musiqi
musiqili
OBASTAN VİKİ
Musiqiçi
Musiqiçi —1. Xüsusi olaraq musiqi ilə məşğul olan adam, musiqi mütəxəssisi;2. Musiqi alətində çalan sənətkar; çalğıçı, çalan. □ 'Festivalda musiqiçilər də çıxış etdilər.' === Klassifikasiya === Musiqiçinin müəyyən fəaliyyət məkanı olur: Aranjimançı—Hazır musiqi əsərini hansısa alətdə ifa etmək üçün uyğunlaşdıran və ona müəyyən ritm və improvizə elementləri əlavə edən şəxs. □ Fortepiano üçün aranjiman. Vokalist — solo oxuyan musiqiçi; Dirijor — orkestdə və ya xorda rəhbər şəxs; İnstrumentalçı — akademik musiqidə ifacı adlanır; Bəstəkar — musiqi bəstələyən şəxs.Bəzən rəqslə məşğul olan şəxsləri də musiqiçilərə aid edirlər. == Azərbaycan musiqiçisi == 90-cı illərdən başlayaraq müxtəlif səbəblərdən xaricə xeyli Azərbaycan musiqiçisi getmişdi. Musiqiçilər gedişlərini əsaslandırmağa çalışdılar. Yaradıcı adamlar müstəqil şəkildə özlərinin yaradıcılıq potensialını inkişaf etdirmək, tutalım, xarici ölkələrdə daha böyük uğurlar qazanmaq məqsədilə, həm də o dövrdə güzəran problemlərini həll etmək üçün Azərbaycandan getmişdilər.Azərbaycan musiqiçiləri müsəlman Şərqində ilk dəfə olaraq Avropaya qastrollara çıxmaqla və qrammofon valları yazdırmaqla muğam üçün qeyri-ənənəvi dinləyici auditoriyasına müraciət etməyə başlamışlar. İlk dəfə 1906-cı ildə "Qrammofon" ingilis Səhmdar Cəmiyyəti məşhur xanəndə Cabbar Qaryağdıoğlu və digər Azərbaycan musiqiçilərinin ifasında Azərbaycan musiqisini qrammofon vallarına yazmışdır.
Basta (musiqiçi)
Basta (rus. Баста, tam adı: Vasili Mixayloviç Vakulenko; 20 aprel 1980, Rostov-na-Donu) — Rusiya repçisi, bəstəkar, musiqi prodüsseri, aktyor, radioaparıcı, teleaparıcı, ssenarist, prodüsser, rejissor. Eyni zamanda Noqqano və N1NT3ND0 ləqəbləri ilə də tanınır. "Next FM" radiosunda aparıcı və bir neçə filmin rejissorudur. Kupe ilə birlikdə "Hip-hop TV"də "Gazgolder" verilişinin aparıcısıdır. 2007-ci ildə "Gazgolder" leyblini yaratmışdır. == Bioqrafiya == Vasili Vakulenko 20 aprel 1980-ci ildə Rostov-na-Donu şəhərində, hərbçi ailəsində doğulmuşdur. Həmin şəhərdə 32 saylı ümumtəhsil məktəbini bitirmiş, həmçinin musiqi məktəbində təhsil almışdır. Daha sonra musiqi kollecində, drijorluq ixtisası üzrə təhsil almışdır. Musiqi təhsili aldığı dövrdən Vasili hip-hopla maraqlanmağa başlamışdır.
Ceza (musiqiçi)
Bilgin Özçalkan (31 dekabr 1976, Üsküdar, İstanbul ili) — səhnədə Ceza ləqəbi ilə tanınan türk hip-hop sənətçisi. Bundan başqa, Fatalrhymer, Keskin kılıç ləqəbləri ilə də məşhurdur. == Həyatı == Bilgin Özçalkan 1976-cı ildə İstanbulda doğulmuşdur. Kiçik yaşlarından rep musiqisi ilə maraqlanıb, TRT-də brek-dans filmləri izləyərək hip hop-a addım atmışdır. Əvvəllər Bloody ləqəbindən istifadə etsə də fristayl deyişmələri zamanı rəqiblərinin və izləyicilərin Cezamız gəldi demələrindən sonra ləqəbini Ceza olaraq dəyişdirmişdir. Məktəb illərində bir dostu vasitəsilə Run DMC qrupunu, daha sonra əlinə keçən tək-tük rep albomlarını dinləyib araşdırmalar aparmışdır. Public Enemy qrupundan ilham aldığını deyən Ceza, sərt sözlərin repdə necə vurğuyla deyilməsini görüb özünə ikinci ləqəb kimi Fatalrhymeri seçdi. Təhsilini başa vurub elektrik mühəndisi kimi çalışmağa başlayan Ceza, həmçinin, repdə uğur qazanmaq üçün də bir sıra addımlar atdı. Bir müddət sonra musiqi ilə işi paralel şəkildə davam etdirə bilmədiyi üçün mühəndislikdən istefa edib sadəcə musiqi ilə maraqlanmağa başladı. == Kariyerası == === "Nifrət" qrupu === Cəza 1998-ci ildə Dr.
