan qoyulmuşdur. 1948-ci illərdə kəndin əhalisi Azərbaycana köçürülmüşdür.
Murad xan
Murad xan (Qızıl Orda) I Murad II Murad III Murad IV Murad V Murad Murad Xan (Luristan) — Luristan ostanının Kuhdəşt şəhristanının Tarhan bəxşinin Şərqi Tarhan dehistanında kənd.
Murad Çobanoğlu
Murad Çobanoğlu (türk. Murat Çobanoğlu; 1940, Türkiyə – 26 mart 2005, Ankara) — qarapapaq mənşəli Türkiyə aşığı. Murad Çobanoğlu 1940-cı ildə Türkiyədə, Qars vilayətinin Arpaçay rayonunun Qoçköyü kəndində fermer ailəsində anadan olmuşdur. O, qarapapaq əsillidir və əsl soyadı Çobanlardır. Anası Lalə xanım, atası Aşıq Şənliyin şagirdlərindən olan Aşıq Gülüstandır. Atası Arpaçayın Qoçköyü kəndindən idi və 1920-ci ildə Qars şəhərində məskunlaşmışdır. Həyat yoldaşı erkən vəfat etdiyinə görə o, oğlunu özü böyütmüşdür. Atası 1970-ci ildə oğlu Murad Çobanoğlu ilə birlikdə İzmirə köçmüşdür. Murad Çobanoğlu 1951-ci ildə yuxusunda badə içdikdən sonra saz çalmağa və şeir oxumağa başlamışdır. O, 1966-cı ildən bəri Konya Aşıqlar Festivalına qatılmışdır.
Murad Ömərov
Murad Ənvər oğlu Ömərov — azərbaycan əsilli Ukrayna alimi, texniki elmləri doktoru, professor, Belorus, Rusiya və Ukrayna Tətbiqi Radioelektronika Akademiyasının akademiki, Xarkov Milli Radioelektronika Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Xarkov vilayəti "Azərbaycan-Ukrayna dostluq cəmiyyəti" idarə heyətinin sədri . Murad Ömərov 28 mart 1963-cü ildə Kürdəmir rayonunun Xırdapay kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1980-ci ildə Xarkov Radio Elektronika İnstitutuna qəbul olunmuş, 1985-ci ilədək instututda muxtəlif vəzifələrdə calışmışdır. 1991-ci ildə İnformasiya oturulməsi uzrə fiber-optik rabitə sistemləri sahəsində namizədlik dissertasiyasını mudafiə etmişdir. 2004-cu ildə Ukrayna Tətbiqi Radio Elektronika Akademiyasının akademiki secilmişdir. 2009-cu ildə professor adını qazanmışdır. 2009-cu ildən etibarən Xarkov Milli Radio Elektronika Universitetinin Xarici Vətəndaşların Tədris Mərkəzinin direktoru olmuşdur. 2015-ci ilin oktyabrında Xarkov Milli Radioelektronika Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru təyin edilmişdir. 2000-ci ildən etibarən Xarkov vilayəti Azərbaycan Ukrayna “Dostluq” cəmiyyətinin uzvu olmuş, 2001-ci ildə isə bu cəmiyyətin sədri secilmişdir. 2002-ci ildə Murad Omərov Ukrayna Milli Mədəni Birlik Assosiasiyasının vitse-prezidenti secilmişdir.
Murad İbadov
Murad Yusif oğlu İbadov (29 dekabr 1993; Qobustan rayonu, Azərbaycan — 16 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Murad İbadov 1993-cü il dekabrın 29-da Qobustan rayonunun Cəyirli kəndində anadan olub. 2000-2009-cu illərdə R. Hüseynov adına Cəyirli kənd tam orta məktəbində, 2009-2011-ci illərdə isə A. Quliyev adına Cəyirli kənd tam orta məktəbində təhsil alıb. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. Murad İbadov 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2016-cı ildən Bərdə rayonunda yerləşən 1-ci Ordu Korpusunda xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun baş leytenantı olan Murad İbadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Murad İbadov oktyabrın 15-də Ağdərə istiqamətində zamanı şəhid olub.
