MURTUZA

seçilmiş, razılaşdırılmış, arzu edilən (İmam Əlinin epitetlərindəndir).
MURTUZ
MURTUZALI
OBASTAN VİKİ
Murtuza Axundov
Murtuza Axundzadə (1877-1920) — Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. == Həyatı və ailəsi == Murtuza Axundzadə 1877-ci ildə Quba qəzasında tacir ailəsində anadan olub. O, Qubada seçilən, fəallığı ilə diqqətçəkən ziyalılardan idi. Buna görə, 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulanda, Quba sakinləri onu parlament üzvlüyünə layiq bilmişdilər. Murtuza bəy «Müsavat» fraksiyasına daxil olmuş və parlamentin 96 üzvündən birinə çevrilmişdi. Bu zaman onun 41 yaşı vardı. Murtuza Axundzadə və xanımı Nəcimə Axundzadənin 9 övladı olub: Məmmədağa, Ələkbər, Xanım, Mina, Ağaəli, Yusif, Dürsədəf (ikisi körpə ikən vəfat etmişdi). == Parlamentdəki çxışları == Quba məsələsi ilə bağlı parlamentdə 1919-cu il fevralın 5-dəki çıxışında bildirirdi: Sonrakı çıxışlarının birində isə qeyd edir ki: == Ailə üzvlərinin xatirələri == Oğlu Yusifin xatirələri: 1918-ci ilin iyunun 15-də Murtuza bəy həbs olunur həmin günlə bağlı qızı Minanın xatirəsi: == Ölümü == 1920-ci ilin aprelin 28-də Cümhuriyyət Parlamenti müəyyən şərtlərlə hökuməti bolşeviklərə verdi. Ancaq az sonra məlum oldu ki, onlar heç bir şərtə əməl etməyəcəklər.
Murtuza Axundzadə
Murtuza Axundzadə (1877-1920) — Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. == Həyatı və ailəsi == Murtuza Axundzadə 1877-ci ildə Quba qəzasında tacir ailəsində anadan olub. O, Qubada seçilən, fəallığı ilə diqqətçəkən ziyalılardan idi. Buna görə, 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulanda, Quba sakinləri onu parlament üzvlüyünə layiq bilmişdilər. Murtuza bəy «Müsavat» fraksiyasına daxil olmuş və parlamentin 96 üzvündən birinə çevrilmişdi. Bu zaman onun 41 yaşı vardı. Murtuza Axundzadə və xanımı Nəcimə Axundzadənin 9 övladı olub: Məmmədağa, Ələkbər, Xanım, Mina, Ağaəli, Yusif, Dürsədəf (ikisi körpə ikən vəfat etmişdi). == Parlamentdəki çxışları == Quba məsələsi ilə bağlı parlamentdə 1919-cu il fevralın 5-dəki çıxışında bildirirdi: Sonrakı çıxışlarının birində isə qeyd edir ki: == Ailə üzvlərinin xatirələri == Oğlu Yusifin xatirələri: 1918-ci ilin iyunun 15-də Murtuza bəy həbs olunur həmin günlə bağlı qızı Minanın xatirəsi: == Ölümü == 1920-ci ilin aprelin 28-də Cümhuriyyət Parlamenti müəyyən şərtlərlə hökuməti bolşeviklərə verdi. Ancaq az sonra məlum oldu ki, onlar heç bir şərtə əməl etməyəcəklər.