Cəza (musiqiçi)
Bilgin Özçalkan (31 dekabr 1976, Üsküdar, İstanbul ili) — səhnədə Ceza ləqəbi ilə tanınan türk hip-hop sənətçisi. Bundan başqa, Fatalrhymer, Keskin kılıç ləqəbləri ilə də məşhurdur. == Həyatı == Bilgin Özçalkan 1976-cı ildə İstanbulda doğulmuşdur. Kiçik yaşlarından rep musiqisi ilə maraqlanıb, TRT-də brek-dans filmləri izləyərək hip hop-a addım atmışdır. Əvvəllər Bloody ləqəbindən istifadə etsə də fristayl deyişmələri zamanı rəqiblərinin və izləyicilərin Cezamız gəldi demələrindən sonra ləqəbini Ceza olaraq dəyişdirmişdir. Məktəb illərində bir dostu vasitəsilə Run DMC qrupunu, daha sonra əlinə keçən tək-tük rep albomlarını dinləyib araşdırmalar aparmışdır. Public Enemy qrupundan ilham aldığını deyən Ceza, sərt sözlərin repdə necə vurğuyla deyilməsini görüb özünə ikinci ləqəb kimi Fatalrhymeri seçdi. Təhsilini başa vurub elektrik mühəndisi kimi çalışmağa başlayan Ceza, həmçinin, repdə uğur qazanmaq üçün də bir sıra addımlar atdı. Bir müddət sonra musiqi ilə işi paralel şəkildə davam etdirə bilmədiyi üçün mühəndislikdən istefa edib sadəcə musiqi ilə maraqlanmağa başladı. == Kariyerası == === "Nifrət" qrupu === Cəza 1998-ci ildə Dr.
Kolera (musiqiçi)
Esen Güler ya da daha çox tanınan səhnə adıyla Kolera (23 sentyabr 1983, İstanbul), Türk repçi.
Pitbull (musiqiçi)
Armando Christian Pérez (doğum 15 Yanvar 1981), bilinən adıyla Pitbull, Amerikalı repçi. İlk dəfə 2002-ci ildə Lil Jon'un Kings of Crunk albomunda qonaq olaraq iştirak etdi. Ardından, 2004-ci ilin Avqust ayında TVT Records etiketiylə MIAMI ( Money Is a Major Issue qısaltması) adlı ilk studiya albomunu bazara sürdü. O zamandan bəri, yenə TVT Records etiketi altında iki studiya albomu daha nümayiş etdi: 2006-cı ilin oktyabr ayında Əl Mariol' və 2007-ci ilin Noyabr ayında" The Boatlift. Ayrıca, Mun2 kanalında La Esquina adında İspanca bir program təqdim edir.
Tamino (musiqiçi)
Tamino, tam adı Tamino-Əmir Məhərrəm Fuad (24 oktyabr 1996, Antverpen, Flamand regionu[d]) — müğənni və musiqiçidir. Misirli müğənni və kino ulduzu Məhərrəm Fuadın nəvəsidir. Mahnılarını ingilis dilində yazır, bir neçə mini-albomu və "Əmir" adlı bir studio albomu vardır. == Uşaqlıq və Yeniyetməlik illəri == Tamino 24 oktyabr 1996-cı ildə Belçikanın Antverpen şəhərində dünyaya gəlmişdir. Atası Tarıq Məhərrəm Fuad, məşhur misirli aktyor və müğənni Məhərrəm Fuad ilə Livanlı Maqda Beydunun oğludur. Taminonun anası isə musiqiyə böyük sevgisi olan belçikalı bir antropoloqdur. Belə ki, Tamino milliyyətcə yarı belçikalı, livanlı və yarı ərəbdir. Onun özündən 3 yaş kiçik, Rami adında qardaşı da vardır. Anası və atası hələ o 3 yaşında ikən ayrılmışdırlar. Bundan sonra o, anası tərəfindən, musiqi sevgisi ona hələ çox kiçik yaşından aşılanaraq böyüdülmüşdür.
