MUZU

I
(Daşkəsən, Çənbərək, Gəncə, Gədəbəy, Goranboy, Xanlar, Qazax, Tovuz, Şəmkir)
bax mozu I. – Sirəfil muzudu, bir qəpiyə qıymaz; – Muzu adam o adama de:rik ki, bərk ola, malını qıymıya (Qazax); – Bizdə malyeməz adama muzu de:əllər, göy də de:əllər dana (Daşkəsən); – Tırp Bəsdidən muzu adam heç olumu? (Çənbərək); – Rasım çox muzu adamdı (Gəncə); – Muzunun biridi Oruş, onnan şeymi qoparmağ olar; – Muzu adamın ya:nda duran da muz olar dana (Gədəbəy); – O qədər muzusan ki, beş manat borc da verməx’ isdəmirsən (Goranboy); – Ələx’bər elə muzu adamdı ki, əppəyi qavın çölünnən batırır ki, içinnən yağ qutarar (Tovuz)
II
(Başkeçid, Borçalı)
bax mozu II. – Bı armıd muzudu, yemə
III
(Bakı, Füzuli, Mingəçevir)
1. heç kəsi bəyənməyən (Bakı)
2. aravuran (Füzuli, Mingəçevir). – Şəfiqə çox muzu adamdı (Bakı); – Adam muzu olmaz (Füzuli)
MUZLA
MUZULA
OBASTAN VİKİ
Qışlaq-i Muzuhlar (Pərsabad)
Qışlaq-i Muzuhlar (fars. قشلاق موزوهلر‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 58 nəfər yaşayır (15 ailə).

Digər lüğətlərdə

безли́ственный запове́довать запустова́ть лу́нка николи́ хрясть гидродинами́ческий за так отсева́ться погранвойска́ продотря́д расхлопота́ться ре́тушь семинари́ст -een crate neptunium residual oil stumble systematize unlocated бетатрон доселе задолжница залубенеть