MUSİQİLİ
MUSİQİŞÜNASLIQ
OBASTAN VİKİ
Musiqişünas
Musiqişünaslıq — musiqini, musiqi tarixini və nəzəriyyəsini, musiqi estetikasını, musiqi tənqidi və folklorşünaslıq – etnomusiqişünaslıq sahələrini özundə cəmləşdirən elm .
Aida Hüseynova (musiqişünas)
Aida Nemət qızı Hüseynova (1964, Bakı – 20 iyun 2022) — musiqişünas, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru (1992), Bakı Musiqi Akademiyasının professoru (2005), İndiana Universitetinin müəllimi (2007). == Həyatı == Aida Hüseynova 1964-cü ildə Bakıda doğulub. 8 nömrəli və 16 nömrəli musiqi məktəblərində təhsil alıb. 1982-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirib. Konservatoriyada tarixi-nəzəriyyə və fortepiano ixtisasları üzrə təhsil aldığı zaman nüfuzlu Lenin təqaüdünə layiq görülüb.1992-ci ildə Sankt-Peterburq Dövlət Konservatoriyasında bəstəkar Müslüm Maqomayevə həsr olunmuş dissertasiyanı müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Bir neçə il Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub, 1995-ci ildən dosent, 2005-ci ildən professor vəzifələrində çalışıb. ABŞ-nın Harvard, Prinston, Berkli, Stenford, Kolumbiya və bir çox digər universitetlərində, Böyük Britaniyanın Kembric Universitetində mühazirələrlə çıxış edib.Endryu Mellon təqaüdü (2015), Fulbrayt təqaüdü (2007–08) və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən təqaüdlərə (2000, 2001–02) layiq görülmüşdür.2008-ci ildən ABŞ-nin İndiana Universitetinin nəzdində olan Ceykobs Musiqi Məktəbində müəllim kimi çalışır. .Onun təşəbbüsü ilə həmin məktəbdə “İpək Yolu xalqlarının musiqisi” və “Musiqidə Şərq ilə Qərbin Rastlaşması” fənnləri yaradılıb. Hazırda qeyd edilən fənlərlə yanaşı, musiqi nəzəriyyəsi, Avropa və Asiyanın populyar musiqisi və Rusiya musiqisi fənlərini də tədris edir.21 iyun 2022-ci ildə vəfat edib. == Fəaliyyəti == Aida Hüseynova beş kitab və 200-dən çox məqalənin müəllifidir.
Elmira Abasova (musiqişünas)
Elmira Əbdülhəmid qızı Abbasova (10 yanvar 1932, Bakı – 12 fevral 2009, Bakı) — musiqişünas, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967), sənətşünaslıq namizədi (1962) və professor (1980). 1955-ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1977–1992-ci illərdə rektor olmuşdur. Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1973–1990) olmuşdur. == Həyatı == Elmira Əbdülhəmid qızı Abbasova 1932-ci il yanvar ayının 10-da anadan olmuşdur. O, 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını musiqişünaslıq ixtisası üzrə bitirmiş, həmin ildən ömrünün sonunadək Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərmişdir.E. Abbasova 1958-ci ildən – Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1962-ci ildən – musiqi tənqidi bölməsinin sədri, 1975–1999-cu illər – Azərbaycan Bəstəkarlar İttifaqının katibi, o cümlədən SSRİ Bəstəkarlar İttifaqı İdarə heyətinin üzvü idi. O, 1962-ci ildə Moskva Ümumittifaq Sənətşünaslıq İnstitutunda "Ü. Hacıbəyovun opera və musiqili komediyaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Musiqişünas E. Abbasova 1967-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi adına layiq görülmüşdür. Elə həmin ildən də Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) dosenti, 1980-ci ildən isə professoru idi. 1977–1991-ci illər ərzində Konservatoriyanın rektoru vəzifəsində işləmişdir.O, bəstəkar Üzeyir Hacıbəyov haqqında 5 kitab və broşür, bir çox jurnal və toplularda nəşr olunmuş onlarla məqalə və oçerklərin müəllifidir.Professor E. Abbasovanın Üzeyir Hacıbəyovun yaradıcılığına həsr etdiyi "Ü. Hacıbəyovun opera və musiqili komediyaları", "Üzeyir Hacıbəyovun "Koroğlu" operası", "Ü. Hacıbəyov: həyat və yaradıcılıq yolu" fundamental monoqrafiyaları musiqişünaslıq salnaməsini zənginləşdirən əsərlərdir.Elmira Abbasova müxtəlif nəsillərdən olan bəstəkarların və ifaçıların yaradıcılığını araşdıran musiqişünaslardandır. Onun bu sahədə yazdığı "Cövdət Hacıyev", "Rəşid Behbudov", "Soltan Hacıbəyov", "Səid Rüstəmov", "Qurban Pirimov", "Bəhram Mansurov" və s.
Elmira Abbasova (musiqişünas)