Murtuza Muxtarov
Murtuza Muxtarov (1855, Əmircan, Bakı qəzası – aprel 1920, Səadət Sarayı, Bakı) — multi-milyonçu, neft sahibkarı, messenat. Bakı real məktəbinin, Temirxan-Şuranın qadın gimnaziyasının hamisi; Şimali Qafqaz xalqları arasında savadın və texniki biliklərin yayılması cəmiyyətinin, həmçinin Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəxri üzvü; Ali və orta ixtisas məktəblərinin tələbələri üçün 40 təqaüdün təsisçisi. == Erkən illəri == Murtuza Muxtarov 1857-ci ildə Bakının Əmircan kəndində arabaçı ailəsində anadan olmuşdur. O, təkcə ibtidai mollaxanada təhsil almışdır. Uşaqlıqdan qardaşı Bala Əhmədlə birgə araba karvanı ilə müxtəlif yüklər, habelə Bakıdan Tiflisə xam neft daşıyırdı. == Əmək fəaliyyəti == Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa Nağıyevdən sonra milli Azərbəycan burjuaziyasının və neft sənayesinin görkəmli nümayəndəsi Murtuza Muxtarovdur. Muxtarovun adı daha çox Bakıda neft çıxarılma texnologiyasının inkişafı ilə bağlıdır. Ali texniki təhsili olmasa da, neft maqnatları içərisində neft yataqlarının sirrini və qazma işlərini onun kimi dərindən bilən ikinci bir sahibkar çətin ki tapılardı.Murtuza Muxtarov 1874-cü ildə arabasını sataraq Balaxanı Zabrat kəndləri ətrafında salınan qazma kontorunda fəhləliyə başlayır. O, tezliklə buruq ustası olur. Hətta o, qazma baltasını təkmilləşdirir.
Murtuza Məcdfər
Doktor Murtuza Məcdfər — yazıçı, müəllim, tərcüməçi və jurnalist 1963-cü ildə Təbrizdə dünyaya gəlib. Əsərlərini azərbaycan və fars dillərində yazıb.
Murtuza Nağıyev
Murtuza Fətulla oğlu Nağıyev (5 may 1908, Sərab, Şərqi Azərbaycan ostanı – 28 yanvar 1975, Bakı) — Azərbaycan alimi, texnika elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Sosialist Əməyi Qəhrəmanı (1969), Azərbaycan SSR əməkdar elm xadimi. 1959–1961-ci illərdə AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, 1965–1975-ci illərdə isə AMEA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitunun yaradıcısı və direktoru olmuşdur. == Həyatı == Murtuza Fətulla oğlu Nağıyev 1919–1921-ci illərdə Aşqabad şəhərində fəhlə, 1922–26-cı illərdə isə indiki Səttarxan zavodunda xarrat vəzifəsində işləmişdir. 1926–29-cu illərdə Azərbaycan Dövlət Universitetinin nəzdindəki fəhlə fakültəsinin tələbəsi olmuşdur. 1932–35-ci illərdə isə Azərbaycan Sənaye İnstitutunda təhsilini davam etdirərək, oranı kimyaçı-texnoloq ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə hələ tələbə olarkən 1932-ci ildə V. Strua adına "Krekinq" zavodunda növbə mühəndisi kimi başlamışdır. 1936–38-ci illərdə həmin zavodda baş mühəndis vəzifəsinə qədər yüksəlmişdir. 1938–40-cı illərdə Azərbaycan Neft Emalı elmi-tədqiqat institutunun "Krekinq" laboratoriyasına rəhbərlik etmişdir. 1940–42-ci illərdə Azərbaycan Sənaye İnstitutunun "Neftzavod mexanikası" kafedrasında dosent vəzifəsində işləmişdir. == Elmi fəaliyyəti == 1940-cı ildə "Resirkulyasiya ilə krekinqdə benzin çıxımlarının tədqiqi" mövzusunda namizədlik, 1944-cü ildə isə "Texnolologiyanın əsas məsələsi və krekinq prosesinin kinetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Murtuza Paşayi
Murtuza Paşayi (fars. مرتضی پاشایی‎) — İranlı müğənni, bəstəkar və söz yazarı. Paşayi İranın paytaxtı Tehran şəhərində 1984-cü ildə anadan olmuşdur. Qrafik dizayn təhsili aldığı dövrdə uşaqlıq dövründən maraq saldığı musiqi fəaliyyətinə başlamışdır. Musiqi sahəsində ilk addımlarını gitara ilə atmışdır. Murtuza Paşayi yaratdığı musiqi ilə İranda gənc nəslin pərəstiş etdiyi bir şəxsə çevrilməyi bacarır. 2013-cü ildə sağlamlığında aşkarlanan mədə xərçəngi qısa zamanda vəziyyətinin ağırlaşması ilə nəticələndi. Ağır kimyaterapiya kursu qəbul etməsinə baxmayaraq, 2014-cü iln 14 noyabr tarixində Tehran şəhərində müalicə aldığı xəstəxanada 30 yaşında vəfat etmişdir.