Murad İbrahimbəyov
Murad İbrahimbəyov — Rejissor. Ssenari müəllifi. Murad İbrahimbəyov 1965-ci ildə Bakıda doğulub. Hələ məktəbli ikən hekayələr yazar, ədəbi nəşrlərdə çap etdirərdi. Orta təhsilini başa vurduqdan sonra böyüdüyü ab-havanın təsirilə o, Rusiya Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olur. Sergey Gerasimovun kursunda təhsil alan M. İbrahimbəyov hərbi xidmətdən qayıtdıqdan sonra İqor Talankinin emalatxanasında məşğul olur. Kinodakı 10 illik fəaliyyətində o, üç tammetrajlı - "Qızıl buğaların valsı", "Gənc qadın üçün kişi", "Olmuş hadisə" və bir neçə qısametrajlı ("Dundukley", "Bir nəfər hamı üçün") film çəkib. Atasının povesti əsasında çəkdiyi "Gənc qadın üçün kişi" filmi ABŞ, Latın Amerikası, Misir, Bolqarıstan, Polşa, Fransa, İspaniya və Türkiyədə keçirilən kinofestivallarda nümayiş etdirilərək, müəllifinə bir sıra mükafatlar qazandırıb. Bundan başqa, rejissor ötən əsrin 95-96-cı illərində "İlin rejissoru" kimi, Rusiyanın "Yaşıl alma, qızıl yarpaq" mükafatına, "Kinoşok"un və kinotənqidçilərin "Ədəbiyyat və kino" festivalının mükafatlarına layiq görülüb. Əsasən komediya janrında işləyən rejissor özünü heç də bir istiqamətin nümayəndəsi saymır.
Murad İbrahimov
Murad Valeh oğlu İbrahimov (6 sentyabr 1993; Gəncə, Azərbaycan — 3 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Murad İbrahimov 6 sentyabr 1993-cü ildə Gəncədə anadan olmuşdur. 1999-cu ildə Gəncə şəhər 12 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2008-2009-cu illərdə 1 nömrəli Gəncə Peşə liseyində (indiki Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi) təhsil almışdır. Ailəli idi, Əli adlı bir oğlu var idi. Murad İbrahimovun qardaşı da hərbçidir. 2011-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət etmişdir. Murad İbrahimov 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Hərbi xidmət müddətində Qurban bayramı və 15 iyun Milli Qurtuluş Günü ərəfəsində xidmətinə görə fəxri fərmanla təltif edilmişdir. Azərbaycan Ordusunun əsgəri olan Murad İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir.
Dera Murad Camali
Dera Murad Camali qısaldılmış formada D.M.Camali — Bəlucistan əyalətinin Nəsirabad rayonunda şəhər. Dera sözü Brahi, Urdu, Baluc, Puştu və bir çox digər dillərdə məskunlaşma deməkdir. Dera Murad Camali beləliklə Murad Camali qəsəbəsi və ya şəhər deməkdir. Pakistanda bir çox şəhər adlarında Dera prefiks şəklində var, məsələn Dera İsmayıl Xan, Dera Qazi Xan və Dera Allah Yar. Şəhərə sui-qəsd nəticəsində ölmüş Pakistan lideri Mir Murad Camalinin adı verilib. Mir Məhəmməd Murad Camali Pakistan Müsəlman Birliyinin aparıcı siyasi şəxsiyyətlərindən biri idi və Pakistanın müstəqilliyi və Bəlucistan əyalətinin rifahı üçün Məhəmməd Əli Cinnahın yaxın müttəfiqi idi. Mir Murad naməlum şəxslər tərəfindən cümə namazından sonra Kvetta şəhərində bir məsciddən çıxarkən öldürülmüşdü. Cinayət xəbərindən sonra ölkənin təhlükəsizliyi üçün Sind və Bəlucistanda tətil elan edildi.
