MUĞURRAMAĞ
MUXAŞƏR
OBASTAN VİKİ
"Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı
"Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı — Naxçıvan Muxtar Respublikasının dövlət mükafatı. == Təsisi == "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı 25 iyun 2013-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə təsis edilmişdir. == Statusu == "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı aşağıdakılara görə verilir: dövlətçiliyin inkişafında xidmətə, peşəkarlığa və xüsusi nailiyyətlərə, vəzifə borcunun ləyaqətlə və vicdanla yerinə yetirilməsinə görə; dövlət quruculuğu işlərində xidmətlərə görə."Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı Azərbaycan Respublikasının orden və medalları olduqda onlardan sonra taxılır."Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı ilə təltif olunmuş şəxslərə nişan onun vəsiqəsi ilə birlikdə təqdim olunur. == Təsviri == "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı gümüşdən hazırlanmış, qızıl suyuna çəkilmişdir və diametri 35 mm, qalınlığı isə 2,5 mm-dir.Nişan səkkizguşəli ulduz şəklindədir. Nişanın ön tərəfində mərkəzdə dövlət gerbi təsvir edilmiş, çevrə boyunca "NAXÇIVAN MUXTAR RESPUBLİKASINA XİDMƏTLƏRƏ GÖRƏ" sözləri yazılmışdır. Yazı və təsvirlər qabarıqdır.Nişanın arxa tərəfi hamar səthlidir və bərkidilmək üçün müvafiq element vardır. Ortasında nişanın nömrəsi həkk olunmuşdur.
"Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı ilə təltif edilənlərin siyahısı
"Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı ilə təltif edilənlərin siyahısı — Naxçıvan Muxtar Respublikasının "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı ilə təltif edilənlərin siyahısıdır.
Abdulla Muxtarov
Abdulla İbrahim oğlu Muxtarov (24 dekabr 1918, Saxur, Dağıstan MSSR – 17 may 2013)— Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü. == Həyatı == 24 dekabr 1918-ci ildə Dağıstan Muxtar Respublikasının Rutul rayonunun Saxur kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Milliyətcə saxurdur. Bakı Dövlət Universitetinin professoru, Evli idi. İki övladı var. 17 may, 2013-cü ildə vəfat edib. == Təltif və mükafatlar == "Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı" — 1969; "Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar. Şərəfli əməyə görə" medalı — 1970; "1974-cü il sosialist yarışının qalibi" — 1974; "Azərbaycan SSR xalq təhsili əlaçısı" medalı — 1975 "Şərəf nişanı" ordeni — 1978; "SSRİ-nin təhsil əlaçısı" medalı — 1980; "Əmək veteranı" medalı — 1981; Azərbaycanın Əməkdar Elm Xadimi — 1992; Azərbaycan Respublikasının "Şöhrət" ordeni — 1998; BDU-nun "Xatirə" medalı — 1998 == Kitabları == Statistik fizika (1961) Kvant mexanikası (1999) == Elmi əsərləri == Xarici ölkələrdə 50-yə yaxn elmi əsəri çap edilmişdir.
Abxaziya Muxtar Respublikası
Abxaziya Muxtar Respublikası (gürc. აფხაზეთის ავტონომიური რესპუბლიკა) — rəsmən Gürcüstan Respublikasında muxtar respublika, ərazisi faktiki olaraq qismən tanınmış separatçı Abxaziya Respublikasının nəzarəti altındadır. 1921-ci il martın 4-də təşkil olunmuşdur. Şimalda Rusiya ilə (Krasnodar vilayəti və Qaraçay-Çərkəz respublikası ilə) cənub-şərqdə və cənubda Gürcüstanın regionları olan Sameqrelo və Zemo-Svaneti ilə həmsərhəddir. Sahəsi 8,6 min km2. 5 rayonu, 7 şəhəri, 4 şəhər tipli qəsəbə var. Paytaxtı Suxumi şəhəridir. == Tarixi == Arxeoloji tapıntılar Abxaziyanın ərazisində hələ Erkən Paleolit dövründə insanın olmasına şahidlik edir. İbtidai icma cəmiyyətinin dağılması prosesi e.ə. 7–6-cı əsrlərdə baş vermişdir.
