MUSƏVİ
MUSİQAR
OBASTAN VİKİ
2 gün, 2 gecə yeni musiqi
2 gün, 2 gecə yeni musiqi (ukr. Два дні й дві ночі нової музики) və ya 2G2G (ukr. 2Д2Н) Ukraynanın Odessa şəhərində 1995-ci ildən etibarən hər il 48 saat ərzində keçirilən beynəlxalq musiqi festivalı. Festivalda çox hissəsi eksperimental musiqi olmaqla ukraynalı və xarici bəstəkarların musiqiləri təqdim edilir. Festival 1995-ci ildə ukraynalı bəstəkar Karmella Tsepkolenko tərəfindən təsis edilmişdir. Festival Beynəlxalq Müasir Musiqi Cəmiyyətinin Ukrayna bölməsi olan Yeni Musiqi Assosiasiyası tərəfindən təşkil edilir. Festivalın hazırkı prezidenti alman bəstəkar və dirijor Bernhard Vulfdur. 2G2G Ukraynanın ən böyük musiqi festivallarından biri hesab olunur. Festival dövlət dəstəyi, şəxsi ianələr, İsrail, İsveç, İsveçrə kimi ölkələr də daxil olmaqla beynəlxalq dövlət orqanları və layihələr hesabına maliyyələşdirilir. == İstinadlar == == Xarici keçidlər == Yeni Musiqi Assosiasiyası // Böyük Ukrayna Ensiklopediyası Festivalın rəsmi səhifəsi (2012-ci ildən bəri yenilənmir) Antonina Nejdanova adına Odessa Milli Musiqi Akademiyasının saytında festivalın 2018-ci ildəki anons və proqramı Lesya Oleynik.
3,14... (musiqi qrupu)
3,14... — Azərbaycan rok arenasında ilk dəfə Death/Doom metal janrında ifa edən musiqi qrupu. == Bioqrafiya == Qrup 2002-ci ilin sentyabr ayında, Dissonans rok qrupunun fəaliyyətini dayandırması nəticəsində Maksim Koçetov və Emin Kərimov tərəfindən yaradılmışdır. Bir qədər sonra qrupa vokalçı Seva Hacıyeva və zərbçi Vadim Ələkbərov da qoşulmuşdur. Heyət tam komplektivləşdiriləndən sonra məşqlərə start verilmişdir. Səhnədə ilk addımlar "Alma Mater" adıyla 2003-cü ilə "Black Jack" klubunun səhnəsində atılmışdır. 2006-ci ildə qrup həm adını həm də heyətini dəyişdirdi. Keçmiş ad "Alma mater", "3,14..."-lə(Cəbr elmindəki "Pi" və yaxud "π" işarəsinin açması) - əvəz olunur. 2007-ci ilin mart ayında "3,14..." ilk demo albomunu buraxır.Albom 8 kompozisiyadan ibarətdir - onlardan ikisi kaver olmuşdur. Albomdakı mahnıları qrup, o vaxtlar İTV telekanalında yayımlanan "Qaraj" verlişində canlı ifa etmişdir.
8 Mil (film musiqilərinin albomu)
Music from and Inspired by the Motion Picture 8 Mile Eminem-in başrolda oynadığı 8 Mil filminin mahnılarından ibarət albom. Shady/Interscope tərəfindən satışa çıxan albomda Eminem 5 mahnı oxumuşdur. İlk həftəsində 702,000 nüsxə satan albom, o ilin sonunda daha iki aylıq olmasına baxmayaraq 3.2 milyonla 2002-nin ən çox satan 5-ci albomu olmuşdur.
ABŞ milli musiqisi
ABŞ kantri musiqisinin kökləri Britaniya adalarının xalq musiqisinə dayanır. İngilis, irland, şotland və uels poeziyası, folkloru, balladası və dənizçi nəğmələri Birləşmiş Ştatlarda milli musiqi adı ilə meydana gələn ilkin nəğmələrin bir neçəsinin əsasını təşkil edir. Buna baxmayaraq, ötən 5 əsr ərzində musiqinin müxtəlif regional və etnik janrları Amerika musiqisinə dərindən təsir etmişdir. Meksikadakı, Almaniyadakı, Polşadakı, Fransadakı amerikalıların və bir neçə başqa qrupların hamısının yerli musiqinin inkişafında böyük təsirləri olmuşdur. == Mənşəyi == Bu günkü yerli musiqinin mənşəyi 18-ci əsr Cənubi Amerikası hesab oluna bilər, çünki çox saylı ingilisdilli mühacir həmin dövrdə bu regiona köçürdü. 19-cu əsrin əvvəllərinə qədər bu ingilis təşəbbüsçülərindən bəziləri Texas qədər uzaq qərbə köçdülər. Əsasən kənd, aqrar cəmiyyət olan Cənub getdikcə urbanizasiyalaşan və sənayeləşən Şimaldan mədəni cəhətdən bir qədər ayrıldı. Nəticə etibarilə, cənublular öz ata-baba yurdlarının xalq musiqisi ənənəsini qoruyub saxlamağa meyilli oldular. Cənub xalq mahnılarının adətən Britaniya adalarının ənənəvi musiqisinə əsaslanmasına baxmayaraq, onlar Cənubun müxtəlif bölgələrində rast gəlinən müəyyən etnik və sosial təsirlərə görə əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qalmışdır. 19-cu əsrin ortalarına qədər “kantri musiqissi”nə Birləşmiş Ştatların digər ərazilərində və Cənub boyunca regiondan regiona kəskin fərqlənən müxtəlif üslublu növlər daxil idi.