Dmitri Muradov
Dmitri Andreyeviç Muradov (rus. Дми́трий Андре́евич Мура́тов;29 oktyabr 1961, Kuybışev) — Rusiya jurnalisti, teleaparıcısı. "Novaya qazeta"nın baş redaktoru (1995-2017 və 2019-cu ildən), qurucularından biri. İfadə azadlığını qorumaq sahəsində fəaliyyətinə görə 2021 Nobel Sülh Mükafatı laureatı (Andrey Saxarov və Mixail Qorbaçovdan sonra bu mükafata layiq görülmüş üçüncü rusdür) Muratov 1993-cü ildə bir neçə başqa jurnalistlə birlikdə demokratiya tərəfdarı olan “Novaya qazeta” qəzetini təsis edib. O, 1995-2017-ci illərdə qəzetin baş redaktoru olub, 2019-cu ildə yenidən bu vəzifənin icrasına başlayıb. Qəzet hökumətin korrupsiyası, insan hüquqlarının pozulması, seçki saxtakarlığı, polis zorakılığı və səlahiyyətdən digər sui-istifadə halları kimi həssas mövzularda reportajları ilə tanınır. Baş redaktor kimi o, müstəqil mətbuatın fəal müdafiəçisi idi və Anna Politkovskayanın Putin administrasiyasını diqqətlə araşdıran məqalələrini dərc edirdi. Jurnalistləri Müdafiə Komitəsinin fikrinə görə, Muratov “bu gün Rusiyada milli təsiri olan yeganə həqiqi tənqidi qəzetin” yaradılmasına kömək edib. 28 mart 2022-ci ildə qəzet Roskomnadzordan ikinci xəbərdarlıq aldıqdan sonra onlayn və çap fəaliyyətini dayandıracağını açıqladı. 2022-ci ilin aprelində Norveçin ikinci ən böyük media qrupu olan "Amedia" Rusiyadakı fəaliyyətini dayandırdığı üçün Rusiyadakı təxminən 4 milyon avro həcmində qiymətləndirilən dörd mətbəəsini Muratova təhvil verdiyini elan etdi.
Elburus Muradov
Muradov Elburus Ənvər oğlu — Azərbaycan Respublikasının əməkdar mühəndisi. Elbrus Muradov 1939-cu ildə Qazaxıstanda doğulub. 1946-cı ildə Qulak-Kurqan kənd məktəbinə gedib. Bakı şəhərinə köçdükdən sonra 156 saylı məktəbdə təhsilini davam etdirib. Orta məktəbi bitirəndən sonra 2 saylı TPM-i tamamlayıb. 1958-ci ildə texniki peşə məktəbininin elektromexanik ixtisasını bitirib, Azərbaycan Dəmir Yolunda əmək fəaliyyətinə başlayıb. 1958–1967-ci illərdə Biləcəri distansiyasında elektramexanik vəzifəsində çalışıb. İşləyə-işləyə Azərbaycan Politexnik İnstitutuna daxil olub. "Radiotexnika və radiorabitə" fakültəsini bitirib. 1967–1970-ci illərdə Bakı Metropoliteninin İMB və Rabitə xidmətində İTŞ böyük mühəndisi, 1970–1971-ci illərdə Biləcəri distansiyasında baş mühəndis, 1975–1980-ci illərdə Metropolitendə İMB və Rabitə xidmətində rəis vəzifəsində işləyib.
Elcan Muradov
Elcan Eldəniz oğlu Muradov (3 iyul 2001; Gəncə, Azərbaycan — 1 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elcan Muradov 3 iyul 2001-ci ildə Gəncə şəhərində Eldəniz Muradovun ailəsində anadan olmuşdur. 2007-2017-ci illərdə Gəncə şəhər 19 nömrəli tam orta məktəbdə təhsil almışdır. Subay idi. Elcan Muradov 2019-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Elcan Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elcan Muradov 1 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 9 noyabr 2020-ci ildə nəşi neytral zonadan götürülərək Gəncə Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Elgün Muradov
Elgün Muradov (26 aprel 1998, Daşlıyataq, Dəvəçi rayonu – 28 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elgün Etibar oğlu Muradov 26 aprel 1998-ci ildə Şabran rayonunun Daşlıyataq kəndində anadan olmuşdur. 2004-cü ildə Şabran rayonu Ağalıq kəndində şəhid Elman Mütəllimov adına məktəbin birinci sinfinə daxil olmuşdur. Təhsilini Abşeron rayon Masazır kənd 3 saylı orta məktəbdə davam etdirmişdir. 2015-ci ildə həmin məktəbdən məzun olmuşdur. Həmin il Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olmuşdur. 2016-2017-ci illərdə "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətdə qumbaraatan köməkçisi vəzifəsində xidmət etmişdir. Həqiqi hərbi xidməti fəxri fərman və təşəkkürnamələrlə başa vurmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 2019-cu ildə təhsil aldığı kolleci "maliyyə işi" ixtisası üzrə bitirmişdir.