Abxaziya Muxtar Sovet Sosialist Respublikası
Abxaziya Muxtar Sovet Sosialist Respublikası (qısaca: Abxaziya MSSR) — Gürcüstan SSR-in tərkibində, 1931–1990–cı illərdə mövcud olmuş muxtar respublika.
Abxaziya Muxtar Sovet Sosialist Respublikası bayrağı
Abxaziya Muxtar Sovet Sosialist Respublikası bayrağı — 26 aprel 1951-ci ildən Abxaziya Muxtar Sovet Sosialist Respublikasının bayrağı.
Abxaziya Muxtar Vilayəti
Abxaziya, rəsmi adı ilə Abxaziya Respublikası — Cənubi Qafqazda, Qara dənizin şərq sahilində, Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində qismən tanınan dövlət. 8.665 kvadrat kilometr (3.346 kvadrat mil) ərazini əhatə edir və təxminən 245.000 əhalisi var. Paytaxtı və ən böyük şəhəri Suxumidir. Abxaziyanın siyasi statusu Abxaz-Gürcüstan münaqişəsinin və Gürcüstan-Rusiya münasibətlərinin mərkəzi məsələsidir. Abxaziya Rusiya, Venesuela, Nikaraqua, Nauru və Suriya tərəfindən müstəqil dövlət kimi tanınsa da, Gürcüstan hökuməti və demək olar ki, bütün Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər Abxaziyanı Gürcüstanın suveren ərazisi hesab edirlər. Abxaziya ərazisi üzərində effektiv nəzarəti olmayan Gürcüstan mühacirətdə olan Abxaziya hökumətini saxlayır. 1980-ci illərin sonlarında SSRİ dağılmağa başlayanda bölgə Gürcüstan SSR-in tərkibində muxtariyyətə malik idi. Bölgənin titullu etnik mənsubiyyəti olan abxazlarla o dövrün ən böyük tək etnik qrup olan gürcülər arasında qaynayan etnik gərginlik 1992-1993-cü illərdə Gürcüstanın Abxaziyanın əksər hissəsi üzərində nəzarəti itirməsi və Abxaziyadan gürcülərin etnik təmizlənməsi ilə nəticələnən Abxaziya müharibəsi ilə yekunlaşdı. 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasına və illərdir davam edən danışıqlara baxmayaraq, mübahisə hələ də həll olunmamış qalır. BMT-nin Müşahidə Missiyasının və Rusiyanın rəhbərlik etdiyi Müstəqil Dövlətlər Birliyinin sülhməramlı qüvvələrinin uzunmüddətli mövcudluğu bir neçə dəfə zorakılığın alovlanmasının qarşısını ala bilmədi.
Acarıstan Muxtar Respublikası
Acarıstan (gürc. აჭარა) və ya rəsmi olaraq Acarıstan Muxtar Respublikası (gürc. აჭარის ავტონომიური რესპუბლიკა,Ач'арис автономиури республика)rus. Аджарская Автономная Республика — Gürcüstanın tərkibində muxtar respublika. Acarıstan Gürcüstanın cənub-qərbində, Qara dənizin sahilində yerləşir. Muxtar respublika cənubda Türkiyə ilə həmsərhəddir. Paytaxtı Batumi şəhəri, ümumi sahəsi 2,900 kvadrat kilometrdir. Əhalisinin əksəriyyətini acarlar təşkil edir. 1991-ci ildən muxtar respublikaya rəhbərlik edən və "Acarıstan aslanı" kimi ad çıxaran Aslan Abaşidze (Abaşidzelərin Acarıstandakı hakimiyyətinin kökləri 6 əsr öncəyə, XV əsrin ortalarına gedib çıxır - red.) belə mürəkkəb etnik strukturu olan bölgənin 2004-cü ilə qədər rəhbəri olub. 1991-1992-ci illərdə Gürcüstanda başlanan müharibə və münaqişələr Acarıstandan yan keçib.
Acarıstan Muxtar Sovet Sosialist Respublikası
Acarıstan Muxtar Sovet Sosialist Respublikası (qısaca: Acarıstan MSSR) — Gürcüstan SSR–in tərkibində, 1921–1990–cı illərdə mövcud olmuş muxtar respublika.
