Murmansk

coğ. Mourmansk

murdarlıq
musavatçı
OBASTAN VİKİ
Murmansk
Murmansk (rus. Мурман ланнҍ) və ya (rus. Мурманск) — Rusiya Federasiyasının şimali-şərqində yerləşən şəhər, Murmansk vilayətinin inzibati mərkəzidir. 1916- 1917-ci illərdə Romanov-na-Murmane adlanıb. Murmansk dünyada Şimal Qütb dairəsindən şimalda yerləşən ən böyük şəhərdir. Murmansk Barentsev dənizinin Kola körfəzinin şərq qayalıq sahilində yerləşir. Rusiyanın ən böyük limanlarından biridir. İsti Şimal-Atlantik axını (Qolfsrimin şimal-şərq davamı) hesabına Murmanskın qişda buz bağlamayan limanı Rusiyanın başqa şimal və şimal-qərb limanları arasında əhəmiyyətli dərəcədə seçilir. II Dünya Müharibəsi zamanı Lend-Liz xətti ilə SSRİ-yə göndərilən yardımın (hərbi-sursat, qida, paltar, tibbi avadanlıq və dərman, texnika və avadanlıq, strateji xammal, neft məhsulları və s.) yariya qədərini məhz Murmansk limanı qəbul etmişdir. Bundan əlavə, Arktik Konvoy vasitəsilə Murmansk limanına Böyük Britaniya, Kanada, Norveç yardım göndərmişlər.
Murmansk trolleybusu
Murmansk trolleybusu — dünyanın ən şimalda yerləşən trolleybus sistemidir (Valparaisodakı trolleybus sistemi isə ən cənubda yerləşən). Murmanskda trolleybus 11 fevral 1962-ci ildən fəaliyyət göstərir. 2020-ci ildən etibarən dörd marşrut trolleybus sistemində xidmət göstərir (3, 4, 6, 10). Trolleybusların xidmət etdiyi marşrutlara əlavə olaraq dörd avtobus nəqliyyatı marşrutu (3T, 4T, 6T, 7T) mövcuddur. Bu müddət ərzində bilet və trolleybusda gediş haqqı etibarlıdır. Hal-hazırda Murmanskda iki trolleybus deposu vardır: 1 nömrəli trolleybus deposu (Karl Libknext k.) və 2 nömrəli trolleybus deposu (Sverdlova küçəsi). Murmanskdakı trolleybus xəttlərində "Elektrotransport" ASC xidmət göstərir. == Tarixi == Murmanskdakı trolleybus 1954-cü ildən layihələndirilir. 25 ZiU-5 trolleybus üçün bir trolleybus depo və bir dartma yarımstansiyası daxil olan sistem 11 fevral 1962-ci ildə açılmışdır. 1967-ci ildə şəhərin şimal hissəsində xətt istifadəyə verilir.
Murmansk vilayəti
Murmansk vilayəti (rus. Мурманская область) — Rusiya Federasiyasının subyektlərindən biri.
Malıy Oleniy (Murmansk vilayəti)
Malıy Oleniy — ada Murmansk vilayətinin Kola rayonu ərazisində yerləşir. Barens dənizinin sahilində qərarlaşır. Ada materikdən Bolşoy Oleniy boğazı ilə ayrılır. Adada eyni adlı qəsəbə vardır. Əvvəllər Blijnı Oleniy və ya Alman Oleniyi adlandırılırdı. == Coğrafiyası == Ada 7 km uzunluğa, 1.5 km enə malikdir. Maksimal hündürlüyü 121,2 metrdir. Materikdən 510 m enə malik eyni adlı boğazla ayrılır. Qərb qutaracağına yaxın Konsevoy adacığı yerləşir. Sahillərində dalğaların hündürlüyü 4 metrə çatır.
Murmansk dəniz ticarət limanı
Murmansk dəniz ticarət limanı — Barens dənizində, Kola körfəzinin şərqində yerləşən ticarət limanı. Rusiya əazisində yük dövriyyəsinə görə dördüncü, ölkənin şimal-qərbində isə ikinci ən böyük limanıdır. == Tarixi == === Təşkili === Birinci Dünya müharibəsinin əvvəllərində Rusiya imperiyasının şimal-qərbində yalnız iki dəniz limanı fəaliyyət göstərirdi: Arxangelsk və Sankt-Peterburq. Osmanlı imperiyasının ruslara Bosfor və Dardanel boğazlarını bağlaması və Sankt-Peterburq limanın bloklanması ilə ancaq Arxangelsk limanından yararlanlrdılar. Qış ayları isə bu limanlada əlaqə tamamən kəsilirdi. Bu səbəbdən yeni limanın inşasına ehtiyac meydana gəlmişdir. İlk planlama işlərinin 1915-ci ilin iyunun sonları, iyulun əvvəlləri başlanılır. Artıq 1 sentyabr tarixində «Drott» adlı bir paravoz Nyu-Yorkdan əraziyə ilk yükü gətirə bilmişdi. Artıq növbəti ildə limana ilk vaqonlar hərəkət etməyə başlamışdır. === Sovet dönəmi === 1 sentyabr 1939-cu ildən Murmansk limanından İspaniyaya yüklər daşınırdı.
волше́бно всади́ться кочкари́ общереспублика́нский подогну́ться рожо́н служа́ка социа́л-демокра́тия Черно́быль бесчи́сленно болга́рка зю́йд становиться, стоять, торчать дыбом чаполоть Autobahn cockatoo fence gamut honey Kirkwall poppet valve price-tag septivalent slipping нерациональный отделочник