Elmira Muradəliyeva
Elmira Muradəliyeva (tam adı: Elmira Böyükağa qızı Muradəliyeva) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrası"nın professoru, tarix elmləri doktoru. 11 oktyabr 1950-ci ildə Bakıda dünyaya gəlib. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix Fakültəsinə daxil olub. 1982-ci ildə Moskva Dövlət Universitetində "Bakı neft sənayesində inhisarçı kapitalın tarixinə dair kütləvi mənbələr" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1983 ildə bu işə görə Gənc tədqiqatçıların Ümumittifaq Müsabiqəsində Laureat diplomu ilə təltif olunmuşdur. 1991-ci ildə isə AMEA-nın Tarix institutunda "XIX yüzillyin II yarısında Quzey Azərbaycan şəhərləri"mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1982-ci ildən dosent, 1992-ci ildən professor elmi adını alıb. 1973-cü ildən günümüzədək öz elmi-pedaqoji fəaliyyətini Azərbaycan tarixi kafedrasında davam etdirir 80-dən artıq elmi əsərin, o cümlədən 3 monoqrafiyanın müəllifidir. 7 elmlər namizədi yetişdirib." Azərtelefilm " in çəkdiyi "Odlu məmləkət" monumental 12 seriyalı elmi-publisistik (rejissor Nazim Rza İsrafiloğlu) elmi məsləhətçisi və iştirakçısı olmuşdur. 1992–2002-ci illərdə Ali Attestasiya Komissiyasının tarix elmləri üzrə ekspert şurasının elmi katibi və üzvü olmuşdur.
Elxan Muradov
Muradov Elxan Murad oğlu (15 may 2001, Əhmədabad, Sabirabad rayonu – 8 oktyabr 2020) — İkinci Qarabağ müharibəsi şəhidi. 15 may 2001-ci ildə Sabirabad rayonu Əhmədabad kəndində dünyaya gəlmişdir. Orta təhsilini 2017-ci ildə Əhmədabad kənd tam orta məktəbində başa vurmuşdur. Orta məktəbdə oxuduğu illərdə şəhidlərə həsr olunmuş tədbirlərdə daim fəal iştirak edirdi. Elxanı tanıyanlar Elxanın necə ürəkli, vətənpərvər oğul olmasını qeyd edirlər. Elxan hər zaman şəhidlərin qəhrəmanlıq ənənələrini daim davam etdirəcəyinə söz verirdi Elxan orta təhsilini başa vurduqdan sonra Sabirabad rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.Hərbi xidmətini Ağdamda “N”saylı hərbi hissədə yerinə yetirirdi. Hərbi xidmətini başa vurmasına 3 ay qalmış, Elxan , 8 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid oldu. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elxan Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elxan Muradov ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elyar Muradov
Muradov Elyar Həbib oğlu (1963) - Azərbaycanın Əməkdar mühəndisi. Elyar Muradov 14 iyun 1963-cü ildə Cəbrayıl rayonun Qumlaq kəndində doğulub. 1980-ci ildə Cəbrayıl rayonunun orta internat məktəbini bitirmişdir. 1985-ci ildə Xarkov Dəmir Yol Mühəndisləri institutunun "Vaqonqayırma və vaqon təsərrüfatı" ixtisasını tamamlayıb. Təyinatla Bakı vaqon Deposuna göndərilib. Depoda vaqon müayinəçisi kimi əmək fəaliyyətinə başlayıb. Elyar Muradov 1988-ci ildən 1989-cu ilədək Deponun texniki istehsalat şöbəsinin rəisi vəzifəsində çalışıb. Elyar Muradov 1989-cu ilədən 1991-ci ilədək Depoda baş texnoloq vəzifəsində işləyib. Elyar Muradov 1991-ci ilədən 1996-cı ilədək Deponun baş mühəndisi vəzifəsində çalışıb. Elyar Muradov 1996-cı ilədən 2004-cü ilədək Bakı vaqon deposunun rəisi vəzifəsində işləyib.
