MUSİQAR

is.
1. Guya dimdiyində çoxlu deşiklər olub, külək əsdikcə müxtəlif səslər çıxaran əfsanəvi bir quş.
2. köhn. Bir sıra düdüklərdən ibarət musiqi aləti.
Nalə ilə sızlaram hərgah musiqartək. Qövsi.
Doğma xalqın musiqisini və çalğı alətlərini yaxşı bilən şair … musiqar, ud və qopuz … kimi musiqi alətlərini yüksək bədii dillə təsvir edir. İncəsənət”.

3. köhn. Musiqiçi.
Ümumi musiqi sənəti bizim də aramızda intişar taparsa, o halda biz mədəniyyətin hər bir qismində iştirak etmiş olarıq; … ümumi musiqi sənətini dəxi öyrənərsək, alim musiqişünaslarımız, musiqarlarımız, orkestrlərimiz və opera artistlərimiz də olmaqla, mədəniyyətin sənayei-nəfisə qismində dəxi iştirak etmiş oluruq. Ü.Hacıbəyov.

MUROVLUQ
MUSİQİ
OBASTAN VİKİ
Musiqar
Musiqar (Panın fleytası) - qədim nəfəs alətlərindən biridir, dodaqla çalınır. Rumınlar musiqarı «nay» adlandırırlar. Avropada musiqara bəzən «pan fleyta» da deyirlər. Musiqar qədim nəfəs alətlərimizdən biridir və dodaqla səsləndirilir. Musiqarın səsləndirilməsi digər nəfəs alətlərindən kəskin fərqlənir. Yəni musiqar çalğı alətlərimizin sırasında yeganə alətdir ki, ifaçı müxtəlif yüksəklikli səsləri çalan zaman əllərdən, daha doğrusu, barmaqlardan istifadə etmir. Çalğı alətlərimiz şərti olaraq 4 qrupa bölünür: 1.Qədimdə yaranan və müasir dövrümüzə qədər gəlib çıxan alətlər tar, kamança, tulum, tütək, saz, balaban, zurna, nağara, dəf və s. 2.Qədimdə yaranıb və unudulmuş, sonradan bərpa edilən çalğı alətləri – bərbət, rud, çəng, kos, qaşığek, çəğanaq və s. 3.Şərti olaraq mühacir adlandırılan alətlər – Qoşqar rübabı, dütar, setar, tənbur, davul, dairə, gərənay, musiqar və s. 4.Müasirlərimiz tərəfindən icad edilən alətlər – sinəud, zülfar, dilrüba, əsa ney, neyvari və s.Musiqar da mühacir alətlərimizdəndir.

Digər lüğətlərdə

алма́зный навяза́ть нажима́ние нераспа́ханный нетяжёлый отно́жина па́рывать перепи́ть подвихну́ть после́днее пропоте́ть сластое́жка слони́ха уви́нчиваться ба́тюшки! плоди́ть приско́рбный сте́рва аче улан breathing lares peter out single-engined suss