MURADQUŞI
MURÇALAX
OBASTAN VİKİ
Muraz Cabbarov
Muraz İlham oğlu Cabbarov (7 mart 2000; Zağalı, Daşkəsən, Azərbaycan — 10 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Muraz Cabbarov 2000-ci il martın 7-də Daşkəsən rayonunda anadan olub. == Hərbi xidmətləri == 2018-ci ildə hərbi xidmətə başlayan Muraz Cabbarov xidmətinə Xüsusi Təyinatlı Qüvvələrdə davam eləmişdir.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Muraz Cabbarov Fizuli və Kəlbəcər döyüşlərində savaşıb. 10 oktyabr 2020-ci ildə Füzuli istiqamətində həlak olmuşdur. 2 noyabr 2020-ci il tarixində Daşkəsən rayonunun Şəhidlər xiyabanında dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Muraz Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Muraz Cabbarov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Muraz Cabbarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Muraz Cabbarov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Muraz Gülməmmədov
Muraz Məhərli
Məhərli Muraz Baxışəli oğlu (21 noyabr 1993, Salahlı, Yevlax rayonu – 28 sentyabr 2020) — II Qarabağ müharibəsi şəhidi. == Həyatı == 21 dekabr 1993-cü ildə Yevlax rayonu Salahlı kəndində anadan olmuşdur.Yevlax rayonunun Salahlı kənd tam orta məktəbində təhsil almışdır. Məzun olduqdan sonra 1 il 6 aylıq hərbi xidmətə getmiş, Yeni Yasalamda yerləşən N saylı hərbi hissədə xidmət etmiştir. 2016-cı ildən Zaqatala Daxili Qoşunlarda 3 il xidmət etmişdir. Bu 3 illik müqaviləsi bitdikdən sonra Yevlax rayonunun N saylı hərbi hissəsində öz qulluğuna davam etmişdir. Bir il yarım bu hərbi hissədə işlədikdən sonra , II Qarabağ müharibəsində iştirak etmiş, Tərtər rayonunun Çaylı kənd istiqamətində gedən döyüşdə iştirak edib. İki düşmən postunu aldıqdan sonra düşmən tərəfindən snayperlə sinəsindən vurularaq şəhid olmuşdur.
Muraz Ələkbərov
Muraz Məzahir oğlu Ələkbərov (23 mart 1995; Koxanəbi, Tovuz rayonu — 3 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Muraz Ələkbərov 1995-ci il martın 23-də Tovuz rayonunun Koxanəbi kəndində anadan olub. 2001-2012-cı illərdə Koxa Nəbi kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Muraz Ələkbərov 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Muraz Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Muraz Ələkbərov oktyabrın 3-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Tovuz rayonunun Koxanəbi kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Muraz Ələkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Muraz Ələkbərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
бакенба́рд волейбо́льный криминоге́нность морфини́стка на слу́х наспа́ться нахра́п по направле́нию промо́зглый сдава́ть упои́ть э́кий рыбово́д эндоскопи́ст са big-ticket cohabitee nightjar oleophilic overcrowded preserved specter syllabification одиноко перекинуться