MURTUZƏLİ

Mürtəza Əli, seçilmiş, bəyənilmiş Əli.
MURTUZALI
MURTUZQULU
OBASTAN VİKİ
Murtuzəli Rabadanov
Murtazəli Xulatayeviç Rabadanov (14 yanvar 1962, Xasavyurd rayonu, Dağıstan MSSR) — 2008-ci ildən Dağıstan Dövlət Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru. == Həyatı == Rabadanov Murtazəli Xulataeviç 14 yanvar 1962-ci ildə Xasavyurd rayonunun Sulevkənd kəndində anadan olmuşdur. Onun valideynləri 1944-cü ildə sakinləri Çeçenistana köçürülən Daxadayevski rayonunun Sulevkənd kəndindəndir və 1957-ci ildə çeçenlərin Qazaxıstandan geri qayıtması ilə Dağıstana, Xasavyurt rayonu ərazisinə qayıtmışdılar. Milliyətcə dargidir. == Təhsili və elmi fəaliyyəti == 1985-ci ildə Dağıstan Dövlət Universitetinin fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1989-cu ildə SSRİ Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutunda aspirantura təhsilini başa vurmuş, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almaq üçün dissertasiya işini müdafiə etmişdir. 1989-cu ilin yanvarından 1993-cü ilin iyununa qədər Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin Fizika İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. 1993-1998-ci illərdə Dağıstan Dövlət Universitetində Fiziki Kimya kafedrasının dosenti vəzifəsində çalışmışdır. 2000-ci ilin yanvarından Rusiya Elmlər Akademiyası A,V,Şubnikov adına Kristalloqrafiya İnstitutunun Struktur Analizi Laboratoriyasında baş elmi işçisi vəzifəsində çalışmışdır. 2003-cü ilin fevralından 2007-ci ilin iyuluna qədər Rusiya Elmlər Akademiyasının Kristalloqrafiya İnstitutunda rentgen struktur analiz laboratoriyasının müdiri vəzifəsində çalışıb.
Murtuzəli Müslümov
Murtuzəli Müslümov (19 oktyabr 1993; Botlix rayonu, Rusiya) — 2017–2019-cu illərdə Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Həyatı == Murtuzəli Müslümov 1993-cü il il oktyabrın 19-də Rusiyanın Botlix rayonunda anadan olub. Milliyyətcə avardır. Qardaşı Məhəmməd Müslümov da güləşçidir. == Karyerası == Karyerası ərzində zədələrə görə nüfuzlu beynəlxalq turnirlərdə mübarizə aparmayan Murtuzəli Müslümov 2017-ci ildə Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Azərbaycan yığmasının heyətinə dəvət elədi. Murtuzəli Müslümov həmin dəvəti qəbul elədi və 2017-ci ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı. Həmin ilin mayında Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan Murtuzəli Müslümov turnirin final görüşündə İran nümayəndəsi Mustafa Hüseynxaniyə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.2018-ci ilin fevralında Kiyev şəhərində beynəlxalq turniri gümüş medalla başa vuran Murtuzəli Müslümov mayda Avropa Çempionatlarında debüt elədi. Rusiyada baş tutan turnirin 1/8 final mərhələsində Almaniya nümayəndəsi Alexander Semisorova 10:8, 1/4 final mərhələsində isə Bolqarıstan nümayəndəsi Miroslav Kirova 8:2 hesabları ilə qalib gələn Murtuzəli Müslümov, 1/2 final mərhələsində Polşa nümayəndəsi Məhəmmədmurad Hacıyeva 2:4 hesabı ilə məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam elədi. Həmin görüşdə Belarus nümayəndəsi Əzəmət Nuriyeva 10:2 hesabı ilə qalib gələn Murtuzəli Müslümov Avropa Çempionatının bürünc medalına sahib oldu.Murtuzəli Müslümov 2017-ci ildə Komandalararası Alrosa Cup turnirinin gümüş, 2018-ci ildə isə Komandalararası Əhməd Kadırov Turnirinin bürünc medallarına sahib olub.2019-cu ilin mayında Rusiyada Əli Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turniri beşinci pillədə başa vuran Murtuzəli Müslümov 25 yaşında idmanla vidalaşdı.