Adıge Muxtar Vilayəti
Adıge Muxtar Vilayəti (rus. Адыге́йская автоно́мная о́бласть) — Rusiya SFSR-nin Krasnodar ölkəsi tərkibində muxtar vilayət. == Tarixi == 27 iyul 1922-ci il tarixində təşkil edilmişdir. == Coğrafiyası == Şimali Qafqazda, Laba və Kuban çaylarının sol sahilində yerləşirdi. Sahili 7,8 min kilometr2 idi. == İnzibati bölgüsü == 6 rayonu, 1 şəhəri, 6 şəhər tipli qəsəbəsi var idi. Mərkəzi Maykop şəhəri olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Основные административно-территориальные преобразования на Кубани (1793—1985 гг.). Краснодар: Краснодарское кн. изд-во.
Agin-Buryat Muxtar Dairəsi
Agin-Buryat Muxtar Dairəsi və ya Agin-Buryat Milli Mahalı — Rusiya Federasiyasının subyektlərindən biri. Agin-Buryat Muxtar Dairəsi Şərqi Sibirdə, Zabaykaliyanın cənub-şərqində yerləşirdi. Ərazisi 19,592 m2 olmuşdur. Muxtar dairə ərazisi alçaq-orta dağ relyefi daxilində, Onon və İnqoda çaylarının qovşağında yerləşirdi. Muxtar dairənin əhatə etdiyi ərazinin ən yüksək nöqtəsi Alxanay dağı idi (1663 metr).
Akim Muxtarlı
Akim Muxtarlı – (10 sentyabr 1949, Sisian, Ermənistan SSR — 26 may 2017, Bakı, Azərbaycan) Cərrah-travmatoloq,tibb elmləri üzrə fəlsəfə doktoru. == Həyatı və Fəaliyyəti == Akim Muxtarlı 10 sentyabr 1949-cu ildə Qərbi Azərbaycanın Sisian (keçmiş Qarakilsə) şəhərinin Comərdli kəndində anadan olub. 1976-cı ildə N.Nərimanov adına ADTU-i Uşaq cərrahı ixtisası ilə bitirmişdir. İlk əvvəl Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasında uşaq cərrahı, Bakı-Almaniya hərbi hospitalında cərrah-travmatoloq, Bakıda Tibb Universitetinin M.Nağıyev adına Təcili tibbi yardım xəstəxanasında cərrahı xəstəliklər kafedrasında müəllim cərrah və İran İslam Respublikasında cərrah-travmatoloq və ginekoloq vəzifələrində çalışmışdır. Akim Muxtarlı Azərbaycan tibb sahəsinə yeni üsullarını gətirərək yeniliklər etmişdir. Özü tərəfindən ixtira edilmiş, dünyada bərabəri olmayan, ultra səs aparatı vasitəsi ilə bir çox xəstəliklər — o cümlədən öd daşları, mədə xorası, bağırsaq xəstəlikləri, hemikoloektamiya, çat, siviş, uşağlığın fibroması, borunun və yumurtalığların xəstəlikləri, kriptarxizm, sünnət, bədxassəli şişlər, dəbəliklər, uşaq serebral iflici, mioteapiya ,meningit, onurğa, oynaq ağrıları və s. kimi xəstəliklərin müalicəsi təmin edilmişdir. Akim Muxtarlının müalicə metodları əsasən xalq təbabətində bitkilərdən alınan dəmləmələri,lasiyonlar,antiseptiklər, arı məhsullarına, gümüş suyuna əsaslanırdı. Alimin elmi işləri, elmi təqdiqatları və müalicə üsulları İran, Rusiya, Türkiyə, Amerika, Almaniya, İsrail və başqa ölkələrdə böyük maraqla qarşılanmışdır. O, dəfələrlə ölkəmizdə və xarici ölkələrdə elmi-konfranslarda iştirak etmiş, bir sıra xəstəxanalar və elmi instutlarla əməkdaşlıq etmişdir.