ABŞ musiqisi
ABŞ musiqisi — Dünyanın ən inkişaf etmiş ölkəsi olan Amerika Birləşmiş Ştatları da öz musiqisinin rəngarəngliyinə görə daha çox seçilir. Amerikadakı "Azadlıq" heykəlinin rəsmi simvolu, kəsb etdiyi məna dünyanın müxtəlif yerlərindən müxtəlif irqi əlamət və xüsusiyyətlərə malik olan insanları bir araya gətirmək, həmrəylik yaratmaqdır. Bu müxtəliflik, bu rəng çaları Amerika musiqisində də öz əksini tapır. ABŞ musiqisində Şimali Amerikada yaşamış hindilərin musiqi folkloru, sonralar isə Avropa mühacirlərinin musiqi mədəniyyəti öz əksini tapmışdır; zənci xalq yaradıcılığı ənənələri (caz, spiriçuels, bluz, reqtaym və s.) əhəmiyyətli yer tutur. 16–17-ci əsrlərdə ilk mühacirlərin həyat və məişət şəraiti musiqi sənətinin inkişafı üçün az əlverişli idi. Bu dövrdə yalnız ingilis puritanlarının himnləri yayılmışdı. 18-ci əsrdə mühacirətin artması ölkədə peşəkar musiqi sənətinin formalaşmasına şərait yaratdı. Dini mahnılar müəllifi U. Billinqs, "Minervanın məbədi" (1781) operasının müəllifi F. Hopkinson, populyar lirik mahnılar müəllifi S. K. Foster, fortepiano əsərləri müəllifi L.M. Qotşalk ilk Amerika bəstəkarlarıdır. 19-cu əsrin 2-ci yarısında ABŞ-yə köçən bir çox Avropa musiqiçisi burada simfonik orkestrlər, musiqi təhsili müəssisələri və cəmiyyətlər yaratdı. 1883-cü ildə Nyu-Yorkda "Metropoliten-opera" teatrı açıldı.
Adajio (musiqi)
Adagio (it. adagio - yavaş–yavaş, ağır, sakit) 1. Ağır tempin (ağır addımlara uyğun) əsas işarəsi. 2. Bu tempdə yazılmış və xüsusi adı olmayan pyes. 3. Baletdə ağır templi lirik rəqs.
Adıge musiqisi
Adıge musiqisi— Adıgeya ərazisində formalaşmış musiqi. == Tarixi == Adıge musiqisində müxtəlif xarakterli və məzmunlu mahnılar, rəqs musiqisi əsas yer tutur. Xalq mahnıları, başlıca olaraq, diatonik səs sırasına əsaslanır. Kamıl (nəfəs aləti), şiçepşin (kamanlı alət), pxaçiç (zərb aləti) əsas musiqi alətləridir. XIX əsrdən qarmon geniş yayılmışdır. Oktyabr inqilabından sonra musiqi folkloru öyrənilir. Peşəkar musiqi, əsasən, mahnı janrı sahəsində inkişaf etmişdir.
All Music Guide
All Music Guide Azərbaycan dilinə tərcümə olunduqda "bütün musiqilər üzrə qid" mənasını verir. Ən böyük onlayn musiqi verilənlər bazasıdır. All Media Guide təşkilatına aiddir. 1991-ci ildə Maykl Erlevayn tərəfindən yaradılmışdır. Ensiklopediyanın portalı internetdə 1995-ci ildən fəaliyyət göstərir. Əsas informasiyalar musiqi janrları, musiqiçilər və musiqi qrupları, eyni zamanda musiqi albomları haqqındadır.
Alleqretto (musiqi)
Alleqretto (it. allegretto) — alleqroya nisbətən bir qədər ağır, yavaş, aramlı temp (allegro-dan) yavaş, andante-dən yeyin.