Üç musiqiçi
Üç musiqiçi (isp. Tres músicos) — Dieqo Velaskes tərəfindən çəkilmiş yağlı boya rəssamı. Dərinlik hifzi yaratmaq üçün işıqkölgə adlı barokkonun texniki işənilib.
Prins (musiqiçi)
Prins Rocers Nelson (ing. Prince Rogers Nelson; 7 iyun 1958 – 21 aprel 2016) — ABŞ müğənnisi və mahnı yazarıdır. Daha çox eklektik sənət nümunələri və geniş vokal imkanları ilə məşhur olmuşdur. 21 aprel 2016-cı ilə Minnestodakı evində ölü tapılıb. Onun ölümünə səbəb zökəm tutulması idi. Xanımı isə onun narkotik maddələrdən öldüyünü güman edir. Prince, "Rolling Stone" jurnalının təşkil etdiyi Bütün Zamanların Ən Yaxşı 100 Sənətçisi siyahısında iyirmi yeddinci sırada yer almışdır.
Corc Klinton (musiqiçi)
Corc Klinton (ing. George Clinton) — afro-amerikalı bəstəkar, vokalçı, gitaraçı. Ceyms Braun və Slay Stoun ilə birlikdə musiqi cərəyanı olan "fank"ı yaratmışdır. 1997-ci ildə Rok-n-rollun şöhrət zalına daxil edilmişdir. Corc Klinton 1968-ci ildə "Parliament" musiqi qrupunu yaratmışdır. Bu qrup erkən fankın pionerlərindən sayılır. "Parliament" əsasən nəfəs çalğı alətlərindən istifadə etmişdir. 1970-ci ildə Klinton Funkadelic musiqi qrupunu təşkil etmişdir. Bu qrup psixodelik gitara ifası üzrə ixtisaslaşmışdır. Parliament və Funkadelic fərqli musiqi şirkətləri ilə əməkdaşlıq etmişlər və üslub baxımından bir-birindən fərqlənmişlər.
Dan Vilson (musiqiçi)
Dan Vilson (ing. Dan Wilson; 20 may 1961, Minneapolis, Minnesota) — amerikalı musiqi ifaçısı, produseri, söz yazarı. 2007-ci ildə "Not Ready to Make Nice" mahnısıyla ilin mahnısı, 2012-ci ildə "Someone Like You" albomuyla ilin albomu nominasiyası üzrə "Qremmi" mükafatının qalibi olmuşdur.