Elçin Muradov
Elçin Tofiq oğlu Muradov (1 sentyabr 1989) — Azərbaycanı təmsil edən yüngül atlet. 2012-ci ildə baş tutan XIV Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub. Elçin Muradov 1989-cu il sentyabrın 1-də anadan olub. 2008-ci ilin avqust ayında Elçin Muradov Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. 100 metr məsafəyə qaçış turnirində 11.18 saniyə nəticə ilə altıncı pillənin sahibi olan Elçin Muradov, 200 metr məsafəyə qaçış turnirində final mərhələsinə vəsiqə qazana bilmədi. Daha sonra Elçin Muradov 2012-ci ilin avqust ayında Birləşmiş Krallığın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. 100 və 200 metr məsafələrə qaçış turnirlərində final mərhələsinə vəsiqə qazana bilməyən Elçin Muradov, 4x100 metr məsafəyə estafet turnirində 42.92 saniyə nəticə ilə bürünc medala sahib oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Elçin Tofiq oğlu Muradov "Tərəqqi" medalı ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Elçin Tofiq oğlu Muradov Azərbaycan Prezidentinin fəxri diplom ilə təltif edildi. 2016-cı ilin sentyabr ayında Elçin Muradov Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XV Yay Paralimpiya Oyunlarında mübarizə apardı.
Emin Muradov
Emin İbrahimağa oğlu Muradov — (27 fevral 1986; Biləsər, Lənkəran rayonu,Azərbaycan- 20 okyabr 2020, Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Emin Muradov 1986-cı il fevralın 27-də Lənkəran şəhərində anadan olub. Orta təhsilini Biləsər kənd orta məktəbində alıb. Ailəli idi. Qızı Xədicə Muradova və oğlu İsmayıl Muradov şəhidin bizə yadigarıdır. Azərbaycan Ordusunun əsgəri olan Emin Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.Emin Muradov oktyabrın 20-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Lənkəran şəhərinin Biləsər kəndində dəfn olunub. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Emin Muradov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunması", "Qubadlının azad olunması", "Xocavəndin azad olunması", "Füzulinin azad olunması" medalları ilə təltif edilib.
Fatma Sultan (III Muradın qızı)
Fatma Sultan (Osmanlıca: فاطمة سلطان) (d. 1574 - ö. 1620) — 12-ci Osmanlı sultanı III Muradın qızı. Fatma Sultan 1574-ci ildə Manisada dünyaya gəlmişdir. Atası o illərdə Manisa sancaqbəyi olan III Murad, anası isə Safiyə Sultandır. 8 dekabr 1593-cü ildə atasının istəyilə dövrün Anadolu bəylərbəyi Xəlil Paşayla evləndi. Toy mərasimi Köhnə sarayda keçirildi. Tarixçi Mustafa Əfəndi və Xoca Sadəttin Əfəndinin qeydlərinə görə, 7 gün davam edən möhtəşəm toy mərasimində əhaliyə ovuc-ovuc qızıl paylandı. Qırmızı tül pərdəli kəcavəylə ərinin sarayına aparılan Fatma Sultana mehr olaraq 300 min qızıl pul hədiyyə verilmişdi. Toy mərasimi səbəbilə divan üzvlərinə 7 gün boyunca davam edən mükəmməl ziyafət verildi.
Fatma Sultan (II Muradın qızı)
Fatma Sultan (d. 1430, Ədirnə - ö. ?) - 6. Osmanlı padşahı II Muradın qızı və Fateh Sultan Mehmedin böyük bacısıdır. 1430 tarixində II Muradın üçüncü qızı olaraq dünyaya gəldi vəatasının vəzirlərindən Zağanos Paşa ilə evləndirilmişdir. Vəfat tarixi və səbəbi bilinmir. Ölümünün ardından Bursada atası II Muradın yanına dəfn edilmişdir.