Amerikansayağı gözəllik (film musiqisi)
“American Beauty: Music from the Original Motion Picture Soundtrack” 1999-cu ildə Kevin Speysi və Anetta Beninqin baş rollarını canlandırdığı filmin musiqi albomudur. Kris Duridas, Sem Mendes və Maykl Ostinin prodüsserliyi ilə istehsal edilmiş albom 2000-ci ildə “Bədii film, televiziya və ya digər vizual mediada ən yaxşı film musiqisi albomu” nominasiyasında Qremmi mükafatına (mükafatın təsisatı) namizəd göstərilmişdir. Film musiqisinə Tomas Nyumanın bir neçə mükafata layiq görülmüş orijinal film musiqisindən də bəzi parçalar daxil edilmişdi. “Beatles” qrupunun “Because” mahnısının Elliot Smitin ifasında kover versiyası filmin bağlanış musiqisi kimi istifadə edilmişdir. Filmdə istifadə olunmuş "Dead Already" mahnısı isə sonradan 2005-ci ildə istehsal edilmiş “Madaqaskar” filmində də istifadə olunmuşdur. Nyumanın "Any Other Name" və "Dead Already" musiqiləri DJ Jakatta tərəfindən 2000-ci ildə çıxarılmış “American Dream” musiqisində istifadə edilmişdir.
Arabesk musiqi
Arabesk — Türkiyədə oriyantal tipli xalq musiqisi janrı. 1960-cı illərdə Orxan Akdəniz, Əhməd Sezgin, Abdulla Yücə kimi bəzi müğənnilər ərəblərdən alaraq türk mahnıları üçün istifadə etmişlər. Arabeskin məşhur ifaçılarından İbrahim Tatlısəs, Orxan Gəncəbay, Əmrah, Mahsun Qırmızıgül, Azer Bülbül , Fərdi Tayfur, Müslüm Gürsəs və başqalarını misal göstərmək olar.
Avar Musiqili Dram Teatrı
Avar Musiqili Dram Teatrı (avar. ЦӀадаса ХӀамзатил цӀаралда бугеб музыкалиябгун-драмаялъул Авар театр) — Həmzət Tsadasa adını daşıyan dövlət teatrı; Mahaçqala şəhərində yerləşən teatr; Teatr binası dövlət tərəfindən Rusiyanın regional əhəmiyyətli mədəni irsi obyekti kimi qorunur. Puşkin küçəsi 1 ünvanında yerləşir. == Teatrın tarixi == === İlk addımları === 1935-ci ildə Dağıstan MSSR-in Xunzax rayonunun Xunzax kəndində əsası qoyulub. Teatrın yaradılmasının əsas təşəbbüsçüsü A.Maqayev olub, teatrın ilk rəhbəri və rejissoru P.Şiyanovski, A.Artemov olmuşdur. 1943-cü ildə teatr Buynaksk şəhərinə köçürüldü. 1951-ci ildə bu teatra Dağıstanın xalq şairi H.Tsadasanın adı verildi. 1960-cı ildə Rəsul Həmzətov Moskvada "Горянка" əsəri ilə Dağıstan dekadasında iştirak etdi. 1961-ci ildə Musiqili-Dram teatrı yaradıldı. 1968-ci ildə teatr Mahaçqalaya köçürüldü.
Avroviziya Musiqi Müsabiqəsi
Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest; fr. Concours Eurovision de la chanson) — 1956-cı ildən bəri Avropa Yayım İttifaqına üzv olan ölkələr arasında keçirilən beynəlxalq mahnı müsabiqəsi. Avroviziya dünyanın ən uzun ömürlü musiqi hadisəsidir və buna görə də müsabiqənin adı 2015-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Müsabiqə 1951-ci ildən bəri təşkil olunan İtaliyanın məşhur Sanremo Musiqi Festivalının əsasında qurulub. Müsabiqədə iştirak edən hər bir ölkə Avropa Yayım İttifaqına canlı yayımda ifa olunacaq orijinal mahnı təqdim edir və şounun sonunda iştirak edən ölkələr arasında keçirilən səsvermədə ən çox səs toplayan mahnı müsabiqənin qalibi elan edilir. Müsabiqə 1956-cı ildən bəri hər il altmış altı dəfə keçirilib. Avroviziya eyni zamanda dünyanın ən çox baxılan qeyri-idman hadisələrindən biridir. Müsabiqənin izləyici kütləsi hər il 100 milyon və 600 milyon arasında dəyişir. Avroviziya həmçinin Avropadan kənarda yerləşən müəyyən ölkələrdə də yayımlanır; Amerika Birləşmiş Ştatları, Kanada, Yeni Zelandiya, Qazaxıstan və s.