Murtuza Əhmədli
Murtuza Qasım oğlu Əhmədli (4 mart 1906 – 20 may 1979) — Kimya elmləri doktoru, professor == Həyatı == Murtuza Əhmədli 4 mart 1906-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji fakültəsinin Təbiət şöbəsini bitirmişdir. 1930-cu ildə elmi-pedaqoji fəaliyyətə başlamışdır. 1948-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və həmin ildə professor elmi adı almışdır. Murtuza Əhmədli 1941-ci ildən 1979-cu ilə qədər Bakı Dövlət Universitetinin Analitik kimya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmiş, Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Elmi fəaliyyəti əsasən üzvi reaktivlərin kimyada tətbiqi ilə əlaqədardır. Azərbaycanda fotometrik analiz mete əsasını qoymuş və inkişaf etdirmişdir. Yeni üzvi reaktivlər sintez etmiş, onları qeyri-üzvi maddələrin təyinində tətbiq etmiş, məlum reaktivlərin imkanlarının artırılması sahəsində mühüm tədqiqatlar aparmışdır Murtuza Əhmədli kompleks əmələgəlmə reaksiyalarını təkmilləşdirərək, mürəkkəb tərkibli sistemlərdən istifadə zamanı, fotometrik təyinatlarda, həssaslıq və s. kimi analitik göstəricilərin əhəmiyyətli dərəcədə yüksəldiyini müəyyənləşdirir.
Murtuza Əsədi
Murtuza Əsədi (29 fevral 1979, Ərdəbil) — Azərbaycan əsilli İran futbolçusu, mudafiəçi. Əsədi 2010-cu ildən Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Səba Batri klubunda oynamışdır. Murtuza Əsədi Traktor Sazi klubunun heyətində futbol üzrə İran çempionatının yüksək liqasında 2011/2011 mövsümündə ən güclü müdafiə xəttinin formalaşmasında əsas rol oynamışdır. O həm də həmin mövsümdə bütün oyunlarda əvəzlənmədən 90 dəqiqə meydanda olan yeganə oyunçu olmuşdur.
Murtuza Muxtarov məscidi
Murtuza Muxtarov məscidi (Bakı) — Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində (Xilə kəndi), Vaqif küçəsində yerləşir. Muxtarov məscidi (Vladiqafqaz) — Rusiya Federasiyasında, Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində, Terek çayının sol sahilində tarixi məscid.
Murtuza Qulu Şamlu
Şamlı Mürtəzaqulu xan Həsən xan oğlu (1591 – 1649) — şair, vali, xəttat. == Həyatı == Zə­fər" tə­xəl­lü­sü ilə şeir­lər yaz­mış Mür­tə­za­qu­lu xan Şam­lı təx­mi­nən 1591-ci il­də dün­ya­ya gəl­miş, Sə­fə­vi hökm­dar­la­rın­dan Şah Sə­fi (1629-1642) və II Şah Ab­ba­sın (1642-1666) ha­ki­miy­yə­ti döv­rün­də yük­sək döv­lət və­zi­fə­lə­rin­də iş­lə­miş, eşi­ka­ğa­sı­ba­şı, di­van­bə­yi, qor­çu­ba­şı, Ker­man vi­la­yə­ti va­li­si, Şeyx Sə­fiəd­din tür­bə­si­nin mü­tə­vəl­li­si ol­muş­dur. Özü­nün yaz­dı­ğı ki­mi, yüz min bey­tə ya­xın fars­ca şeir­lə­ri olan şa­ir, ya­şı­nın ix­ti­yar ça­ğın­da, 1669-cu il­də Azər­bay­can türk­cə­sin­də şeir­lə­rin­dən iba­rət di­va­nı­nı ta­mam­la­mış­dır. Onun türk­cə şeir­lə­rin­də Ə.­Nə­vai, Ş.İ.Xə­tai və M.Fü­zu­li tə­si­ri gö­rü­nür. Zə­fər di­va­nı­nın di­ba­çə­si, de­mək olar ki, Nə­vai di­va­nı di­ba­çə­si­nin əv­və­li­ni tək­rar edir. Nə­vai di­ba­çə­sin­də in­sa­nı di­gər məx­lu­qat­dan üs­tün ya­ra­dıb ona nitq, şe­ir yaz­maq qa­bi­liy­yə­ti ve­rən ya­ra­da­na şü­kür­lər oxu­yur: "Şükr va si­pas ol qo­dir­ğa kim, çün adam oso­yiş-qo­hi­din vu­cud oro­yi­şi oqoh­la­ri­ğa cil­va ber­di. İnson­ni so­yir max­lu­qot­din nutq şa­ra­fi bi­la mum­taz qil­di. Rü­bai: ­Ul kim, çü ca­hon xil­qə­tin oğoz et­ti, Sü­ni kil­mi­ni naqş par­doz et­ti. İnson xay­lin nutq ila mum­taz et­ti, Nutq ah­li­ni nazm ila sa­naf­roz et­ti". Zə­fər di­va­nı­nın di­ba­çə­sin­də bə­zi söz və ifa­də­lə­ri də­yiş­sə də, mət­ni Azər­bay­can türk­cə­si­nə uy­ğun­laş­dır­sa da, onun Nə­vai­dən bəh­rə­lən­mə­si şüb­hə­siz­dir.