Fatma Sultan (V Muradın qızı)
Fatma Sultan (19 iyun 1879, Konstantinopol – 20 noyabr 1932, Sofiya) — 33. Osmanlı sultanı V Muradın qızıdır. Fatma Sultan 19 iyun 1879-cu ildə atası Sultan Muradın taxtdan endirilişinin ardından həbs tutulduğu Çırağan sarayında dünyaya gəldi. Anası isə onun gürcü əsilli xanımı Rəzan Qadınəfəndidir. Gənclik illəri ailəsiylə birlikdə Çırağan sarayında keçən Fatma Sultan bu illər ərzində mükəmməl saray təhsili aldı. Atası və ögey anası Gövhəriz xanımdan fransızca dərsləri aldı. Ancaq 1903-cü ildə bacısı Aliyə Sultan, ertəsi il isə atası Sultan Muradın vəfatının ardından anası Rəzan xanım ağır böhran keçirdi. Bu səbəblə uzun illərdir həbs tutulan ailə azadlığa buraxılsa da, Fatma Sultan və anası Çırağan sarayında yaşamağa davam etdilər. Ancaq çox keçmədən, 1907-ci ildə əmisi Sultan Əbdülhəmid onu Bursalı məşhur Qaracəhənnəmzadə ailəsindən Faiq bəyin oğlu Rafiq İris bəylə evləndirdi. 29 iyul 1907-ci ildə Yıldız sarayında baş tutan toy mərasiminin ardından və Fatma Sultan anasıyla birlikdə Bursaya göndərildi.
Firuzə Muradova
Firuzə Ramazan qızı Muradova (23 mart 1929, Bakı – 1987, Bakı) — vokalçı-aktrisa, Azərbaycan SSR əməkdar artisti (1958). Firuzə Muradova 23 mart 1929-cu ildə Bakıda anadan olub. 1940-cı illərin sonlarından Azərbaycan Dövlət Opera və Balet Teatrına solist götürülüb. Dramatik soprano səsinə malik olan aktrisa Qərb və Şərq ifaçılıq mədəniyyətinin sintez etmişdi. O, 1987-ci ildə Bakıda vəfat edib.
Fuad Muradov
Muradov Fuad Rauf oğlu (22 iyul 1979, Bakı) — Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının 4-cü sədri; Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı. Bitərəfdir. Muradov Fuad Rauf oğlu 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olmuşdur. Evlidir. 1986–1996-cı illərdə Bakıdakı 6 saylı orta məktəbdə təhsil alıb. 2002-ci ildə TEMPUS proqramı çərçivəsində Azərbaycan Dövlət Neft Akademiyası, Fransanın Nitsa Universiteti, Parisin Neft və mühərriklər institutu, İtaliyanın Genuya Universiteti ilə birgə "Ətraf mühit və neft sənayesi" ixtisası üzrə birgə magistratura proqramını bitirmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aspirantı və elmi işçisi olmuşdur. 2010-cu ildə "Neftin ilkin emalı zamanı ətraf mühitə atılan tullantıların tərkibində radionuklidlərin analizi və paylanma qanunauyğunluqları" mövzusunda dissertasiya işini müdafiə etmişdir, kimya elmləri üzrə fəlsəfə doktorudur. 10 elmi əsərin və monoqrafiyanın müəllifidir. İngilis, fransız və rus dillərini bilir.
Fəhmin Muradbəyli
Fəhmin Muradbəyli (16 mart 1996, Bakı) – azərbaycanlı peşəkar futbolçu. Gənc dönəmində Barselona FK akademiyasının gənclər heyətində çıxış edib və bombardir olub. Sonradan bir neçə klub dəyişən futbolçu, son olaraq İrəvan FK komandasında çıxış edib. 18 mart 2024-cü ildə danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.