Avstraliya musiqisi
Avstraliya musiqisi — Avstraliya ərazisində formalaşmış musiqi. Avstraliya musiqisi müxtəlif musiqi cəmiyyətlərindən ibarət geniş tarixə malikdir. Avstraliyanın yerli musiqisi minlərlə il əvvələ gedib çıxan unikal irsin bir hissəsidir. Çağdaş Avstraliya musiqisində Yerli və Qərb üslublarının birləşməsi Avstraliyanın dünya musiqisinə verdiyi töhfəni açıq şəkildə göstərir. == Tarixi == Avstraliya İttifaqının yerli sakinləri mahnı və rəqslərini qoruyub saxlamışlar. Mahnı yaradıcılığı geniş yayılmışdır. Mahnıları, adətən, məişət və dini mərasim rəqsləri ilə müşayiət olunur. XVIII əsrin sonunda Avstraliya Britaniyanın müstəmləkəsinə çevrildikdən sonra ölkədə Avropa müsiqisi yayılmağa başlamışdır. XX əsrdə Persi Qreyncer, A. Hill, A. Bencamin və başqaları opera, simfoniya, kamera və xor əsərləri yaratmışdır. Avstraliya İttifaqında bir neçə konservatoriya, simfonik orkestrlar, kamera musiqi assoasiyası, opera məktəbi, Avstraliya Bəstəkarları Gildiyası (1935-ci ildən) və s.
Avstriya musiqisi
Avstriya musiqisi — Avstriyalı bəstəkar və müğənnilərin Avstriya mədəniyyətinə, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ən yaxşı musiqi nümunələri. == Klassik musiqi == Klassik musiqi əsri olan XVIII əsrdə Avropa klassik musiqisi dominantlıq edirdi. Bu zaman Vyana musiqi innovasiyaları üçün xüsusi bir vacib məkan idi. Klassik musiqi müasir dövrdə də Avstriyada öz aktuallığını saxlayır. Bu ölkədə çoxlu sayda məşhur avstriyalı bəstəkarlar var. Onlardan ən məşhurları bunlardır: Volfqanq Amadey Motsart Frans Şubert Yozef Haydn Lüdviq van Bethoven Alban Berg Anton Bruckner Qotfrid von Aynem Erik Volfqanq Kornqol Frits Kreysler Ernst Krenek Yozef Lanner Franz Lehar Qustav Maler Arnold Şönberq İohann Ştraus Franz von Suppe Anton Vebern == Musiqi mərkəzi Vyana == Avstriyanın paytaxtı Vyana musiqi innovasiyalarının əsas mərkəzi hesab olunur. XVIII-XIX əsr bəstəkarları habsburqların himəyadarlığı altında şəhərə gəlir və Vyananı Avropa klassik musiqinin mərkəzinə çevirirdilər. Volfqanq Amadey Motsart, Lüdviq van Bethoven, İohann Ştrauss şəhərlə sıx bağlı olan əsas bəstəkarlardır. Barokko epoxasında slavyan, macar xalq musiqisi formaları Avstriya musiqisinə təsir etmişdir. Vyananın mədəni mərkəz statusunun formalaşması XVI əsrin əvvəlində başlamış və lütnada daxil olmaqla musiqi alətlərinin ətrafında cəmlənmişdir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı — Azərbaycan Respublikasının ən böyük musiqili teatrlarından biri. Teatr tamaşaları əsasən musiqili komediya janrındadır. Böyük Vətən müharibəsi illərində teatrın işi yenidən qurulur və bu teatra Azərbaycan Dövlət Təbliğat Teatrı adı verilir. == Yaranma tarixi == Azərbaycan milli musiqili komediya janrı 20-ci əsrin əvvəllərində yaranmışdır. Opera kimi bu janrın da yaradıcısı Üzeyir Hacıbəylidir. Onun 1909-cu ildə yazdığı "Ər və arvad" musiqili komediyasının ilk tamaşası 24 may 1910-cu ildə Bakıda Nikitin qardaşlarının sirk binasında olmuşdur: Məhz bu tamaşa ilə də Azərbaycan Musiqili Komediya Teatrının əsası qoyulmuşdur. Sonrakı illərdə Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" (1911), "Arşın mal alan" (1913) musiqili komediyaları oynanıldı. İnqılaba qədərki dövrdə həmçinin Z.Hacıbəyovun "Əlli yaşında cavan", "Evliykən subay", M.Kazımovskinin "Molla Cəbi", "Vurhavur" musiqili komediyaları da tamaşaya qoyuldu. Bu komediyalarda məişətdə hökm sürən feodal-patriarxal münasibətlər, ictimai bərabərsizlik, qadın hüquqsuzluğu, rüşvətxorluq, cəhalət və s. ifşa olunur.