Alaş muxtariyyəti
Alaş muxtariyyəti (qaz. Алаш автономиясы; 1917—1920) — XX əsrin əvvəllərində müasir Qazaxıstan ərazisində, "Alaş-Orda" adlı hökumətin nəzarəti altında mövcud olan qazaxların muxtar dövlət quruluşu. Alaş muxtariyyəti, Alaş partiyası tərəfindən elan edilmiş və 5-13 dekabr 1917-ci il tarixlərində Orenburqda Ümumqırğız (Ümum-Qazax) Konqresi tərəfindən qurulmuşdur. 5 mart 1920-ci ildə Qırğızıstan Bölgəsinin işğal edilməsi ilə Bolşevik Hərbi İnqilab Komitəsi tərəfindən ləğv edilmişdir. Sovet hökuməti onun yerində 17 Avqust 1920-ci ildə Qırğızıstan Muxtar Sovet Sosialist Respublikası, 1925-ci ildə onun adını dəyişdirərək Qazaxıstan Muxtar Sovet Sosialist Respublikası, 1936-cı ildə isə Qazaxıstan Sovet Sosialist Respublikası təşkil etdi. == Tarixi == === İkinci Ümumqırğız Qurultayı (İkinci Ümumqazax Qurultayı) === Qazaxlar arasında, Alaş Orda partiyasının yeganə siyasi rəqibi, hədəfləri olduqca qəribə olsa da, Alaş partiyasının hədəflərindən çox da fərqlənməyən, lakin qısa müddətdə bolşeviklərin müttəfiqlərindən birinə çevrilən və 1917-ci ilin dekabrında təsis məclisinə namizədliyini irəli sürən "Uç Jüz" partiyası idi. Bu namizədlərdən biri də Saken Seyfullin idi. Sarı-Arka qəzeti bu seçkilərin nəticələrini dərc etdi. Petropavlovsk uyezdində Alaşa 26.814 səs verildi, "Uç Juz" yalnız 36 səs aldı. Semipalatinsk bölgəsində Alaş 58.300, "Üç Juz" - yalnız 1, Omsk uyezdində də nəticələr oxşar idi - Alaşa 16.200 və 300 səs - "Üç Juz" üçün verilmişdi.
Alfons Muxa
Alfons Muxa (çex. Alfons Maria Mucha; 24 iyul 1860, Moraviya, Avstriya-Macarıstan — 14 iyul 1939, Praqa) — Çexoslovakiyada Masonluğun əsasını qoymuş dahi rəssam.Çox uzun zaman boyunca öz şah əsəri olan Slavyan Dastanı (Slovanská epopej) üzərində çalışmışdır. Bu əsər Slavyan xalqlarının tarixini izah edən bir sıra geniş şəkillərdən ibarətdir. Sənətçi bu əsəri 1928-ci ildə Praqa şəhərinə hədiyyə etmişdir.
Anton Muxlinski
Anton Osipoviç Muxlinski (rus. Антон Осипович Мухлинский; 1808 - 1877)—polyak Rusiya türkoloqu. == Həyatı == Anton Osipoviç Muxlinski 1808-ci ildə anadan olmuşdur. 1828-ci ildə Vilnus Universitetini bitirmişdir. Daha sonra şərq dillərini araşdırmaq üçün Sankt-Peterburq Universitetinə daxil olmuş və 1836-1839-cu illərdə orada ərəb dilindən dərs vermişdir. 1839-cu ildə isə türk dilləri üzrə professor adını qazanmışdır. 1849-1866 illərdə Peterburq Universitetinin şərq dilləri kafedrasında çalışmışdır. Öz dövrünün türkoloqları arasında xüsusi yer tutmuş Muxlinski 1858-ci ildə «Zrodloslownik wyrazöw ktöre przeszly do naszej mowy z jçzyköw wschodnich» elmi əsərində polyak dilindəki türk alınmaları araşdırmışdır. Müəllifin 1857-ci ildə nəşr edilmiş «Issledovanie o proishozdenii i sostojanii Litevskih tatar» adlı çalışması türkologiya üçün dəyərli bir əsərdir. Anton Muxlinski 13 oktyabr 1877-ci ildə Varşavada 69 yaşında vəfat etmişdir.