Murtuza ağa Bəhmənli
Murtuza xan Mümtazülmülk
Murtuza xan Mümtazülmülk (avqust 1866 və ya avqust 1864, Tehran – XX əsr, Tehran) — Mirzə Cabbar Təzkirəçi (Haci Mirzə Cabbar Nazimülmaham)ın oğlu, Hac Səfərəli Xoyinin nəvəsi və Mirzə Cavad xan Sədəddövlənin qardaşı, İranın 16-cı maarif və elmlər naziri və İran Milli Muzeyinin banısi. == Haqqında == Murtuza xan Mümtazülmülk Tehran və Parisdə təhsil almışdır. O Fars, ingilis, fransız və türk dillərini mükəmməl bilirdi. Sipəhsalar, Mirzə Həsən xan Vüsuqəddövlə, Həsən xan Mustoufi əl-Məmalik kabinetlərində elm naziri idi. Xarici İşlər Nazirliyinin tərcüməçisi idi. O həmçinin İranın Amerikada 4-cü siyasi nümayəndəsi idi(1904–1909), 5 il İranın Amerikada vəzir- muxtarı(səfiri) idi. == Əsərləri == Murtuza xan Mümtazülmülk. "Tərbiyə ya Əla təlim kursu".
Qara Murtuza bəy
Qara Murtuza bəy – XVIII əsr, Qarabağ bəyi, Pənahəli xan Sarıcalı-Cavanşirin sərkərdəsi == Həyatı == Murtuza bəy Nəbi bəy oğlu Qarabağın Tatev mahalının Əliqulukəndi kəndində anadan olmuşdu. Murtuza bəy Qarabağa aid tariхi kitabların bəzilərində Qara ayaması ilə anılır. Əhməd bəy Cavanşir onu Pənahəli хan Sarıcalı-Cavanşirin qədim-qayım dostu adlandırıb. O yazır: "Qarabağı ələ keçirmək iddiasında olan Nuхa (Şəki-Ə.Ç.) хanı Hacı Çələbi bu хəbəri eşidən kimi dərhal öz qoşunlarını həmin yalançı hökmdarın əleyhinə qaldırılmış və ilk döyüşdə onları məğlub etmişdi. Lakin bur müvəffiqiyyətsizlik təhlükəli bir işə əl atan Pənahəlini əsla məyus etmədi. O tezliklə qasidlərini Sərəхsə, öz tayfalarının dalınca göndərmiş və ümid etmişdi ki, belə qarışıq bir zamanda heç kəs onların hamısının əsirlikdən vətənə qayıtmalarına mane olmayacaqdır, özü isə onların gəlməsini gözləyərək, sağ qalan igidləri ilə birlikdə özünün köhnə dostu, indiki Zəngəzur qəzasının sakini Qara Murtuza bəyin yanına getmişdi. Sonrakı ilin yazında Pənahəli sağ-salamat gəlib-çıхmış olan öz qohum-əqrabasından ibarət böyük bir dəstə düzəldib Hacı Çələbinin üzərinə yürüş etdi. O, Hacı Çələbinin dəstələri ilə ilk döyüşdə Boyat qalasını tutdu və tezliklə nuхalıları (şəkililəri-Ə.Ç.) tamamilə sıхışdırıb Kürün o tayına atdı. Lakin böyük qüvvə ilə yetirən Hacı Çələbi onu öz dəstəsi ilə birlikdə Boyat qalasında mühasirəyə aldı. Əgər kiçikdən böyüyə qədər bütün qəhumları köməyə gəlməsəydi, yəqin ki, Pənahəli bu bəladan canını qurtara bilməyəcəkdi.