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı — Azərbaycan Respublikasının ən böyük musiqili teatrlarından biri. Teatr tamaşaları əsasən musiqili komediya janrındadır. Böyük Vətən müharibəsi illərində teatrın işi yenidən qurulur və bu teatra Azərbaycan Dövlət Təbliğat Teatrı adı verilir. == Yaranma tarixi == Azərbaycan milli musiqili komediya janrı 20-ci əsrin əvvəllərində yaranmışdır. Opera kimi bu janrın da yaradıcısı Üzeyir Hacıbəylidir. Onun 1909-cu ildə yazdığı "Ər və arvad" musiqili komediyasının ilk tamaşası 24 may 1910-cu ildə Bakıda Nikitin qardaşlarının sirk binasında olmuşdur: Məhz bu tamaşa ilə də Azərbaycan Musiqili Komediya Teatrının əsası qoyulmuşdur. Sonrakı illərdə Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" (1911), "Arşın mal alan" (1913) musiqili komediyaları oynanıldı. İnqılaba qədərki dövrdə həmçinin Z.Hacıbəyovun "Əlli yaşında cavan", "Evliykən subay", M.Kazımovskinin "Molla Cəbi", "Vurhavur" musiqili komediyaları da tamaşaya qoyuldu. Bu komediyalarda məişətdə hökm sürən feodal-patriarxal münasibətlər, ictimai bərabərsizlik, qadın hüquqsuzluğu, rüşvətxorluq, cəhalət və s. ifşa olunur.
Azərbaycan Dövlət Musiqili Teatrı
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı — Azərbaycan Respublikasının ən böyük musiqili teatrlarından biri. Teatr tamaşaları əsasən musiqili komediya janrındadır. Böyük Vətən müharibəsi illərində teatrın işi yenidən qurulur və bu teatra Azərbaycan Dövlət Təbliğat Teatrı adı verilir. == Yaranma tarixi == Azərbaycan milli musiqili komediya janrı 20-ci əsrin əvvəllərində yaranmışdır. Opera kimi bu janrın da yaradıcısı Üzeyir Hacıbəylidir. Onun 1909-cu ildə yazdığı "Ər və arvad" musiqili komediyasının ilk tamaşası 24 may 1910-cu ildə Bakıda Nikitin qardaşlarının sirk binasında olmuşdur: Məhz bu tamaşa ilə də Azərbaycan Musiqili Komediya Teatrının əsası qoyulmuşdur. Sonrakı illərdə Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" (1911), "Arşın mal alan" (1913) musiqili komediyaları oynanıldı. İnqılaba qədərki dövrdə həmçinin Z.Hacıbəyovun "Əlli yaşında cavan", "Evliykən subay", M.Kazımovskinin "Molla Cəbi", "Vurhavur" musiqili komediyaları da tamaşaya qoyuldu. Bu komediyalarda məişətdə hökm sürən feodal-patriarxal münasibətlər, ictimai bərabərsizlik, qadın hüquqsuzluğu, rüşvətxorluq, cəhalət və s. ifşa olunur.
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci
Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci (Asəf Zeynallı adına Musiqi Məktəbi) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == 1895-ci ildə tərəqqipərvər ziyalı rus qadını, Moskva konservatoriyasının məzunu, pianoçu Antonina Nikolayevna Yermolayeva Bakıda ilk şəxsi musiqi məktəbini açdı. Bu məktəb, əsasən, Bakıda yaşayan və işləyən rus sahibkarlarının, yerli rus əhalisinin uşaqlarına musiqi təhsili vermək, rus və qərb musiqisini burada səsləndirmək, öyrətmək məqsədilə yaradılmışdı. Lakin bu məktəbdə musiqi dərsləri alan uşaqlar arasında bir nəfər belə azərbaycanlı yox idi. 1901-ci ildə həmin məktəbin bazasında "Rus İmperator Musiqi Cəmiyyətinin Bakı Şöbəsi"nin Musiqi Sinifləri yaradılır. Bu siniflər musiqi məktəbi rolunu oynayırdı və A.N.Yermolayeva siniflərə direktor təyin edilmişdi. Musiqi siniflərinin yaradılması mütərəqqi hal olsa da, əsasən çarizmin ucqarlarında rus kapitalisti ailələrinə qayğı göstərmək, rus elit ailələrinin mənəvi tələbatını ödəmək və ruslaşdırma siyasəti aparmaq məqsədi daşıyırdı. Həmin məktəbdə bir nəfər belə azərbaycanlı uşaq təhsil almırdı. Azərbaycanda Avropa tipli musiqi təhsilinin yaradılmasına çalışan dahi Üzeyir Hacıbəyov bu faktla bağlı "Azərbaycan Musiqi Təhsili" məqaləsində təəssüflə yazırdı: "Bakı hələ çar hökumətinin quberniya şəhərindən biri olan zamanlarda burada "Rus İmperator Musiqi Cəmiyyəti" adlanan bir müəssiseyi-musiqiyyənin heyətinin şöbəsi olmaq üzrə bir musiqi məktəbi mövcud idi. Bu məktəb Bakıda iyirmi beş sənəlik uzun bir müddət ömür sürüb, müntəzəm bir surətdə yaşadığı halda, qapılarını musiqi təhsili arzusunda olanla türk balaları üçün daima bağlı saxladı.
Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci
Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kolleci və ya qısa şəkildə Sumqayıt Musiqi Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. Sumqayıt şəhərində yerləşir. == Tarixi == Orta ixtisas təhsil proqramlarını həyata keçirən tədris müəssisəsi kimi Sumqayıt Musiqi Texnikumu 1965-ci ildən fəaliyyət göstərir. Texnikumun əyani şöbəsində: "Fortepiano", "Orkestr alətləri", "Xalq çalğı alətləri", "Xanəndə", "Opera və kamera müğənnisi", "Xor diricorluğu", "Musiqi nəzəriyyəsi", "Estrada musiqi sənəti" ixtisasları üzrə. Qiyabi şöbədə: "Fortepiono", "Xalq çalğı alətləri ", "Musiqi nəzəriyyəsi" ixtisasları üzrə "Kiçik mütəxəssis" dərəcəli gənc musiqiçilər hazırlanır. Texnikumda fəaliyyət göstərən "Xalq çalğı alətləri orkestri", "Xor kollektivi", "Nəfəs və zərb alətləri orkestri", "Tello xalq çalğı alətləri ansamblı", "Muğam üçlüyü", "Müəllimlər ansamblı", Sumqayıt şəhərinin bütün mədən-kütləvi tədbirlərində iştirak edirlər. Sumqayıt Musiqi Texnikumunun direktoru: Sənətşünaslıq üzrə fəlsəfə doktoru, beynəlxalq müsabiqələr laureatı, dosent Səbinə Mehdiyevadır. Sumqayıt Musiqi Texnikumu 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Sumqayıt Musiqi Kolleci adı ilə adlandırılmışdır. 11 iyul 2020-ci ildə Sumqayıt Musiqi Kolleci Azərbaycan Milli Konservatoriyasının nəzdində publik hüquqi şəxs statusuna malik olan Sumqayıt Musiqi Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edildi. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: İnstrumental ifaçılıq (alətlər üzrə); Xanəndəlik; Vokal sənəti; Xor dirijorluğu; Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə).
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi — 1967-ci ildə yaradılmış muzey. Muzeyin fəaliyyətinin əsas məqsədi və vəzifələri Azərbaycan musiqi tarixi ilə bağlı materialların toplanması, saxlanması, araşdırması və təbliğidir. == Muzey eksponatları == Muzeyin fondunda 60 minə yaxın eksponat toplanmışdır. Muzeydə cəmi 297 ədəd musiqi aləti qorunub saxlanılır. Bunlardan 211-i Azərbaycan, 86-i isə qeyri-Azərbaycan alətidir. Bundan əlavə, 12 ədəd nadir musiqi qutusu mühafizə olunur. Bununla yanaşı muzeydə Keçəçioğlu Məhəmmədin, Xan Şuşinskinin qavalları, Şirin Axundovun, Qurban Pirimovun, Məmmədağa Muradovun, Bəhram Mansurovun, Həbib Bayramovun, Səid Rüstəmovun, Qasım Qasımovun, Kamil Əhmədovun, Ramiz Quliyevin,Valid Fərzəliyevin tarları, Aşıq Hüseyn Saraclının, Aşıq Xanların, Pənah Qurbanovun, Rəhilə Həsənovanın sazlarını, Qılman Salahovun kamançası və s. saxlanılır.Bunlardan Azərbaycan milli musiqi alətləri olan tar, kamança, saz, dəf, qoşa nağara, zurna, ney, eləcə də özünəməxsus xüsusiyyətləri ilə fərqlənən digər musiqi alətləri — əsa-tar, əsa-saz, habelə qramofonlar, patefonlar, qramofon valları, Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəyovun, milli peşəkar vokal sənətinin banisi Bülbülün, gorkəmli bəstəkarlardan Qara Qarayevin, Fikrət Əmirovun muəllif not əlyazmaları, musiqi xadimlərinin şəxsi əşyaları, afişalar, proqramlar, fotoşəkillər, təsviri incəsənət nümunələri, notlar, kitablar və s. materialları göstərmək olar. Bütün bunlar Azərbaycan milli musiqi mədəniyyətinin dəyərli numunələridir.