Elnur Əhmədov (musiqiçi)
Elnur Əhmədov (Elnur Oruc oğlu Əhmədov; 13 may 1977, Məmmədbəyli, Zəngilan rayonu, Azərbaycan SSR) — Azərbaycan Respublikasının əməkdar artisti (2007). == Həyatı == Elnur Əhmədov 1994-cü ildə A. Zeynallı adına Bakı Musiqi texnikumunu, 1998 və 2000-ci illərdə isə Bakı Musiqi Akademiyasının kamança ixtisası bitirib magistr dərəcəsi almış və ali təhsilə yiyələnmişdir. Hal-hazırda Azərbaycan Milli Konservatoriyasının dosenti həmçinin Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində müəllim vəzifəsində çalışır. 1999-cu ildən Azərbaycan Akedemik Opera və Balet teatrında yeganə kamança ifaçısı olaraq orkestr solisti vəzifəsində çalışır və çilli tamaşalarda muğam partiyalarını ifa edir. Üzeyir Hacıbəyovun Leyli və Məcnun operasını İstanbulda, Parisdə YUNESKO-nun səhnəsində, Qətərdə, İsveçrədə, Düşənbədə və başqa ölkələrdə Azərbaycan milli musiqisini və muğamını təmsil edir. 2001-ci ildə Strasburqda Azərbaycan Avropa Parlamentinə qəbul olunanda 2002-ci ildə Vaşinqtonda İpək yolu festivalında Amsterdamda Atlas ansamblı proyektində dünya musiqiçiləri ilə birlikdə çıxış etmişdir. 2003-cu ildə Səmərqənddə keçirilən Şərq Təranələri Beynəlxalq musiqi festifalında xalq artisti Zabit Nəbizadə ilə ikinci yerə layiq görülmüşdür. 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən 1-ci muğam televiziya müsabiqəsində kamança ifaçısı olaraq bu layihədə iştirak etmişdir. Azərbaycanın xalq artisti Mənsum İbrahimov, xalq artisti Elçin Həşimov və əməkdar artist Kamran Kərimovla birlikdə Qarabağ muğam qrupu olaraq bir çox ölkələrdə ABŞ, İngiltərə, Fransa, Avstriya, Norveç, İsveçrə, Rusiya, Ukrayna, Belarusiya, Hollandiya, İran, Misir, Finlandiya, İsveç və başqa ölkələrdə konsert proqramı ilə çıxış etmişdir. Həmçinin 2011-ci ildə Danimarkanın Kopenhagen şəhərində Vomeks Beynəlxalq musiqi Festivalında iştirak etmişdir.
Fuad Musayev (musiqiçi)
Fuad Elmidar oğlu Musayev (4 sentyabr 1975, Kirovabad) — azərbaycanlı estrada müğənnisi, bariton, 2016-cı ildən Azərbaycan televiziyasının və radiosunun solisti. == Həyatı == Fuad Elmidar oğlu Musayev 4 sentyabr 1975-ci ildə Gəncə şəhərində musiqiçi Elmidar Musayev və Ofeliya Musayevanın ailəsində dünyaya göz açıb. 1982–1992-ci illərdə orta məktəbi bitirib. Orta ixtisas musiqi məktəbində və texnikumunda fortopiano üzrə təhsil allb. 21 yaşında olarkən Rusiyanın Moskva şəhərinə köçüb və orada musiqi fəaliyyətini davam etdirib. 8 il Moskvada çalışıb. === Ailəsi === Ailəlidir, 2 qız övladı var: Ofeliya Musayeva, Emiliya Musayeva. Atası Elmidar Musayev (qarmon ifaçısı) Gəncəbasarda tanınmış musiqiçi və Göy-göl ansamblının yaradıcılarındandır. Qardaşı Rauf Musayev musiqiçi-pianoçudur, Rusiyanın Moskva şəhərində fəaliyyət göstərir. Əmisi Canpolad Musayev, hal-hazırda Göy-göl ansamblının pianoçusu kimi fəaliyyət göstərir.
Harun Təkin (musiqiçi)
Harun Təkin (28 iyun 1977, Ankara) məşhur Türkiyə müğənnisi. Mor və Ötəsi qrupun solistidir.
Ruslan Hüseynov (musiqiçi)
Ruslan Barat oğlu Hüseynov (30 oktyabr 1973, Bakı, Azərbaycan SSR) — Azərbaycan musiqiçi, bass, kontrabast, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Ruslan Hüseynov – Azərbaycanın çox tələb olunan basçılarından biridir. Nə vaxtsa "Rast" grupu ilə başlayib, sonra isə caza keçib. Bizim bütün aparıcı musiqiçilər onu istər festivallarda, istərsə də klub proqramlarında iştirak etməyə böyük məmnuniyyətlə dəvət edirlər. Bəzən həddindən artıq məşgul olur – amma yenə də öz üzərində işləməyə və caz yenilikləri ilə tanış olmağa vaxt tapır. Həyatda çox sakit təbiətli, musiqiyə isə həddən ziyada bağlıdır…. Oğlanlarının artıq kontrabası öyrənməyə başladıqlarını nəzərə alsaq (bunu fotlardan birində görmək olar), onda musiqiyə olan bu məhəbbətin onun övladlarına keçməsi şansı var.