Dilarə Murtuzəliyeva
Dilarə Əliyeva (Dilarə Hasil qızı Əliyeva: 25 oktyabr 1972, Sumqayıt) — azərbaycanlı teatr və kino aktrisası, TV aparıcı. Azərbaycanın əməkdar artisti (2005), == Həyatı == Dilarə Əliyeva 1994-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Teatr kollektivinin rəhbəri" fakültəsini bitirmişdir. 1996-cı ildən 2009-cu ilədək C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa vəzifəsində işləyib. D. Əliyeva aktrisa kimi fəaliyyət göstərdiyi müddətdə müxtəlif janrlı tamaşalarda maraqlı rollar oynamışdır. Onun Xatirə (Hidayət, "Məhəbbət yaşayır hələ!…"), Günay (Hidayət, "Durnalar qayıdanda"), Günay (M. Bayciyev, "Ər və arvad"), Henrietta (G. Mopassan, "Dərəbəylik"), Badam (V. Əliyev, "Madam-Badam"), Gəlin (Z. Yaqub, "Didərginlər"), Mişilin (M. Marinye, "Oğru"), Zərifə (G. Xuqayev, "Mənim qayınanam") kimi rolları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. D. Əliyeva bir sıra televiziya filmlərində də çəkilib. Televiziya ekranında yaratdığı Leyli (N. Gəncəvi, "Leyli və Məcnun"), Durna (V. Səmədoğlu, "Yumurta"), Xavər (M. Atəş, "Gəlinlər"), Sarıca (M. Süleymanlı, "Bəylik dərsi"), Məhəbbət (T. İmanov, "Məhəllə") kimi obrazlar aktrisanın yaradıcılıq yolunun uğurları sayıla bilər. Dilarə Əliyeva ATV telekenalının populyar "Çal-çağır" proqramının aparıcısı olub. Hal-hazırda isə ARB telekanalında "Söhbət Var" proqramının aparıcısıdır. "SOY Production" mərkəzinin rəhbəri Oqtay Əliyev (1968) həyat yoldaşıdır.
Sergey Murtuzəliyev
Sergey Murtuzəliyev (17 noyabr 1963, Bakı – 30 avqust 1993) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1963-cü il 17 noyabr Bakının Pirallahı qəsəbəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra təyyarəçilər məktəbinə daxil olur. Daha sonra Yeysk Ali Hərbi Aviasiya Məktəbində təhsil alır. Sergey polkovnik-leytenant rütbəsi də almışdır. == Döyüşlərdə iştirakı == Qəlbi hər an Vətən eşqi ilə döyünən Sergey Qarabağa ilk uçuş edənlərdən biri oldu. O, dəfələrlə döyüş zonasına uçuşlar etmiş, silah-sursat, ərzaq və dinc sakinlərin daşınmasında rəşadət göstərmişdi. Sergey onlarla erməni faşistini məhv etmiş və zirehli texnikasını sıradan çıxarmışdı. Vətən övladının adı dilləri gəzirdi, əfsanəyə çevirilmişdi Sergey. O, havaya qalxanda əvvəlcə təyyarəsini havada oynadar sonra istiqamət alardı hamı onun Segey olduğunu bilərdi.
Vüsal Murtuzəliyev
Murtuzəliyev Vüsal Hasil oğlu (23 aprel 1982, Sumqayıt) — Azərbaycan aktyoru. == Həyatı == Vüsal Murtuzəliyev 23 aprel 1982-ci ildə Sumqayıtda anadan olmuşdur. Sumqayıt şəhəri 21 saylı orta məktəbi bitirmişdir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirmişdir. 2007-ci ildə ona böyük uğur gətirən "Cavid ömrü" filmində çəkilmişdir. Bu ekran əsərində o, Ərtoğrul Cavid obrazını yaratmışdır. Vüsal Murtuzəliyev dublyaj sahəsində xüsusi uğurları olan aktyorlardandır. Hazırda Azad Azərbaycan televiziyasında qabaqcıl dublyaj aktyoru kimi çalışmaqda davam edir. Aktrisa Dilarə Əliyevanın qardaşıdır. == Filmoqrafiya == Cümhuriyyət generalları (film, 2006) Cavid ömrü (film, 2007) Günaydın, mələyim!
Xəqani Murtuzəliyev
Xəqani İsa oğlu Murtuzəliyev (11 oktyabr 1984; Zaqatala rayonu, Azərbaycan SSR — 22 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəqani Murtuzəliyev 1984-cü il oktyabrın 11-də Zaqatala rayonunun Qımır kəndində anadan olub. 1990-2001-ci illərdə İ. Məmmədov adına Qımır kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 1 qızı və 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Xəqani Murtuzəliyev 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Xəqani Murtuzəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Murtuzəliyev oktyabrın 22-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunun Qımır kəndində dəfn olunub.
доща́ник мала́йцы нада́вливание о́торопь саркасти́ческий уни́женная бычко́вый извне́ импрессиони́ст межплеменно́й прибиться, пристать к бе́регу цита́тничество жерав ablative accelerative cordiality delirium tremens eagle swing furcation infliction lock out photomicrograph rootball thawless потеплеть