Azərbaycan Musiqisi
Azərbaycan musiqisi (az.-əbcəd آذربایجان موسیقی‌سی‎) — Azərbaycan mədəniyyətinin bir qolu olub, Azərbaycan milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı azərbaycanlı bəstəkarlar tərəfindən yaradılmışdır. Azərbaycan musiqisi çoxəsrlik inkişaf yolu keçmişdir. Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Çox qədim zamanlardan – Qobustanda qayaüstü rəsmlərdən (yallı-rəqs) – başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar, müxtəlif rəqslər, çobanların tütəkdə çaldığı havalar səslənir. == Klassik musiqi == Azərbaycan klassik musiqisi — klassik musiqinin qollarından biri. XX əsrin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Üzeyir Hacıbəyov müasir Azərbaycan peşəkar musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı. === Azərbaycan operası === Azərbaycan operası — operanın qollarından biri. 1908-ci il yanvar ayının 12-də ilk milli Azərbaycan operası – Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının ilk tamaşası, 1913-cü il oktyabrın 25-də isə ilk milli musiqili komediya "Arşın mal alan" operettasının premyerası oldu. === Azərbaycan baleti === Azərbaycan baleti — baletin qollarından biri. Azərbaycan baletinin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 1920-ci illərin əvvəllərində qoyulub.
Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evi, Musiqi kollektivləri
Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evi, Musiqi kollektivləri 1926-cı il, noyabrın 6-da, indiki Ə. Əlizadə-9 (keçmiş Fioletov-9) ünvanında Radio komitəsi fəaliyətə başlayır. 1931-ci ildə Azərbaycanın peşəkar musiqisinin banisi Üzeyirbəy Hacıbəylinin təşəbbüsü ilə, bu məkanda şərqdə ilk notlu xalq çalğı alətləri orkestri və indiki Niyazi adına simfonik orkestri yaradılır. Üzeyir bəyə o zamanlar Müslüm Maqamayev yaxından köməklik etmişdir. Azərbaycan Televiziya və Radiosunun Səsyazma evinin məqsədi dövlətin milli-mədəni musiqi həyatında ictimaiyyətə bir-birindən maraqlı layihələr təqdim etmək, milli mənəvi dəyərləri qorumaq, dövlətin hər bir uğurunu musiqi dili ilə dinləyicilərə çatdırmaq, yeni gənc nəslə peşəkar musiqini təbliğ etməkdir. Əməkdar artist Ramil Qasımovsəsyazma evinin direktoru və bədii rəhbəridir. == Səsyazma evində fəaliyyət göstərən musiqi kollektivləri == 1 Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri 2 Niyazi adına Dövlət simfonik orkestri 3 Cahangir Cahangirov adına xor 4 Tofiq Əhmədov adına estrada-simfonik orkestri 5 Uşaq Musiqili Teatrının Əfsər Cavanşirov adına "Bənövşə" uşaq xoru 6 Əhsən Dadaşov adına "Xatirə" xalq çalğı alətləri ansamblı 7 Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı 8 Vaqif Mustafazadə adına "Sevil" vokal-instrumental ansamblı 9 "Qaytağı" instrumental ansamblı 10 Uşaq Musiqili Teatrı === Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri === Azərbaycan musiqi mədəniyyəti tarixininin incilərindən biri olan Səid Rüstəmov adına Əməkdar kollektiv xalq çalğı alətləri orkestri Müslüm Maqomayevin təklifi ilə Üzeyir Hacıbəyli tərəfindən 1931-ci ildə yaradılmaqla, nəinki Azərbaycanda, hətta, bütün Şərq aləmində peşəkar notlu xalq çalğı alətləri orkestrinin əsasını qoymuş olur. İlk dövrlərdə orkestrin dirijoru və rəhbəri Üzeyir Hacıbəyli, konsertmeysteri isə Səid Rüstəmov olmuşdur. Orkestrin tərkibi isə ancaq kamança, saz, balaban, zurna, dəf, nağara alətlərindən ibarət olmuşdur. İlk heyəti Səid Rüstəmov, Əhmədxan Bakıxanov, onun qardaşı Məmmədxan Bakıxanov, Ağabacı Rzayeva, Əmrulla Məmmədbəyli, Cəvahir Həsənova, Tutu Kərimova, Məmmədağa Muradov, Süleyman Hüseynquluoğlu, Əbülfəz Fərəczadə, Xalıq Babayev, Əlihəsən Nuriyev, Xosrov Məlikov, Qılman Salahov, Qönçə İsrafilova, Hacıbaba Əliyev, Hacı Xanməmmədov, Ə. Quliyev və b.-dən ibarət idi. 1935-ci ildən sonra Üzeyir Hacıbəylinin təklifi ilə Səid Rüstəmov orkestrə baş dirijor və bədii rəhbər vəzifəsinə təyin olunur.