Aylin Muxika
Aylin Muxika (ing. Aylin Mujica) — məşhur Meksika aktrisası, modeli və balerinası.
Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Muxtar Vilayət Komitəsi
Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Muxtar Vilayət Komitəsi — Azərbaycan Kommunist Partiyasının Dağlıq Qarabağ Muxtar Vilayətində fəaliyyət göstərmiş regional komitəsi. Vilayət 7 iyul 1923-cü ildə yaradılmışdır və 26 noyabr 1991-ci ildə ləğv edilmişdir. == Haqqında == Azərbaycan Kommunist Partiyası Dağlıq Qarabağ Vilayət Komitəsi Sovet İttifaqı Kommunist Partiyasının vilayət üzrə mərkəzi partiya orqanı kimi hesab olunmuşdur. Vilayət Komitəsinin birinci katibi de-fakto olaraq adətən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu və ya Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinib baş katibi təyin edirdi. == Birinci katiblər == Vilayətin tarixində 23 nəfər birinci katib olmuşdur. Onlardan 2 nəfər etnik azərbaycanlı, 2 nəfər rus əsilli, 19 nəfəri isə erməni əsilli olmuşdur. === İkinci katiblər === Vilayət Komitəsinin ikinci katibi birinci katibin idarəetmə məsələləri üzrə köməkçisi hesab edilirdi.
Başqırd Muxtar Sovet Sosialist Respublikası
Başqırdıstan Muxtar Sovet Sosialist Respublikası (Başkiriya, Başqırdıstan, Başqırd MSSR, BASSR, Muxtar Sovet Sosialist Başqırdıstan Respublikası; başq. Башҡорт Автономиялы Совет Социалистик Республикаhы, Başqortostan Avtonomijalь Sovet Sotsialistik Respublikahь, Başqortostan ASSR-ь) — RSFSR tərkibində muxtar respublika. Respublika 20 mart 1919-cu ildə Sovet hakimiyyəti ilə Başqırdıstan hökuməti arasında imzalanmış anlaşma nəticəsində təşkil edilmişdir. Başqırdıstan MSSR RSFSR tərkibində daxil olan ilk muxtar respublika olur. Bu həmdə anlaşma ilə təşkil edilən ilk muxtar respublika olur. 11 oktyabr 1990-ci ildə Başqırdıstan MSSR Ali Soveti Başqırdıstan Dövlət Suverenliyi haqqında Deklarasiyanı imzalayır. Bununlada respubliksnın adından muxtar sözü silinir. 24 may 1991-ci ildə RSFSR Xalq Deputatlar Soveti bu qərarı təstiqləyir və 1978-ci ildə qəbul edilmiş RSFSR konstitutsiyasının 71-ci bəndinə dəyişiklik edir. Respublikanın adı 16 may 1992-ci ildə Başqıdıstan Respublikası olaraq dəyişdirilir. == Təşəkkül tarixi == === Muxtariyyatın təşkili === Fevral inqilabından sonra 1917-ci ildən regionda Başqırd milli hərəkatı milli-ərazi muxtariyyatı uğrunda mübaizəyə başlayır.
Başqırd Muxtar Sovet Sosialist Respublikası bayrağı
Başqırd Muxtar Sovet Sosialist Respublikası bayrağı — 1954-cü ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası tərəfindən qəbul edilmiş bayraq. Əsas xüsusiyyətlərinə görə Rusiya Sovet Federativ Sosialist Respublikasının bayrağı ilə eynidir. Dizayneri Valentin Petroviç Viktorovdur.