Murtuza Muxtarov məscidi (Bakı)
Murtuza Muxtarov məscidi — Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində (Xilə kəndi), Vaqif küçəsində yerləşir. == İnşa tarixi == Tikili neft milyonçusu Murtuza Muxtarovun adı ilə bağlıdır. Məscidin maraqlı tikilmə tarixçəsi var. 1901-ci ildə yerli əhali məscidin tikintisinə başlasa da, sonradan tikintini başa çatdırmaq üçün maliyyə vəsaiti tükənir. Əhali yardım üçün neft milyonçusu Murtuza Muxtarova müraciət edir. Milyonçu məscidin tikilməsi ilə maraqlanır və onun layihəsi üçün memarları dəvət edir. O, bir neçə memarla məsləhətləşdikdən sonra tikintinin başa çatdırılmasının xərcini öz üzərinə götürür. 1908-ci ildə məscid məşhur memar Zivərbəy Əhmədbəyovun layihəsi əsasında inşa edilir.. Belə ki, məscidin memarı Zivər bəy Əhmədbəyov, ustası isə məşhur sənətkar Kərbəlayı Əhməd Səməd oğludur. Məscidin ikinci ustası isə Mirzə Məlik Abbasquludur.
Murtuza Qulu Xan Şamlu
Şamlı Mürtəzaqulu xan Həsən xan oğlu (1591 – 1649) — şair, vali, xəttat. == Həyatı == Zə­fər" tə­xəl­lü­sü ilə şeir­lər yaz­mış Mür­tə­za­qu­lu xan Şam­lı təx­mi­nən 1591-ci il­də dün­ya­ya gəl­miş, Sə­fə­vi hökm­dar­la­rın­dan Şah Sə­fi (1629-1642) və II Şah Ab­ba­sın (1642-1666) ha­ki­miy­yə­ti döv­rün­də yük­sək döv­lət və­zi­fə­lə­rin­də iş­lə­miş, eşi­ka­ğa­sı­ba­şı, di­van­bə­yi, qor­çu­ba­şı, Ker­man vi­la­yə­ti va­li­si, Şeyx Sə­fiəd­din tür­bə­si­nin mü­tə­vəl­li­si ol­muş­dur. Özü­nün yaz­dı­ğı ki­mi, yüz min bey­tə ya­xın fars­ca şeir­lə­ri olan şa­ir, ya­şı­nın ix­ti­yar ça­ğın­da, 1669-cu il­də Azər­bay­can türk­cə­sin­də şeir­lə­rin­dən iba­rət di­va­nı­nı ta­mam­la­mış­dır. Onun türk­cə şeir­lə­rin­də Ə.­Nə­vai, Ş.İ.Xə­tai və M.Fü­zu­li tə­si­ri gö­rü­nür. Zə­fər di­va­nı­nın di­ba­çə­si, de­mək olar ki, Nə­vai di­va­nı di­ba­çə­si­nin əv­və­li­ni tək­rar edir. Nə­vai di­ba­çə­sin­də in­sa­nı di­gər məx­lu­qat­dan üs­tün ya­ra­dıb ona nitq, şe­ir yaz­maq qa­bi­liy­yə­ti ve­rən ya­ra­da­na şü­kür­lər oxu­yur: "Şükr va si­pas ol qo­dir­ğa kim, çün adam oso­yiş-qo­hi­din vu­cud oro­yi­şi oqoh­la­ri­ğa cil­va ber­di. İnson­ni so­yir max­lu­qot­din nutq şa­ra­fi bi­la mum­taz qil­di. Rü­bai: ­Ul kim, çü ca­hon xil­qə­tin oğoz et­ti, Sü­ni kil­mi­ni naqş par­doz et­ti. İnson xay­lin nutq ila mum­taz et­ti, Nutq ah­li­ni nazm ila sa­naf­roz et­ti". Zə­fər di­va­nı­nın di­ba­çə­sin­də bə­zi söz və ifa­də­lə­ri də­yiş­sə də, mət­ni Azər­bay­can türk­cə­si­nə uy­ğun­laş­dır­sa da, onun Nə­vai­dən bəh­rə­lən­mə­si şüb­hə­siz­dir.