Tofiq Əhmədov (musiqiçi)
Tofiq Qəzənfər oğlu Əhmədov (28 fevral 1924, Bakı – 23 mart 1981, Bakı) — Azərbaycan musiqiçisi, dirijor, bəstəkar, ifaçı və musiqi təşkilatçısı, Azərbaycan SSR xalq artisti (1977), Tofiq Əhmədov adına estrada-simfonik orkestrinin yaradıcısı və bədii rəhbəri (1956–1979). == Həyatı == Tofiq Qəzənfər oğlu Əhmədov 1923-cü il fevralın 8-də Bakıda anadan olmuşdur. Erkən yaşlarından musiqiyə maraq göstərib. 1941-ci ildə respublikada yeni yaranan estrada simfonik orkestrinə klarnet və saksafon ifaçısı kimi daxil olub. O vaxt orkestrin rəhbəri və dirijoru bəstəkar Tofiq Quliyev idi. Bəstəkar 1942-ci ildə Tofiq Əhmədovu rəhbərlik etdiyi Xəzər Donanması estrada ansamblına dəvət edib. 1945-ci ilə qədər həmin orkestrdə işləyib. Bu illərdə ali təhsil də alıb. 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəfəsli alətlər şöbəsinin klarnet sinfini bitirib. 1953-cü ildən daha geniş fəaliyyətə başlayıb.
Çingiz Məmmədov (musiqiçi)
Çingiz Məmməd oğlu Məmmədov (15 noyabr 1947, Bakı) — Alt ifaçısı, Azərbaycan SSR əməkdar artisti (1989). == Həyatı == Çingiz Məmmədov 1947-ci il noyabrın 15-də Bakıda anadan olmuşdur. 1954-cü ildə Bülbül adına musiqi məktəbinə daxil olmuşdur. Məktəbi bitirdikdən sonra 1965-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş və 1970-ci ildə bitirmişdir. == Fəaliyyəti == === Yaradıcılıq fəaliyyəti === 1968-ci ildən Azərbaycan dövlət kamera orkestrında çalışmışdır. Konservatoriyanı bitirdikdən sonra orada qalmış alt və kamera ansamblı sinfində müəllim kimi çalışmışdır. Eyni zamanda Azərbaycan dövlət kvartetinə dəvət olunmuş və orada çalışmışdır. 1975–1977-ci illərdə Leninqrad konservatoriyasının aspiranturasını bitirmişdir. 1977-ci ildən 1980-ci ilə qədər Ekvator respublikasında milli orkestrda çalışmışdır. Vətənə qayıtdıqdan sonra Azərbaycan Dövlət Konservatoriyasında dosent və Azərbaycan Dövlət kvartetində işini davam etdirmişdir.
İbrahim Quliyev (musiqiçi)
İbrahim Hacıbaba oğlu Quliyev (23 may 1959, Bakı – 16 yanvar 2010, Türkiyə) — musiqiçi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2008), Beynəlxalq Muğam Mərkəzinin direktoru (2009–2010). == Həyatı == İbrahim Quliyev 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. == Fəaliyyəti == Azərbaycan Mədəniyətinin Xeyriyə fondunun icraçı direktoru, "Azərbaycan-İrs" jurnalının direktoru, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədr müavini olmuşdur. İbrahim Quliyev Azərbaycan musiqisinin tarixi inkişafı mövzusu ilə əlaqədar namizədlik dissertasiyasını müdafiə edərək "Sənətşünaslıq namizədi" elmi dərəcəsini almışdır. İbrahim Quliyev Bakı Musiqi Akademiyasının "Konsertmeyster ustalığı" kafedrasının baş müəllimi olmuşdur. "Maestro" və "Maestro belə yazırdı" kitablarının müəlifidir. Azərbaycan Respublikasının Prezidentinin 17 sentyabr 2008-ci il tarixli sərəncamı ilə İbrahim Quliyevə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı verilmişdir.
