MUŞKÉT

is. [ isp. ] İriçaplı, fitilli tüfəng. Muşket sonralar çaxmaqdaşılı tüfənglə əvəz edildi.
MUŞHAMUŞ
MUŞKETYÓR
OBASTAN VİKİ
Muşket
Muşket (lat. musca; mənası – milçək) — iriçaplı, fitilli tüfəng. 1520-ci illlərdə İspaniyada yaranmış, ardınca Avropada geniş yayılmışdır. Kaliribli 22 millimetrədək, məsafəsi 250 metrədək idi. Lülənin ağzından doldurulurdu. Sonralar çaxmaqdaşılı tüfənglə əvəz edilmişdir. Rusiyada XIX əsrin əvvəllərinə qədər çaxmaqdaşılı tüfənglər də muşket adlandırılırdı. == İstinadlar == == Əlavə ədəbiyyat == Мушкет // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Muşketyor
Muşketyor (fr. mousquetaire; mənası – muşketlə silahlanmış əsgər) — muşketlə silahlanmış piyada növü. Azərbaycanca muşketçi sözü daha uyğun tərcümədir. == Etimologiya == "Muşketyor" sözü fransız dilindəki "mousquetaire" sözündən gəlir, mənası muşketlə silahlanmış əsgər deməkdir. == Tarixi == Muşketyorlar XVI əsrin əvvəlindən Avropa ordularında görünməyə başlamışdır. XVII əsrin əvvəlində muşketyorlar piyada qoşunun yarısını, sonralar isə 3-də 2 hissəsini təşkil edirdi. Fransada 1622–1775-ci illərdə qvardiya suvarisinin bir hissəsi kimi zadəganlardan yığılır və kral muşketyorları adlanırdı. Rusiyada 1756–1762-ci və 1796–1811-ci illərdə piyada qoşunlarının bir hissəsi olmuşdur. == Qalereya == == İstinadlar == == Əlavə ədəbiyyat == Chase, Kenneth Warren. Firearms: A Global History to 1700 (illustrated, reprint).
Üç muşketyor
Üç muşketyor(fr. Les Trois Mousquetaires)— Aleksandr Düma tərəfindən 1844-cü ilin mart-iyul aylarında hissə-hissə yazılmış roman. Bu romanda XVII əsrdə Dartanyan adlı gəncin evini tərk edərək, Parisə getməsindən və Qvardiyanın muşketyorlarına qoşulmasından bəhs edilir. Dartanyan başlıqda göstərilən üç muşketyordan biri deyil, muşketyorlar onun dostları olan, hamı bir nəfər üçün, bir nəfər hamı üçün ("tous pour un, un pour tous") şüarı ilə yaşayan ayrılmaz dostlar Atos, Portos və Aramisdir. Dartanyanın hekayəsi İyirmi il sonra və Vikont de Brajelon:On il sonra romanlarında davam edir. Düma tərəfindən yazılmış bu üç roman birlikdə Dartanyanın romansları kimi tanınır. Üç muşketyor ilk dəfə 1844-cü ilin mart iyul ayları arasında Fransanın Əsr (fr. Le Siècle) qəzetində ardıcıl formada nəşr olunub.Aleksandr Düma Üç muşketyoru yazdığı vaxtlarda qılıncoynatma ilə məşğul olub və Cozef Çarlemont (fransız ordusunda ixtisaslı qılıncoynatma təlimçisi olub) Çarlz Lekour və Mişel Casseuxun Savate və Kan de Kombat dərslərində iştirak edib. == Məzmun == Fransada Dartanyan adlı gənc Qaskondakı ailəsini tərk edir və Parisə səyahət edərək, Qvardiyanın muşketyorlarına qoşulur. Bu hadisə 1625-ci ilə-Kral XIII Lüdovikin hökmranlıq etdiyi dövrə təsadüf edir.
Üç muşketyor kimi (film, 1984)
«Üç muşketyor kimi» (ing. Jagir) — rejissor Pramod Çakrabortinın 1984-cü ildə çəkdiyi musiqili macəra filmi. == Məzmunu == Film Şankar (Dharmendra), Sanqa (Mithun Çakraborti) və Denni (Denni Denzonqpa) adlı üç muşketyordan bəhs edir.

Digər lüğətlərdə

головоло́мный застила́ние коляда́ Недо́брый недо́тка никелиро́вка подти́брить сти́рка били́нгв ве́нчурный гуся́чий лесополоса́ популяризова́ть разграни́чивать ста́венный чиноположе́ние мякина урдега шарманка condyloma moralistic pone remodelling гнаться фунт