Murtuza Mirzə Əfşar (Nəsrullah Mirzə)
Murtuza Mirzə Əfşar — Nadir şahın oğlu və Karnal qələbəsindəki roluna görə adı dəyişdirilərək Nəsrullah Mirzə adlandırılan Əfşar şahzadəsi. O, Səadət xanın qüvvələrini məğlub edərək onu əsir alan Əfşar ordusunun mərkəzinə komandanlıq edərək Karnal döyüşündə istedadlı bir sərkərdə olduğunu sübut etdi.O, həmçinin 1743-46-cı illər İran-Osmanlı müharibəsi zamanı müstəqil olaraq komandanlıq etdi və burada Nadir şah tərəfindən Osmanlının nəzarətində olan Mosul vilayətinə soxulmaq və iki Osmanlı ordusundan biri ilə döyüşmək tapşırığı aldı, atası Nadir şah isə şimalda Qarsda digər orduya qarşı yürüdü. O, Mosul döyüşündə Mosul ətrafındakı türk və kürd qüvvələrinə həlledici zərbə vurdu.
Murtuza Məşədi Rza oğlu Məmmədov
Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Xanbağı, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, "Stalin" mükafatı laureatı. == Həyatı == Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır.1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır. 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir.
Murtuza
Murtuza — kişi adı. Murtuza Axundzadə — Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri. Murtuza Muxtarov — multi-milyonçu, neft sahibkarı, messenat. Murtuza Əhmədli — Kimya elmləri doktoru, professor Qara Murtuza bəy – XVIII əsr, Qarabağ bəyi Murtuza ağa Bəhmənli — yüzbaşı, xeyriyyəçi Murtuza Əsədi — Azərbaycan əsilli İran futbolçusu, mudafiəçi. Murtuza xan Mümtazülmülk — Mirzə Cabbar Təzkirəçi (Haci Mirzə Cabbar Nazimülmaham)ın oğlu, Murtuza Məcdfər — yazıçı, müəllim, tərcüməçi və jurnalist Murtuza Paşayi — İranlı müğənni, bəstəkar və söz yazarı.
Murtuza Paşa
Murtuza Paşa (v. fevral 1636, İrəvan qalası, Osmanlı imperiyası) — IV Murad səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. == Həyatı == Həyatının ilk illəriylə bağlı yetərli məlumat yoxdur. Əndərunda təlim-tərbiyə gördükdən sonra 30 avqust 1626-cı ildə vəzir rütbəsi alaraq Bosniya bəylərbəyi təyin edildi. Ardından Budin bəylərbəyliyi, 1630-cu ilin fevralında isə Özi qalasının mühafizəsi ilə vəzifələndirildi. Bu vəzifədə ikən 9 sentyabr 1630-cu ildə polyaklarla 7 maddəlik bir andlaşma imzaladı. Bu andlaşmaya əsasən, polyaklar Krım xanlığına vergi verməyə davam edəcək və kazak dəstələrini işğal etdiyi adalardan qovacaqdı. Osmanlı dövləti isə bunun qarşılığında tatar süvarilərinin polyaklara tərtiblədiyi basqınlara mane olacaqdı. Ancaq çox keçmədən tərəflər bu andlaşmanın şərtlərini pozdular. 6 yanvar 1632-ci ildə Diyarbəkir bəylərbəyi təyin edilən Murtuza Paşa Sultan Muradın əmriylə, yenicə vəzifədən alınan və Tokata sürgün edilən sabiq sədrəzəm Qazi Hüsrəv Paşanın edamı ilə vəzifələndirildi.