Mübariz Əliyev (musiqişünas)
Mübariz Firidun oğlu Əliyev (10 mart 1967, Miskinli, Gədəbəy rayonu) — Azərbaycan Milli Konservatoriyasının dosenti. == Həyatı == 10 mart 1967-ci il Gədəbəy rayonunun Rüstəm Əliyev (Miskinli) kəndində anadan olmuşdur. Azərbaycan Milli Konservatoriyasının dosentidir. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. "Xalq Çalğı Alətləri" kafedrasının müəllimidir.2007-ci ildə nəşr edilmiş "Saz məktəbi" dərsliyinin həmmüəllifidir (S.Kərimi, A. Quliyev, M. Əliyev ilə yanaşı). Azərbaycan Mədəniyyyət və Turizm Nazirliyi musiqi təhsili üzrə tədris-metodik kabinetinin qərarı əsasında çap olunmuş bu kitab orta ixtisas musiqi və incəsənət məktəblərinin saz aləti üçün dərslik vəsaiti kimi nəzərdə tutulmuşdur. Bu kitab xalq artisti, Millİ Konservatoriyanın rektoru Siyavuş Kərimi, Konservatoriyanın alimləri: Azərbaycan aşıq musiqisinin araşdırıcılarından olan musiqişünas alim Akif Quluyev və aşıq sənətinin bilicisi Mübariz Əliyevin birgə əməyinin məhsuludur.Qədim aşıq sənətinin qorunub saxlanılması ilə yanaşı, müasir zamanda və gələcəkdə də inkişaf etdirilməsi üçün əvəzsiz töhfə olan bu kitab 1000 nüsxə tirajla çap olunmuşdur.Konservatoriyanın rektoru S. Kərimi Azərbaycan musiqi pedaqogikası təcrübəsində ilk dəfə olaraq professional səviyyədə çap olunan kitabın davamlı olaraq, texnikum, institut və Konservatoriya üçün dərsliklər səviyyəsində də işlənib hazırlandığını bildirmişdir.2021-ci ildə Özbəkistanın Qaraqalpaq Respublikasının mərkəzi olan Nukus şəhərində UNESCO, TÜRKSOY və digər beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı II Beynəlxalq Baxşı Festivalının qalibi seçilmişdir. Festivalda dünyanın müxtəlif ölkələrindən gələn baxşı, ozan, aşıq və akınlar, həmçinin folklorşünas alimlər, müxtəlif xalqların folklor qrupları iştirak ediblər. Ümumiyyətlə, festivala 260-dan çox sənət adamı qatılmışdır. Mübariz Əliyev festivalda aşıq mahnıları və "Aşıq Qərib" dastanından hissələr ifa etmişdir.
Musiqişünaslıq
Musiqişünaslıq — musiqini, musiqi tarixini və nəzəriyyəsini, musiqi estetikasını, musiqi tənqidi və folklorşünaslıq – etnomusiqişünaslıq sahələrini özundə cəmləşdirən elm .

Значение слова в других словарях

не осо́бенно обря́дность обта́пливать обтёрханный по пья́нке сквалы́жник изверга́ться наму́сливать пассати́жи республика́нец нуга онагр amethystine didn't space-rated vestigial vouchsafement wagoner windwards zinc blende выкрикивать нокдаун отслаиваться прислужничество содрогнуться