Ənvər İsmayılov (musiqiçi)
Ənvər Sərvər oğlu İsmayılov (ukr. Енвер Серверович Ізмайлов, krımtat. Enver Server oğlu İzmaylov; d. 12 iyun 1955, Kirquli, Fərqanə, Özbəkistan SSR, SSRİ) — Krımtatar əsilli Ukrayna xalq və caz musiqiçisi, virtuoz gitaraçı, "teppinq" gitara texnikasının məşhur təbliğatçısı, İsveçrənin Lozanna şəhərində keçirilən Avropa Beynəlxalq Gitara Yarışmasının birincilik mükafatının laureatı (1995), çoxsaylı diplom və mükafatların sahibi, Ukrayna Caz Assosiasiyasının Rəyasət Heyətinin üzvü (1995). == Bioqrafiya == Ənvər İsmayılov 12 iyun 1955-ci il tarixində Özbəkistanın Fərqanə şəhərində anadan olmuşdur. Onun ailəsi Krım tatarlarının deportasiyası zamanı 1944-cü ildə Krımdan Özbəkistana deportasiya edilmişdir. Yerli bir incəsənət məktəbindən faqot sinfində məzun olduqdan sonra, o, müstəqil olaraq elektrogitaranı məsimsəməyə və ifa etməyə başlamışdır. 1980-ci illərdə o, «Sato» adlı bir caz-rok qrupunun üzvü olmuşdur.Ənvər İsmayılov 1990-cı illərdə Fontan adlı mənzərəli bir kəndə köçmüşdür (hal-hazırda Simferopol şəhərinin ətrafında yerləşən bir məhəllə). O, burada öz dədə-babalarının – Krım tatarlarının musiqi folklorunu öyrənməyə başlamışdır. Bu illərdə o, İqor Pupenko ilə birlikdə etnocaz sintezi ideyasını əks etdirən bir neçə fərdi proqram yazmışdır.
Anar Vəlizadə (musiqiçi)
Ruslan Zərbalıyev (musiqiçi)
LiSA (yapon musiqiçi, 1987)
Risa Oribe (織部 里沙, Oribe Risa, d. 24 iyun 1987) və ya səhnə adı ilə LiSA (Live Is Smile Always ifadəsinin qısaltması) — Aniplex şirkəti üçün fəaliyyət göstərən Yaponiya pop müğənnisi və söz yazıçısı. Yaponiyanın Gifu prefekturasının Seki şəhərində anadan olmuşdur. Erkən yaşlarda musiqiçi olmağa qərar vermiş və musiqi karyerasına Chucky adlı indi qrupunda başlamışdır. Musiqi qrupunun 2008-ci ildə fəaliyyətini dayandırmasından sonra LiSA solo karyerasını davam etdirmək üçün Tokio şəhərinə köçmüşdür. 2010-cu ildə əsas debütünü etmişdir: uydurma Girls Dead Monster qrupunun iki vokalistindən biri kimi "Angel Beats!" anime serialı üçün mahnılar ifa etmişdir. 2011-ci ilin aprelində "Letters to U" adlı mini-albomunu buraxaraq solo debütünü etmişdir. LiSA 2010-cu ilin avqustunda Animelo Summer Live festivalında, 2012-ci ildə isə Anime Expo tədbirində çıxış etmişdir. Anime Festival Asia tədbirinin daimi qonağıdır. LiSA-nın mahnıları "Sword Art Online", "Fate/Zero" və "Demon Slayer" kimi bir çox anime seriallarında səsləndirilmişdir.
İki musiqiçi qız (rəsm əsəri)
İki Musiqiçi Qız, Osman Həmdi Beyin 1880 tarixində çəkdiyi rəsm əsəridir. == İçerik == Tabloda iştirak edən məkan, Bursa Yaşıl Məscidi'deki namazgah hissəsidir. Bu hissənin girişində tambur dəf çalan iki gənc qız dayanmaqdadır. Tambur çalan qız ayaqda dayanmaqda, dəf çalan isə yaşayır. Ayaqdakı qız qızıl rəngli, sadə, boydan bir paltar geyinmişdir. Oturan qız isə qızıl sarısı zolaqlı, açıq mavi rəngində bir bindallı entari geymişdir. Əsərdə məsciddə olan xalçalar, qaxmalı taxta əsərlər, daş oymaçılığı məhsulu mərmərlər və çini kimi Osmanlı motivləri yer alır.
Azərbaycan musiqiçilərinin siyahısı
Azərbaycan musiqiçiləri və musiqi qruplarının siyahısı.

Digər lüğətlərdə

аванти́тул вы́строганный испла́станный миграцио́нный нао́хрить ска́тыш слепля́ться фунду́к герба́рный затева́ться лейкоци́ты недружелю́бие подма́ргивание рецензе́нтка штаб-ро́тмистр basting headshrinker inadequate inhuman orthoepical rheostat Sansei древесница льнуть переросток