Fərman Muradov
Fərman Muradov (1906, Araz Yağlıvənd, Qaryagin qəzası – 1987) — Sosialst əməyi qəhrəmanı, Məşədi Əmir Murad yüzbaşının nəvəsidir. Fərman Musa oğlu Muradov 1906-cı ildə Qaryagin qəzasının Yağlıvənd obasında doğulmuşdu. İbtidai təhsil almışdı. Əmirmuradlılar repiressiyaya uğradıqları dönəmdə sürgün olunmuşdular. Qazaxıstanın Cambul vilayətinin Çu rayonun "Yeni yol" kəndində məskunlaşmışdılar. Doğma yurd-yuvasından min kilometrlərlə uzaqda, "Yeni yol"da yeni həyata başlayan Fərmana çətinliklərlə olsa da ağ gün nəsib olur. Çuğundur briqadasına başçılıq edərkən bir neçə il dalbadal, hətta bütün ölkə üçün rekord sayılan nəticə göstərə göstərə bilir. Qısa müddətdə ölkənin müxtəlif yerlərindən onun yanına, qabaqcıl iş təcrübəsini öyrənmək üçün sıravi kolxozçular, adlı-sanlı çuğundurçular, mütəxəssislər və nümayəndələr gəlir. Nəhayət çox yüksək əmək nailiyyətlərinə görə, 1947-ci ildə SSRI Ali Soveti Rəyasət heyətinin fərmanı ilə Fərmana Lenin ordeni təqdim edilməklə Sosialist Əməyi Qəhrəmanı adı verilir. Fərman 1987-ci ildə vəfat edib.
Fəxriyə Sultan (III Muradın qızı)
Fəxriyə Sultan (? — 1641) — III Muradın qızıdır. 1613-cü ildə Çuxadar Əhməd Paşayla evləndi sonra 1619-cü Sofu Bayram Paşa ilə evləndirildi. Fəxriyə Sultan 1641 tarixində vəfat etdi. Sultan Murad türbəsinə dəfn edildi.
Habil Muradov
Habil Tahir oğlu Muradov (12 mart 2002; Salyan rayonu, Azərbaycan — 8 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Habil Muradov 12 mart 2002-ci ildə Azərbaycanın Salyan rayonunda anadan olmuşdur. Habil 2008-ci ildə Salyan rayonu 1 saylı tam orta məktəbində 1-ci sinfə daxil olmuşdur. Daha sonra təhsilini Neftçala rayonu Cəngən kəndində davam etdirmişdir. 2019-cu ildə həmin məktəbin məzunu olmuşdur. Habil Muradov 27 may 2020-ci il tarixində Neftçala RHK-dan hərbi xidmətə yollanmışdır. O, xidmətinə Füzuli rayonunda başlamışdır. 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzuli və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə döyüşmüşdür. Son dəfə ailəsi ilə oktyabrın 4-də əlaqə saxlayıb.
Hacı-Murad Cussati
Hacı-Murad Cussati (oset. Дзуццаты Хадзы-Мурат; 1 yanvar 1935, Kornis[d], Cənubi Osetiya Muxtar Vilayəti – 1 iyun 2000, Vladiqafqaz) — XX əsrin altmışıncı illərinin Sovet və Cənubi Osetiya şairi, tərcüməçi, ədəbiyyatşünas və ictimai xadimi. Kosta Xetaqurov adına Cənubi Osetiya Mükafatı laureatı (1988). 1935-ci ildə Cənubi Osetiya Muxtar Vilayətinin Kornis kəndində kəndli ailəsində anadan olmuşdur İlk şeirlərini 1947-ci ildə 12 yaşında ikən Cənubi Osetiya dövri nəşrlərinin səhifələrində nəşr etdirmişdir.. 1952-ci ildə orta məktəbi doğma kəndində qızıl medalla bitirir. Elə həmin il M. Qorki adına Moskva Ədəbiyyat İnstitutuna daxil olur. Eyni ildə Yevgeni Yevtuşenko, Robert Rojdestvenski və Bella Axmadulina ilə birlikdə oxuyur.. 1956-cı ildə ilk şeir toplusunu olan "İlk söz" (oset. «Фыццаг ныхас») kitabını nəşr etdirir. 1957-ci ildə ali təhsil aldıqdan sonra Cənubi Osetiyaya qayıdır və burada İriston kitab nəşriyyatında redaktor işləməyə başlayır.

Digər lüğətlərdə