Seyid Yəhya Murtuza məscidi
Həzrəti Əli məscidi və ya Seyid Yəhya Murtuza məscidi — İçərişəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan məscid. == Haqqında == Orta əsr karvan ticarət yolu üzərində yerləşən məscid XVII əsrin əvvəllərində inşa edilmişdir. Planda kvadrat formalı olub mərkəzi günbəzlidir. Cənub divarında stalaktit yaruslu mehrabı var.Dövrün görkəmli şəxsiyyətlərindən biri olmuş Seyid Yahya Murtuza bu məscidi öz şəxsi vəsaiti hesabına tikdirmişdir. O, dini ruhani xadim kimi, məsciddə axund olaraq fəaliyyət göstərmişdir. Vəsiyyətinə görə dünyasını dəyişdikdən sonra məscidin həyətində dəfn edilib. Hal-hazırda qəbri məscidin giriş qapısının yanında yerləşir.Məscid Azərbaycan SSR dövründə dülgər emalatxanası kimi fəaliyyət göstərmişdir. 1990-cı illərdən sonra İçərişəhər Cümə məscidinin tabeçliyinə verilən məsciddə hal-hazırda Həzrəti Məhəmməd məscidi dini icması fəaliyyət göstərir. == İstinadlar == == Ədəbiyyat == Fərhadoğlu, Kamil. İçərişəhər.
Murtuzalılar
Murtuzalılar — Azərbaycan Respublikasının Füzuli rayonunun Əhmədbəyli inzibati ərazi dairəsində kənd.
Murtuzanək
Murtuzanək (fars. مرتضی‌نک‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 374 nəfər yaşayır (122 ailə).
Murtuzaqulu xan Bayat
Murtuzaqulu xan Teymur paşa oğlu Bayat (1863–1923) — Maku xanı, sərdar, İqbaləssəltənə. == Həyatı == Murtuzaqulu xan Teymur paşa oğlu 1863-cü ildə Maku şəhərində doğulmuşdu. O, 1923-cü ildə ölüb. == Fəaliyyəti == Hakimiyyətə gəldiyi an xanlıq zəifləyirdi. Əmiləri Hacı İsmayıl, Hacı Mahmud, Bəhlul, İbrahim və İshaq onun yerinə hakimiyyətə gəlmək istəyirdi. 1913-cü ildə almanlar Murtuzaqulu xan Bayatı Rusiya əleyhinə mübarizəyə qoşmaq istəyirdilər. O, Berlinə getmiş danışıqlar aparmışdı. Rusiyanın Tehrandakı səfiri Korostevets Makudakı rus konsuldan sərdara bildirməyi xahiş etmişdi ki, əgər o, öz xəyanətini davam etdirərsə, gələcəkdə xanlığını itirmək və ciddi surətdə cəzalanmaq təhlükəsinə məruz qalacaqdır. Buna baxmayaraq sərdar Rusiya əleyhinə öz fəaliyyətini davam etdirirdi. Ona görə də Murtuzaqulu xan oğlu Abbas paşa ilə bərabər 25 iyul 1914-cü ildə Rusiyaya sürgün edildi.
Murtuzaqulu xan Hidayət
Murtuzaqulu xan Əliqulu xan oğlu Hidayət (1856-1911)—İran Milli Məclisinin sədri. == Həyatı == Murtuzaqulu xan Əliqulu xan oğlu 1856-cı ildə Tehran şəhərində doğulmuşdu. Mükəmməl təhsil almışdı. Səniəddövlə ləqəbini daşıyırdı. Murtuzaqulu xan Hidayət ilk İran Milli Məclisinin sədri olmuşdu.
Murtuzaqulu xan Pörnək-Türkman
Murtuzaqulu xan Pörnək-Türkman (?-1587) — Türkman elinin Pörnək oymağından olan qızılbaş sərkərdəsi. == Həyatı == Murtuzaqulu bəy Mənsur bəy oğlu Təbriz şəhərində anadan olmuşdu. Şahdan öncə sultan, sonra xan ünvanı almışdı. Murtuzaqulu хan Sultan Şah Məhəmməd Хudabəndə Səfəvinin hakimiyyəti dönəmində Məşhəd (Хorasan) əyalətinin hakimi idi. Əliqulu xan Şamlı 1581-ci ildə xanlar-xanı titulunu qəbul edib, Abbas mirzəni «şah» elan etmişdi və Xorasandakı bütün Ustaclı və Şamlılar onun ətrafında birləşmişdilər. Bu zaman Məşhədin, yəni Xorasanın yarısının bəylərbəyi olan Murtuzaqulu xan Pörnək-Türkman Əliqulu xanla hesablaşmırdı. Halbuki, o bütün Xorasanın valisi Abbas mirzəyə, həm də onun lələsi və Herat əmir əl-ümərası Əliqulu xana tabe olmalı idi. Onların arasındakı narazılıqlar əvvəl qeyd olunduğu kimi Mirzə Salmanın təhriki ilə daha da artmış və 1582-1583-cü illərdə Ustaclı və Şamlılarla Türkman, Təkəlilər arasında savaşa səbəb olmuşdu. Bu çəkişmələrə son qoymağa çalışan Məhəmməd Xudabəndə də Herata gəlmiş və nahayət çəkişmələrə son qoyulmuş və Əliqulu xan şaha itaət etdiyini bildirmişdi. Əliqulu xanın xahişinə görə Abdulla xan Ustaclının nəvəsi Salman xan Məşhədə hakim təyin edilmiş və Murtuzaqulu xan Türkman Astrabada göndərilmiş, Damğan, Bəstam, Hezarcərib də ona verilmişdir.