Azərbaycan pop-musiqisi
Azərbaycan pop-musiqisi — Azərbaycanda yaranan pop-musiqisinin növü. Azərbaycan pop-musiqisinin yaranması XX əsrin ortalarına təsadüf edir. 1970-ci illərdə musiqiçilər yeni nəsil artması Azərbaycan pop-musiqisin "Qızıl dövrünə" müsbət təsir etmişdi. Həmin dövrdə Mirzə Babayev, Flora Kərimova, Şövkət Ələkbərova, Oqtay Ağayev kimi klassik pop sənətçiləri böyük uğurlar əldə etmişdi. Müasir Azərbaycan pop-musiqisi ənənəvi Azərbaycan xalq musiqisindən öz köklərini götürür. 2010-cu illərdə qloballaşmanın təsiri nəticəsində elektropop, dans-pop və sinti pop, 1980-ci illərində başlayan rəqs, elektronika və pop-musiqisinin digər formaları ilə yanaşı Azərbaycan pop-musiqisinə təsir etmişdir. 2011-ci ildə Eldar Qasımov və Nigar Camal duetinin ifa etdiyi "Running Scared" adlı mahnı Azərbaycanın ilk qalibiyyəti olaraq Avroviziya Mahnı Müsabiqəsinin tarixinə düşmüşdür. == Tarixi == === 1950-ci illər === Azərbaycan pop-musiqisinin yaranması XX əsrin ortalarına təsadüf edir. 1956-cı ildə Azərbaycan Dövlət Estrada Orkestri (ADEO), 1957-ci ildə Tofiq Əhmədovun rəhbərlik etdiyi "Biz Bakıdanıq" estrada ansamblı Azərbaycan estrada sənətinin inkişafında mühüm rol oynamışlar. Tofiq Əhmədov kollektivə Asəf Zeynallı adına Musiqi Texnikumundan və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasından tələbələri və məzunları dəvət edir.
Azərbaycan xalq musiqisi
Azərbaycan xalq musiqisi — Azərbaycan və onun Avropa və Asiyada olan keçmiş ərazilərində yaşamış bütün sivilizasiyaların fərqli mədəni dəyərlərini özündə birləşdirir. Onun unikal quruluşuna bir çətir altında regional fərqlər daxildir. Azərbaycan xalqının musiqi-poetik yaradıcılığının ən qədim və önəmli janrlarından olan mahnılarda onun pak, yüksək mənəviyyatı, daxili aləmi, arzuları, ümidləri əks olunmuşdur. == Tarixi == Azərbaycan xalq mahnılarının elmi tədqiqi bu janrın yüzlərlə nümunələrini toplayıb nəşr etdirmək işi ilə sıx bağlıdır. Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin bu istiqamətdə göstərdikləri ilk təşəbbüs 1930-cu illərdə böyük səylə davam etdirilmişdir. Xalq musiqi nümunələrinin toplanılması sayəsində Bülbülün yaratdığı və rəhbərlik etdiyi elmi təqdiqat musiqi kabinetinin fəaliyyəti xüsusilə təqdirə layiqdir. Kabinetin işinə gənc bəstəkarlardan Qara Qarayev, Cövdət Hacıyev, Zakir Bağırov, Asəf Zeynallı, Səid Rüstəmov, Tofiq Quliyev cəlb olundular və həm ekspedisiyalar zamanı, həm də stasionar şəraitdə xanəndələrin sazəndələrin, aşıqların, zurna ifaçılarının repertuarından külli miqdarda xalq musiqi numunələri və dastanlar yazıya köçürüldü. Azərbaycanın bir sıra zonalarına (Qarabağ, Lənkəran, Nuxa, Gəncə, Quba) habelə qonşu Ermənistan və Gürcüstanın azərbaycanlılarla məskunlaşdırılmış rayonlarına) təşkil olunan uzunmüddətli ekspedisiyalar olduqca səmərəli keçdi.1930-cu illərdə həmçinin xalq musiqisi nümunələrinin (mahnı, oyun havaları və rənglərin) nota yazılması və nəşri sayəsində təqdirəlayiq işlər görüldü. 1938-ci ildə nəşr olunmuş “50 Azərbaycan el mahnıları” məcmuəsinə Cabbar Qaryağdıoğlu oxuduğu mahnılar daxil olmuşdursa, A. Əliverdibəyovun təqdim etdiyi nümunələr daha sonralar nəşr olunmuş mahnı toplularında yer aldı. Hər iki sənətkar Qarabağ oxuma məktəbinin nümayəndələri olaraq, sənətin sirlərinə dərindən bələd idilər.
заворо́шка крупно... перхо́тный расторго́вывать табаку́р шлёпать вакха́нка винтомото́рный вульгаризи́ровать дельфи́ний нали́чные нейтрали́зм по-туркме́нски предста́тельный bindlestiff hovercar laughter morphia narrow-mindedness riding school substrate tripy дорастать лютый неподкупный