MUZEYŞÜNAS
MÜAHİDƏ
OBASTAN VİKİ
Muzeyşünaslıq
Muzeyşünaslıq, Muzeologiya və ya muzey elmi muzeylərin təşkili, muzeylərin kolleksiyalarındakı əsərlərin qorunması və sərgilənməsi ilə məşğul olan bir elm sahəsidir. Muzeylərdə əsərlərin qorunması və nümayiş etdirilməsi üçün ağıl və elmi əsas götürmək məqsədi daşıyan ilk tədqiqatlar XVII əsrin sonlarında Fransada, Angiviller qraflığının rəhbərliyi altında başlamışdır. Luvrdakı Böyük Qalereyada yer alan kral kolleksiyasının əsərlərinin xalqa təqdim edilməsi istənilirdi. İnqilabdan sonrakı mühit muzeyşünaslıq ilə bağlı tədqiqatlara müsbət təsir göstərdi. Bu işlər İmperiya dövründə inkişaf etdi və sonra Avropaya yayıldı. Napeleon Muzeyinin direktoru Vivant Denon bu işləri birləşdirərək koordinasiyanı təmin etmişdir. XIX əsrin ikinci yarısında muzeologiyaya dair ən əhatəli tədqiqatlar Almaniyada aparılmışdır. Berlin Muzeylərinin direktoru olan və 1903-cü ildə Kaiser Friedrich Muzeyini yaradan Wilhelm von Bode tədqiqatları daha da sürətləndirmişdir. XIX əsrin sonu və XX əsrin əvvəllərində Amerikada yeni muzeylərin inşası nəticəsində aparılan tədqiqatlar müəyyən bir texniki sistemə söykənirdi. Muzeologiya üzrə tədqiqat və metodlardakı birlik Birinci Dünya müharibəsindən sonra yaradılan Beynəlxalq Muzeylər Departamenti tərəfindən həyata keçirilmişdir.

Digər lüğətlərdə

бо́ртничество бургоми́стерский в изоля́ции де́дка капилля́ры оголода́ть пятисо́тка фитофто́ра циклиза́ция чека́н опеку́н сбивно́й хохла́тый кастить рожь ameliotory dirk-knife hockey stick intercommune six-by-six sky pilot thieves долговой обострение шелест