Başqırdıstan Muxtar Sovet Sosialist Respublikası
Başqırdıstan Muxtar Sovet Sosialist Respublikası (Başkiriya, Başqırdıstan, Başqırd MSSR, BASSR, Muxtar Sovet Sosialist Başqırdıstan Respublikası; başq. Башҡорт Автономиялы Совет Социалистик Республикаhы, Başqortostan Avtonomijalь Sovet Sotsialistik Respublikahь, Başqortostan ASSR-ь) — RSFSR tərkibində muxtar respublika. Respublika 20 mart 1919-cu ildə Sovet hakimiyyəti ilə Başqırdıstan hökuməti arasında imzalanmış anlaşma nəticəsində təşkil edilmişdir. Başqırdıstan MSSR RSFSR tərkibində daxil olan ilk muxtar respublika olur. Bu həmdə anlaşma ilə təşkil edilən ilk muxtar respublika olur. 11 oktyabr 1990-ci ildə Başqırdıstan MSSR Ali Soveti Başqırdıstan Dövlət Suverenliyi haqqında Deklarasiyanı imzalayır. Bununlada respubliksnın adından muxtar sözü silinir. 24 may 1991-ci ildə RSFSR Xalq Deputatlar Soveti bu qərarı təstiqləyir və 1978-ci ildə qəbul edilmiş RSFSR konstitutsiyasının 71-ci bəndinə dəyişiklik edir. Respublikanın adı 16 may 1992-ci ildə Başqıdıstan Respublikası olaraq dəyişdirilir. == Təşəkkül tarixi == === Muxtariyyatın təşkili === Fevral inqilabından sonra 1917-ci ildən regionda Başqırd milli hərəkatı milli-ərazi muxtariyyatı uğrunda mübaizəyə başlayır.
Bugenvil muxtar ərazisi
Buqenvil — hal-hazırda Papua-Yeni Qvineyanın tərkibində muxtar region. Tərkibinə Buqenvil, Buka və digər adalar daxildir. Paytaxtı Bukadır. Buqenvilin linqva frankası Tok Pisindir, avstroneziya dilləri və qeyri-avstroneziya dilləri də danışılır.
Bürc-Baci-Muxtar
Bürc-Baci-Muxtar (ərəb. برج باجي مختار‎) ‎ — Əlcəzairin cənubunda, Adrar vilayətində şəhər və kommuna. Bürc-Baci-Muxtar rayonunun inzibati mərkəzidir. == Adı == Fransa müstəmləkəçiliyi dövründə şəhər Borj-Le-Priye fr. Bordj Le Prieur) adlanırdı. Əlcəzair müstəqillik əldə etdikdən sonra şəhər müasir adını almışdır. Şəhərin ölkənin müstəqilliyi uğrunda mübarizə aparan Baci Muxtarın adı ilə bağlıdır. == İqlim == Şəhərin iqlimi quraq kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 38 mm). Orta illik temperatur 28,4-dür °C. == Nəqliyyat == Bürc-Muxtar hava limanı şəhərin şimal-şimal-şərqində yerləşir.
Cənubi Osetiya Muxtar Vilayəti
Cənubi Osetiya Muxtar Vilayəti (osetin. Ху́ссар Ирыстоны автономон облæст) — SSRİ–də, Gürcüstan SSR tərkibində, 1922–1990–cı illərdə mövcud olmuş muxtar vilayət.
Daxili Monqolustan Muxtar Rayonu
Daxili Monqolustan Muxtar Rayonu (çin. sadə. 内蒙古自治区, pinyin: Nèiménggǔ Zìzhìqū) — Çin Xalq Respublikasında muxtar rayon. Ərazisi 1 milyon 183 min km², əhalisi 1 noyabr 2010-cu il siyahıyaalınmasına əsasən 24.706.291 nəfər, 31 dekabr 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən isə 24.898.500 nəfər, inzibati mərkəzi Xux-Xoto şəhəridir.
Dağıstan Muxtar Respublikası
Dağıstan Respublikası (rus. Республика Дагестан, avar. Дагъистан Жумгьурият, aqul. Дагъустан Жумгьурият, azərb. Дағыстан Республикасы‎, darg. Дагъистан Республика, qum. Дагъыстан Жумгьурият, lak. Дагъустаннал Республика, ləzg. Дагъустан Республика, noq. Дагыстан Республикасы, rut.
завали́ть закабаля́ться заполо́шный орумя́ниться прихожа́нка продолжи́тельный прослу́шать средненёбный умилосе́рдиться урянха́йцы колле́гия мо́ечная соцсоревнова́ние кокоть beseem Bow Street Runners distilling franking Petri dish pruning scissors shuttle movement swinger truth-function Weary Willie съедение