Murtuzaqulu xan Qovanlı-Qacar
Murtuzaqulu xan Məhəmmədhəsən xan oğlu Qovanlı-Qacar (1750 və ya 1755-1800) - Ağaməhəmməd şah Qacarın qardaşı, avantürist, şahlığa iddialı. == Həyatı == Məhəmmədhəsən xanın üçüncü оğlu Murtuzaqulu xan (anası Zəhra xanım Hüsеyn xan qızı Dəvəli) Astrabad ətrafında anadan оlmuşdu. Müкəmməl mədrəsə təhsili almışdı. Əvvəlcə Ağaməhəmməd xana xidmət еtmişdi. Sоnra qardaşından üz döndərmişdi. Murtuzaqulu xan səltənət iddiasında idi. 1787-ci ilin dекabrında о, Qubalı Fətəli xan, Talış Mir Mustafa xan və Baкılı Şеyxəli xanın кöməyi ilə Gilana yürüş еdib, Rəşt haкimi Sülеyman xanı məğlub еtdi. 1788-ci ildə 6 minliк şah оrdusuna müqavimət göstərə bilmədiyi üçün о Rəşti tərk еdib, Ənzəliyə çəкilməyə məcbur оlur. Murtuzaqulu xan yеni qüvvə tоplamaq üçün 1789-cü ildə Şamaxıya gəldi və Rusiyadan yardım istədi. Şirvan, Talış xanlarının və Xəzər dənizinin cənub sahilindəкi Rusiya gəmilərinin yardımı ilə 1790-ci ildə о, yеnə də Rəşti aldı.
Murtuzaqulukənd (Çaroymaq)
Murtuzaqulukənd (fars. مرتضي قلي كندي‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 56 nəfər yaşayır (9 ailə).
Oqtay Murtuzayev
Oqtay Murtuzayev (Oqtay Şirağa oğlu Murtuzayev; 1952, Bakı) — Rəssam. == Həyatı == Oqtay Murtuzayev 1952-ci ildə Bakı şəhəri Balaxanı qəsəbəsində anadan olub.Bakı şəhəri 69 mömrəli məkrəbi bitirib. 1968-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Akademiyası daxil olub. 1972-ci ildə məktəbi müvəffəqiyyətlə bitirir, yaradıcılıqla məşğul olur. 1985-ci ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (keçmiş M.Ə.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna) daxil olur.SSRİ xalq rəssamı, Dövlət Mükafatı Laureatı, sənətşünaslıq elmləri doktoru, professor Lətif Kərimovun tələbəsi olmuşdur. == Yaradıcılığı == 1990-cı ildə Dekorativ tətbiqi sənədlər üzrə rassamlıq fakültəsini bitirmişdir. Türkiyədə 1990-cı ildə fəırdi sərgisi olub. Əsərlər dünyanın bir çox ölkələrində şəxsi kolleksiyalarında nümayiş etdirilir. 1997-ci ildən Rəssamlar İttifaqının üzvüdir. Birinci Ümumittifaq Festifalı laureatı adı verilmişdir.
добросо́вестно исструга́ть межзвёздный одева́ние очковтира́тельство побренча́ть раззадо́риться расплавля́ться непаралле́льный опуха́ть са́харная болезнь тю́рька euplastic plenilunar scribbling-paper systole weak-brained акварелист застывать затаивать настольный периферический ступить транспарант филе